Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   2   3   4   5   6   7   8   9   10   ...   22

23 

 

ötürə bilər. Lakin akseptləĢməmiĢ veksel ödəyici tərəfindən akseptləĢmiĢ veksellərlə 



müqayisədə az yayılmıĢdır. Aksept tam və natamam (qismən) ola bilər. 

     Tam  aksept  bildirir  ki,  trassat  vekseldəki  məbləği  təyin  olunmuĢ  müddətdə  tam 

həcmdə  ödəyəcək.  Natamam  aksept  isə  borclunun  məbləğin  yalnız  bir  hissəsini 

ödəməyə razı olduğunu bildirir. Deməli, məbləğin digər hissəsi akseptləĢməmiĢ qalır. 

Veksel sahibi natamam  akseptlə  razı olmalı və  akseptləĢməmiĢ  məbləğə  qarĢı  etiraz 

göndərməlidir.  Beləliklə, veksel  sahibi  veksel  üzrə  borclu  olan  bütün  Ģəxslərə  qarĢı 

reqressiv tələblər sürə bilər. Bu, Cenevrə konvensiyası ilə nəzərdə tutulub. 

     Ingiltərə  qanunvericiliyində  tam  və  natamam  akseptin  fərqli  qaydası  nəzərdə 

tutulur.  Tam  aksept  Ģərtsiz  səciyyə  daĢıyır.  Lakin  qanunvericilik  ödəmənin 

edilməsinə dair müəyyən Ģərtləri də mümkün edir. Belə ki, vekseldə ödəmənin yalnız 

hansısa  hadisə  baĢ  verdikdə  mümkünlüyü  göstərilə  bilər.  Hadisə  baĢ  vermədikdə, 

ödəyici  veksel  məbləğin  qismən  ödənilməsinə  razılıq  verə  bilər,  yəni  natamam 

(qismən) aksept edə bilər. Veksel sahibi isə natamam akseptdən imtina edə bilər. 

    Veksel,  verildiyi  gündən  ödəmə  gününə  qədərki  müddətdə  istənilən  an  akseptə 

təqdim  oluna  bilər.  Ödəmə  müddəti  bitdikdən  sonra  da  vekselin  akseptə  təqdim 

edilməsinə yol verilir. Belə olduqda borclu veksel üzrə adi qaydada cavab verir. 

     Ödəyici  təqdim  olunan  vekselin  akseptindən  yaxud  artıq  akseptləĢmiĢ  vekseli 

ödəməkdən imtina etdikdə veksel sahibi vekseli propest (vekseldən imtina) edə bilər, 

yəni  imzaları  indossamentlərdə  olan  vekselin  əvvəlki  sahiblərinə  qarĢı  reqressiv 

tələblər irəli sürə bilər. 

Sxem 2. Köçürmə vekselin hərəkəti 

 



24 

 

IĢarələr: 



1,5-əmtənin göndərilməsi; 

2-akseptsiz veksel; 

3-vekselin akseptə göndərilməsi; 

4-akseptləĢmiĢ vekselin qaytarılması; 

6-akseptləĢmiĢ vekselin alınan əmtəənin müqabilində verilməsi; 

7-vekselin ödənilməkdən ötrü təqdim edilməsi; 

8-pul vəsaitlərinin qəbul edilməsi. 

 

     Vekselin  bir  Ģəxsdən  digərinə  keçməsi  hər  dəfə  onun  arxa  tərəfində  edilən  və 



indossament adlanan ötürmə qeydi vasitəsilə baĢ verir. Qeydi edən Ģəxsə indossant, 

qeydin  nəticəsində  vekseli  alan  Ģəxsə  isə  indossat  deyilir.  Ötürmə  qeydindəki 

məlumatın  həcmindən  asılı  olaraq  indossamentlərin  bir  neçə  növü  mövcuddur. 

Birincisi, indossament tam və natamam (qismən) ola bilər. Tam indossament veksel 

üzrə  bütün  hüquqları  indossatın  üzərinə  keçirir.  Natamam  indossament  isə  bu 

hüquqların yalnız bir hissəsini keçirir. 

     Ikincisi,  indossamentin  blank,  adlı  və  tapĢırıqlı  növlərini  fərqləndirirlər.  Blank 

indossamentində ötürmə qeydində ödəmənin edilməsi əmrini verən Ģəxs göstərilmir. 

Belə olduqda, veksel təqdimatlı hesab olunur. Indossant vekseli imzalayır və onu yeni 

sahibinə ötürür. Veksel sonradan yenidən ötürüldükdə yeni ötürmə qeydinin edilməsi 

tələb  olunmur.  Təqdimatlı  vekseli  adlı  da  etmək  olar.  Bunun  üçün  ötürmə  qeydində 

ödəmə  əmrini  verən  Ģəxsi  göstərmək  kifayətdir.  Adlı  indossament  ötürmə  qeydində 

vekselin  ötürüldüyü  Ģəxsin  göstərildiyini  bildirir.  Belə  olduqda  adlı  qiymətli  kağız 

mövcuddur.

 5 

[17] 


     TapĢırıqlı indossament ötürmə qeydində göstərilən Ģəxsə müəyyən əməliyyatların 

keçirilməsini  etibar  etmək  məqsədilə  edilir.  Adətən  banka  ödəyicidən  pul 

vəsaitlərinin  alınmasına,  ödəməmə  zamanı  protest  edilməsinə,  vekselin  girov 

qoyulmasına və s.dair tapĢırıq verilir. Vekseli təqdimatlı indossament üzrə alan Ģəxs 

                                                           

5-

 



17. Белов В.А. Вексельные возражения 2000г.

 



25 

 

onun sahibinə çevrilmir. O, yalnız ötürmə qeydində göstərilən tapĢırığı yerinə yetirir. 



Vekseldəki bütün sonrakı indosamentlər də yalnız tapĢırıqlı ola bilər. 

     Üçüncüsü,  indossament  dövriyyəli  və  dövriyyəsiz  ola  bilər.  Dövriyyəli 

indossament  edildikdə,  veksel  sahibi  veksel  haqda  heç  bir  qeyd-Ģərt  etmir.  Bu  o 

deməkdir  ki,  reqress  zamanı  o,  veksel  öhdəlikləri  üzrə  tam  həcmdə  cavab  verir. 

Dövriyyəsiz  indossament  vekselin  üzərində  “üzərimə  qaytarılmamaqla”  qeydin 

edilməsi  vasitəsilə  baĢ  verir.  Borclu  veksel  məbləğini  aksept  etmədikdə  yaxud 

ödəmədikdə dövriyyəsiz indossamenti edən Ģəxs veksel öhdəlikləri üzrə məsuliyyəti 

öz  üzərindən  atır.  Belə  olduqda  dövriyyəli  indossamenti  edən  bütün  Ģəxslər  veksel 

üzrə müĢtərək (birgə) məsuliyyət daĢıyır. 

     Ötürmə  qeydi  vekselin  arxa  tərəfində  edilir.  Vekselin  çoxsaylı  indossamentlərə 

məruz qalması ehtimal edildikdə, onlar üçün vekselə əlavə vərəq qoĢulur ki, buna da 

allonj deyilir. 

     Vekselin etibarlığının və ödəmənin keçirilməsi zəmanətinin artırılması  məqsədilə 

veksel üçüncü Ģəxslər tərəfindən aval edilir. Aval hüquqi Ģəxsin borclu öz öhdəliyini 

yerinə  yetirmədikdə  vekselin  tam  yaxud  qismən  ödənilməsinə  zəmanət  verməsidir. 

Aval zamanı vekselin üz tərəfində “Aval hesab etməli” qeydi edilir. Veksel üzrə aval 

hər  bir  məsul  Ģəxsə  görə  edilə  bilər.  Buna  görə  də,  avalçı  zamin  olduğu  Ģəxsi 

göstərməlidir.  Belə  qeyd  olmadıqda  hesab  olunur  ki,  aval  vekselverənə  görə  edilib. 

Eyni zamanda, veksel dövriyyəsinin veksel üzrə məsuliyyəti üzərindən atmıĢ Ģəxslərə 

görə  edilə  bilməz.  Məsələn,  veksel  aksept  etməyən  borcluya  görə,  yaxud  ötürmə 

qeydində “üzərimə qaytarılmamaqla” yazmıĢ indossanta görə edilə bilməz. 

     Avalin  edilməsi  avalçını  veksel  dövriyyəsinin  iĢtirakçısı  edir,  yəni  o,  vekseldə 

imzası  olan  digər  Ģəxslər  kimi  veksel  sahibi  qarĢısında  birgə  məsuliyyət  daĢıyır. 

Avalçı  veksel  üzrə  ödəməni  edibsə,  veksel  dövriyyəsinin  iĢtirakçısı  kimi  ödəməni 

əvəzində  etdiyi  Ģəxsədn,  həmçinin  axırıncıya  borclu  olan  digər  iĢtirakçılardan 

ödənilmiĢ məbləğin əvəzinin ödənilməsini tələb etmək hüququ əldə edir. 

     Veksel rekvizitlərindən biri ödəmə müddətinin göstərilməsidir. Veksel verənin və 

ya trassatın maliyyə vəziyyətindən asılı olaraq ödəmə tarixinin müəyyən edilməsinin 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə