Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   ...   24

müvafıq olaraq əvvəllər 40%-ə yaxın qadın çalışırdı. Özəlləşdirmə qender 

uyğunsuzluğunu kəskin  şəkildə gücləndirib. Müstəqil ekspertlərin verdikləri məlumata 

görə özəlləşdirilən müəssisələrin sahibləri, bir qayda olaraq, kişilər olurlar. Elə bu 

araşdırmada müəyyən olunub ki, sorğuda iştirak edən qadınlar hüquqi savadsızlıqdan 

əziyyət çəkirlər. 

Evlərin özəlləşdirilməsi məsələsində isə  vəziyyət tamam başqa cürdür. Bu 

prosesi müsbət qiymətləndirən qadınlar əksər hallarda (97%) özəlləşdirmədə bilavasitə 

iştirak edirlər və bu sahədəki qaydalarla tanışdırlar. 

Təəssüf ki, ölkədə yoxsulların çoxu qadınlardır. "Yeni yoxsullar"a gənclər, uzun 

müddət müavinət almayan şəxslər, işsizlər, qaçqınlar və  məcburi köçkünlər, haqqı 

ödənilməyən məzuniyyətdə olan şəxslər aiddirlər. Onların içərisində qadınlar çoxluq 

təşkil edirlər.  Əhalinin yoxsulluq faktoruna görə  ən  əzabkeş qrupuna, həmçinin 

Ermənistanın hərbi təcavüzü nəticəsində, ya da hansısa başqa səbəbdən başçısını 

itirmiş ailəni saxlamaq məcburiyyətində qalan qadınlar da daxildir. Heç bir zaman 

nikahda olmayan tək-tanha qadınlar da nəzərə alınmalıdır. 

Məşğulluq xidmətlərinin verdikləri məlumata görə,  əmək qabiliyyətli  əhalinin 

22,1%-ni işsiz qadınlar,  16,2%-ni isə  işsiz kişilər təşkil edirlər. Ümumiyyətlə, işsizlik 

əmək qabiliyyəti olan əhali arasında 38,3%-dir. Sosial-iqtisadi keçid dövrü bir çox 

müəssisələrdə fasiləsiz dayanmalara gətirib çıxarır və bunun nəticəsində maaşı 

ödənilməyən uzunmüddətli məzuniyyət hallarına və s. yol verilir. Təəssüf ki, belə hallar 

məşğulluq xidmətləri tərəfindən nəzərə alınmır. 

Azərbaycan Respublikasının "Əmək haqqında" Qanunu bərabər əməyə bərabər 

ödəniş nəzərdə tutur və cinsi əlamətə görə əmək haqqının azaldılmasını qadağan edir. 

Bununla belə, heç bir fəaliyyət sahəsində qadınların  əmək haqqı real ödənişlər 

baxımından kişilərin  əmək haqqına bərabər deyil. Hətta qadınların çoxluqda olduqları 

səhiyyə və təhsil kimi iqtisadi sahələrdə onların əmək haqları səhiyyədə kişilərin əmək 

haqqının 64,8%-ni, təhsildə isə 70,1%-ni təşkil edir. 

1997-ci ildə ölkədə aztəminatlı ailələrə müavinətlərin ödənilməsi haqqında yeni 

göstəriş verilmişdir. Həmin göstəriş bu qəbildən olan ailə üzvlərinin məşğulluq 

idarələrində  məcburi qeydiyyatını  nəzərdə tutur. Güman edilir ki, bu üsulla cinsindən 

asılı olmayaraq hər bir insan üçün işsizliyin ağır nəticələrini azaltmaq mümkündür. 

Respublika səviyyəsində hazırlanan müxtəlif proqramlarla yanaşı, BƏT və BMT 

İP kimi beynəlxalq təşkilatlarla da birgə  iş aparılır. Bu iş bütün əhalinin, xüsusən də 

qadınların məşğulluq problemlərinin həllində, qadınların məşğulluğa təşviq edilməsində 

və onlar üçün gəlirli fəaliyyət sahələrinin inkişafında əməkdaşlığa yönəldilmişdir. 

Vətəndaşların təqaüdə təmin edilməsi haqqında qanuna görə, qadınlar, xüsusən 

çoxuşaqlı analar və  əlil doğulan uşaqların anaları bir sıra güzəştlərə malikdirlər. 

Güzəştlərin həcmi uşaqların sayına, qadının yaşına və iş stajına görə müəyyən olunur. 

Bununla belə, müəyyən qender uyğunsuzluğunu da qeyd etmək lazımdır. Bu 

uyğunsuzluqda qadın üçün müsbət məqamlara baxmayaraq, qadın və kişinin sosial 

rolları arasındakı uçurum dərinləşir - qadın ailəyə daha çox təhkim olunur; kişi 

ailədən uzaqlaşır, eyni zamanda, o, ictimai təkrar istehsal sahəsinə daha sıx bağlanır və 

ailəni dolandıran, ailə başçısı kimi kişinin rol stereotipi möhkəmlənir. Beləliklə, muzdsuz 

əməklə (ailə, ev, ev təsərrüfatı) muzdlu əməklə  məşğul olan əhalinin qütbləşməsi 

yaranır. 

 

 



Zümrüd Quluzadə 

fəls.e.d., 

GİHAB-ın elmi məsləhətçisi 

 



AZƏRBAYCAN RESPUBLİKASI TİMSALINDA POSTSOSİALİST 

CƏMİYYƏTLƏRDƏ QENDER PROBLEMLƏRİNİN TƏDQİQİ VƏ HƏLLİNƏ DAİR BƏZİ 

MÜLAHİZƏLƏR 

 

Sosial-mədəni həyatda cinslərarası  bərabərsizlik ayrı-ayrı dövr və bölgələrdə 



iqtisadi, siyasi, mədəni inkişaf və etnik mentalitetlərdən asılı olaraq müxtəlif formalarda 

təzahür edib tarixən bu bərabərsizliyə qarşı etirazlar müxtəlif şəkillərdə tarixi abidələrdə 

və xüsusilə ədəbiyyatda öz əksini tapıb. 

Zaman keçdikcə, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal qurucu kimi 

iştirakı onların etirazlarının mütəşəkkil və mübariz forma alması ilə tamamlandı. Bu isə, 

kapitalizmin inkişaf etdiyi Avropa ölkələrində feminizm hərəkatının və konsepsiyasının 

yaranmasında özünü göstərdi. 

XX  əsrdə, xüsusilə onun 2-ci yarısında qender problematikasının qlobal sosial 

problemlər sırasına daxil olması  cəmiyyətdə cinslərarası münasibətlərdə nisbi də olsa 

mütənasibliyə, ziddiyyətdən ahəngə, konfrontasiyadan konsensus axtarışına sövq edən 

bir hadisə kimi qiymətləndirilməlidir. 

İdeoloji-siyasi həyatda feminizm konsepsiyalarının «qender» konsepsiyaları ilə 

əvəz edilməsi demokratiya və humanizm baxımından, sözsüz ki, əlverişli və pozitiv bir 

haldır. 


Qərbdə  və hazırda dünya miqyasında qender problematikası qadın hüquqları 

uğrunda mübarizə ilə birgə qaldırılır və bu, humanizm, demokratiya baxımından təbii, 

qanunauyğun və müsbət hal kimi qiymətləndirilir (Baxın: Pekin və başqa bu qəbildən 

olan konfransların qətnamə və materiallarına). 

Qərb bölgəsində qender tədqiqatları müəyyən tarixə malikdirsə, postsosialist 

bölgəsində son illərə qədər bu problem nə sosial, nə elmi aspektdə diqqət mərkəzində 

olmayıb. Həmin münasibətin özünəməxsus səbəbləri bu bölgədə sosial ziddiyyətlərin 

əsasən sinfi və dini aspektlərdə araşdırılması, cəmiyyət problemlərinin «kim bizimlə 

deyil, əleyhdarımızdır» prinsipinə görə tədqiq və «həll» edilməsi idi. 

Məhz buna görə qender problematikasının tədqiqi postsosialist cəmiyyətdə, o 

cümlədən Azərbaycanda, «keçid dövrü»ndə başlandı. 

Qərbdən fərqli olaraq bu sahədə  tədqiqat  ənənəsindən məhrum postsosialist 

məkanı, təbii olaraq Qərb tədqiqatlarına böyük diqqət və maraqla yanaşır, bəzi hallarda 

bu tədqiqatları örnək kimi qəbul edir. Lakin bu bölgələr arasındakı fərq, onların model və 

təzadlarında olan mahiyyət müxtəliflikləri bu təzadların təfsir və  həlli yollarının 

müxtəlifliyini diktə edir. 

Postsosialist məkanda qender münasibətlərinin özünəməxsusluğu burada 

qadınların vəziyyəti ilə müəyyən edilir. Məlumdur ki, sosializm dövründə qadınlar qanun 

əsasında kişilərlə  bərabər hüquqlara malik olmaqdan əlavə, həm də  bəzi xüsusi və 

mühüm imtiyazlara da malik idilər. Bu qanunların bir hissəsi fəal işləyir, qadın hüquqları 

müxtəlif-dövlət, partiya, ictimai qurumlar tərəfindən müdafiə edilirdi. Bir sıra mühüm 

məsələlərdə qadınların kişilərdən daha yüksək hüquq və imtiyazları var idi (xüsusilə, 

ailə dağıldıqda, uşaqlara münasibətdə, qadın  şəxsiyyəti alçaldıqda,  əmək prosesində 

onun ləyaqət,  şərəf və  səhhətinin qorunmasında və s.). Qadının hüquq və azadlığına 

zidd olan bütün feodal-patriarxal və dini mövqelərdə ciddi və  hərtərəfli mübarizə 

aparılırdı. 

Müasir «keçid dövrü»ndə qender problematikasının postsosialist cəmiyyətdə 

tədqiqi Qərbə nisbətən, bəlkə, daha vacibdir, çünki: 

l.«Keçid dövrü»nün müxtəlif kəskin ziddiyyətləri bölgə dövlətlərində qender 

sahəsindəki ziddiyyətlərin də  kəskinliyini kiçik bir zaman ərzində qat-qat artırır, onları 

Qərbdən fərqli çalarlarla zənginləşdirir. 

2.Əgər Qərb müəyyən baxımdan tədricən qadın hüquqlarını müdafiə yolu ilə 

sosial ahəngə doğru gedirsə, postsosialist bölgəsindəki qadınların qarşısında duran 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə