Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə25/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   21   22   23   24   25   26   27   28   ...   276

52

100 

illiyi

Cəmşid Əmirov 

 

     

1918-1982            

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral 

ayının  10-da  Naxçıvan  şəhərində  anadan  olmuş-

dur.  1934-cü  ildə  Əzizbəyov  adına  Azərbaycan 

Sənaye İnstitutuna daxil olmuş, son kursda institu-

tu tərk etmişdir. 1937-1940-cı illərdə “Azərbaycan 

gəncləri” qəzetində məsul katib, 1940-41-ci illərdə 

“Gənc işçi” qəzetində şöbə müdiri , 1941-ci ildə 

“Bolşevik” qəzetində məsul katib, 1941-ci ilin may 

ayından  dekabra kimi “Əzizbəyovneft” şirkətində 

mühəndis-geoloq vəzifələrində işləmişdir. 

İkinci  Dünya  müharibəsi  zamanı  ön  cəbhədə, 

Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Pol-

şa,  Çexoslovakiya,  Avstriya  uğrunda  döyüşlərdə 

iştirak  etmişdir.  Müharibədən  sonra  jurnalistlik 

fəaliyyətilə məşğul olmuş, “Azərbaycan gəncləri” 

qəzetində şöbə müdiri, “Sovet ticarəti” (Moskva) 

qəzetində  xüsusi  müxbir,  Azneftnəşrdə  baş  re-

daktor,  “Azərbaycan  neft  təsərrüfatı”  jurnalında 

redaktor  müavini,  “Bakı”  qəzetində  şöbə  müdi-

ri  vəzifələrində  işləmişdir.  1969-1972-ci  illərdə 

Bakı  Maliyyə-kredit  Texnikumunda  direktor 

vəzifəsində  çalışmış  və  fərdi  təqaüdə  çıxmışdır.

Ədəbi  yaradıcılığa  1940-cı  illərdən  oçerk,  felye-

ton  və  hekayələrlə  başlamışdır.  Onun  ilk  mətbu 

oçerki  “Dəqiqələr,  saniyələr...”,  “Azərbaycan 

gəncləri” qəzetində dərc edilmişdir.  Sonralar “Sa-

hil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”, 

“Şəhər yatarkən” və s. detektiv əsərləri qələmə al-

mış və Azərbaycan ədəbiyyatında detektiv janrının 

banisi kimi məşhurlaşmışdır.

“Vətən  müharibəsı”  (I  dərəcəli),  “Qırmızı  ul-

duz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Kö-

niqsberqin alınmasına görə”, “Berlinin alınmasına 

görə”,  “Almaniya üzərində  qələbəyə  görə”,  “Ya-

poniya üzərində qələbəyə görə” medallarına layiq 

görülmüşdür. 1962-ci ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvü olmuşdur.

Cəmşid Əmirov 1982-ci il dekabr ayının 29-da 

vəfat etmişdir.



Sahil əməliyyatı: povest /C.Əmirov; tərt.: D.Əmirova, İ.Əmirova; red. A.Kənan.- Bakı:  Azərnəşr, 2007.- 307 s.

Brilyant məsələsi /C.Əmirov. - Bakı: Azərnəşr, 2008.- 360 s.

10

        Yazıçı

        Yazıçı

Milli ədəbiyyat

70 

illiyi

Mərkəz Qacar     

1948-2013  

    

      

FEVRAL

Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) 

1948-ci  il  fevral  ayının  14-də  Füzuli  şəhərində 

anadan olmuşdur. Bakı Dövlət Univetsitetinin hü-

quq fakültəsini bitirmiş, 1976-cı ildən prokurorluq 

orqanlarında çalışmışdır.

Mərkəz  Quliyev  prokurorluq  orqanlarında 

işləməklə bərabər, “Qacar” təxəllüsü ilə bədii ya-

radıcılıqla məşğul olmuşdur. Onun indiyə kimi 42 

kitabı nəşr edilmişdir. 

Əsərləri  rus,  ingilis,  alman,  ispan,  fransız  və 

fars  dillərinə  tərcümə  olunmuşdur.  Yaradıcılıq 

uğurlarına görə “Araz”  ali ədəbi və “Qızıl qələm” 

yaradıcılıq mükafatlarına layiq görülmüşdür.

Ümumiyyətlə, Mərkəz Qacarın 16 mindən yu-

xarı təmsili, 2000-dən artıq rübaisi, 2000-dən artıq 

lirik  şeiri,  1000-nə  qədər  bayatısı,  500-dən  artıq 

qəzəli, 10 alleqorik pyesi, 8 tarixi dramı və 9 poe-

ması çap edilmişdir. “Metroda terror” sənədli po-

vesti 2004-cü ildə ilk dəfə işıq üzü görmüşdür.

Mərkəz Qacar ağır xəstəlikdən sonra, 2013-cü 

il noyabr ayının 13-də vəfat etmişdir. 



Ə d ə b i y y a t

Dədə Süleyman: poema /M.Qacar.- Bakı: Ulduz, 2004.- 40 s.

Metroda terror: sənədli povest /M.Qacar.- Bakı: Adiloğlu, 2004.- 116 s. 

Təqib: dram /M.Qacar.- Bakı: Ulduz, 2004.- 108 s.

Abbasov, İ. Gecikmiş yazı: (Mərkəz Quliyev haqqında) /İ.Abbasov //Ədalət.- 2013.- 18 dekabr.- S.7.

10

14


53

Milli ədəbiyyat

95  

illiyi

İslam Səfərli 

1923-1974 

FEVRAL

İslam  Əhməd  oğlu  Səfərli  1923-cü 

il  fevral  ayının  12-də  Naxçıvan  Mux-

tar  Respublikasının  Babək  rayonunun 

Şəkərabad  kəndində  anadan  olmuşdur. 

Naxçıvandakı 1 saylı məktəbi bitirmiş-

dir.  Onun  “Nizami  yurdunda”  adlı  ilk 

şeiri 1940-cı ildə “Ədəbiyyat qəzeti”ndə 

dərc olunmuşdur. 

1941-ci ildə Azərbaycan Dövlət Pe-

daqoji  İnstitutunun  Naxçıvan  filialına 

daxil  olmuşdur.  1942-ci  ildə  könüllü 

olaraq Böyük Vətən müharibəsinə get-

miş, 456-cı Qızıl Bayraqlı atıcı divizi-

yasında kəşfiyyatçı olmuşdur. Müharibə 

illərində “Qızıl əsgər” və “Qırmızı bay-

raq”  cəbhə  qəzetlərində  oçerk,  məqalə 

və  şeirlərini  çap  etdirmişdir.  Müharibə 

illərində qələmə aldığı biri-birindən ma-

raqlı poemaları diqqəti çəkmiş, yadda-

qalan olmuşdur.

Döyüşlərdə ağır yaralandıqdan sonra 

ordudan  tərxis  olunmuş,  “Şərq  qapısı” 

qəzetində  ədəbi  işçi,  Naxçıvan  radio 

komitəsində  əməkdaş,  eyni  zamanda 

“Azərbaycan gəncləri” qəzetinin xüsusi 

müxbiri vəzifələrində işləmişdir.

1946-1951-ci  illərdə  Azərbaycan 

Dövlət 

Universitetinin 



filologiya 

fakültəsinin  jurnalistika  şöbəsində 

təhsilini davam etdirmişdir. 1951-1952-

ci illərdə “Ədəbiyyat qəzeti”ndə poezi-

ya şöbəsinin müdiri kimi çalışmışdır.

İslam Səfərli oçerk, novella, libretto 

və  kinossenari,  dramaturq,  məqalələr 

müəllifi kimi də tanınmışdır.  Onun “İki 

qardaş” (1950), “Badamlı kəndinin qızı” 

(1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, 

“Məzhəkli itki” (1973) novellaları, “İki 

könül bir olanda”(1947) balet-librettosu, 

“Şərqin  qalibləri”  (1960),  “Bir  stəkan 

çay”  (1971)  kinossenariləri  və  xeyli 

sayda məqalələri dövrünün nəbzini tut-

maq baxımından çox əhəmiyyətlidir. O, 

dramaturq kimi də böyük uğurlar qazan-

mışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol 

ayrıcı”,  “Xeyir  və  Şər”,  “Dədəgünəş 

əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-

ayrı bölgələrdə tamaşaya qoyulmuş, ta-

maşaçı rəğbəti qazanmışdır.

 İslam Səfərli tərcüməçilik fəaliyyəti 

ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, 

M.M.  Svetlov,  S.  Marşak,  M.  Kərim, 

M. Tursunzadə, K. Koladze, Y. Dolma-

tovski  və  başqa  tanınmış  sənətkarların 

əsərlərindən müvəffəqiyyətlə tərcümələr 

etmişdir.

Yüzlərlə şeirinə musiqi bəstələnmiş,  

“Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, 

“Bir  könül  sındırmışam”,  “Qonaq  gəl 

bizə”,  “Bakılı  qız”,  “Nə  vaxta  qaldı”, 

“Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xa-

latlı  həkimlər”,  “Gəncliyimi  gəzirəm”, 

“Aylı gecələr” və s. bu kimi mahnıları 

dillər əzbəridir. İslam Səfərlinin 18 ki-

tabı işıq üzü görmüşdür. 

Azərbaycan  ədəbiyyatı  qarşısın-

da  xüsusi  xidmətlərinə  görə  üçüncü 

dərəcəli  “Şərəf  nişanı  ordeni”,  dörd 

medalla  təltif  edilmişdir.  1973-cü  ildə 

“Əməkdar incəsənət xadimi” fəxri adı-

na layiq görülmüşdür. 

İslam Səfərli 1974-cü il noyabr ayı-

nın  6-da  vəfat  etmiş,  Fəxri  Xiyabanda 

dəfn olunmuşdur.

Adını  əbədiləşdirmək  məqsədi  ilə 

Xəzər  dənizində  üzən  gəmilərin  birinə 

“İslam Səfərli” adı verilmişdir. Bakının 

mərkəzi küçələrindən biri, Naxçıvanda 

təhsil  aldığı  1  saylı  orta  məktəb  şairin 

adını  daşıyır.  Bakıda  yaşadığı  binaya 

(Həsən Seyidbəyli, 30) barelyefi-xatirə 

lövhəsi vurulmuşdur.  2013-cü ildə adı-

na poçt markası buraxılmışdır.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/İ.Səfərli; tərt. ed. 

H.Səfərli; ön sözün müəl. 

V.Yusifli.- Bakı: Lider 

nəşriyyat, 2005.-224 s.  

Bakı, sabahın xeyir!: 

seçilmiş əsərləri /İslam 

Səfərli; şerləri topl., tərt. 

ed. Hidayət Səfərli; red. 

Sevda Mikayılqızı.- Bakı: 

Ziya-Nurlan, 2004.- 347 

s. 

Göz həkimi: pyeslər 

/İ.Səfərli.- Bakı: Yazıçı, 

1980.-175 s. 

Seyidzadə, T. İslam Səfərli 

yaradıcılığına kiçik 

baxış /T.Seyidzadə //Azad 

Azərbaycan.- 2017.- 11 

yanvar.- S. 7.

12

Şair, dramaturq  


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə