42
Dializ
və təkrar plazmaferezlərin tətbiqi, trombotik mikroangiopatiyada
(antifosfolipid sindromda) antikoaqulyant (kiçikmolekullu heparin,
varfarin) istifadəsi, böyrək arteriyalarının stenozunda böyrəklərin
revaskulyarizasiyası və s. buna gözəl misal ola bilər. Nefroprotektiv
tədbirlər nəticəsində proteinuriyada, DN zamanı və s. TXBÇ-ni
mümkün qədər geriyə çəkmək imkanı əldə edilir. Nefroprotektiv
tədbirlər XBÇ-nin bütün mərhələlərində, hətta BƏT tətbiq edildikdə
belə, məqsədəuyğun hesab olunmalıdır.
BXX-nin müxtəlif mərhələlərinin təsadüf olunma tezliyi son illər
çox artmışdır. Bəzi ölkələrin registrlərinin (NHANES III, Okinava
Study) məlumatına görə BXX ümumi populyasiyada yayılma tezliyi
10% olub, bəzən hətta 20%-ə çatır. BXX-nin ən çox müşahidə edilən
risk faktorları aşağıdakılardır:
– yaşlı insanlar;
– essensial AH, ürək-damar xəstəlikləri olanlar;
– ŞD 2 tip;
– metabolik sindrom;
– siqaret çəkənlər;
– afroamerikalılar.
BXX-nin risk faktorlarının daim araşdırılması, yenilərinin aş kar
olunması, onların profi laktikası TXBÇ-nin qarşısını almağın effektiv
üsullarının işlənib hazırlanmasına kömək edir.
BXX-nin aşkar edilməsi üçün istifadə olunan ilk tədbirlər sidik-
dəki dəyişikliklər (proteinuriya, hematuriya), sidiyin xüsusi çəkisi-
nin azalması, mikroalbuminuriyanın təyinidir. Kreatininin klirensi
(KK) və YFS Cockroft və Gault və MDRD üsulu ilə hesablanması na
əsaslanır ki, bu zaman kreatininin qan plazmasındakı səviyyəsi əsas
rol oynayır. Amma kreatinindən də daha dəqiq marker inert maddə
olan Sistatin C (Cystatin C) hesab olunur. Bu zaman alınan nəticələr
daha dəqiq olsa da, bahalığına görə hələlik yaxın gələcəkdə qanda
və sidikdə kreatininin səviyyəsinin Yaffe üsulu ilə təyini istifadə
olunacaqdır.
43
BXX-yə səbəb olan risk faktorlarının əksəriyyəti aradan qaldırıla
bilər (cədvəl 2.3).
Cədvəl 2.3
BXX-nin risk faktorları
Risk faktorları
Variantlar
Aradan qaldırıla
bilməyən
Qohumlarında BXX (TXBÇ),
Anadan olduqda az bədən çəkisi,
İrq,
Yaşlı şəxslər,
Aradan qaldırıla
bilən
Sosial-iqtisadi vəziyyətin səviyyəsinin aşağı
olması,
AH,
Piylənmə,
İnsulinə rezistentlik / ŞD 2 tip,
Lipoproteid mübadiləsinin pozulması
(hiperxolesterinemiya, hipertriqliseridemiya, ASL
səviyyəsinin artması),
Metabolik sindrom,
Hiperurikemiya,
Siqaret çəkmək,
ÜDS xəstəlikləri,
Bəzi dərmanların qəbulu,
HBV/HBAg -, HCV-, HIV-infeksiya.
USM köməyi ilə əldə edilən məlumatlar – bir, yaxud hər iki
böyrəyin ölçülərinin kiçilməsi, konturlarının kələ-kötürlüyü, pa-
renxima qalınlığının azalması, yeni törəmələrin aşkarlanması xəs-
təliyin diaqnozunu qoymağa çox kömək edir.
BXX-nin diaqnozunun qoyulması üçün istifadə olunan diaqnostik
metodlar:
– antropometriya (boy, çəki, belin çevrəsi, bədən kütləsi indeksi
(BKİ);
– sidiyin ümumi analizi;
– mikroalbuminuriya;
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
44
Dializ
– qanın biokimyəvi müayinəsi (kreatinin, karbamid);
– YFS-nin Cockroft və Gault, yaxud MDRD üsulu ilə hesablan-
ması (internetdə müvafi q kalkulyatorlar vardır).
BXX-nin inkişaf tempi onu yaradan nozoloji formadan asılı
olaraq dəyişir. İnkişaf tempini artıran səbəblər:
– bir neçə risk faktorunun birlikdə olması, onların korreksiya
olunmaması;
– bir neçə nefropatiyanın olması (polimorbidlik);
– yaşlı şəxslər;
– nəzarət olunmayan AH;
– davamedici proteinuriya (> 3 q/gündən çox);
– YFS-nin aşağı enməsi;
– nəzarət olunmayan mübadilə pozğunluqları (ŞD, disli
pop-
roteinemiya, hiperurikemiya);
– dərman vasitələrinin qeyri-rasional istifadəsi – qeyri-steroid
iltihab əleyhinə preparatlar (QSİƏP), analgetiklər, antibakterial,
antifunqal preparatlar, rentgenkontrast vasitələr;
– xroniki ürək çatışmazlığı;
– aktiv müalicə tələb edən yanaşı xəstəliklər.
BXX-nin proqres etməsində qeyri-spesifi k, qeyri-iltihab mexa-
nizmlər iştirak edirlər (cədvəl 2.4). Bura hipertenziya, proteinuriya
(1 q/l çox), böyrək apteriyalarının ikitərəfl i aterosklerotik sklero-
zu, qidanın zülal, natrium və fosforla yüklənməsi, siqaret çəkmək,
narkomaniya, hiperparatireoz, RAAS aktivləşməsi, hipealdoste-
ronizm, toxuma zülallarının qlükozilənməsi (SD zamanı) aiddir.
Fəaliyyət göstərən böyrək parenximasının azalmasına cavab olaraq
yumaqcığın efferent arteriolaların angioterzin II-asılı spazmı ilə
birlikdə efferent arteriolaların prostaglandindən asılı genişlənməsi
baş verdiyindən hiperfi ltrasiya yaranır. Yumaqcıqdaxili hipertenziya
və hiperfi ltrasiya yumaqcıqların hipertrofi yasına və zədələnməsinə,
qlomeruloskleroza və XBC-nin proqresinə səbəb olur.
45
Cədvəl 2.4
BXX-nin proqres etməsinin qeyri-spesifi k, qeyri-iltihab
faktorları
Qlomerulyar qan dövranının po-
zulması
Yumaqcığı zədələyir, qlomerulos-
kleroz yaradır
Fəaliyyət göstərən böyrək paren-
ximasının azalması
Sirkad ritmin pozulması ilə hi per-
tenziya
NaCl ilə yüklənmə
Zülal, fosfatlarla yüklənmə
RAAS-ın aktivləşməsi
Angiotenzin II, aldosteronun hi-
per produksiyası
Hiperqlikemiya, ketonemiya
Albuminin YBM zülalının qlü ko-
ləşməsi,
NO, prostaqlandinlərin, boy hor-
monun hiperproduksiyası
Hiperparatireoz (Ca x P >69)
Siqaret çəkmək
Böyrək arteriyasının aterosklerozu
Alkohol, kokainin istifadəsi
Proteinuriya >1 q/l
Oksidativ stres
Hiperlipidemiya
BXX bütün hallarda proqnozu pisləşdirən faktor olub, ancaq
TXBÇ hesabına yox, əksər hallarda ÜDS xəstəlikləri hesabına ölümə
səbəb olur. Buna görə BXX-nin ilkin profi laktikası risk faktorlarının
aşkar edilib aradan qaldırılmasıdır (cədvəl 2.5). Bunlarla mübarizə
böyrəklərin funksiyasının pisləşməsinin qarşısını almaqla yanaşı,
ÜDS ağırlaşmalarının riskini azaldır. İlk dövrdə böyrək xəstəliyi
nəticəsində ÜDS tərəfi ndən ağırlaşmalar baş verirsə, ürək-damar
kontiniumu sürətlənirsə, son nəticədə bu ağırlaşmalar böyrək
funksiyalarının zədələnmələrini daha da dərinləşdirir. Beləliklə,
böyrəklərin funksiyasının qorunmasına yönəldilmiş tədbirlər ÜDS
xəstəliklərinin profi laktikası olmaqla, həmçinin ÜDS xəstəliklərinin
müalicəsi üçün yerinə yetirilən tədbirlər böyrək xəstəliklərinin
profi laktikası olur.
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
Dostları ilə paylaş: |