KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

FƏXRİ VALEHOĞLU
beşindən  sonra  ermənilərin  Cavaxetə  məskunlaşması  nəticə­
sində buradakı İmrəhəsənli/ZƏmirhəsənli tayfasına aid olan tərə­
kəm ələrin  bir  qismi  həm in  bölgənin  Rusiya hüdudlarındakı  Ni- 
yal  düzünün  Lebis,  Van,  Qarzamet,  Kiondra,  Daşlıqışla,  Ələncə 
kəndlərinə köçüb, Lebis «cəmiyyətini» yaratmışdılar.1
«Tiflisskiye vedomosti»  qəzetinin  1832-ci  il  mart nömrəsin­
də  Fluqenin  «Axalsıx  paşalığmm  statistik  şərhi»  məqaləsi  dərc 
olunmuşdur.  M əqalənin  «Qarapapaqlar»  bölümündə  yazılır: 
«Qarapapaqlar,  va  yaxud  başqa  adıyla  desək  tərəkəm ələr  Bor- 
çalı və  Şəmşəddil distansiyalanndan çıxmış tatarlardır.  18-ci  əs­
rin  sonları  və  19-cu  əsrin  əvvəllərində  onlar  öz  sürüləri  və  na­
xırları  ilə  distansiyalardan  çıxıb bu paşalığın  sərhədlərinə doğru 
gəldilər.  Paşanın  onlara  verdiyi  və  hələ  indiyə  qədər  yararlan­
dıqları  güzəşt  və  üstünlüklərdən  faydalanaraq  burada  məskun- 
daşdılar.  Öncə  onlar tamamilə  köçəri  həyat  keçirirdilər və  mal­
darlıqdan  başqa heç  nə  ilə məşğul  olmurdular.  Sonradan  yavaş- 
yavaş əkinçilik və  bağçılıqla məşğul olmağa başladılar,  özlərinə 
daimi  evlər  tikdilər  və  demək  olar  ki,  hamısı  oturaq  həyat 
tərzinə  üstünlük verdi,  yalnız kiçik bir  qismi  yenə  köçəri  olaraq 
qaldı.
Onlar  paşaların  vaxtında  heç  bir  vergi  ödəmirdilər,  ancaq 
onların ilk tələbindəcə silahlanıb döyüşə hazır dayanmalı  idilər.
Distansiyalardan  yuxarıda  dediklərimizdən  xeyli  qabaq  çıx­
mış  başqa  qarapapaqlar  da var.  Onlar Xertvis  sancağının  əsasən 
Kürün  sol  tərəfindəki  aran  yerlərdə  və  dərələrdə  yerləşən  qış­
laqlarda  yaşayırlar...  Bu  qarapapaqlar  Əmirhasanlar  adlanır. 
May  ayının  əvvəlində  onların  hamısının  ümumi  starşinası  («ağ­
saqqalı»)  həm in  aym  ortalarında  qışlaq  sakinlərinin  yaylaq-da 
toplanacağı yeri müəyyənləşdirir, sonra onlar cəmləşib bir yerdə 
havalar qızdıqca yavaş-yavaş  dağlara qalxırlar.  Sentyabrda  onlar 
dağlardan  enirlər  və  onda  hər  bir  ailə  öz  qışlağının  böyü-yünə 
qoşularaq evlərinə,  yəni  qışlaqlarına qayıdır.  Əmirhasanlar qışda
1  Ş.  Lomsadze.  Mesxet-Cavaxei,  Tiflis,  1975  (gürcücə)  və  V.Hacıyev. 
Folklorumuzun üfüqləri, Bakı, 1991, s.  24-25.
60
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
mal-qaralarım  öz  evləri  yaxınlığında  otardıqları  üçün  on-lann 
qışlaqları  otlaq  çatışmazlığı  yaranmasın  deyə  bir-birindən  kifa­
yət qədər aralıda yerləşirdi.
Xertvis  sancağında Əmirhasanlar 40  ailədən  ibarətdir və  on­
lar 7 qışlaqda -  ağsaqqallarının yaşadığı Kobxe qışlağında, İpnet, 
Vane,  Kakavel,  Nazrov,  Diliqa və  Alandziya  (Ələncə)  qışlaqla­
rında ömürlərini sürürlər.
Onların  hamısı bir yerdə  ildə 50 başman (1  başman  18  funta 
bərabərdir)  düyü  (bu  düyünü  İrəvanda qoyuna  dəyişirdilər),  hər 
sağılan maldan  1,5  funt yağ və 40 qoyuna qədər vergi verirdilər. 
Bundan  başqa  onlar  paşaya  dövlət  otlaqlanndan  istifadə  etdik­
lərinə görə m üəyyən miqdarda quruş ödəyirdilər.
Əmirhasanlar digər qarapapaqlardan mərhəmətli  və  sadədir­
lər,  onlar  şıx,  sakit  və  çox  ədalətlidirlər,  özləri  qonaq  getməyi 
xoşlamasalar da,  qonaqpərvərdirlər.  Qonaq  süfrələri  yaşayış  sə­
viyyələrinə  uyğun,  yəni  yoxsul olsa da,  ev  sahibinin  səmimiliyi 
və  gülərüzlülüyü  ilə  bəzənir.  Diger  qarapapaqlar  isə  cəsarətli­
dirlər,  onlann  hərəkətləri  cəld  və  çevikdir,  söhbətcil  və  şəndir­
lər. ...  Bu qarapapaqlar paşanın ən yaxşı  süvari  dəstələrini  təşkil 
edirdilər.  Onlar yaxşı  atlara sahibdirlər və  bu atları  çox ustalıqla 
sürürlər».
XIX  əsrin  II  yarısında  Tiflisdə  gürcücə  yayımlanın  «Droe- 
ba»  qəzetinin  Axalkelek//Axılkelək  bölgəsi  üzrə  müxbiri  işlə­
miş  şair  İlya  Alxazişvilinin  (1853-1921)  xatirələrindən  Cavaxet 
tərəkəm ələrinin  başlarım  digər yerli  əhalidən  fərqli  olaraq,  «öl­
dürsən  belə  sarıqla  sarımadıqları»  və  burada  yerləşən  Tabasxur 
gölü  qırağındakı  kəndlərdə  tez-tez  tərəkəm ə  qaçaq  dəstələrinin 
qonaq  olduğu aşkarlanır1. Tiflisdə ermənicə yayımlanan «Mşak» 
qəzeti  isə  1876-cı  il  nömrələrinin  birində  yazırdı  ki,  havalar 
qızdıqca  Axısqa  sunurlarma  yerli  «tatar»ların  havadarlıq  etdiyi 
tərəkəm ə qaçaqlarının axını artacaqdır.
1870-ci  ilin  statistik  göstəricilərindən  Tiflis  quberniyasına 
daxil  olan  Axalsıx//Axalsixe  qəzasının  əhalisinin  tamamını
11. Alxazişvili.  Cavaxet əfsanələri, Tiflis,  1978, s. 57,  151  (gürcücə).
61


FƏXRİ  VALEHOĞLU
tərəkəm ələrin  təşkil  etdiyi  Murakval  kəndində  -   119  nəfər  (14 
ev),  Oskoriyada  -   107  (10  ev),  Vanda  -   130  (14  ev),  Qurbağa 
oğluda -   110  (10 ev), Lebisdə -   131  (10  ev),  Buzmaretdə -   100 
(10  ev),  Niyalda  -   286  (36  ev),  Artaxta  -   36  (4  ev),  Göyyə- 
də//Kokiyada -  405  (42  ev), Xumrisdə -   175  (14 ev),  Batxanada
-   22  (4  ev),  Sağamoyda  -   130  (32  ev),  sakinlərinin  əksəriyyəti 
tərəkəm ələrdən  ibarət  olan  Qulalis  kəndində  -   114,  əhalisinin 
çoxu erməni olan Böyük Xançallıda -  29, Kiçik Xahçallıda -  96, 
Oracalarda  -   15,  Arakalda  -   31,  Qandzada  —  121  tərəkəm ənin 
yaşadığı,  qəzanın  monoetnik  kəndlərindən  Xavetdə  -   133  (18 
ev),  Ərincədə -   55  (9  ev),  Davniyada -   İ 1  (1  ev),  Qartada -  64 
(9  ev),  Karsepdə -  95  (12 ev), Ablaxda -  20 (3  ev) v ə  Danqalda
-   63  nəfər  (10  ev)  «tatar»ın  həyat  sürdüyü  məlum  olur’  [O 
zamanlar  Tiflis  quberniyasında  ən  böyük  ailələr  hər  birinin  10 
nəfərdən  çox  üzvü  olan  pşav  (dağlı  gürcü  tayfalarından  biri)  və 
tərəkəm ə  ailələri  imiş2].  Sonradan  bu  kəndlərin  çoxu  Tiflis 
quberniyası  tərkibində  yeni  yaranmış  Axalkələk  qəzasına  tabe 
edildi.  1887-ci  il  statistik  melumatına  görə,  həmin  qəzanın  bəzi 
kəndlərində əhalinin ümumi sayma nisbətdə «tatar»larm say ı:3
K ən d in  adı
Əha­
linin
sayı
batanı-
larin
sayı
Kəndin
adı
Əha­
linin
sap
«Tatan>
larin
sayı
Okam
714
714
Sağamoy
477
477
Göyyə
419
419
Xavet
262
262
Böyük Xosbiyyə
242
242
Azmana
239
239
1  Бах:  Сборникъ  материалов  для  описания  Тифлисской  губернии,  том  1, 
вып.  1,Тифлись,  1870.
2 Yenə orada.
3  Бах:  Статистический  временник  Кавказского  края,  т.  I,  вып.  2, 
Ахалкалакский уезд Т ифлисской губернии, Т ифлисъ,  1887.
62
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Karsep
219
219
Danqal
106
106
Batxana
113
113
Ərincə
99
99
Qarta
94
94
Davniya
78
78
Xumris
28
28
Tok
269
170
Qulalis
270
170
Böyük
Arakal
555
25
Murakvel
288
119
Kiçik
Arakal
307
39
Murcaxet
219
80
Varevan
693
132
Böyük Xançalh
947
13
Oracalar
580
52
Kiçik Xançallı
451
104
Kilda
472
46
Xizabavra
1363
75
Koteliya
609
27
Boqdanovka
839
15
Baralet
932
19
Dırqına
152
0
Qandza
1155
0
Çivtlik
əhalisi
Qarsa
köçüb
Modaka
əhalisi
Qaısa
köçüb
[Bu  qəzanın  Bavra,  Kartikam  və  Xulquma  erməni  kəndlərinin 
sakinlərinin ana dili o çağlarda türk dili olub].
1903-cü  ilin statistik bilgilərində  görə  isə,  Lebis kəndi  -   31, 
Niyal -  36, Artax -  8, Buzmaret -   13, Qurbağaoğlu -   10, Van  -  
16,  Oskoriya -   9,  Ələncə//Alandza -   7,  Qarzamet -   15,  Qavet -  
16, Okam -  76, Göyyə -  44, Xumris -  4, Qulalis -  30,  Sağamoy 
-  46,  Böyük Xosbiyyə -   17,  Xavet -  30,  Ərincə -   9,  Davniya -  
7,  Azmana -   26,  Qarta -   10,  Danqal -   10,  Karsep  -   24,  Ablax 
kəndi  isə  10  evdən  ibarət  imiş  [Bu  dövrdə  Lebisin  kəndxudası 
Əhməd  Hacı  Bayram  oğlu,  Karzaxın  kəndxudası  Hüseynqulu 
Cəbrayıl oğlu idilər]1.
1  Вейденбаум.  Сборник  статистических  сведений  о  Тифлисской 
губернии,  Тифлис,  1903.
63


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə