İstehsalat və məişət tullantıları haqqında


tullantıların yerləşdirilmə obyekti



Yüklə 51,01 Kb.
səhifə3/19
tarix02.08.2023
ölçüsü51,01 Kb.
#120216
1   2   3   4   5   6   7   8   9   ...   19
514-IQ İstehsalat və məişət tullantıları haqqında

tullantıların yerləşdirilmə obyekti - tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);
tullantıların sərhədlərarası daşınması - ən azı iki dövlətin mənafeyinə toxunmaq şərtilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması;
tibbi tullantılar - səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar;
təhlükəli tullantıların pasportları - təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd;
tullantıların növü - tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar;
tullantıların istehsalçısı - fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;
tullantıların sahibi (mülkiyyətçisi) - tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs;
texnoloji proses - istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti;
istehsalat tullantılarının əmələ gəldiyi yerlər - onların əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr);
tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru;
az tullantılı texnologiya - ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi. 3


Maddə 2. Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi4

Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.


Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.5


Maddə 3. Qanunun tətbiq sahəsi


3.1. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur.6
3.2. Ələt azad iqtisadi zonasında istehsalat və məişət tullantılarının idarə olunması sahəsində yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.7


Maddə 4. Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri8

Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır:


əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması;
ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən əsaslandırılması;
tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi;
(Çıxarılıb)9
təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini yaratmaqla, onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;
təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və zərərsizləşdirilməsi;
təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma endirilməsi məqsədilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;10
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhlükəli tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun aparılması.11
təbiəti mühafizə tələblərinə, ekoloji tarazlıq normalarına, gigiyena normativlərinə və sanitariya qaydalarına əməl olunmasına nəzarət;
tullantıların klassifikasiyası və pasportlaşdırılması əsasında dövlət uçotunun aparılması;
ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi;
əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;
tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi;
tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin milli mənafelərinin nəzərə alınması.


Maddə 5. Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri12

Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifələri aşağıdakılardır: 13


tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;
qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti;
tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması;
müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;
tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;
tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi;
təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin dövlət ekoloji ekspertizasının aparılması;14
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi; 15
Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada tullantılarla bağlı fəaliyyətdə lisenziya və icazə sisteminin tətbiq edilməsi; 16
tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;
tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət uçotunun və hesabatlarının aparılması17
dövlət kadastrının aparılması;
əhalinin məlumat almasının təmin olunması;
faciə və bədbəxt hadisələrin aradan qaldırılması;
tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin layihələşdirilməsi və tikintisi;
tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, sosial və hüquqi şərtlərin təmin edilməsi;
tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;
tullantıların emalı üzrə qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkili və onların yerləşdirildiyi yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin həyata keçirilməsi; 18
tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;
hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını göstərməklə uçotunun aparılması.19
qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.


Maddə 6. Tullantılarla əlaqədar mülkiyyət münasibətləri

Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alğı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər.


Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.
Təhlükəli tullantıların ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi dövlət ekoloji ekspertizasının müsbət rəyi və nəzarəti altında həyata keçirilir. 20
Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.
Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədilə onların mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, sututarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər.21

II fəsil




Yüklə 51,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə