Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə144/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   140   141   142   143   144   145   146   147   ...   156

 

441 


Kapitan  –

 

fransız  sözüdür,”baş  leytenantdan  sonrakı  hərbi  rütbə, 



məsələn, polis kapitanı və s. 

Katib –

  

ərəb sözüdür,”yazı işlərini aparan”  deməkdir. 



Kavaler – latın sözüdür,”müəyyən ordenlə təltif olunmuş hərbçi” (süvari). 

Kapital  –    latın  sözüdür,”sərmayə,  sərvət,  əmlak,  çoxlu  pul,  ən  qiymətli 

şey” deməkdir. 

Karakol  –  türk  sözüdür,”polis  məntəqəsi,keşikçi  məntəqəsi,  patrul” 

deməkdir. 

Kələntər –  fars sözüdür,”başçı, şəhər başçısı, hakim” deməkdir. 

Kinoloq  –  latın  sözüdür,”cinayətkarlıqla  mübarizədə  istifadə  olunan 

itlərin hazırlığı ilə məşğul olan mütəxəssis. 

Kitel –  alman sözüdür, ”hərbi biçimdə dikyaxalı pencək”dir. 

Knesset –

  

yəhudi sözüdür. İsrail dövlətində parlamentin adıdır. 



Koalisiya –  latın sözüdür,”saziş, birləşmə, ittifaq” deməkdir. 

Kol –  ərəb sözüdür,”nizami, nizami hərbi hissə “ deməkdir. 

Kollegiya –  latın sözüdür, ”kollegium”, sözündəndir, ”kollegial, ümumi 

əməkdaşlıq” deməkdir. 

Kollektiv   –  latın sözüdür,”ümumi” deməkdir. 

Komanda  –  fransız sözüdür, ”komandirin qısa ,şifahi əmri” deməkdir. 

Komandan  –  alman sözüdür, ”yüksək rütbəli komandir” deməkdir. 

Komendant    –    fransız  sözüdür,”qala  və  s.  yerlərdə  bütün  qoşunların 

başçısı,  zabit.  19-cu  əsrin  birinci  yarısında  çar  Rusiyasında  məhkəmə, 

polis və s. geniş  funksiyaları  yerinə  yetirən  hərbç i məmur. 

Komissar  –  fransız  sözüdür,  ”vəzifəli  şəxs”.  Məsələn,  polis  komissarı, 

milis  komissarı, hərbi  komissar və s. 

Kompensasiya –  latın sözüdür ,”əvəzinivermə, əvəzini ödəmə” deməkdir. 

Konqres – latın sözüdür, ”geniş miqyaslı beynəlxalq yığıncaq ,qurultaq” 

deməkdir. 

Konfedensial  –  latın  sözüdür,  ”gizli  aşkarlanmağa  ehtiyacı  olmayan” 

deməkdir. 

Konfrans  –  latın  sözüdür,  ”mühüm  məsələləri  həll  etmək  üçün 

nümayəndələrin  yığıncağı”  deməkdir. 

Konfrantasiya  –

  

latın  sözüdür, ”qarşıdurma”  deməkdir. 



Konfederasiya  –

 

latın  sözüdür,  ”müxtəlif  dövlətlərin,  təşkilatların, 



qüvvələrin  ittifaqı, birləşməsi”  deməkdir. 

Konvent    –    latın  sözüdür,  ”bəzi  ölkələrdə  xüsusi  qanunvericilik 

hüququna malik seçkili orqan, 17-18-ci əsrlərdə Fransada Milli Məclis. 

Konvensiya  –

 

latın  sözüdür,”dəyişmə,  bir  haldan  başqa  hala  keçmə” 



deməkdir. 


 

442 


Konvoy  –  holland  sözüdür,  ”mühafizə  üçün,  yaxud  qaçmağın  qarşısını 

almaq  məqsədilə  yaradılmış  silahlı  dəstə,  həmin  dəstədə  xidmət  edən 

adam” deməkdir. 

Konsul  –  latınca  “consules”  sözündəndir,  ”diplomatik  nümayəndə” 

deməkdir. 

Konsensus –

 

latın sözüdür,”mübahisəli məsələ haqqında razılığa gəlmə” 



deməkdir. 

Korrupsiya – latın sözüdür, ”ictimai və siyasi xadimlərin, vəzifəli şəxslə-

rin satqınlığı, rüşvət, hədiyyə və s. ilə ələ alınması” deməkdir. 

Korporasiya  –  latın  sözüdür,”eyni  bir  peşəyə,sikə  mənsub  adamların 

ittifaqı”  deməkdir. 

Krematori  – latın sözüdür, meyitlərin yandırılması (krematori sobaları). 

Kriminal  –  latın sözüdür, ”cinayət” deməkdir. 

Kriminilitika  – latınca “criminalist” sözündəndir, ”cinayətə aid olan “ 

deməkdir.  Kriminalistika  cinayəti  tədqiq  edən,  ona  dair  üsulları  öyrənən 

hüquq  elmidir. 

Kriminologiya  –  latınca  “crimines  “cinayət”,  yunanca  “loqos”  “söz, 

təlim” deməkdir. Kriminologiya cinayətkarlıq, onun səbəbləri, cinayətkar-

ların  şəxsi,  cinayətkarlığın  qarşısının  alınması  və  onunla  mübarizə  yol-

ları, vasitələri, habelə ləğvi perspektivləri haqqında elmdir. 

Kriteri  –  yunan  sözüdür,  ”bir  şeyi  qiymətləndirmək  üçün  ölçü,  meyar” 

deməkdir. 

Kriminogen    –  latın-yunan  sözünün  birləşməsi  olub,  ”cinayətlə 

əlaqədar” deməkdir. 

Kulminasiya  –  latın  sözüdür,  ”inkişafın,  yüksəlişin  ən  yüksək  həddi, 

momenti, ani, dövrü” deməkdir. 

Kürd  –  qədim  fars  dilindəki  “kərd”  sözündəndir,  ”qoçaq”,  bahadır, 

pəhləvan” deməkdir. 

Kvorm  –    latın  sözüdür,  ”qərarın  qnuni  olması  üçün  qanun  və  nizam-

namə ilə yığıncaqda iştirak edəcək adamların sayı (yetərsy). 

 

 

-Q- 

 

Qaimməqam  –  fars sözüdür,  ”vali,  ,qubernator” deməkdir. 

Qarantiya    –    farsca  “qarante”,  ”qarantir”,  ”təmin  etmək,  zamin  dur-

maq” deməkdir. 

Qarabulaq –  türk  sözüdür, qara “böyük”, bulaq “su”, yəni “böyük bu-

laq” deməkdir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə