Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

46 
 
Respublikanın  kitabxanalarına  hədiyyə  olunan  kitablar  AMEA  MEK-sı 
fondunun  da  zənginləşdirilməsinə  kömək  etmişdir.  Belə  ki,  2005-ci  ilin 
iyun  ayınadək  nəşr  olunan  106  adda  kitabdan  5500  nüsxə  kitabxanaya 
daxil olmuşdur (12,s.78). Bu təkcə Mərkəzi Elmi Kitabxananın fondunun 
deyil,  həm  də  kitab  mübadiləsinin  genişlənməsinə  kömək  etmişdir. 
Həmin  kitablar  arasında  Azərbaycan  yazıçılarının,  dünya  klassiklərinin 
əsərləri latın qrafikası ilə çap olunmuşdur. 
Beynəlxalq kitab mübadiləsi dövrümüzdə kitabxanalararası elmi və 
mədəni  əlaqələrin  bərpası  və  genişləndirilməsində,  elmi  məlumatların 
toplanması və yayılmasında əsas yerlərdən birini tutur. Dünyanın inkişaf 
etmiş  xalqları  ilə  elmi  və  mədəni  əlaqələrin  yaradılmasında  kitab 
mübadiləsinin  böyük  əhəmiyyəti  vardır.  Azərbaycan  Milli  Elmlər 
Akademiyası  Mərkəzi  Elmi  Kitabxanasında  aparılan  beynəlxalq  kitab 
mübadiləsi xarici ədəbiyyatın komplektləşdirilməsində əsas mənbələrdən 
biridir (12,s.77). 
 2003-cü ildə MEK-na beynəlxalq əlaqələri genişləndirmək məqsə-
dilə  daima  yazışmalar  aparmış,  ədəbiyyat  qıtlığı,  nəşrlərin  müntəzəm 
daxil  olmaması  nəticəsində  pozulmuş  mübadilə  əməliyyatlarının  bərpa 
edilməsi  üçün  çalışmışdır.  Kitabxana  ABŞ,  İngiltərə,  Fransa,  Almaniya, 
İtaliya, Türkiyə, MDB dövlətləri və digər ölkələrin Akademiyaları, Elmi-
Tədqiqat  institutları,  kitabxana  və  informasiya  təşkilatları,  cəmiyyətləri 
və assosiasiyaları, ali təhsil müəssisələri, nəşriyyatlar, redaksiyalar, ayrı-
ayrı  elm  və  mədəniyyət  xadimləri  ilə  əlaqə  yaradaraq  ədəbiyyat  və 
informasiya mübadiləsi aparmışdır. 
2003-cü  ildə  MEK-na  58-ə  yaxın  dövlətin  558  təşkilatı,  tədqiqat 
müəssisələri,  kitabxanalar,  ali  təhsil  müəssisələri,  görkəmli  elm  və 
mədəniyyət  xadimlərilə  mübadilə  və  informasiya  əlaqələri  aparmışdır. 
(14)  Beynəlxalq  kitab  mübadiləsi  MEK-nın  fondlarının  komplektləş-
dirilməsinin  əsas  mənbələrindən biridir. Demək olar ki,  o xarici  ədəbiy-
yatın  daxil  olmasının  yeganə  kanalı  olaraq  qalır.  2003-cü  ildə  BKM-si 
vasitəsi  ilə  kitabxanaya  4.228  nüsxə  ədəbiyyat  alınmışdır.  Xarici 
dövlətlərin kitabxanalarına: Şərq ölkələrinə 697, Qərbi Avropa ölkələrinə 
1.415, MDB ölkələrinə 238 nüsxə ədəbiyyat göndərmişdir.  
Sonrakı  illərdə  də  Mərkəzi  Elmi  Kitabxana  elmi-tədqiqat  işlərinin 
planına əsasən Universal sənəd-informasiya fondlarının AMEA ETM-nin 
elmi-tədqiqat  istiqamətinə  uyğun  milli  və  xarici  elmi  çap  və  elektron 
nəşrlərlə  komplektləşdirilməsi,  mühafizəsi,  istifadəsinin  təşkili,  təbliği, 
elmi  fondların  bərpası  və  konservasiyası,  elmin  analitik-informasiya 
təminatı,  kitabxana-informasiya  işinin  tədqiqi,  kitabxana-biblioqrafiya 
proseslərinin  avtomatlaşdırılması  istiqamətində  fəaliyyətini  davam  etdir-
mişdir.  


47 
 
Ədəbiyyatın  elmi  komplektləşdirilməsi  söbəsi,  Qərbi  Avropa 
ədəbiyyatı şöbəsi və Şərq ədəbiyyatı şöbəsi AMEA ETM-lərində aparılan 
tədqiqatların  istigamətinə  müvafiq  Azərbaycan  və  xarici  dillərdə  fond-
ların elmi ədəbiyyatla komplektləşdirilməsini davam etdirmişdir. 
Azərbaycan  və  rus  dillərində  elmi  ədəbiyyatın  cari  komplektləşdi-
rilməsi məqsədilə aparılan tədqiqatların mövzularının təhlili aparılmış və 
elmi ədəbiyyatın komplektləşdirilməsinin profili müəyyənləşdirilmişdir.  
Kitabxananın fondunun elmi ədəbiyyatla cari komplektləşdirilməsi 
“Qasid”,  “Avista”  firmasından,  nəşriyyatlardan,  “məcburi  nüsxələrin 
alınması, müxtəlif mənbələrdən ədəbiyyatın sifarişi və komplektləşdiril-
məsinin mühüm mənbələrindən biri olan beynəlxalq kitab mübadiləsi yo-
lu  ilə  aparılmışdır.  Eyni  zamanda  bu  mərhələ  alim  və  mütəxəssislərdən, 
təşkilatlardan alınmış kitab hədiyyələrinin hesabına həyata keçirilmişdir.  
Belə  ki,  2006-cı  ildə  kitabxanaya  16.081  nüsxə  ədəbiyyat  daxil 
olmuşdur, o cümlədən 3.752 nüsxə xarici dillərdə. Daxil olan 6.319 nüs-
xə  kitabların  3.787  nüsxəsi  –Azərbaycan  dilində,  1.315  nüsxəsi  rus 
dilində, 1.217 nüsxəsi – Qərbi Avropa və Şərq dillərindədir. Kitabxanaya 
daxil olan dövri və ardı davam edən ədəbiyyatın ümumi sayı 7.299 nüsxə 
olmuşdur ki, onların 1.917 nüsxəsi xarici dillərdədir (14). 
2006-cı ildə kitabxananın elektron bazası genişlənmişdir. “Ədəbiy-
yatın  elmi  komplektləşdirilməsi  şöbəsi”  vasitəsilə  kitabxanaya  AMEA-
nın  bir  sıra  nəşrləri  həm  də  elektron  variantında  toplanmışdır.  Həmin 
nəşrlər şöbədə toplanaraq vahid formada işlənmişdir. Buraya AMEA-nın 
“Xəbərlər”i (2005-2006-cı il üçün bütün nömrələr), “Yer elmləri (2005-
2006),  “Azərbaycan  kimya  jurnalı”  (2001-2006),  “Məruzələr”  (2004-
2005),  “Hesabatlar”  (2003-2005),  “Biologiya  jurnalı”  (2005-2006), 
“İnformasiya  texnologiyaları  problemləri”  (2005-2006)  jurnalının  elek-
tron  variantı  daxildir.  2006-cı  ildə  Mərkəzi  Elmi  Kitabxanaya  elektron 
formada 36 dissertasiya və avtoreferat daxil olmuşdur.  
Mərkəzi Elmi Kitabxana respublikada beynəlxalq kitab mübadiləsi 
mərkəzi  olaraq  beynəlxalq  əlaqələrini  daima  genişləndirir.  2006-cı  ildə 
kitabxana xarici ölkə partnyorları, o sırada Elmlər Akademiyaları, elmi-
tədqiqat  institutları,  kitabxana  və  informasiya  mərkəzləri,  cəmiyyət  və 
assosiasiyaları, ali təhsil  müəssisələri, nəşriyyatlar, ayrı-ayrı elm və  mə-
dəniyyət  xadimləri  və  digərlərilə  apardığı  yazışmaları  davam  etdirərək 
ədəbiyyat qıtlığı, nəşrlərin müntəzəm daxil olmaması nəticəsində pozul-
muş mübadilə əməliyyatlarının bərpa edilməsi üçün çalışmışdır. 
Kitabxananın  ən  aktiv  partnyorları  olan  ölkələr  ABŞ,  İsvecrə, 
İtaliya,  Yaponiya,  Bolqariya,  Almaniya,  Türkiyə,  İran,  Misir,  Suriya, 
Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, MDB 
dövlətləri və digərləridir. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə