İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

 
67 
olunduğu  kimi,  onlar  hətta  ərlərindən  sonra  öz 
övladlarını da cəbhəyə göndərməyə hazır idilər. 
Zeyd  ibn  Asimin  həyat  yoldaşı  Ümmü  Əmmarənin 
(Nəsibənin)  sərgüzəştində  deyilir  ki,  o,  Peyğəmbərin  (s) 
Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və 
Peyğəmbərlə  (s)  daim  səhnədə  qalmaq  üçün  Mədinə 
müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman 
kimi 
tanınmış  “Əqəbə  bey`əti”ndə  iştirak  etdi. 
Peyğəmbər  (s)  buyurdu:  “Bu  iki  qadının  beyətini  qəbul 
etdim.  Mənim  bunu  qəbul  etməyim,  onlar  üçün  kifayət 
edər. Çünki mən (bey`ətdə) qadınlarla əl görüşmürəm”.
87
 
HƏMNƏ VƏ ÜÇ ġƏHĠDĠN XƏBƏRĠ 
Qəhrəmanlıq  göstərmiş  qadınlardan  biri  də 
Həmnədir.  O,  Əbdullah  ibn  Cəhşin  həyat  yoldaşı  idi. 
Ühüd  savaşından  sonra  o,  Həzrət  Peyğəmbərin  (s) 
hüzuruna gəldi. Peyğəmbər (s) ona yaxınlarından üçünün 
-  əvvəl  (dayısı)  Həmzə  Seyyidüş-Şühədanın  (ə),  sonra 
qardaşı  Abdullahın  və  daha  sonra  isə  ərinin  -  şəhid 
olması  xəbərini  verdi.  O  narahat  oldu.  Lakin  ağlayan 
halda  dedi:  “Bizim  hamımız  Allahdanıq  və  Ona  tərəf 
qayıdacağıq.  Allah  onları  bağışlasın  və  şəhidliyi  onlar 
üçün mübarək etsin”. 
Həmnə qəmgin halda, lakin qəlbi ümidlə dolu özünü 
Pərvərdigarının razılığı müqabilində təslim etdi. 
MUS`ƏBĠN HƏYAT YOLDAġI ZEYNƏB 
Müsəlman,  igid  bir  cavan  oğlan  olan  Mus`əb  ibn 
Umeyr Ühüd savaşında şəhid oldu. Həzrət Peyğəmbər (s) 
Ühüd  savaşından  sonra  Mədinəyə  qayıdanda,  onu 
qarşılayanların  içində  gözü  Mus`əbin  həyat  yoldaşı 
                                            
87
  Bihar,  19-cu  cild,  səh.16.  Bu  peyman  be`sətin  onuncu  ilində  baş 
verdi.  Həmin  bey`ətdə  Ovs  və  Xəzrəc  qəbiləsindən  73  kişi  və  iki 
qadın iştirak etdilər. 


 
68 
Zeynəbə  sataşdı.  Həzrət  (s)  ona  buyurdu:  “Qardaşının 
(Əbdullahın) şəhid olmasına görə səbir et”.  
Zeynəb  dedi:  “İnna  lillahi  və  inna  iləyhi  raciun, 
səbir edərəm”. 
Peyğəmbər (s) buyurdu: “Səbir et”.  
Zeynəb dedi: “Kimə görə səbir edim?”  
Peyğəmbər  (s)  buyurdu:  “Həmzənin  (ə)  şəhid 
olmasına görə səbir et”. 
Zeynəb  dedi:  “İnna  lillahi  və  inna  iləyhi  raciun, 
səbir edərəm”. 
Həzrət  Peyğəmbər  (s)  üçüncü  dəfə  buyurdu:  “Səbir 
et və dözümlü ol”. 
Zeynəb dedi: “Kimə görə səbir edim?”  
Peyğəmbər  (s)  buyurdu:  “Ərin  Mus`əbin  şəhid 
olmasına görə səbir et”. 
Zeynəb  bu  sözü  eşidəndə  əhvalı  dəyişdi  və  ağlayıb 
dedi: “Aman bu dərddən!”  
Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Qadın  üçün  ər 
qədər yaxın ikinci bir şəxs yoxdur”.  
Zeynəbdən soruşdular: “Nə üçün ərinə görə narahat 
oldun?”  
O  cavabında  dedi:  “Onun  yetim  qalmış  uşaqları 
yadıma düşdü”.
88
 
Yə`ni  mənim  ağlamağım  və  qəmginliyim  ərimin 
Peyğəmbərdən  (s)  qabaq  ölməsinə  görə  deyil.  Əksinə 
onun yetimlərinə xatirdir. 
ZƏHRA (S) MƏKTƏBĠNĠN ġAGĠRDĠ FĠZZƏ 
Bə`zən  müəllimi  onun  şagirdinin  vasitəsi  ilə  də 
tanımaq  olar.  Həzrət  Zəhranın  (s)  şagirdlərindən  biri 
xidmətçisi Fizzə idi. O, iftixar etdiyi xidməti müddətində 
Zəhrayi  Əthərin  (s)  məktəbindən  dərslər  öyrənmiş,  onu 
elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) 
yanında  nur  kimi  parlamışdı.  O  “Nəvbə”  əhlindən  idi. 
                                            
88
 Bihar, 20-ci cild, səh.64. 


 
69 
Geridə  qalmış  məntəqədən  və  səhrada  yaşayan  bir 
qövmdən  çıxsa  da,  Fizzə  düşüncə,  elm,  Qur`an  və 
hədisləri  bilmək  cəhətdən  yüksəlmiş  və  Zəhra  (s) 
məktəbinin nümunəvi şagirdlərindən olmuşdu. 
Əhvalatlardan  birində  nəql  olunur  ki,  Abdullah 
Məkkəyə  tərəf  getdiyi  yolda  karvandan  geri  qalmışdı. 
Çöllükdə  bir  qadın  gördü.  Bu  qadın  da  öz  karvanından 
geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq 
üçün  birlikdə  Məkkəyə  tərəf  yola  düşsünlər.  Yolda 
Abdullah o qadına nə dedisə, qadın Qur`an ayəsi ilə onun 
cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox 
sevindilər.  Abdullah    onlardan  soruşdu:  “Bu  qadın 
kimdir?  Onunla  hər  nə  danışdımsa,  Qur`an  ayəsi  ilə 
cavab verdi”. 
Onlar dedilər: “Bu qadın Xanım Zəhranın (s) kənizi 
və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Qur`an 
ayələri ilə danışır”. 
Fizzə  İmam  Hüseynin  (ə)  hərəkatında  iştirak  etmiş 
və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş 
hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli 
və sadiq bir xidmətçi sayılırdı.
89
  
Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın 
dərk  edə  bilərik.  O  Həzrət  (s)  elm  və  əməl  meydanında 
belə bir kəniz yetişdirmişdi. 
ÜMMÜ HƏKĠM 
Həzrət  Peyğəmbərdən  (s)  sonrakı  dövrdəki 
nümunəvi  qadınlardan  biri  də  Əkrəmənin  həyat  yoldaşı 
Ümmü Həkimdir. Əbu Cəhlin oğlu Əkrəmə İslamı qəbul 
edəndən  sonra,  müsəlmanlarla  rumluların  savaşında 
şəhid  oldu.  Əbu  Süfyanın  oğlu  Yezid  bu  qadınla 
evlənmək  istədi.  Lakin  o,  İslamda  tanınmış  şəxslərdən 
biri  Xalid  ibn  Səidin  həyat  yoldaşı  oldu.  Xalid  toya 
                                            
89
  Bihar,  41-ci  cild,  səh.273;  Üsuli  kafidə  İmam  Hüseynin  (ə) 
mövludu babı-Kərbəlada Fizzə və Şirin macərası nəql olunmuşdur. 


 
70 
tədarük  görmək  istəyəndə  o  dedi:  “Səbir  et.  Müharibə 
qurtarandan sonra evlənərik”. 
Xalid  dedi:  “Ürəyimə  damıb  ki,  bu  savaşda  şəhid 
olacam”. 
Ümmü Həkim dedi: “Əgər elədirsə, maneə yoxdur”. 
Xalid (arxa cəbhədə) bir körpünün kənarında onunla 
evləndi  və  müsəlmanlardan  bir  dəstəni  toy  ziyafətinə 
də`vət  etdi.  Buna  görə  də  o  körpü,  Ümmü  Həkim 
körpüsü adıyla tanındı. Müsəlmanlar hələ Xalidin qonağı 
idilər  ki,  rum  qoşunu  çatdı.  Müsəlmanlar  dayanmadan 
onların  qarşısında  sıraya  düzüldülər  və  savaş  başladı. 
Xalid şücaətli və dilavər bir kişi idi. O şiddətli tufan kimi 
düşmənin  bağrını  yardı  və  düşmənin  bir  dəstəsini 
öldürdükdən  sonra  şəhid  oldu.  Ümmü  Həkim  ikinci 
ərinin  şəhadəti  ilə  üzləşdi.  O  özündə  ümidsizlik  və 
qəmginliyə  yol  vermədən  evləndikləri  xeymənin 
sütununu  yerindən  qopardıb  rumlularla  döyüşməyə 
başladı və onlardan yeddi nəfəri öldürdü.
90
 Bununla belə 
o  şücaətlik  göstərib,  hər  dəfə  qəhrəmanlıqla  düşmən 
meydanına  gedər  və  öz  yerinə  qayıdardı.  Şəhid  ərinin 
yolunu davam etdirmək, onun yolunu davam etdirmək və 
şəhidə layiqli həyat yoldaşı olmağı isbat etməyin mə`nası 
budur. 
ÜMMÜ VƏRƏQƏ ƏNSARĠNĠN ġƏHĠDLĠK 
ARZUSUNDA OLMASI 
Ümmü  Vərəqə  Ənsari  Abdullah  ibn  Harisin  qızıdır. 
O  özü  şəhid  olmaq  ümidi  və  döyüşçülərə  kömək  etmək 
məqsədiylə  Həzrət  Peyğəmbərdən  (s)  Bədr  savaşında 
iştirak  etməsinə  icazə  verməsini  xahiş  etdi.  Peyğəmbər 
(s)  ona  gələcəkdə  şəhid  olacağını  müjdə  verdi.  Bundan 
                                            
90
  Təbəqate  ibn  Sə`d,  4-cü  cild,  səh.71;  Əcnadine  Şam  adıyla 
tanınmış bu döyüş 14-cü hicri ilində baş verdi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə