İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   33   34   35   36   37   38   39   40   41

deyəsən,  uzaq  səfərə  çıxacaqlar.  Qaybalı  kişi  bu  evdə  çoxlu  duz-çörək  kəsmişdi, 
haqqı salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı. 
-  Gedin,  xəlvətcə  əl-ayağınızı  yığışdırın.  Uşaqlara  isti  paltar  götürün.  Özünüz  də 
qiymətli  nəyiniz  varsa,  əlçatmaz,  gözgörməz  yerlərdə  gizlədin.  Özünüzü  də  elə 
aparın ki, guya heç nədən xəbəriniz yoxdur. 
Gəlinlər dinməz-söyləməz qayınanalarının tapşırığını yerinə yetirdilər. Ertəsi günü 
sac asıb çörək bişirdilər. Xurcunlara yığdılar. Bir qarın yağ, bir motal götürdülər. 
Qışdanqalma  qovurma  kürünü  xurcuna  qoydular.  Güllü  xanım  oğlu  Şəmiddin 
güllələndikdən  və  Həsən  ağanın  qaçaqlara  qoşulmasından  sonra  bilirdi  ki,  bu 
kənddə  salamat  yaşaya  bilməyəcəklər.  Düz  on  beş  gün  bundan  əvvəl  Ceyran 
çöldəki  qoyun  sürülərini,  mal-qaranı,  ilxını  aparmış,  "Bunlar  daha  kolxozundur" 
demişdilər. Güllü xanım nə edə bilərdi. Evdə başıpapaqlı qalmamışdı. 
Fətullayevin  dəstəsi  gələnə  qədər  Keçəl  Xondulu  arabaları  qoşdurdu.  Güllü 
xanımın  göstərişi  ilə  gəlinlər  yükləri  arabalara  doldurdular.  Bir-iki  dəst  yorğan-
döşək, uşaqlara isti paltar götürdülər. Dünən bişirdikləri çörəyi xurcuna qoydular. 
Güllü xanım yaddan heç nəyi çıxartmamağa çalışırdı. Əli belində həyətin ortasında 
fırlanır, evlərinin ətrafını kəsdirən silahlı adamlara fikir vermirdi. Yoldaş 
Fətullayevin dəstəsi gələndə də halını pozmadı. 
Gəlinlər  köməkləşib  bir  kisə  unu  arabaya  qoymaq  istədilər.  Bunu  görən  Keçəl 
Xondulu hirslə onların üstünə qışqırdı: 
52 

Bu  nədi?!  Bəlkə  çuvalları  da  arabaya  dolduraq?  Yaylağa  zada  ha, 
getmirsiniz? 
Gəlinlər  ona  fikir  vermədilər.  Keçəl  Xondulu  yəhərin  qaşından  əyilib  tüfəngin 
lüləsi  ilə  kisəni  kənara  itələdi.  Ağ  un  ətrafa  dağıldı.  Güllü  xanımın  zəhmli  səsi 
gəldi: 

Ə, a keçəl qurumsax, arvad-uşağın üstünə nə kişilənirsən? 

Ağzını təmiz saxla, ay qarı. 

Qarı anandır, bacındır. Mənim adım var. 
downloaded from KitabYurdu.org



Bilirəm. Amma daha sənin xanımlığın getdi. 
Güllü  xanım  götürə  bildikləri  şeyləri  yığdıqdan  sonra  arabaya  minməzdən  əvvəl 
üzü Kürə baxan samanlığın üstünə çıxdı. Əlini belinə qoyub Kürün sahilinə enən 
yaşıllıqlara,  əyri-üyrü  cığırlara,  suya  enən  qız-gəlinə  tamaşa  etdi.  Körpəlikdən 
gəzib  dolaşdığı  bu  yerlərin  elə  bil  ətrini  sinəsinə  doldurub  saxlamağa  çalışdı.  Su 
yolunda,  yarğanların  altında  qızlarla  deyib  güldüyü  günləri  xatırladı.  Ağalıq 
şenliyinin  qızları  Kürü  üzüb  o  taya  keçər,  meşədən  cır  alma-armud  yığar,  qara 
bulağın  suyundan  içib  Kürdə  çimişərdilər.  Güllü  xanım  su  pəriləri  kimi  çayda 
çimən,  oxuyub  zümzümə  edən  və  öz  bədənlərinin  gözəlliklərinə  heyran  qalan  bu 
qızların çox vaxt başçısı olardı. Bə'zən saatlarla güllü-çiçəkli talaların ortasındakı 
palıd ağaclarının kölgəsində əyləşib qırqovulların, meşə xoruzlarının səsinə qulaq 
asmaqdan doymazdılar. Güllü xanım bir andaca xəyalən o günlərə gedib qayıtdı. 
Köksünü  ötürüb  qollarını  sinəsində  çarpazladı.  Gözündə  gilələnən  yaşı  sinəsinə 
axıtdı.  Sonra  həyətə  düşüb  astaca  addımlarla  eyvana  çıxdı.  Keçəl  Xondulu  ona 
acıqlanmaq, arvadı geri qaytarmaq istədi. Bunu görən Qaybalı kişi hirsləndi. 
-  Ə,  nə  insafsız  adamsan.  Qoysana  arvad  ev-eşiyi  ilə  halallaşa.  Bəlkə  bir  də 
buraları  görməyəcək.  Güllü  xanım  içəri  keçdi.  Bir-bir  otaqlara  baxdı.  Divara 
vurulmuş  xalılara,  döşəməyə  sərilmiş  gəbələrə  baxdı,  yük  yerinə  yaxınlaşdı. 
Oğlanları  gedəndən  sonra  ayrıca  saxladığı  və  hər  axşam,  hamı  yatandan  sonra, 
gizlicə qoxuladığı ipək  yorğan-döşəyi  qucaqladı. O  hər gün bu  yorğan- döşəkdən 
balalarının qoxusunu alırdı, ətir saçan qoxusunu. İndi də elə elədi. Yorğan-döşəyi 
qucaqlayıb, dönə-dönə öpdü, qucaqladı. Ürəyinə dammışdı ki, bir daha əli bunlara 
toxunmayacaq.  Balalarının  ətrini  bir  daha  duya  bilməyəcək.  Birdən  onu  dəli  bir 
ağlamaq  tutdu.  Yorğan-döşəyi  qucaqlayıb  çiyni  qalxa-qalxa  hıçqırdı.  Sinəsinə 
dolmuş  dərdi-qəmi  göz  yaşı  ilə  axıtdıqdan  sonra  yük  yerindən  aralandı. 
Bədənnüma  güzgünün  qabağından  keçəndə  özünü  tanımadı.  Bircə  anın  içində 
yumax  kimi  büzüşmüşdü.  Özünə  toxtaxlıq  verdi,  üst-başını  düzəltdi.  Göz  yaşını 
qurutdu.  İstəmədi  ki,  düşmən  onu  belə  sınğın  görsün.  Qapıdan  çıxanda  köksünü 
ötürdü və qurulu qoyub getdiyi evinə son dəfə baxdı. 
downloaded from KitabYurdu.org


Güllü xanım içəridə ev-eşiyi ilə halallaşana qədər bayırda at belində dayananlar öz 
ürəklərində  hər  şeyi  bölüşdürmüşdülər.  Onlar  səbirsizliklə  arabaların  yola 
düşməyini  gözləyirdilər.  Güllü  xanım  özünü  sındırmadı,  şax  addımlarla  yeriyib 
arabaya çıxdı və əli belində ayaq üstündə dayandı. 
Keçəl  Xondulu  da  evin  ətrafını  dolaşdı  və  birdən  gördü  ki,  Həsən  ağanın  balaca 
oğlu  Söhrab  təzə  bir  araba  təkərini  tövlənin  böyründə  gizlətmək  istəyir.  Atını 
birbaş onun üstünə sürdü. Uşağı qamçı ilə budarladı. Güllü xanım bunu gördü və 
əlini  kəmərinin  altında  gizlətdiyi  naqana  uzatdı.  İstədi  güllələrin  hamısını  onun 
sinəsinə  doldursun.  Ani  olaraq  arabadakılara  baxdı.  İndi  Alqazax  uşağından 
başıpapaqlı qalmamışdı. Bu nəslin arvad-uşağının ümidi təkcə ona idi. Nəsli başsız 
qoymaq olmazdı. 
Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, 
əvvəlcə  zingildədi,  qabaq  ayaqları  üstündə  sürünə-sürünə  arxadan  onlara  yanaşdı 
və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra 
xirtdəyindən yapışdı. 
Uşağın da öz tədbiri var imiş. Alan Keçəl Xondulunu atdan salan kimi axşamdan 
evin zirzəmisinə yığdığı neft tökülmüş ota od vurdu və qaçıb arabaya mindi. 
Çıraqlıların  arabaları  çoxdan  xır  yolunda  idi.  Yoldaş  Fətullayevin  işarəsi  ilə 
Alqazaxlıların köçü də xır yoluna yaxınlaşdı. Güllü xanımgilin evini birdən alov 
bürüdü.  Ətrafdakılar  özünə  gələnə  qədər  yanan  evlərin  çatırtısı  və  tüstü  qarışıq 
alovları  göyə  qalxdı.  Evin  ətrafını  kəsən  silahlı  dəstə  özünü  itirdi.  Yoldaş 
Fətullayev təlaşla köməyə adam çağırırmış kimi ətrafa boylandı. 

Xondulu hanı?! 
Onu axtardılar və dərədə xırıldayıb son nəfəsini aldığı yerdə tapdılar. Gördülər ki, 
boğazında diş 
53 
yerləri var. Ətrafa boylandılar və Alanın Kürə atıldığını gördülər. Onun arxasınca 
düşüb  gülləyə  basdılar.  İt  çayı  üzüb  cələyə  keçdi.  Sonra  da  çiləkənlərin  arası  ilə 
gözə görünmədən meşəyə adladı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə