İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   33   34   35   36   37   38   39   40   41

Ev  çatırtı  ilə  yanıb  söndü.  Sürgün  arabaları  xır  yolunun  döngəsində  görünməz 
oldular. Elə bu zaman meşədən ulartı səsi gəldi, acı bir ulartı. Bu, Alanın səsi idi. 

3 - 
Səhərə  yaxın  onların  arabasını  kiçik  bir  qəza  dəmir  yol  stansiyasının  ucqarında 
qatarlaşan  qələmələrin  kölgəsində,  ehtiyat  yolunda  dayanmış  vaqonların  yanında 
saxladılar.  Keşikçilər  arabanın  ətrafında  fırlanaraq,  içindəkilərə  düşməyi  əmr 
etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa 
düşmədilər. 
Bütün  yolboyu  gözünü  qırpmayan  Güllü  xanım  yuxusunu  dağıtmaq  üçün  azacıq 
dikəlib  gərnəşdi  və  arabadan  yerə  düşdü.  Toz-torpaqlı  yük  vaqonları  deyəsən 
çoxdan  dolmuşdu.  Güllü  xanım  hiss  etdi  ki,  yaxın  kəndlərdən  sürgünə 
göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip 
bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi. 
Onların  arabaları  qatarın  yanında  dayandıqda  milis  paltarı  geyinmiş  beş-altı  kişi 
dərhal  yaxınlaşdılar.  Onlardan  biri  Çıraqlıların  adamlarını,  sonra  Güllü  xanımı 
təpədən-dırnağa süzdü və nədənsə ona "Siz bu vaqonda gedəcəksiniz" deyə qapısı 
açıq olan vaqonu göstərdi. 
Güllü xanım Çıraq uşağına işarə etdi. 

Qoyun, bunlar da biznən bir yerdə getsinlər. 
Kişi  Güllü  xanımın  uca  boy-buxununa  diqqətlə  baxıb  razılaşdı.  Sonra 
yanındakılara göstəriş verib tələsik uzaqlaşdı. 
Səhərə yaxın daha da şəffaflaşan ayın işığında vaqonun içi aydınca görünürdü. Hər 
tərəf  toz-  torpaq  və  çirk  idi.  Güllü  xanımın  göstərişi  ilə  öz  nəvələri  və  gəlinləri, 
eləcə  də  Çıraqlıların  uşaqları  vaqona  çıxdılar.  Arabadan  götürdükləri  süpürgə  ilə 
döşəməni təmizlədilər. Sonra yerə kilim saldılar. 
Arabadakı şeyləri daşıyıb bir küncə yığdılar. Bundan sonra Güllü xanımın əlindən 
tutub  asma  pilləkanlə  vaqona  qaldırdılar.  Güllü  xanım  içəri  yığılmış  şeylərə, 
vaqonun o biri başında yerləşən Çıraq uşağının adamlarına diqqətlə baxdıqdan və 
müəyyən  göstərişlər  verdikdən  sonra:  "Paltar-  palazınızı,  qab-qacağınızı  səliqə 
downloaded from KitabYurdu.org


səhmanla  yığın,  deyəsən  yolumuz  uzun  olacaq",-  deyib  döşəkçəsini,  mütəkkəsini 
kilimin üstə saldırdı. O özü də hiss etmişdi ki, uzun yol gedəcəklər. 
Ona görə də, indidən yerini rahatlayırdı. 
Onlar vaqona doluşduqdan və arabalar getdikdən sonra xeyli sakitləşə bilmədilər. 
Uşaqlar ilk dəfə dəmir yolu gördüklərinə, vaqona mindiklərinə görə sevinir və yol 
dəyişənlərin ara bir çaldıqları tütək səsindən ləzzət alırdılar. 
Hər  şey  yerbəyer  edildikdən  sonra  bir  milis  nəfəri  ehmalca  başını  qapıdan  içəri 
saldı və üzünü Güllü xanıma tutdu: 

Xanım,  qab-qacağınız  varsa,  özünüzlə  çoxlu  su  götürün.  Yolunuz  uzaq 
olacaq. 
Güllü  xanım  onun  səsindəki  mehribanlıqdan  başa  düşdü  ki,  kişinin  sürülənlərə 
ürəyi yanır. 

Suyu hardan götürək, dərdin alım? - deyə soruşdu. 

Gəlin göstərim. 
Dərhal  sənəkləri  götürdülər.  Vaqondan  tökülüşüb  kişinin  müşayiəti  ilə  üstünə 
"kipyatok" yazılmış su borusuna yaxınlaşdılar. 
- Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız varsa, tez 
gətirin gəlin, sizi gözləyirəm. 
Samovar, cürdək və vedrələri də suynan doldurdular. 
Bayaqkı adamlar dəstə ilə gəldilər, hamının içəridə olub-olmadığını yoxladılar və 
sonra qapını çəkib bağladılar. Güllü xanım başa düşdü ki, zirəzələr cingildədi və 
qıfıl şaqqıldadı. 
Hərə bir tərəfdə özünə yer elədi və azacıq sonra səhər mürgüsü vaqonu bürüdü. Bir 
Güllü xanım oyaq qaldı, bir də onun gəlini. 
Güllü  xanımın  böyük  oğlunun  neçə  ildən  bəri  evləndiyinə  baxmayaraq  övladı 
olmurdu.  Nə  qədər  nəzir-niyaz  demiş,  qurban  kəsdirmiş,  pirə  gedib  dua 
yazdırmışdılarsa da, xeyri olmamışdı. 
54 
Amma  çox  qəribə  idi  ki,  kənddə  işlər  qarışan  zaman  gəlin  birdən-birə  hamilə 
downloaded from KitabYurdu.org


olmuş və oğlan doğmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı. Bəlkə də elə buna 
görə  Şəmiddin  qardaşı  Həsən  ağa  ilə  getməmişdi.  O,  yurdunda  qalacaq  oğlunu 
böyütmək  arzusu  ilə  yaşayırdı.  Ancaq  onu  gecə  apardıqdan  və  geri 
qayıtmadığından gəlinin ürəyi uşağın üstündə nanə yarpağı kimi əsirdi. O, hər şeyi 
unutmuşdu.  Evi-eşiyi  yaddan  çıxartmışdı.  Fikri-zikri  körpəsi  idi.  Gündüzlər 
pərvanə kimi başına fırlanır, gecələr də gözünə yuxu getmir, onun keşiyini çəkirdi. 
Güllü  xanım  gəlinini  və  nəvəsini  gözaltı  süzür,  onlara  xəlvəti  göz  qoyur,  oğrun-
oğrun izləyirdi. 
O,  üzə  vurmasa  da,  gəlindən  daha  çox  narahatlıq  keçirirdi.  Oğlunun  yurdunda 
qalacaq  bu  uşaqla  nəfəs  alırdı.  Onun  səsi  çıxan  kimi  ürəyi  döyünürdü.  Tez-tez 
əllərini göyə qaldırıb "Ey yeri-göyü yaradan Tanrı, Sən balamın yurdunda cücərən 
bu körpəni özün xətadan-bəladan xilas elə. İraq canından oğlumu sonsuz, yurdunu 
boş  qoyma.  Görünür,  balamın  başı  əlində  deyil,  səlamət  olsaydı,  indiyəcən  bir 
xəbəri  çıxardı.  Allah  mərdiməzarların  evini  yıxsın.  Mənim  balam  kimə  nə  pislik 
eləmişdi?" 
İndi  vaqonda,  küncdə,  döşəkçə  üstündə  oturan  Güllü  xanım  gəlinindən  gözünü 
çəkmir  və  onun  uşağı  necə  yorğana  bükdüyünə,  necə  sinəsinə  sıxdığına,  nəfəsini 
uşağın üzündə necə gəzdirdiyinə, ətirli şamama qoxulayan kimi, necə qoxuladığına 
göz  qoyurdu.  Gəlin  isə  bunlardan  xəbərsiz  idi.  O,  uşaqdan  başqa  heç  nə  görmür, 
uşağın  mışıltısından  başqa  heç  nə  eşitmirdi.  Vaqonlar  silkələndi.  Parovoz  içini 
arıtlayıb gəhilti ilə tərpəndi. Yükün ağırlığından fısıldadı və təkərlər relsin üstündə 
fırlanıb özünü bərkitdi və qatar asta-asta tərpəndi. 
Güllü xanım başa düşdü ki, deyəsən, bu gedişlə el-obadan həmişəlik ayrıldılar. 

4 - 
Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını 
ha  döydülər,  ha  xahiş  etdilər  onu  bir  azca  açsınlar,  ancaq  bayırdan  bircə  cavab 
eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı 
müşayiət  edənlər  züllə  papaq  əsgərlərdi.  Onlar  "Ne  polojeno"  deyə  qışqırdıqları 
zaman  vaqonların  ağzında  itlər  səs-səsə  verib  hürüşüb  taxtaları  cırmaqlayırdılar. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə