Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV



Yüklə 0,59 Mb.
səhifə2/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
1   2   3   4   5   6   7

Ailə tərkibinin hesabatı



Sıra

-si



Ailələrin tərkibi

48%-ə

S.R.

Ailələrin miqdarı (8)

Əhali (n)

1

1 nəfərlik

8

8

71

71

2

2 nəfərlik

25

50

223

446

3

3 nəfərlik

27

81

241

723

4

4 nəfərlik

23

92

206

824

5

5 nəfərlik

17

85

152

760

6

Cəmi

100

316

814

2826

7

X













Ailələrin mənzilləri üzrə bölüşməsi



Sıra

-si






Mənzillərin miqdarı

1 otaq

2 otaq

3 otaq

4 otaq

5 otaq

Cəmi

1

1 nəfərlik

71













71

2

2 nəfərlik

51

30

142







223

3

3 nəfərlik




80

75

106




141

4

4 nəfərlik










2060




206

5

5 nəfərlik və daha çox










606

92

152

Cəmi

92

122

40

217

372

894

Planlaşdırma layihəsini tərtib etmək üçün bina və qurğuların hesabatını aparırlar, tip layihələr seçirlər,bina və qurğuların miqdarını təyin edirlər.

Yaşayış evlərinin həcmini hesablayanda bir nəfərə düşən ümumi faydalı sahə normasına əsaslanılır-18m2. Bu normanı əhalinin ümumi hesabi sayına vurub alınan cavabdan mövcud yaşayışevlərinin sahələrini çıxırlar.Yaşayış evlərinin tipi və mərtəbəliyini layihə tapşırığına əsasən təyin edirlər.

İctimai binaların tutumunun və buraxıcılıq qabiliyyətinin, onların torpaq sahələrinin ölçülərinin hesabatını normalara əsasən aparırlar. Alınan nəticələrə əsasən tip layihələr seçilir.

Sonra istehsalat-təsərrüfat binalarının hesabatı yerinə yetirilir və aşağıdakı tələblərə cavab verilir: istehsalat tikintisində təsərrüfatın bütün tələblərinin təmini; istehsalın proqressiv texnologiyalarının tətbiqi, əsas işlərin kompleks mexanikləşdirilməsi; sanitar – gigiyenik və yanğınaqarşı mübarizə tələblərinə tam riayət etmək; mövcud istehsalat bina və qurğularından maksimum istifadə.

Kənd yaşayış yerlərinin ərazilərinin ölçülərinin hesabatı zamanı qabaqcadan hər bir əsas funksional hissələrinin sahəsini təyin edirlər:

Syaş =(S1 +S2 + S3) k1

Syaş –yaşayış zonasının ərazisinin sahəsi;

S1 –yaşayış ərazilərinin sahəsi;

S2 –ictimai təyinatlı ərazilərin sahəsi;

S3 – küçə və meydançalardan başqa digər ərazilərin sahəsi;

k1 - küçə şəbəkəsinin əmsalı.

S1 = Smalik +Sblok + ......+Sseks

Smalik ,Sblok, Sseks –malikanəli, bloklu,seksiyalı evlərin sahələri.

Ssek =

q - seksiyalı evlərin ümumi sahəsi, Pnetto-yaşayış fondunun sıxlığı (netto), yəni evlərin ümumi sahəsinin 1ha yaşayış ərazisinə uyğun gələn texniki –iqtisadi göstəricidir. Pbrutto - evlərin ümumi sahəsinin bütün seliteb ərazinin 1ha uyğun gələn texniki –iqtisadi göstəricidir.Bu normativlər xüsusi cədvəllərdə verilir.

İctimai təyinatlı ərazilərin sahələri xüsusi cədvəllərdən qəbul edilir.İstehsalat zonasının ərazisinin sahəsi:

Sisteh = (S4+S5+...) k2 =k2 h

S4, S5istehsal bölmələrinin sahələri; k2 –təsərrüfat yollarının sahəsini nəzər alan əmsal.

Sh =

Stik – tikinti kompleksinin sahəsi; P- hər kompleks üçün tikintinin normativ sıxlığı, %



MÖVZU 3.Yaşayış zonasının strukturu və yaşayış məhəllələrini tipləri
Plan

1. Kənd yaşayış məntəqələrini xüsusiliyi

2. Yaşayış məhəllələrinin tipləri

3. Küçə şəbəkəsi sistemi

4. Küçə və meydanlar
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Planlaşdırmaya yaşayış məntəqələrinin seçilməsi, əhalinin təlabatını ödəyən bütün amillər daxildir. Başqa sözlə desək yaşayış məntəqələrinin planlaşdırılması əhalinin mədəni məişət şəraitinin yaxşılaşdırılması kənd təsərrüfatı istehsalı ilə əlaqədar olaraq şəhərlə kənd arasında olan əlaqəni ləğv edilməsi və planlaşdırılan ərazinin memarlıq üslubu cəhətdən planlaşdırılması ilə əlaqədardır. Müasir kənd yaşayış məntəqələri əsasən kənd təsərrüfatı əhalisi üçün nəzərdə tutulur ki, bu da əsasən kənd təsərrüfatı müəssisələri və idarələrinin yaşayış və təsərrüfat mərkəzləridir.

Kənd yaşayış məntəqələrinin aşağıdakı xüsusiliyi vardır:

1) Kənd yaşayış məntəqələri əhalini sayına görə çox da böyük deyil.

2) Kənd təsərrüfatı müəssisələri birbaşa onların ərazisində yerləşir.

3) Kənd yaşayış məntəqələrində əhali ümumi ictimai işlərdən əlavə şəxsi həyət-yanı sahələrində də məşğul olurlar .

4) Kənd yaşayış məntəqələrinin ərazidə inşa edilən binanın kiçik mərtəbəliyə malik olmasıdır, yəni şəxsi və ya mülki evlərdir. Həmin evlər qüvvədə olan torpaq qanunvericiliyinə görə müxtəlif olur, həyətyanı sahələrlə əvəz olunur. Bundan başqa kənd yaşayış məntəqələrində 3-4 mərtəbəli, bloklu, seksiya tipli yaşayış binaları da inşa edilir. Planlaşdırmada əsasən iqtisadi, texniki, estetika məsələləri geniş yer tutur. Planlaşdırma zamanı torpaqlardan səmərəli istifadəyə müvafiq qanunauyğunluq təşkil edilməlidir.

Kənd yaşayış məntəqələrini 4 tipə bölürlər:



1) Kənd təsərrüfatı tipli

2) Sənaye tipli

3) Şəhər ətrafı tipli

4) Xidmət təyinatlı

Yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.

Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır. İstifadəsinin xarakterindən və tikintilərin səviyyəsindən asılı olaraq, yaşayış zonası aşağıdakı tikinti zonalarına bölünür:

1. çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binaları;

2. orta mərtəbəli (5÷8 mərtəbəli) və çoxmənzilli yaşayış binaları;

3. azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binaları;

4. bloklaşdırılmış yaşayış binaları;

5. həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri



Yaşayış məntəqələri zonasının, yaşayış binalarının növləri və mərtəbələri üzrə bölünməsi tikintinin zonaya ayrılması adlanır. Yaşayış binalarının tikinti zonası 3 zonaya bölünür.

  1. Seksiyalı binaların zonası.

  2. Bloklu binaların zonası

  3. Mülki binaların zonası.

Sıra №-si


Yaşayış ev tipi

Ümumi sahə

Bir ev m2

Evlərin g.


