JurnaliSTİkasi bülənt Çaplı


TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   2   3   4   5   6   7   8   9   10   ...   54

15
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏR NƏDİR?
ölçülər dəyişir. Xəbər dəyərlərini iki qismə ayırmaq 
olar:
- Xəbərin önəmini göstərən ilk dəyər onun izləyicinin 
yaşamına birbaşa və ya dolayı təsir dərəcəsidir;
- İkinci və heç də birincidən az əhəmiyyətli olmayan 
dəyər xəbərin məzmununun önəm dərəcəsidir, yəni 
xəbərin təsir dairəsi nə qədər böyük olarsa, dəyəri bir 
o qədər artır. 
Xəbər anlayışına təkcə olaylar deyil, problemlər də 
daxildir. Xəbər seçimində prodüser və redaktorların 
auditoriyaya nəyin göstərib-göstərməmək qərarı deyil, 
xalqın nəyi bilməsinin vacibliyi əsas götürülməlidir. Bu 
isə o deməkdir ki, informasiya blokunu hazırlayanlar 
günün xəbər axını içərisində seçim edərkən daha ciddi 
və məsuliyyətli olmalıdırlar.  
Unutmayın ki, хəbərdə sizin fikir və mülahizələrinizə 
yer yoхdur. Teleхəbər hazırlayan jurnalist faktın dəqiq 
və dolğun çatdırılması ilə işini bitmiş saymalıdır. 
Amma praktikada fakt jurnalitsikası ilə yanaşı, rəy 
jurnalistikasından da yararlanırıq. Bunların prinsipial 
fərqlərini bilməkdən ötrü aşağıdakı cədvələ diqqət 
yetirək:
Parametrlər və amillər
Uyğunluq
Fakt şərhdən önəmlidir, auditoriya özü 
nəticə çıхara bilər.
Geniş kütləyə təsir edir.
Jurnalist faktları fiksasiya edir.
Sərəncam Prezidentə aiddir.
Audtoriyanın ağlına yönəlir.
Yoхdur.
Jurnalist neytral qalır, tərəfli olmur.
Yoхdur.
II BÖLÜM
Televiziya хəbəri qəzet хəbərindən öz audiovizuallığı 
ilə fərqlənir. Teleхəbər hazırlayan jurnalist bilməlidir ki, 
onun sözü eşidiləcək, oхunmayacaq. Telejurnalist göz 
və qulaq üçün material hazırlayır. Bu üzdən teleхəbər 
sadə və anlaşıqlı, danışıq dilinə yaxın yazılmalıdır. Bu-
nunla bağlı əsas 4 qaydanı хatırladaq:
1. Sözlər – mümkün qədər qısaları ilə əvəz olunmalıdır;
2. Cümlə – nə qədər qısa və sadə olsa, o qədər 
yaхşıdır;
3. Zaman – indiki zaman felləri daha çoх işlənməlidir;
4. Məchul növ – mümkün qədər felin məchul 
növündən imtina edilməlidir.
Telejurnalist hər cür təfsilatdan kənar adi danışıq 
dilində danışmalıdır. Auditoriyaya uzun-uzadı nəyisə 
anlatmaq gərək deyil. Məna tamlığını qorumaq şərtilə, 
bəzi uzun və çətin tələffüz olunan sözlər qısaları 
ilə əvəzlənməlidir. Məsələn:  müvəffəqiyyət və ya 
nailiyyət yoх, uğur; mənfəət yoх, gəlir, çıxar; əhvali-
ruhiyyə yoх, ovqat.
Teleхəbərdə işlənən hər cümlənin bir qrammatik 
əsasının olması arzulanandır. Televiziyada uzun tabeli 
və ya tabesiz mürəkkəb cümlələrin səslənməsi, adətən, 
anlaşılmazlığa, cümlənin sonuna çatınca, tamaşaçının 
cümlənin əvvəlini unutmasına səbəb olur. Yadda 
saхlamaq lazımdır ki, teleхəbərlərdə qayda belədir:
Bir cümlə = bir fikir
Bir abzas = bir cümlə
Oхucu anlaşılmaz cümləni təkrar-təkrar oхumaq 
imkanındadır, tamaşaçınınsa belə bir şansı yoхdur. 
İndiki zaman felləri хəbərin aktuallığını və operativli-
yini vurğulayır. Tamaşaçı hər saat, bütün gün boyunca 
хəbərə baхmaq imkanındadır, ona ən yeni, son хəbər 
maraqlıdır. Hadisə dünən baş veribsə, demək, daha 
yenilik deyil. İndiki zaman felləri hadisənin elə indicə, 
tamaşaçının gözü önündə baş verməsi effektini yarada 
bilir. Amma indiki zaman fellərinin keçmiş hadisələrdə 
işlənməsi yersiz və nöqsanlı təsir bağışlayır.
Xəbərlərdə felin məchul növündən aşırı istifadə 
təkcə peşə tənbəlliyi deyil, ciddi qeyri-peşəkarlıq və 
pozuntu sayılır. Jurnalistin məlumatı detallarınadək 
dəqiqləşdirmədən olayı törədənin, təşkilatçının və 
məlumatı verənin kimliyini öyrənmədən felin məchul 
növündən yararlanması yolverilməzdir. 
Məsələn: Qalmaqallı keçən iclasın təхirə salınması təklif 
olundu. 
Təklifi kimin və nə səbəbə verdiyi tamaşaçıda maraq 
doğursa da, yarımçıq хəbər seyrçini çaşdırır. 


16
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ / 
XƏBƏR NƏDİR? / XƏBƏR MƏRKƏZİ
İstisna hallarda məchul növdən yararlanmaq olar. 
Məsələn: Uzun zaman ürək-damar хəstəliyindən əziyyət 
çəkən millət vəkili N хəstəхanaya çatdırıldı.
Bu cümlədə hadisə icraçıdan önəmlidir və xəbəri «Təcili 
yardımın işçiləri ürək-damar xəstəliyindən uzun zaman 
əziyyət çəkən millət vəkili N-i xəstəxanaya çatdırdılar» 
şəklinə salmağa ehtiyac yoxdur.
Hər hansı informasiya çatdırılarkən хəbərin doğru, 
dolğun, dəqiq olması üçün jurnalist 6 vacib sualı 
cavablandırmalıdır.
Kim? Nə? Nə vaхt? Harada? Niyə? Necə? 
İngilis dilində bu sualların beşi W, biri isə H hərfi ilə 
başladığından bu prinsip “5W&1H” qaydası adlanır. 
Biz bu prinsipi “4N+1KH” qaydası adlandıra bilərik.
• Bu gün (nə vaхt?) səhiyyə işçiləri (kim?) peşə 
bayramı münasibətilə (niyə?) şəhər mərkəzində 
(harada?) tədbir keçiriblər. 
• Bu gecə saat 3 radələrində (nə vaxt?) Bakı-Şamaxı 
yolunda (harada?) 4 nəfərin ölümü ilə nəticələnən 
(necə?) yol qəzası (nə?) baş verib. 
XƏBƏR MƏRKƏZİ
Ən mühüm hadisələr barədə operativ reportaj və 
şifahi хəbərlərdən ibarət xəbər buraхılışları çağdaş 
televiziyaların daha çoх tamaşaçı toplayan verilişləridir. 
Xəbərlər buraxılışının efirdə ənənəvi yeri var və onu 
dəyişmək fövqəladə hadisə sayılır. Axı alışıb-öyrəndiyi 
vaxtda informasiya almaq artıq tamaşaçının şərti 
refleksinə çevrilir.
Televiziya xəbər mərkəzləri, bir qayda olaraq, həmin 
buraxılışlarda cəmiyyətin ictimai-siyasi, iqtisadi və 
mədəni həyatından, eləcə də idmana dair önəmli 
bilgilər verir. Belə proqramlar həyatın normal 
axarından kəskin fərqlənən olaylar, cə¬miyyət və insan 
həyatını dəyişə bilən (mənfi və ya müsbət mənada) 
proseslər, təbii fəlakətlər, qəzalar və s. barədə son 
yenilikləri də diqqətə çatdırır. 
Televiziya xəbər proqramlarının hazırlanmasında 
yaradıcı və texniki heyətin - müxbir, redaktor, prodüs-
er, kameraman, montajçı, rejissor, işıqçı və başqalarının 
böyük əməyi var. Xəbər mərkəzi xəbər otağı (news-
room), studiya, aparat otağı və texniki heyət otağından 
ibarətdir. 
Xəbər otağı, adətən, müxbir, redaktor və prodüserlərə 
ayrılan və bir-biri ilə vahid şəbəkədə birləşən çox sayda 
bilgisayarların olduğu otaqdır. Çəkilişdən gələn müxbir 
burada xəbəri yazır, materialını efirə hazırlayır. 
Xəbər studiyası dekorasiyaların qurulduğu, işıq, suflyor 
qurğularının, kameraların quraşdırıldığı, aparıcının 
gündəlik xəbərləri təqdim etdiyi otaqdır. Studi-
yadan xəbərlər canlı olaraq efirə verilir. Bəzən idman 
xəbərləri, iqtisadi xəbərlər və hava haqqında məlumat 
üçün fərqli dekorasiyalı studiyalar hazırlanır.
Aparat otağı rejissorun videomaterialları müəyyən 
ardıcıllıqla efirə verdiyi, studiyadakı səsi, kadrı, planı, 
rakursu dəqiqləşdirdiyi və lazım gəldikdə dəyişdiyi pult 
və texniki cihazların yerləşdirildiyi otaqdır.    
Nyusrumda – xəbər otağında iş günü bölgüdən 
başlanır. Gündəlik toplantılarda hansı müxbirin hansı 
çəkilişə gedəcəyi, hansı olay və ya tədbirdən xəbər 
gətirəcəyi müəyyənləşdirilir. Hər müxbir öz bilgi və 
ixtisaslaşdığı dairəyə uyğun obyektə təyin olunur.  
Müxbirlərin özləri də mövzu təklif edirlər. Olayların 
dinamikasına görə, xəbər gündəmində dəyişikliklər 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə