A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
37
Bir acı həsrətdir o ötən çağım,
Beynimdə qaynayır gülüşün, səsin,
Bizlərə çəkdiyin o həsrət dağın,
Allahım pisə də heç göstərməsin.
Yanmamış yerim yox daha canımda,
Qəlbimdə yaşayıb öləni tək sən,
Nə qədər varıqsa, sən varsan onda,
Dostların öləndə sən öləcəksən.
16. XII. 2014.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
38
Mehman Rzayev,
dostu
LƏYAQƏTLİ ÖMRÜNLƏ NÜMUNƏSƏN
Ə
ziz dostum, sənin haqqında xatirə yazmaq mənim
üçün çox ağırdır... Adətən xatirəni yaşa dolaraq ar‑
zularını qismən yerinə yetirmiş insanlar haqqında yazarlar.
Həm də mənim içimdəkiləri sözlərə köçürmək bacarığım zə‑
ifdir. Alın yazısından yan keçmək mümkün deyil. Sən ailənə,
qohumlarına, dostlarına həmişəlik əlvida dedin.
Vaxtsız dünyanı dəyişdin, amma gördüyün işlər, fəaliy‑
yətin, bir insan ömrünə bəs edəcək qədər xeyirxah, qayğıkeş
və qədirbilən olmuşdur.
O, gözünü indi düşmən tapdağı altında olan Qərbi Azər‑
baycanda açmışdı. Yaxşı yadımdadır – tez‑tez internetdə öz
kəndini, yaşadıqları evlərini, el‑obanın yatdığı qəbiristanlığı
seyr edir, bir neçə il əvvəl dünyadan köçmüş atasından, qo‑
humlarından, uşaqlığından olan xatirələrini bizimlə bölü‑
şürdü.
Son zamanlar çox qayğılı görünürdü. Səbəbini soruşanda
yaxın dostlarından birinin çətin vəziyyətdə olduğunu və ona
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
39
kömək etmək istədiyini bildirirdi. Hə a bu məsələdə onun
özünün də ziyan çəkdiyini sonralar bildim, lakin o özü haq‑
qında düşünməyərək dostunun işlərinin yaxşı olmasına
kömək etmək üçün çox səy göstərirdi.
O, ömrü boyu düz‑çörəyi itirmədi,dost‑tanışa biganə ol‑
madı, dönük çıxmadı...
Yaşlı adamları daha tez başa düşər və onların qayğısına qal‑
mağı sevərdi. Həddən artıq istiqanlı, şirindilli insan idi.
Uşaqlarının və ailəsinin xöşbəxt olması üçün gecə‑gündüz
çalışırdı. Doğma, dadlı‑duzlu ləhcəsi bütün koloriti ilə həya‑
tına hopmuşdu. Hə mi şə emo si o nal, çıl ğın, şən, gümrah görü‑
nərdi, sözlərində saxtalıq, ifratçılıq olmazdı. Ona görə də
dostları onun xətirini çox istəyirdilər. Sənin haqqında keçmiş
zamanda yazmaq mümkün deyil: var idin və indi də aramız‑
dasan – fikirlərimizdə, xəyalımızda, düşüncələrimizdə. Hər an
gözümüzün önündəsən, hər an bizimləsən.
Ən əsası yadigar saxladığın övladlarına xoşbəxtlik arzula‑
yıram. Ləyaqətli ömrünlə onların fəxr edəcəkləri qədər ən
böyük nümunəsən...
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
40
Arif Kazımov,
müəllim ‑ jurnalist
ÜRƏKLƏRDƏ YERİN VAR...
O
nu belə görmüşəm; şən , gülərüz zarafatçıl... bir də
əlində kitab və ya qəzet harasa, tələsən....
Nə az, nə çox düz 20 il bundan əvvəl İbrahim müəllimlə
tanış olmuşam. Tanışlığımızın ilk ünvanı “Respublika” qəze‑
tinin redaksiyası oldu. Yenicə formalaşmış redaksiyada İbra‑
him müəllim kompüter mərkəzində yığıcı, mən isə
informasiya şöbəsində müxbir vəzifəsində çalışırdım. Hər‑
dənbir fasilə vaxtı redaksiyanın giriş qapısı yaxınlığındakı
foyedə görüşərdik. Sanki redaksiya əməkdaşlarının çoxu İbra‑
him müəllimin foyeyə gəlişinə bənd idi. Dərhal onun başına
toplaşardıq. Həmişə olduğu kimi öncə, baməzə söhbətləri,
incə yumorları ilə hamımızı güldürərədi, sonra da ciddi bir
görkəmdə bu sözləri gülərək deyərdi: “Yaxşı yığışmayın,
gedin yazınızla məşğul olun! Kompüterdə yazılası bir şey
yoxdur...”
İbrahim müəllimlə bağlı xatirələrim çoxdur... Amma unuda
bilmədiyim, ən ümdəsindən biri isə budur.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
41
Günlərin birində İbrahim müəllimlə “Xalq qəzeti”nin yer‑
ləşdiyi binanın qarşısında rastlaşdıq. Hal‑əhvalımı soruşduq‑
dan sonra əlimdəki kitabı alıb vərəqlədi. Sonra kitabımın üz
qabığını kimin hazırladığını və hansı nəşriyyatda çap etdirdi‑
yimi soruşdu. Nəşriyyatın adını eşidən kimi başını yellədi:
“Başqa kitabın olsa, mənə gətirərsən, birgə üz qabığını fikirlə‑
şərik”.
“Durğu işarələrinin işlədilməsi qaydaları” vəsaitim hazır
olanda, sözün düzü, kitabın məzmununa uyğun üz qabığını
fikirləşməkdə çətinlik çəkirdim. Vəsaitin tərtibi ilə əlaqədar
təklif olunan “dizaynlar” ın heç biri xoşuma gəlmirdi. Birdən
İbrahim müəllimin sözləri yadıma düşdü. Lakin işinin hə‑
mişə çox olduğunu bildiyimə görə, ona əziyyət vermək istə‑
mirdim. Gizli deyildi, bütövlükdə “Xalq qəzeti” nin yükü
onun çiyinləri üstündə idi. Hələ üstəlik dil kursuna getməklə
yanaşı, digər işlərlə də məşğul olurdu. Xeyli vaxtdan sonra
əlaqə saxlayıb redaksiyaya getdim. İki saata yaxın olanlardan‑
keçənlərdən danışdıq. Vaxtın necə tez gəlib keçdiyindən xəbə‑
rimiz olmadı.
Çünki onunla oturub söhbət edən hər bir kəs çox məmnun
qalırdı.
İbrahim müəllim hərtərəfli biliyə malik olmaqla yanaşı, is‑
tənilən fikri maraqlı detallarla əsaslandıra bilirdi...
Az müddətdə kitabın üz qabığını hazırlayıb, mənə təq‑
dim etdi. Nüsxəni görəndə gözlərimə inanmadım. İndiyədək
belə gözəl tərtibatla hazırlanmış kitab üzü görməmişdim.
Qara, qırmızı, sarı rənglərin harmoniyasından ibarət olan üz
qabığını görən hər kəs ilk növbədə onun kim tərəfindən hazır‑
lanması ilə maraqlanırdı. Yeri gəlmişkən qeyd edim ki, İbra‑
him müəllim onu da mənə dönə ‑dönə tapşırmışdı ki,əgər
kimsə kitab üzü ilə maraqlansa , onun adını çəkməyim. Bu da
Dostları ilə paylaş: |