Mənzillərin sayı

1

2

3

4

5

6

7

8

9

10

11

1

1mərtəbəli 1mənzilli





80

65







98




1

195

2

2 mərtəbəli 2 mənzil

13217

134,5

8










9




196

3

2mərtəbəli 4 mənzilli blok

13217

134,5

9
















316

4

2mərtəbəli 8 mənzilli seksiyalı

18504

2327

4




6

6







112

5

2 mərtəbəli 26 mənzilli seksiyalı

3965

2840

9

2

2










144

Cəmi

59869

11867

365

72

128

154

39

205

533



Seksiyalı evlər: adından məlum olduğu kimi seksiyalı evlər müxtəlif seksiyalardan təşkil olunur. Sərbəst seksiyalardan ibarət çox mənzilli 2 və çox mərtəbəli bu evlərin mənzilləri ümumi pilləkən qəfəsi ilə əlaqələndirilir.Onun hər bir mənzili müxtəlif binaları əlaqələndirir. Seksiyalı evlər 1, 2, 3 və çox seksiyalardan təşkil olunur.

Blok tipli evlər: 2, 4, 6 və daha çox mənzilli iki mərtəbəli bu evlərdə mənzillər iki səviyyədə yerləşir

Mülki evlər: bunlar 1 və 2 mənzildən ibarət olan fərdi evlərdir.Qırmızı xətdən 4-6 metr aralı yerləşdirilir.

Fərdi və ya mülki evlərə özünəməxsus həyətyanı sahəsi olan evlər daxildir. Həyətyanı sahələrdə yaşayış evlərinin yerləşməsindən, təsərrüfat qurğularından, bostan və bağların yerləşdirilməsi üçün istifadə olunur. Həyətyanı sahələrin layihələndirilməsi zamanı onun geniş və uzunluğunu düzgün seçmək lazımdır ki, qonşu evlər üçün yağış təhlükəsi yaranmasın.Kənd tikinti işlərinin təsviri göstərir ki, həyətyanı sahənin enini 20-25 m-dən az götürmək olmaz. Həyətyanı sahələri düzbucaqlı formada seçmək lazımdır.



Küçələr ərazini kvartallara, mikrorayonlara, rayonlara bölür və onları özündə cəmləşdirir. Küçə şəbəkələri planlaşdırılmasına görə müxtəlif sistemlərə bölünür:

1.Ardıcıl sistem küçə şəbəkələrinin planın düzgün həndəsi formada lahiyələndirilməsi ilə xarakterizə edilir. Ardıcıl küçə şəbəkələri sisteminə düzbucaqlı küçə şəbəkələri sistemi daxildir. Bu sistem həmişə düzxətli istiqamətdə şəbəkə sistemi əmələ gətirir və küçələr düzbucaqlı altında kəsilir.

2.Sərbəst sistemli küçələr heç bir həndəsi formadan asılı olmayaraq layihələndirilir. Küçələr yalnız heç bir həndəsi formadan asılı olmayaraq layihələndirilir.

3.Qarışıq sistem də sərbəst kimidir.

Təyin olunma xarakterindən asılı olaraq yaşayış məntəqələrində meydanlar 4 qrupa bölünür.

1) İctimai

2) Nəqliyyat

3) Nəqliyyat yükünü azaldan

4) Ticarət
Meydanın həndəsi forması onun memarlıq formasının təşkilinin əsasıdır, üç ölçülü, tam və ya qismən örtülü məkan mühitinin memarlıq təşkilidir. Meydanlar müxtəlif həndəsi formalara malik ola bilər.

Küçələr yaşayış məntəqəsinin funksional strukturasının vacib elementlərini təşkil edir. Küçələr nəqliyyatın bütün növünün hərəkəti üçün layihələndirilir. Bu məsələyə uyğun olaraq küçələr hərəkət hissəsi və yaşıl əkil zonaları ilə təchiz edilir. Bundan başqa küçələr səthi və atmosfer çöküntüləri özündə formalaşdırır və yaşayış məntəqəsinin müxtəlif yerlərinə axıdılır. Küçələrin eni 20 m götürülür

İctimai meydanlar əsasən yaşayış məntəqələrinin hissəsində yerləşdirilir və bir növ onun nümayiş hissəsini təşkil edir. Bu tip binalar yerləşdiyi sahədə layihələndirilir. Nəqliyyat meydanları əsasən maqistral yollarının kəsişdiyi sahədə layihələndirilir və nəqliyyat hərəkətinin səmərəli təşkili üçün istifadə edilir. Təcrübələr göstərir ki, göstərilən meydandan yalnız kənd yaşayış məntəqəsi üçün ictimai mərkəzi meydan layihələndirilir. Elə buna görə belə meydanlara ictimai mərkəzi meydan yaxın yerləşdirilir. Yaşayış məntəqələrində meydanlar küçələrlə sıx əlaqədardır ki, bunlar isə aşağıdakılardır:



  1. Meydanlar layihələndirilən zaman çox küçələr onunla əlaqələndirilir.

  2. Meydanların küçələrlə əlaqəsi küçə sisteminin layihələndirilməsi zamanı nəzərə alınır.

  3. Küçələr meydanların fəza quruluşuna daxil edilir.

  4. Meydanlardan küçəyə çıxış onun ərazisini kiçik əlverişsiz hissələrə bölmədən layihələndirilməlidir.

  5. Küçə sistemlərinin meydana çıxışı əlverişli təşkil edilməlidir.

  6. Əsas küçənin istiqaməti meydanın baş hissəsinə istiqamətləndirilməlidir.

  7. Meydanlarla küçələrin əlaqəsini layihələndirən zaman onu elə yerləşdirmək lazımdır ki, meydanların bir hissəsi bağlı olsun, yəni hissə binalarla əhatə olunmuş olsun.

  8. Yaşayış zonasının tərkibinə yaşayış və ictimai mədəni-məişət, inzibati binalar ətrafında və ya onların nəzdində bağlar, xiyabanlar, parklar daxildir. İri yaşayış məntəqələri yaşayış rayonlarına və yaxud mikrorayonlara bölünürlər.

Mikrorayonlar yaşayış məntəqələrinin bir hissəsini təşkil edir ki, buraya daxil olan evlərlə əhaliyə kompleks şəklində mədəni məişət xidmətləri göstərilməlidir və magistral yollarla əhatə olunmuşdur. Klub üçün ictimai mərkəzin əsasən yeri götürülür və onun parkla su anbarı və xidmət yadrosu ilə əlverişli əlaqəsini qismən təmin etmək lazımdır. Məktəb ərazisini mümkün qədər qəsəbənin küçəsində, park və idman yadrosunu yaxın sahədə yerləşdirilməsi daha əlverişlidir. Uşaq-məktəbə qədər müəssisələri elə sahədə yerləşdirilir ki, bu sahədə avtomobillərin intensivliyi az olur. Eyni zamanda bina və qurğular yaşayış zonası ilə istehsalat zonası arasında yerləşir. Müalicə profilaktika müəssisələri ictimai mərkəzdən aralı, təbii landşaft örtüyünə malik olan hissədə yerləşdirilməlidir. Bu cür müəssisələri məktəb, uşaq məktəbəqədər müəssisələri yaxınlığında yerləşdirmək olmaz. Ticarət inzibati müəssisələri rayonun ictimai mərkəzi hissəsində yaxud yaşayış və istehsalat zonası yolu kənarında yerləşdirmək lazımdır. Kommunal müəssisələri bir sahədə quraşdırmaq daha məqsədə uyğundur. Belə ki, bu müəssisələr yaşayış zonasından kənar hissədə yerləşməlidir.

Bu tip qurğuları istehsalat zonasına yaxın sanitar zonası yanında yerləşdirmək lazımdır. Xidmət radiuslarını nəzərə alsaq uşaq məktəbəqədər müəssisələri xidmət rolunu 50 m ibtidai məktəb təşkil etməlidir.



Kənd yaşayış məskənlərinin ümumi mərkəzi meydanı k:\scan-140104-0002klo.jpg Şəkil. a- Bağlı tipli meydan

k:\scan-140104-00024756.jpgb

Şəkil.b-Açıq tipli


Bloklu-mərtəbəli evin planık:\scan-140104-0001zdscds47.jpg

  1. Qonaq otağı

  2. Mətbəx

  3. Dəhliz (sanuzel)

  4. Yataq otağı


MÖVZU 4. Kənd yaşayış məntəqələri ərazisinin təşkili
Plan

1. Funksional zonalaşdırma

2.Yaşayış və istehsalat zonasının təşkili

3. Sanitar-mühafizə zonası ərazisinin təşkili

4. Parklar
Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Hər bir yaşayış məntəqəsində yaşayış yerlərindən başqa müxtəlif istehsal sahələri də yerləşir ki, onların ərazidəki yerlərindən asılı olaraq sanitar-gigiyenik vəziyyət, əhalinin iş və məişət şəraiti dəyişir. Bu müəssisələrin zərərli təsirinin qarşısını almaq və ya azaltmaq məqsədi ilə ərazini funksional zonalara bölürlər. Ümumiyyətlə şəhər ərazisi 5 funksional zonadan ibarət olur: sənaye, yaşayış (seliteb), nəqliyyat, yaşıl (mühafizə) və kənd təsərrüfatı.



Funksional zona - yaşayış məntəqələrinin müəyyən təyinatlı hissələridir. Kompakt şəkildə və ya bir neçə hissələrdə yerləşə bilər. Kənd yaşayış yerlərinin əsas funksional zonaları yaşayış və istehsal zonaları hesab olunur; sanitar –mühafizə zonası, kommunal–anbar və xarici nəqliyyat zonaları da yaradıla bilər.

Yaşayış zonasının binaların tipinə, mərtəbələliyinə və materialına görə hissələnməsinə tikinti zonalaşdırılması deyilir, tikintinin tənzimlənməsini tikinti-texniki cəhətdən nizamlayır.

Yaşayış tikintisi ərazisi 3 tikinti zonasına bölünür: 2-5 mərtəbəli seksiyalı evlər zonası, 2 səviyyəli mənzilli blok tipli evlər zonası və fərdi evlər zonası.

Ərazinin təşkili məsələlərinin həllinin nəticələri ümumi planlaşdırma sxemində ifadə olunur. Məsləhət görülür ki, sxemin bir neçə variantı işlənilsin və müxtəlif göstəricilərə görə müqayisə olunsun.

Hər bir yaşayış məntəqəsində yaşayış zonası yaxınlığında müəyyən xarakterli istehsalat müəssisələri yerləşir. İstehsalat müəssisələrinin işi zamanı müxtəlif zərərli qazlar, texniki və çirkab suları kənar edilir. Atmosfer də bura müxtəlif tərkibli qazlar, hava ilə təmasda olan müxtəlif tərkibli turşular əmələ gətirir ki, bu da torpağı və su mənbələrini zəhərləyir. Bunlar zəhərli fosforlar olub insanların və kənd təsərrüfatı heyvanlarının sağlamlığına təsir edir. Turşular ağacları, metalları və digər qurğuların xidmət müddətini azaldır. Göstərilən müxtəlif zəhərli amillərdən yaşayış zonasını mühafizə etmək üçün ümumi yaşayış məntəqələrini funksional zənaya ayırmaq üçün yaşayış və istehsalat zonası arasında sanitar mühafizə zonasında müxtəlif təyinatlı müxtəlif ictimai binalar layihələndirilir. Yuxarıda göstərilənlərdən qeyd etmək olar ki, yaşayış məntəqəsi iki əsas funksional zonaya ayrılır:


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə