İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   ...   41

çəkilmişdi.  "Kaş  qollarım  sınaydı,  o  gün  paltar  yumayaydım,  tuman-köynəyə  əl 
vurmayaydım.  Axı,  mən  gecə,  heç  kəs  görməsin  deyə,  paltarı  dəyənin  böyrünə, 
ipin  üstünə  sərmişdim.  Hamıdan  qabaq  durub,  gecə  sazağından  təpimiş  paltarı 
yığanda  gördüm  ki,  tuman  yoxdu.  Bu  nə  təhər  şeydi?  Oğru  gəlsəydi,  paltarın 
hamısını  aparardı.  Bir  də  paltar  oğrunun  nəyinə  lazımdı?  Onlar  gələndə  at  çapıb 
ilxı  qovur,  sürü  aparırdılar.  Yox,  bu,  namusa  sataşmaqdı.  Görünür,  kiminsə 
bizimkilərlə  düşmənçiliyi  var,  haqq-hesab  çəkirlər.  Başım  batsın,  boynum  sınsın, 
öləsiyəm". Kişi də gözə görünmürdü, gəlin də. Gəlin dəyənin bir 

küncünə  qısılıb  için-için  ağlayırdı,  kişi  isə  alaçıqda,  döşəkçənin  üstünə  uzanıb 
hoylundan gəhildəyirdi. 
Bir  axşamüstü  Güllü  qorxa-qorxa  dəyəyə  yaxınlaşdı.  Çətənin  arasından  içəri 
boylandı. Astadan gəlini çağırdı. 
- Bir bəri dur, sözüm var. Bibim deyir ki, dünən səhərin ala toranında gördüm ki, 
camış nəsə yeyir. Bəlkə üzülmüşün yediyi elə həmin şeydi. 
Güllü  kölgə  kimi  çəkilib  getdi.  Gəlin  donub  qaldı.  Gözünün  yaşı  qurudu.  Amma 
bilmədi bu sözü kimə və necə desin. 
Ömər koxa Güllünün sinə-sinə gəldiyini və getdiyini görmüşdü. Amma gəlinə nə 
dediyini eşitməmişdi. Ancaq ürəyinə dammışdı ki, nəsə qızda bir xəbər var. 
Dalınca uşaq yolladı. Güllü gəldi. Qorxusundan alaçığa girmədi. Ömər koxa səsinə 
mülayimlik verdi. 
- Gəl görüm, Güllü-pullu qızım, səndən söz soruşacam. 
Qız içəri girdi. Titim-titim titrəyirdi. Ömər koxanı heç belə heybətli görməmişdi. 

Bayaq dəyənin böyründə gəlinə dediyin nəydi? 
Güllü  dili-dodağı  təpimiş  halda  bildiklərini  söylədi  və  gördü  ki,  kişinin  qan 
sağılmış  gözləri  elə  bil  işıqlandı,  deyəsən  sifəti  də  açıldı,  dodaqlarında  gülüşə 
bənzər bir şey sezildi. 

Çox sağ ol, qızım. 
Güllü bu sözləri icazə kimi başa düşüb alaçıqdan çıxdı. 
downloaded from KitabYurdu.org


Ömər  koxa  dərhal  ayağa  durdu.  Alaçıqdan  çıxıb  xalxala  yaxınlaşdı.  Onun  beş 
sağmal camışı vardı, bir də ərəmiyi. Onların yan-yörəsinə dolandı, yatıb gövşəyənl 
ərini  ayağa  qaldırdı.  Təfərrinclə  yanlarına,  qarınlarına  baxdı,  əlini  iri  xəncərin 
dəstəyinə uzatdı, amma nə fikirləşdisə, əl saxladı. Asta addımlarla alaçığa qayıtdı. 
Elə  pallı-paltarlı  döşəkçənin  üstünə  uzandı.  Düz  iki  gün  idi,  qoymurdu  ki,  çırağı 
yandırsınlar.  İki  gün  idi  ki,  dilinə  çörək  də  dəymirdi.  Qorxudan  yanına  gələn  də 
yox  idi.  Amma  indi  içini  arıtlayıb,  bir-iki  dəfə  öskürdü.  Qonşu  dəyədə  hərəkət 
başladı, kişiyə çay-çörək gətirdilər. 
Səhər tezdən, gün yenicə çıtdayıb mal-qara örüşə haylananda Ömər koxa camışları 
qoymadı xalxaldan çıxartsınlar. Onun işarəsi ilə camışlardan birini gətirib, dərənin 
dikdirində  boğazladılar.  Dərisini  soymadan  qarnını  yardılar,  mədəsini, 
bağırsaqlarını  bayıra  tökdülər.  Hər  şeyi  doğram-doğram  elədilər.  Heç  nə  başa 
düşməsələr də, nökərlər kişinin göstərişi ilə ikinci camışı gətirdilər. Onu da birinci 
kimi  boğazlayıb  doğradılar.  Ömər  koxanın  üzü  tunc  kimi  bozardı.  Qalın  qaşları 
pırpızlandı və gözləri qan çanağına döndü. Əlini xəncərin dəstəyinə uzadıb tiyəni 
yarıyıcan qından siyirdi. 

O birini gətirin! 
Nökərlər  xalxaldan  ərəmiyi  gətirdilər.  Camış  öləcəyini  başa  düşmüş  kimi  başını 
dik  tutub  mələdi.  Amma  onu  qomarğalayıb  dərənin  qaşına  gətirdilər.  Ərəmik 
kəsilmiş  başları  və  laxtalanmış  qanı  görən  kimi  iri  buynuzu  ilə  ətrafındakıları 
dağıdıb  aradan  çıxmaq  istədi.  Amma  gözünü  açmamış  kəməndə  salıb  boynunu 
qanırdılar. Dizini yerə gətirib ayaqlarını çatdılar, xəncəri boğazına çəkdilər, qarnını 
yardılar,  içini  bayıra  töküb  doğradılar  və  birdən  xəncər  bir  əski  parçasına  dəydi. 
Ömər  koxa  dərindən  nəfəs  alıb,  bayaqdan  qınından  yarıyacan  siyirdiyi  xəncəri 
şaqqıltı ilə qınına qoydu. 

Bəsdi! 
Nökərlər əl saxladılar. 

O əskini mənə verin! 
Heç  nə  başa  düşməsələr  də,  dinməz-söyləməz  deyilənə  itaət  etdilər.  Ömər  koxa 
downloaded from KitabYurdu.org


alaçığa yaxınlaşanda geri döndü. 

O leşləri doğrayıb, itlərin qabağına tökün! 
Alaçığa  gələn  kimi  gəlini  çağırtdırdı.  Əlindəki  əskini  əsim-əsim  əsən  gəlinin 
başına çırpdı və qulağının dibinə dalbadal iki sillə çəkdi. 

Köpək qızı, tumanını belində saxlaya bilməyən gəlin mənə lazım deyil, rədd 
ol mənim evimdən! 
Elə  o  gecə  gəlini  atası  evinə  yola  saldılar.  El  yaylaqdan  arana  dönəndən  bir  az 
sonra isə onun 

meyidini Gəmi qayanın alt tərəfindən çiləkənin yanından tapdılar. 
Aylar  dolandı,  illər  keçdi,  Güllü  Alqazaxlıların  gəlini  oldu,  oğul-uşaq  böyütdü. 
Balacalıqdan ürəyində nisgil kimi qalmış bir arzu sonradan Çıraq oğlu Şamilin qızı 
Qönçəni  görəndə  cücərdi.  "Özüm  ona  gedə  bilmədim,  Ömər  koxanın  zəhmindən 
zəhrim  yarıldı, indi onun nəvəsini oğluma  alıb qohum  olacam",  -  deyə  ürəyindən 
keçirdi və əri ilə məsləhətləşdi. Bir aydan sonra cah- cəlalla toy edib Qönçəni oğlu 
Şəmistan ağaya gəlin gətirdi. 

5 - 
Qönçə  xanımın  birdən-birə ürəyi  sıxıldı. İçəridə otura bilməyib  yönü  Kürə  baxan 
evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, 
girmənin  bərabərinə  enən  araba  yoluna  baxdı.  Heç  kəs  görünmürdü.  Hava 
qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı 
meşə  vahiməli  görünürdü.  Arvad  eyvandan  aşağı  endi,  həyətin  o  başındakı 
samanlığın  belinə  qalxdı,  əlini  gözünün  üstünə  qoyub  cığırlara  baxdı.  "Görəsən 
harda  qaldılar?  Heç  belə  ləngiməzdilər.  Günün  qulağı  yaxmamış  gəmini  sallayıb 
girmədən  bəri  çıxardılar.  Amma  indi  qaranlıq  qarışmış,  əl-ayaq  yığşırılmışdı. 
Onlardansa  səs-  səmir  yox  idi".  Qönçə  xanımın  bədəni  titrədi,  ürəyi  az  qaldı 
sinəsindən  çıxsın.  "Mənə  nə  oldu?  -  deyə  özünü  danladı  -  ağlıma  gələn  dağlara-
daşlara".  Geri  qayıtdı.  Başını  qatmaq  üçün  içəri  girdi.  Sonra  mis  samovarı 
doldurub  bayıra  gətirdi,  odluğuna  köz  saldı,  üstündən  kıxmıq  tökdü  və  alışana 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə