18
nə üzlə geri qayıdım? Bundan sonra Mələk mənə yazıq, yetim bir uşağa
baxan kimi baxmazmı? Sonra da qarşımda dayanıb, "Hə, necəsən, o sənin
kişiliyin, bu da mənim arvadlığım" – deməyəcəkmi? Bəlkə də lağa qoyub
güləcək! Mənə məsxərə edəcək! Atam da indiki kimi ona yan basacaq. Yox,
mən bir də o evə üz tutmaram. Çıxıb gedəcəm. Harda olsa, bir parça çörək
taparam. Bəs anamın, Salatının axırı necə olacaq?" Şamxal ağzı üstə uzanıb
çənəsini qollarına söykədi. Onun çiyinləri qalxıb-enir, bütün bədəni
titrəyirdi. O ağlamırdı. Ağzı üstə uzanıb eşələnir, daxildən qopan nəriltini
boğmaq istədikcə titrəyib çalxalanırdı... Axşamtərəfi boğuq bir gurultu
qopdu. Hündürlüyü on sajenə yaxın olan yarğan uçub suya töküldü. Qatı
duman suyun üzünü bürüdü. Yarğan uçanda qabağı kəsilib göllənən su
özünə yol açıb, yenə əvvəlki kimi sarı torpağı yalaya-yalaya, qıjıltı ilə axıb
getdi.
Şamxal diksinib qalxdı. Gözünü yarğan uçan tərəfə zillədi. Sonra da
əlini üzünə çəkdi. Yanağında laxtalanmış qam ovxalayıb tökdü. Əyilib axar
suda əl-üzünü yudu. Üst-başının tozunu çırpıb papağını düzəltdi, Lap
yaxında, suyun dayaz yerinə qonmuş balaca, caydaq bir quş cikkildədi.
Şamxal dönüb baxdı. Uzun quyruqlu quş balıq axtarırdı.
Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa
qalxdı. Başqa vaxt olsaydı, o, yerindən durmazdı. Əksinə, bəlkə da,
yaxındakı yulğun kollarının arasına girib, nağıllarda söyləndiyi kimi, suya
tökülüb çimişən bu mələk qızların ağ bədəninə, sinələrinə dağılan uzun,
qara saçlarına oğrun-oğrun tamaşa edər, onların ördək kimi suya baş vurub
üzmələrinə, zarafatlaşıb bir-birilərini suya basmalarına, sonra da balıq kimi
şütüyüb adaya qədər getmələrinə göz qoyardı. Bəlkə do balaca vaxtı elədiyi
kimi, qızlardan birinin paltarını götürüb gizlədərdi də. Lakin indi onun
ortaya çıxası halı yox idi. Üst-başı cırılmış, ağız-burnu əzilib gömgöy
edilmişdi. Hələ indiyə qədər kənddə heç kəs onu bu kökdə görməmişdi.
Kürü üzüb o üzə keçməkdə birincilik qazanan, at çapıb xəncər oynatmaqda
heç kəsə aman verməyən, yaba, yumruq davasında dəfələrlə qalib gələn
Şamxal buradan uzaqlaşmağı qərara aldı. Dərhal paltarını soyundu. Qızların
qaqqıltısı və ayaq tappıltıları yarğanda səslənincə, paltarını başına dolayıb,
özünü suya atdı. Bir göz qırpımında üzüb cələyə keçdi. Qızlar sahilə enənde
qarşıdakı adada tərpənən yulğun kollarından başqa heç na gormədilər.
19
3
Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-
asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz
dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların
üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi
çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru
apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun
kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir,
orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar
buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun
qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.
Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da
sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb,
başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı.
Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə
düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların
üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan
düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.
Cahandar ağa Kürün kiçik qolunu keçib cələyə çatdı. Qarşı sahildəki
kənd evlərini görən at bərkdən kişnədi. Cahandar ağa iki barmağını ağzına
salıb fit çaldı. O həmişə evdən qayıdanda bu yolda Kürdən keçər və cələyə
çatanda iki dəfə fil çalardı. Evdəkilər dərhal onu başa düşər, vurulmuş ovu
gətirmək üçün araba qoşub sahilə enərdilər.
Bu dəfə də belə oldu.
Cahandar ağa atını girmədən salıb sahilə çıxanda enişdən gələn araba ilə
qabaqlaşdı. Həmişə ovdan qayıdanda onu oğlu Şamxal qarşılayırdı. İndi isə
arabanın boynunda oğlu yox, nökərlərdən biri əyləşmişdi. Maralı vurandan
sonra kefi bir qədər açılan Cahandar ağanın qaşqabağı yenə tutuldu. O,
kəllərin qabağını saxlayıb cavab gözləyən nökərə üzünü belə çevirmədən
dilləndi:
- A bala, a Tapdıq, arabanı yuxarıdan, girmədən sal. Qız qayasının alt
tərəfindəki cələyə sür. Oradakı içi ovuq qovağı görmüsənmi? Həmin ağacın
dibində maral var. Arabaya qoy gətir.
20
Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. Təkərin
dəmir şini xırda daşları əzib qıcırdadı. Su əvvəlcə təkərin topunu, sonra da
cağları batırıb tara çıxanda təkərlərin qıcıltısı da çəkildi. Atını mahmızlayıb
dikdirə qalxan Cahandar ağa qanrılıb geri baxdı.
- Ayə, yuxarıdan sür, yoxsa arabanı çiləkənə vurub döndərərsən. - Araba
qarşıdakı cələdə gözdən itəndə, sahildən düz həyətlərinə çıxan cığırla birbaş
evlərinə gəldi. Atdan düşüb nökərləri səslədi: - Ay uşaq, kim var, gəlin, atın
yəhərini alın!
O, tüfəngi eyvanın dirəyindən asıb samanlığın üstünə çıxdı. Gözünü
günbatan tərəfə, çəmənliyə zillədi. Mallar Kürün yaxası boyu qatarlaşıb
gəlirdilər. Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir,
yazabuğalar, düyələr bir-birini buynuzlayıb qovurdular. Naxırdan xeyli
aralanıb nərildəyən iri bir buğa ayağı ilə yeri eşib tozu göyə sovururdu.
Cahandar ağa naxır Kürdən su içib yarğanın qaşına çıxana qədər samanlığın
üstündən enmədi, Boğazı zınqırovlu maral erkac kimi qabağa düşüb xalxala
yaxınlaşanda nökərləri səslədi. Özü də onlarla bərabər naxırın qabağına
getdi. Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maralı onu görən kimi
yaxınlaşıb əlini iylədi. Heyvanın soyuq və nəm burnunun təmasından
kişinin qıdığı gəldi. Cahandar ağa heyvanın başını, qulaqlarının və
buynuzunun dibini qaşıdı. Üç il bundan əvvəl meşədən tutub gətirdiyi və
əldə böyüdüb naxıra qatdığı bu maral həmişə onun dərdini dağıdardı. Ancaq
bu dəfə belə olmadı.
Nökərlər heyvanları yerləşdirdilər. Qulluqçular inəkləri sağıb
rahatladılar. Zəncirdən açılmış itlər mırıldaşa-mırıldaşa yallarını içdikdən
sonra evin ətrafına dolanmağa başladılar.
Heyətə sakitlik çökdü. Bu sükut getdikcə gücləndi və bütün şənliyi
bürüdü. Sahilboyu səpələnmiş kənd evlərinin solğun işıqları, həyətlərdə
qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. Kürün qıjıltısı gücləndi.
Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. Hamı evə
çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn
otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət
qazandırmalı idi?..
İki gün bundan əvvəl, şəhərdən qayıdarkən, Kürün sahilinda Mələyə rast
gələndə o heç nə fikirləşməmişdi. Cavan, ətli-qanlı gəlini su kənarında
görəndə sönməkdə olan ehtirası birdən-birə quduz kimi oyanmışdı. Hələ
keçən il, dağa köçəndə, Cahandar ağanın gözü bu gəlini almışdı.
Göytəpəlilər dağ yolunda, çay kənarında arabalarını aç-
Dostları ilə paylaş: |