İxtisas: Elektrik və elektronika mühəndisliyi Qrup: 222A5 Fənn: Analoq Elektronikası


Unipolyar tranzistorların xarakteristika və parametrləri



Yüklə 15,93 Kb.
səhifə4/4
tarix22.03.2024
ölçüsü15,93 Kb.
#181847
1   2   3   4
Analoq Elektronikasi

Unipolyar tranzistorların xarakteristika və parametrləri
Ümumi istoklu sxemə baxaq. Belə qoşulma sxemində idarəedici dövrə zatvor, çıxış dövrəsi isə stokdur. Giriş dövrəsi əks istiqamətdə qoşulmuş p–n keçid olduğu üçün giriş müqaviməti çox böyükdür. Odur ki, giriş cərəyanı çox kiçik olur və zatvor dövrəsində demək olar ki, cərəyan axmır. Ona görə də, idarəolunan p-n keçidli sahə tranzistorlarında giriş və əks əlaqə xarakteristikaları olmur. Sahə tranzistorlarının iki statik xarakteristikasına baxılır: çıxış və ötürmə xarakteristikaları.Verilmiş qoşulma sxemi üçün çıxış xarakteristikası giriş gərginliyinin müxtəlif sabit qiymətlərində çıxış cərəyanının çıxış gərginliyindən asılılığıdır. Yəni ümumi istoklu sxem üçün çıxış xaraketristikası (şək.5.5,a):
Göründüyü kimi, gərginliyi artdıqca çıxış cərəyanı azalır. Xarakteristika iki hissədən ibarətdir: çıxış cərəyanının təxminən xətti artdığı və təxminən sabit qaldığı hissələr. Birinci hissə xətti, ikinci isə doyma oblastı adlanır. Cərəyanın doyma qiymətinə çatdığı gərginlik isə doyma gərginliyi adlanır. Doyma gərginliyinin qiyməti giriş gərginliyinin qiymətindən asılıdır. Xətti oblastda sahə tranzistoru giriş gərginliyi ilə idarə olunan müqavimət kimi, doyma oblastında isə gücləndirici element kimi istifadə olunur.Verilmiş qoşulma sxemi üçün ötürmə xarakteristikası sabit çıxış gərginliklərində çıxış cərəyanını giriş gərginliyindən asılılığıdır. Yəni ümumi istoklu sxem üçün ötürmə xaraketristikası (şək.5.5,b):
Yüklə 15,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə