İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   10   ...   41

qədər gözlədi. 
Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki 
yanını  basabasa  gəlib  onların  həyətindəki  rus  ağacının  dibində  dayanmışdı. 
Hənirtiyə  həyətə  çıxan  Qönçə  xanım  bir  xeyli  heyranlıqla  qardaşının  yanakı 
qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün 
işıltısında  burnu  parıldayan  çəkməsinə  və  zər  baftalı  dolağına  xeyli  baxmışdı. 
Ələddinin boyu uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi. 

Dərdin alım, orda niyə durubsan, bəri gəlsənə? 

Yox, ay bacı, tələsirəm, gedəcəm. 
Qönçə  xanım  sürüşüb  çiyninə  düşmüş  kəlağayısını  düzəltdi,  beli  büzməli  qırçınlı 
donunun  qırışığını  sığalladı  və  eyvandan  endi,  asta  addımlarla  gəlib  qardaşı  ilə 
üzbəüz dayandı. 

Xeyirdimi, hara belə? 

O taya, meşəyə. 
Ələddin  qoşalüləsini  çiynindən  götürüb  əlinə  aldı.  Zağlı  tüfəngin  qundağı,  lüləsi 
parıldadı.  Bacısı  başa  düşdü  ki,  qardaşı  təzə  aldığı  ov  tüfəngini  ona  göstərmək 
istəyir. 

Kimnən gedirsən? 

Həsən ağayla. 
Qönçə  xanımın  qaşları  çatıldı. Təfərrinclə  qardaşını  təpədən dırnağa süzdü, sonra 
qaynı Həsən ağanı gözünün qabağına gətirdi. Son vaxtlar onlar meşəyə - ova qoşa 
gedər, qoşa da gələrdilər. Heç vaxt da əliboş qayıtmazdılar. Maral, qaban rastlarına 
gəlməsə  də,  qırqovul  tapardılar.  Ələddin  həmişə  bacısından  yeznəsinin  tüfəngini 
alardı.  Arvad  bir  də  qardaşının  boyuna  baxdı  və  birdən  ürəyi  elə  çırpındı  ki,  az 
qaldı nəfəsi təngisin, hiss etdi ki, qan üzünə vurdu. Altdan yuxarı qardaşının üzünə 
baxdı  və  ürəyindən  keçirdi  ki,  onu  getməyə  qoymasın,  desin  ki,  a  bala,  hava  da 
deyəsən  bulaşacaq,  geri  qayıt,  yıxıl  otur  evdə,  qurdda-quşda  nə  işin  var,  qan-
qarğışdır. O, istəmirdi ki, yenicə nişan taxdıqları qardaşı əlini qana bulasın. 

Bəlkə bu gün getməyəsən. 
downloaded from KitabYurdu.org


- Yox, ay bacı, boynuma düşüb, gərək gedəm. Bir də, - o, tüfəngini əlində oynatdı. 
- Heç atmamışam, yoxlamaq istəyirəm. 
Qönçə xanım qardaşının sifətindəki qətiyyətdən yumşaldı. 
- Nə deyirəm, özün bilən yaxşıdı. Bə bizə... 
Ələddin bacısının sözünü kəsdi. 

Alanı da özümlə aparmaq istəyirəm. 
Bayaqdan kənarda, çənəsini biləklərinin üstünə qoyub uzanan it adını eşidən kimi 
dirçəldi, qulaqlarını şəklədi, haraya isə gedəcəyini hiss edib zingildədi. 

Apar, ağrın alım, amma tez qayıdın, axşama qalmayın. 
10 
Ələddin Alanı çağırdı. İt sıçrayıb, onun yanına gəldi. Atılıb əlini imsilədi, burnunu 
tüfəngin qundağına sürtdü, quyruğunu bulayıb şırvandı və yola çıxdı. Orada bir-iki 
dəfə  hürdü.  Ələddin  başa  düşdü  ki,  Alan  onu  çağırır.  Gülümsündü.  Tüfəngin 
qayışını çiyninə aşırıb getmək istədi. Elə bu vaxt Qönçə xanım qardaşının boynuna 
sarıldı. 

Sənə nə oldu, ay bacı? 

Heç  özüm  də  bilmirəm,  ağrın  alım.  -  Kəlağayının  ucu  ilə  gözünün  nəmini 
sildi. - Yolundan qalma, get. 
Ələddin iki yanını basa-basa, cığırla yarğanın başındakı evə doğru addımladı... 
Qönçə  xanım  çaynik  gətirdi,  içinə  quru  çay  tökdü,  üstünə  qaynar  su  aldı  və 
dəmkeşin üstünə qoydu ki, dəmlənsin. Əlləri əsirdi. Nə qədər çalışsa da, sakitləşə 
bilmirdi. Bir istədi doqqaza çıxsın, qaynı arvadını səsləyib Həsən ağanı soruşsun. 
Amma  nədənsə  yerindən  tərpənmədi.  Donunun  ətəyi  ilə  samovarın  qulpundan 
tutub  eyvana  qalxmaq  istədi.  Elə  bu  vaxt  suların  qıjıltısı  arasından  acı  bir  ulartı 
eşitdi.  Ona  elə  gəldi  ki,  ulayan  hardasa  tək  qalmış  yalquzaq  canavardı.  "Murdar 
yenə ziyanlıq edəcək", - deyə düşündü və pillələri qalxmağa başladı. 

Çırağı niyə yandırmayıbsan? 
Arvad diksindi. Dönüb həyətə yenicə girmiş, hələ də atdan enməyən ərinin üzünə 
baxdı. Elə bu vaxt ulartı yenidən eşidildi. Qönçə xanım samovar əlində pilləkəndə 
downloaded from KitabYurdu.org


donub qaldı. Dinlədi və başa düşdü ki, bu ulama canavar ulaması deyil. Ulayan it 
idi. Özü də elə acı-acı, elə vahiməli ulayırdı ki, elə bil darda qalmış adamdı, haray 
salıb bütün dünyanı köməyə çağırırdı. Birdən arvadın üzünə qan vurdu. Saçlarının 
dibinə  elə  bil  qor  doldu.  Əlindəki  samovarı  gurultu  ilə  yerə  saldı.  Ayağının 
pöşülənməsini  hiss  etmədi.  Səldirəyə-səldirəyə,  dili-dodağı  təpimiş  halda  özünü 
hələ də atdan düşməmiş ərinin üsütünə saldı. 

Deyəsən atamın evi yıxılıb, a kişi, bir qulaq as, gör ulayan bizim itdimi? 
Şəmistan  ağa  hələ  yolda  ikən  itin  ulamasını  eşitmiş  və  Alanın  səsini  tanımışdı, 
sümüyü eymənmişdi. Amma özünə toxtaqlıq verib arvadına acıqlandı. 
- Qaraçı harayı salma görək, it ulayanda nə olar? 
- İtin ulaması pis şeydi, a kişi, it ulayanda ziyanlıq olur. 

Ağzını xeyirliyə aç! 
Şəmistan ağa yəhərdən enmədi. Atın başını qanırıb doqqaza çıxdı və bir baş Kürə 
doğru çapdı. Qönçə xanım əli ürəyinin üstündə atın ayaq tappıltısı eşidilməz olana 
qədər həyətin ortasında qaldı. 
Aradan nə qədər keçdiyini bilmədi. Gah eyvana çıxdı, gak samanlığın üstünə. Hər 
şıqqıltını, hər səsi dinlədi. Əli qoynunda yollara boylandı, gözü zülmət qaranlığa 
zillənmiş qaldı. 
Doqqazda qaraltı göründü. 

Qönçə xala, nənəm səni çağırır. 
Arvad  diksindi.  Samanlığın  üstündən  enib,  eyvana  qalxdı.  İsti  yun  şalı  çiyninə 
saldı. Ayaqları dolaşa-dolaşa doqqaza getdi. Bütün yolboyu xəyalında dağı arana 
köçürdü,  aranı  da  dağa.  "Yrəyimə  damıb,  gədənin  başında  qaranlıq  var.  Yoxsa 
arvad məni çağırmazdı. İndi mən nə edim? Ay allah, ey yeri- göyü yaradan tanrı, 
sən  özün kömək  ol, qardaşım  muraz  üstündədi, ona qıyma, qoyma  nişanlısı  ağlar 
qalsın!".  Həyətə  çatanda  özünə toxtaqlıq verdi.  Qayınanasının  xasiyyətini bilirdi; 
çığır-bağır  salsa,  qapıdan  qovardı.  Bir  də  axı  nə  olub,  niyə  axı  ürək-göbəyimi 
yeyirəm? 
Evdəkilər  onu  sükutla  qarşıladılar.  Dinməz-söyləməz  Güllü  xanımın  otağına 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə