mizədlərin adları gündəliyə salmdı. Alternativ qaydada seçki keçi-
rildi. Ə.Ələkbərov 86 səsdən 69 səs, S.Mustafayev isə 3 səs topladı.
Ə.Ələkbərov Naxçıvan M R Daxili Işlər naziri vəzifəsinə seçildi [19,
s.388; 37, 1999, 9 may].
AXC-nin Naxçıvanda hakimiyyəti qeyri-qanuni yolla yiyə-
lənmək üçün polisi ələ keçirməsi taktikası baş tutmadı.
Naxçıvan M R Ali Məclisinin Rəyasət Heyəti 15 oktyabr
1992-ci il tarixdə «Naxçıvan M uxtar Respublikası Daxili Işlər Na-
zirliyində yaranmış vəziyyət haqqmda» məsələ müzakirə etdi. Qəbul
edilmiş qərar respublika Prezidentinə və Ali Sovetə göndərildi.
İ.Həmidov planm baş tutmayacağmı gördükdə başqa bir hü-
quqa zidd hərəkətə yol verdi. O, Azərbaycan Respublikası DİN-nin
əmri ilə Naxçıvan M R daxili işlər naziri və müavinini - Ə.Ələkbə-
rovu, N.Həsənovu, qərargah rəisi O.Zalovu, şöbə və bölmə rəislərini
M.Həsənov, B.Əyyubov, A.Qurbanov və başqalarmı daxili işlər or-
qanlarmdan çıxardı.
Naxçıvanda sifarişi Bakıdan alan qüvvələr öz pozuculuq
fəaliyyətlərini daim davam etdirirdilər. Onlar Heydər Əliyevə qarşı
təxribat törətm ək üçün cəhdlər edirdilər. AXC Naxçıvan şöbəsi
Heydər Əliyevin əleyhinə qızğın təbliğat aparırdı. Oktyabrm 24-də
isə AXC hakimiyyəti ələ almaq üçün silahlı çevriliş etdi. Naxçıvanda
xalq cəbhəsinə məxsus silahlı dəstələr muxtar respublika Daxili İşlər
Nazirliyi, Televiziya və Radio Verlişləri Komitəsi, Rabitə İdarəsi,
şəhər elektrik şəbəkəsi binalarmı, habelə telestudiyanı zəbt edib ha-
kimiyyət əleyhinə bəyanat verdilər [39,1992,28 oktyabr]. 24
oktyabr
çevriliş cəhdinə ümumi rəhbərliyi o vaxt Naxçıvandan Azərbaycan
Ali Sovetinə deputat seçilmiş F.Quliyev həyata keçirirdi. Təşkilatçı-
lıq işlərinə və çevrilişçi dəstələrə AXC Naxçıvan şöbəsinin sədri
A.Quliyev, N axçıvanda Daxili İşlər naziri olmaq istəyən cəbhəçi
S.Mustafayev rəhbərlik edirdi [18, 2002, 24 oktyabr]. Çevriliş cəh-
dində Azərbaycan X alq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 300 nə-
fərə yaxın silahlı dəstəsi iştirak edirdi [24, s.99]. Lakin xalq çevriliş
cəhdini dəstəkləmədi. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin
çağırışı ilə ayağa qalxdı. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar
piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən
çox adam Heydər Əliyevi müdafıə etmək üçün Ali Məclis binasınm
55