Iv mühazirə Dövri qanun. Mendeleyevin dövri sistemi – element atomlarının elektron quruluşuna görə təbii təsnifat kimi. Mozli qanunu. Oksidləşmə reduksiya reaksiyaları və onların tərtib üsulları



Yüklə 60,27 Kb.
səhifə3/4
tarix17.12.2023
ölçüsü60,27 Kb.
#149908
növüMühazirə
1   2   3   4
Valentlik: 1 2 3 4
Lakin sonralar məlum olmuşdur ki, bu yaxınlaşma heç də, həmişə həqiqətə müvafiq gəlmir. Məsələn,


Bu birləşmədə karbon atomlarının valentliyi, yuxarıda qeyd olunan yaxınlaşmaya əsasən bir, iki və üç olmalı idi ki, bu da həqiqəti əks etdirmirdi.
Valent rabitələri metoduna görə elementin valentliyi onun əmələ gətirdiyi kimyəvi rabitələrin sayına bərabərdir ( və ya sayını ifadə edir); buna görə də, elementlərin valentliyini göstərən ədəd (+) və ya ( - ) işarə daşımır. Odur ki, bir sıra bəsit maddələrin sərbəst halda valentliklərinin sıfra bərabər olması haqqında fikir yürütmək yanlışdır. Məsələn, , , və kimi bəsit maddələrin valentliyi, uyğun olaraq 1, 2 və 3 - ə bərabərdir.
Hazırda oksidləşmə - reduksiya prosesinin mahiyyəti elektron nəzəriyyəsi ilə izah edilir. Bu nəzəriyyəyə əsasən kimyəvi reaksiyalarda atom, ion və molekulun özündən elektron verməsi ilə əlaqədar olan proses oksidləşmə, əksinə onların özünə elektron birləşdirməsi ilə gedən proses isə reduksiya adlanır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya əksinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Kimyəvi qarşılıqlı təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduk-siyaedicilər adlanır. Beləliklə, oksidləşmə - reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir.Nəticədə reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur. Oksidləşdiricilər və reduksiyaedicilər kimyəvi elementlər, sadə və mürəkkəb ionlar ola bilər. Mürəkkəb ionların oksidləşmə-reduksiya prosesinə olan “münasibəti” mərkəzi atomun oksidləşmə dərəcəsinin xarakteri ilə müəyyən edilir. Mərkəzi atomun ən yüksək müsbət oksidləşmə dərəcəsinə müvafiq gələn ionlar ( , , və s.) yalnız oksidləşdirici xassəyə malik olur.
Bəzi elementlər kimyəvi birləşmələrdə bir neçə stabil oksidləşmə dərəcəsi göstərir. Məs., kükürd atomu -1, -2, +4, +6 . Belə hallarda ən kiçik oksidləşmə dərəcəsinə (məs., -2) mvafiq gələn birləşmələr yalnız reduksiyaedici xassə göstərə bilər. Elementin ən yüksək oksidləşmə dərəcəsinə uyğun gələn birləşmələri isə yalnız oksidləşdirici, orta oksidləşmə dərəcəsinə müvafiq gələn birləşmələr isə şəraitdən asılı olaraq həm oksidləşdirici, həm də reduksiyaedici ola bilər.

Yüklə 60,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə