Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə5/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

 

«Onlara  Allah  tərəfindən  əllərindəkini  (Tövratı)  təsdiq  edən  bir  kitab 

(Qur`an) göndərildiyi zaman onu qəbul etmədilər...» (əl-Bəqərə 2:89). 

 

«Halbuki  o,  (Qur`an)  onların  əllərində  olanı  (Tövratı)  təsdiq  edən  bir 



həqiqətdir...» (əl-Bəqərə 2:91). 

 

«...Həqiqətən,  o,  özündən  əvvəkiləri  təsdiq  edən,  mö`minləri  doğru  yola 



yönəldən,  onlara  mücdə  verən  Qur`anı  Allahın  izni  ilə  sənin  qəlbinə 

çatdırmışdır» (əl-Bəqərə 2:97). 

 

«Ey özlərinə kitab verilmiş olanlar! Əlinizdə olanı (Tövratı) təsdiqləyən kimi nazil etdiyimizə 



(Qur`ana) iman gətirin!» (ən-Nisa 4:47). 

 

«Biz  Qur`anı  sənə  haqq  olaraq,  özündən  əvvəlki  kitabı  təsdiq  edən  və  onu  qoruyan  kimi 



endirdik... Bu müxtəliflik Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür...» (əl-Maidə 5:48). 

 

«Bu Qur`an da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır...» (əl-Ən`am 6:92). 



 

«Sənə vəhy etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən kitab haqdır...» (Fatir 35:31). 

 

Bə`ziləri  qətiyyətlə  iddia  edirlər  ki,  Tövratın  və  Incilin  ayələri  artıq  Məhəmməd  vəfat 



etdikdən sonra dəyişdirilmişdir. Lakin bu iddialar da tanınmış islam alimlərinin öz dövrlərində 

qaldırdıqları sualların ortaya çıxmasına səbəb olmuşlar: 

Bütün  dünya  xristianları  Müqəddəs  Kitabın  ayələrini  dəyişdirmək  və  ya  öz  düzəlişlərini 

vermək məqsədilə birləşmək imkanını nə vaxt  və harada əldə edə bilmişdirlər? 

Onlar  həmin  dövrdə  istifadədə  olan  minlərlə  oricinal  əlyazmasının  bir  anda  yox  olmasına 

necə nail ola bilmişdirlər? 

Heç olmazsa, bir həqiqi Müqəddəs Kitab nümunəsinin qala bilməsinin mümkünlüyünü necə 

rədd etmək olar?  




Əgər  yəhudilər  indiyə  qədər  də  Isanı  rədd  edir,  xristianlar  isə  qəbul  edirlərsə,  Isa  Məsihlə 

bağlı  ayələrin  dəyişdirilməsi  məsələsində  onların  razılığa  gəlməsi  fikri  nə  dərəcədə  həqiqətə 

uyğundur?  

Bu  gün  dünya  muzeylərində  Tövrat  və  Incilin  5000-ə  qədər  əlyazması  saxlanılır.  Sina 

kodeksi  kimi  bitkin  Müqəddəs  Kitab  nüsxəsinə  malikik  ki,  onun  tarixi  Hicri  tarixindən  də 

qədim dövrlərə aiddir.  

Qədim  dilləri  bilən  hər  bir  kəs  bu  əlyazmaları  oxuya  və  müxtəlif  nüsxələrdə  olan  eyni 

ayələrdə heç bir ziddiyyətin olmadığının şahidi ola bilər. 

Məhz buna görə Müqəddəs Kitabın təhrif olunması fikrindən birdəfəlik əl çəkmək lazımdır. 

Müqəddəs  Kitabın  təhrif  olunduğuna  özü  inanmaqla  bərabər,  bu  fikri  başqalarına  da  yayan 

insanın  vay  halına!  Çünki  bununla  o,  yüz  illər  ərzində  Öz  Kəlamını  qoruyub  saxlayan  Qadir 

Allahın adına küfr etmiş olur. 

O zaman Məhəmməd peyğəmbərin yəhudi və xristianlara ünvanladığı ittihamları bizlərdən 

bə`zilərinə də ünvanlamaq mümkündür: 

 

«Sonra  onlar  da  xəbərdar  olunduqları  şeylərin  bir  hissəsini  unutdular» 

(əl-Maidə 5:14). 

 

Təəssüflər olsun ki, dövrümüzün bir çox məsihçiləri, imanlılar üçün öz əhəmiyyətini hələ də 



saxlamaqda olan Müqəddəs Kitab həqiqətlərinin vacibliyini qəbul etmirlər. Bu həqiqətləri qəbul 

etmək  böyük  hünər  tələb  edir,  lakin  Yazının  göstərdiyi  yolla  həqiqi  sülhə  və  xoşbəxtliyə 

çatmağın başlıca yollarından biri yanlış fikirlərdən yaxa qurtarmaqdır.  

Düzgün  düşüncə  qabiliyyətinə  malik  olan  insan  Tövratı,  Incili  və  Müqəddəs  Kitabın  digər 

kitablarını  oxuyarkən  əmin  olur  ki,  onlar  bu  gün  də  həyati  əhəmiyyət  kəsb  edən  öyüd  və 

biliklərin mənbəyi olaraq qalmaqdadırlar. 

Qur`ani-Kərim deyir: 

 

«Sənə  özündən  əvvəlki  Müqəddəs  Kitabları  təsdiq  edən  Qur`anı  haqq 



olaraq  O  nazil  etdi.  Bundan  əvvəl  insanları  doğru  yola  yönəltmək  üçün 

Tövratı və Incili də O endirdi» (Ali-Imran 3:3). 

 

«Ey  mö`minlər!  Allaha  və  Peyğəmbərinə,  Onun  Öz  Peyğəmbərinə 



endirdiyi  kitaba  və  ondan  əvvəl  nazil  etdiyi  kitablara  iman  gətirin! 


Allaha, Onun mələklərinə,  kitablarına,  peyğəmbərlərinə  və axirət gününə 

inanmayan şəxs, şübhəsiz ki, çox azmışdır» (ən-Nisa 4:136). 

 

Yazının  qəbul  edilməsi  -  imanımızın  əsasını  təşkil  edən  Allah  iradəsinin  qəbul  edilməsi 



deməkdir. Artıq əmin olduq ki, müqəddəs kitabların təhrif olunması qeyri-mümkündür. Bizim 

imanımız isə bu kitabların tədqiqi və dua sayəsində möhkəmlənir.  

Beləliklə, Incildə hansı dəyişikliklər aparılmışdır? Bu sualın yalnız bir cavabı var: «Tamamilə 

heç bir şey!» 

Əgər sizlərdən hansınınsa ürəyində hələ də şübhə qalıbsa, qoy soruşsun.                

 

«Əgər  sənə  nazil  etdiyimə  şübhə  edirsənsə,  səndən  əvvəl  Kitab 



oxuyanlardan  soruş.  Haqq  sənə,  sözsüz  ki,  Rəbbindən  gəlmişdir.  Şübhə 

edənlərdən olma!» (Yunus 10:94). 

 

Əziz oxucular, sizləri Müqəddəs Kitabları əlinizə götürüb diqqətlə oxumağa də`vət edirəm. 



Qoy  hər  kəs  özü  qərar  versin.  Əgər  Allahın  Kəlamını  diqqətlə  öyrənməyə  sə`y  göstərsəniz, 

həyatınız üçün böyük xəzinə əldə etmiş olacaqsınız.  

Mən  bu  kiçik  kitabı Tövratı,  Incili  və  Yazının digər  kitablarını  oxuduğum  üçün yazmışam. 

Onlarla  diqqətlə  tanış  olduqdan  sonra  əmin  oldum  ki,  bu  kitablar  insanlara  Allah  tərəfindən 

nazil edilmişdir. Mənim əminliyim həm də islam e`tiqadının əsasında duran Qur`anın çoxsaylı 

ayələrinə də əsaslanır.  

Qoy müqəddəs kitabları tənqid  atəşinə tutan imansızlar, özlərini imanlı adlandırsalar da, bu 

kitablarda yazılanlara əməl etməyənlər sizi yoldan azdırmasınlar.  

Gəlin Allaha güvənək, çünki O və`d etmişdir: 

 

«Kim  Onun  iradəsini  yeritmək  istəyərsə,  öyrətdiklərimin  Allahdanmı  olduğunu,  yoxsa 



Özümdənmi söylədiyimi biləcəkdir» (Yəh. 7:17, Incil). 

 

 




Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə