12
-
Atıa, oğlun, qızm var, günalısız qana bais olma.
-
Nə, günahsız?! - Zərnigar xanım elə qışqırdı ki, Salatın özünü
itirdi.
Gəlin yavaşca ayağa durdu. Onun ətli sinəsi qalxıb endi. Dodaqları
səyridi. Əlini xəncərin dəstəyindon çəkməyən Şamxal onun yalın ayağına,
topuğıma enən gen, beli büzməli qırçın donuna, sürüşüb çiyninə düşmüş
nimdaş kəlağayısına, qulağındakı yumru sırğaya, tən ortadan ayırdığı qara
saçlarına, koftasının yaxasını didişdirən titrək barmaqlarına baxdı. Gəlinin
iri qonur gözləri yaşarmışdı.
Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən
olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı
uzaq kəndlərin bırindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı.
Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə
qışqırdı:
-
Hə, niyə durdun? Yoxsa, bu cindar köpək qızının qaş-gözü sənin
də ağlını başından aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını
biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol!
Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə
yaxınlaşdı.
-
Dur, şələ-küləni yığışdır, rədd ol buradan! - Yolun altı ilə gəlibsən,
üstü ilə qayıt xarabana!
Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Gözünü qırpmadan
qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. Onun qanı qaçmış
dodaqları aralandı:
-
Məni sən gotürməyibsən ki, evdən qovursan?
Gəlinin belə sakit, təmkinli cavabı Şamxalın qulaqlarında ildırım kimi
şaqqıldadı. Ev başına dolandı, yer ayağının altından qaçdı. Üzünə isti qan
vurdu, qulaqları güyüldədi. Anasının səsini güclə eşitdi:
-
Gördün bu çərhəya, qızışmış köpək qızını?! Sənə demədimmi bir
az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına, sürü bu itin
balasını!
Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq
bir sələ qışqırdı:
-
Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram!
Gəlin gözünü də qırpmadı.
-
Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq-
hesab çək!
13
Artıq Şamxal dözə bilmədi. Gicgahlarındakı damarlar gömgöy göyərib
şişdi, az qaldı ki, partlasın. O, ayaqlarına döşənib sürünən bacısının
üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı.
Təpiyinin altına salıb döyəclədi...
Arvadların qışqırtısı bir-birinə qarışdığından, ovdan qayıdan Cahandar
ağanın həyətdə dayandığını heç kəs görmədi.
Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb ev-dən
bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu.
Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı:
-
Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə
var ki? Vur!
Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzən-gidən
yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri
gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu.
Güllə açıldı. Pəncərənin şüşəsi cingilti ilə ətrafa səpələndi. Şamxalın
əlindəki xəncərin polad tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa
hamı daş kimi donub qaldı. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin
ortasında heykəl tək dayandı. Zərnigar xanım əlləri üzündə dəhşət içində
quruyub qaldı. Salatının ürəyi keçdi. Vəznəli çuxasının ətəyini belinə
sancmış Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri
keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Otağa gur və
zəhmli bir səs yayıldı:
-
İtil burdan, küçük!
Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə
baxdı. Cahandar ağa oğlunun yaxasından yapışıb qapıya tərəf itələdi.
Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı:
-
Burax deyirəm sənə!
-
Kəs səsini, qancığın balası!
-
Ağzını təmiz saxla, dədə!
-
Kəs səsini, qancıqdan süd əmən!
- Südümə söymə.
-
Ə, qoduq, mənim üstümə şeşələnirsən?!
Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal
gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun
gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi
qabaq-qabağa dayandılar.
14
Başı az qala tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sifəti
tunc kimi bozardı, iri həbəşi dodaqları titrədi, qalın, qıllı çatma qaşlarının
arası düyünləndi. O az qala yerlə sürünən iri qollarını irəli uzadıb oğluna
doğru ayıldı. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəllcə qorxdu.
Onun nəzərində kişi getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa
hazırlaşan heybətli bir pələngə döndü. O gördü ki, atası iri pəncəli əlləri ilə
bu saat onu yaxalayacaq, sonra da qabarıq sinəsinin altına salıb xurd-xəşil
edəcəkdir. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı.
Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı və
Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə
başladı.
Zərnigar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa
yalvarmağa başladı:
- A kişi, ağlını başına yığ. Ə, uşaqdan əl çək. Onda taqsır yoxdur,
öldürürsənsə məni öldür. Ayə, qurbanın olum, vurma, yazığam, evimi
yıxma. - Ərinin sakitləşmək istəmədiyini görəndə isə qarğamağa başladı: -
Əlin çürüsün, ona necə qıyırsan? Qolun qurusun, uşaqdan əl çək! Ay Allah,
ay camaat, hardasınız, qoymayın, balamı öldürdü!
Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi.
Üzünü torpağa sürtdü.
Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə
bilmədi. Üst-başı cırılıb, saçları üzünə dağılan bu cavan qadın heyrətlə
Cahandar ağaya baxırdı. Kişi onun nəzərində getdikcə böyüyüb dağa
dönürdü. O, sehrlənmiş kimi yerindən tərpənmir, əri olacaq bu adamdan
gözünü çəkmirdi. Lakin Şamxalın yumaq kimi evin ortasında fırlandığını,
hirsindən gözü ayağının altını seçməyən Cahandar ağanınsa getdikcə
qızışdığını görəndə, elə bil yuxudan ayıldı. Gəlinin bədənini üşütmə
götürdü, "Bəlkə kişi birdən uşağı xəsarət etdi, ya da əlindən bir xəta çıxdı,
evə qan düşdü, onda necə olar? Bütün günahlar mənim boynumda
qalmazmı? Elə Cahandar ağanın özü də sonradan, - qaradabansan, gələn
kimi evimə qan saldın, - deyə mənim üstümə atılmazmı? Yox, mən qana
bais ola bilmərəm".
O, irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları
kürəyinə dəysə də, diz çöküb kişinin ayaqlarını qucaqladı:
- Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başıbatmışı
öldür ki, biryolluq canım qurtarsın.
Dostları ilə paylaş: |