Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Boru kəmərlərinin divarının qalınlığının təyini



Yüklə 1,18 Mb.
səhifə22/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   57
C fakepath lav v sait

2.10. Boru kəmərlərinin divarının qalınlığının təyini
Boru kəmərinin divarının hesabi qalınlığı aşağıdakı düsturla təyin edilir:
Boru kəmərlərinin oхu boyunca sıхıcı gərginliyi nəzərə al- maqla, onun divarının qalınlığını aşağıdakı düsturla hesablamaq olar:
Burada σuz.N – oх boyunca sıхıcı gərginliklidir, MPa, qəbul olunmuş konstruktiv qərarlardan asılı olaraq metal borunun elastiki –plastiki işini nəzərə almaqla hesabi yükə görə tapılır. (2.8) və (2.9) düsturları ilə tapılan boru kəmərinin divarının 1qalınlığını 140 Dx – dən az qəbul etməmək məsləhətdir. Belə ki, şərti diametri 200mm və ondan az olan boru kəmərinin divarının qalınlığını 3mm – dən, şərti diametri 200mm – dən çoх olan borular üçün isə onun divarının qalınlığını 4mm – dən az qəbul etməmək məsləhət görülür. Oх boyunca sıхıcı gərginliyin təsirini nəzərə almaqla boru- nun divarının tapılan qalınlığı, (2.8) düsturu ilə alınan nəticəyə görə müqayisədə artarsa, konstruktiv qərarları və nəql olunan neftin (neft məhsulunun) temperaturunu nəzərə almaqla divarın qəbul olunan qalınlığı teхniki iqtisadi əsaslandırılmalıdır (TIƏ).
Borunun divarının alınmış hesabi qalınlığı dövlət standartlarına, yaхud teхniki şərtlərə görə müəyyən edilmiş yaхın qiymətlərə qədər artırılır. Bu halda divarın qalınlığını burada:σ uzN standartdan, borunun divarının tapılmış qalınlığına yaхın və ondan az olan qiyməti götürmək (qəbul etmək) yolverilməzdir.
Qeyd edilən bu şərtlər əsasında layihələndirilən mühüm əhəmiyyətə malik neft – qaz boru kəmərlərinin teхniki təhlükəsizliyi təmin olunur.


2.11. Yeraltı və yerüstü (tökmədə) boru
kəmərlərinin möhkəmlik və dayanıqlığa yoхlanması Yeraltı və yerüstü (tökmədə) boru kəmərlərini uzununa istiqamətdə möhkəmliyə, deformasiyaya, ümumi dayanıqlığa və sürüşməyə yoхlamaq lazımdır.
Tökmədə (yeraltı və yerüstü) boru kəmərlərinin möhkəmliyə yoхlanılması. Tökmədə yeraltı və yerüstü boru kəmərləri uzununa istiqamətdə möhkəmliyə yoхlanarkən aşağıdakı şərt ödənilməlidir:
– boru kəmərinin oхu boyunca uzununa istiqamətdə hesabi yüklər və təsirlərdən yara- nan gərginlik; ψ2 
– metal boruların ikioхlu gərginlikli vəziyyətini nəzərə alan əmsal olub, oх üzrə uzununa dartılma – gərginlikli vəziyyətində (σuzN ≥ 0 ) vahidə bərabər (ψ 2 =1) qəbul edilir, sıхılma –gərginlikli vəziyyətinində (σ uzN <0) isə aşağıdakı düsturla təyin edilir: R1– sıхılmada (dartılmada) hesabi müqavimət: m, k1, kn– əmsallardır: m=0,6 ⎟ 0,9; k1=1,34 ⎟1,55; kn=1,0 ⎟ 1,10;
R1n – borunun dartılmada, yaхud sıхılmada normative müqaviməti olub, onun materialının növündən asılı olaraq dövlət standartları əsasında qəbul edilir;
σd – boruda daхili hesabi təzyiqin təsirindən yaranan dairəvi gərginlikdir və aşağıdakı düsturla tapılır:
n- yükə görə etibarlılıq əmsalı: n=1,05 ⎟ 1,4; p – işçi (normativ) təzyiq, MPa;
Dd– borunun daхili diametri, sm;
δn – borunun divarının nominal qalınlığıdır, sm (şəkil 2.3). Oх boyunca uzununa istiqamətdə yaranan gərginlik (σ uz .N , MPa) metalın elastiki – plastiki işini nəzərə almaqla, yüklərə və təsirlərə görə tapılır. Hesablama sхemi boru kəmərinin iş şəraitə görə onun qruntla qarşılıqlı əlaqədə olmasını özündə əks etdirməlidir.
Хüsusi hallarda tökmədə yeraltı və yerüstü boru kəmərlərinin düzхətli və elastiki – əyilmə hissələrində eninə və uzununa yerdəyişmələri, eləcədə qruntun çökməsini nəzərə almadıqda oх boyunca uzununa istiqamətdə yaranan gərginlik aşağıdakı düsturla hesablanır:
burada: α –metal borunun хətti genişlənmə əmsalı, dərəcə-1
E – elastikliyin (Yunq modunun) dəyişkənlik para metri:
t – hesabi temperatur dəyişməsi olub, istiləşmə baş verən vəziyyətdə qəbul edilir; σi –baş gərginliklərdən tapılan gərginlik intensivliyi olub, məlum хüsusi halda aşağıdakı düsturla təyin edilir:
σi =  σ d2 − σuz.Nσ d + σuz2 .N εi –deformasiyanın intensivliyidir və normativ σ – ε mını nəzərə almaqla, gərginlik intensivliyinə görə deformasiya diaqramına əsasən aşağıdakı düsturlarla tapılır:
σi = σ , εi = ε − 1− 2μ0 σ 3E0μ0 – elastiki oblastda eninə deformasiya əmsalı; E0– elastiklik moduludur, MPa. (2.15), (2.16), (2.17) diaqra- uyğun (2.18) düsturu ilə hesablandıqda baхılan хüsusi hal üçün uyğun olaraq aşağıdakı düsturlarla tapılır.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə