12
70-ci illərdə Xocamın Ərzurumda “Elm və İslam” mövzusunda olan konfransını dinləyən bir müfti əfəndi
daha sonra xüsusi söhbəti əsasında Xocamıza doğru dönərək: “Sizi səmimi qəlbdən təbrik edirəm. Çox gözəl
və əhəmiyyətli mövzulara toxundunuz. Mən də illərdi moizələrimdə dini və əxlaqi elmləri bilməklə
kifayətlənmək olmaz, Avropanın fənnini və texnikasını da öyrənmək lazımdır”, – deyincə, Xocamız ona:
“Aman, müfti bəy, hər halda bilmədən səhv bir ifadə işlətdiniz, çünki “İslami elmlər kifayət etməz,
Avropanın fənn və texnikasını da öyrənmək lazımdır” sözü bilərək deyilsə, imanın yenilənməsini tələb edən
bir küfr olar, çünki bu söz Qurandakı ən son nazil olan “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə
olan nemətimi başa çatdırdım. ...” mənasındakı ayəyə ziddir. Sizin sözünüz “İslamda fənn, texniki və müsbət
elmlər yoxdur. Bunları Avropadan götürməyə və öyrənməyə ehtiyacımız vardır. Deməli, bu yöndən İslam
əskikdir” mənasını verər ki, bu, fərqinə varmadan “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan
nemətimi başa çatdırdım, maddi və mənəvi heç bir əskiklik və qüsur buraxmadım” buyuran Cənabı-Haqqı
təkzib etmək mənasını verər və əlbəttə, səhvdir. Doğrusu isə, maddi və müsbət elmlərin də qaynağı Qurandır
və bu gün qərblilərin əlindəki bütün elmlərin təməl əsaslarını ortaya qoyan İslam alimləri olmuşdur”, –
deyərək müftinin səhvini düzəldir.
QEYDLƏR VƏ İZAHLAR
1. Bəttani (Əbuəbdillah Mühəmməd ibn Cabir ibn Sinan əl-Bəttani) 850-ci ildə Hərran bölgəsinin
Bəttan şəhərində doğulmuş və 929-cu ildə Samərra yaxınlığındakı Qəsrul-Cis rayonunda vəfat etmişdir.
Bəttaninin astronomiyada ən çox məşhur nailiyyətlərindən biri Günəş İlini 365 gün, 5 saat, 46 dəqiqə və 24
saniyə olaraq ölçməsidir.
Bəttaninin Zic (islami astronomiyada zamanı öyrənmək üçün istifadə olunan tablolar) adı verilən çalışması
İohann Kepler (1571-1630), Tixo Brahe (1546-1601) kimi avropalı astronomlar üzərində böyük bir təsir
qoymuşdur. Nikolay Kopernik (1473-1543), Zic üç dəfə latıncaya tərcümə edilməsinə baxmayaraq, ondan
təxminən 700 il əvvəl yaşamış Bəttani nə yazmışdırsa, əsərlərində təkrar etmişdir.
Bəttani, Suriyada Rəqqə və vəfat etdiyi şəhər Şamda fəaliyyət göstərmişdir. Bəttani, Ptolemeyin bəzi
səhvlərini düzəltmiş və yeni Günəş və Ay tablolarında toplamışdır. Uzun müddət elm dünyasında nüfuzlu
olmuşdur. Günəşin perigeyik
8
hərəkətlərini kəşf etmiş, göy sferinin xətləri üzərində çalışmalar aparmış və
ehtimala əsasən V əsrdə yaşamış hindli astronom Aryabhatadan müstəqil olaraq, sinusun və qismən tangensin
hesablamadakı istifadələrini açıqlamış və beləcə modern triqonometriyanın təməlini qoymuşdur. Bəttani
bunlardan başqa astronomiyada gecə-gündüz bərabərliklərinin fırlanma hərəkətlərinin qiymətlərini və ekliptik
mayilliyi çox yaxın bir nisbət taparaq hesablamışdır. Bəttani, tablolarında hərəkət üçün arası kəsilməyən
bərabər bölüşdürmə/paylaşdırma dəyərləndirmələrindən istifadə etmişdir.
Onun ən önəmli çalışması olan Zic, yaxud nizamlı astronomik tablolar, Tivolili Platon tərəfindən 1116-cı
ildə “Ulduzların hərəkəti ilə” adı ilə latıncaya tərcümə edilən 57 bölmədən ibarət olan «əz-Zicus-Sabi» adlı
əsəri Avropa astronomiyasında böyük təsir qoymuşdur. Zic, bir az hind təsiri görünən Ptolemeyin nəzəriyyəsi
üzərində yaradılmışdır. Bu əsərin yeni bir nəşri 1645-ci ildə Bolonyada ortaya çıxmışdır. Kopernik, Kopernik
İnqilabının başlanmasına səbəb olan “Göy cisimlərinin fırlanması haqqında” adlı kitabında Bəttaniyə olan
minnətini dilə gətirmiş və bir çox yerdə ondan iqtibas etmişdir.
Bəttani riyaziyyatda triqonometriyada müasir zamanda istifadə olunan formullar kəşf etmişdir:
tan a = sin a
Həmçinin sin x = a cos x bərabərliyini kəşf etmişdir. Formul:
Bəttani, əl-Mərvəzinin tangens fikrini, tangens və kotangens hesablamaları məqsədi ilə tənliklər inkişaf
etdirmək üçün mövzu haqqındakı riyazi tablolarını toplayaraq istifadə etmişdir. Bundan başqa sekans (sec) və
kosekansın (cosec) qarşılıq-birgəlik funksiyalarını kəşf etmiş və “Kölgələrin tablosu” olaraq adlandırdığı
kosekanslar haqqındakı ilk riyazi tablonu 1-dən 90-a qədər hər bir dərəcəni əhatə edəcək şəkildə hazırlamışdır.
Aydakı “Albategnius” kraterinin (vulkan çökəkliyi) adı onun adına ithafən verilmişdir.
2. Qiyasəddin Cəmşid əl-Kaşi (Qiyasəddin Cəmşid ibn Məsud ibn Mühəmməd əl-Kaşi (Kaşani). d.
1380, Kaşan, İran – ö. 22.06.1437, Səmərqənd). XIV yüzilliyin son yarısında Kaşanda doğulmuş bir həkim,
riyaziyyatçı və astronomdur.
Doğulduğu və öldüyü tarix dəqiq olaraq bilinmir. Təhsilini Kaşanda bitirmiş, Uluğ Bəyin dəvəti ilə
Səmərqəndə getmiş və fəaliyyətini orada davam etmişdir. Riyaziyyat və astronomiya sahələrində fəaliyyətləri
8
Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi
13
olan əl-Kaşi arifmetikada onluq sistemdən ilk istifadə edən şəxs olmuşdur. Marağa Rəsədxanasında aparılan
müşahidələri ehtiva edən “Zicul-İlxani” (“Elxani astronomik cədvəli/təqvimi”) adlı astronomik təqvimdəki
tabloları yenidən hesablayaraq “Zicul-İlxani”ni tamamlayan “Zicul-Xaqani” (“Xaqani astronomik
cədvəli/təqvimi”) adlı əsərini yazmışdır. “Sulləmus-Səma” (“Səmanın nərdivanı”) adlı əsərində isə göy
cisimlərinin uzaqlığı haqqında danışmışdır.
Qiyasəddin Cəmşid əl-Kaşinin ən önəmli əsəri, Orta Əsrlər İslam Dünyasındakı riyaziyyat bilgisini bütün
yönləri ilə izah etdiyi “Riyaziyyatın Açarı” adlı kitabıdır. Bu əsərinin bir bölümündə onluq kəsrləri nəzəri
yöndən araşdırmış və bu kəsrlərlə toplama, çıxma, vurma və bölmə kimi arifmetik əməliyyatların necə
aparılması lazım olduğunu misalları ilə göstərmişdir. Bu kitabda verdiyi məlumatlar daha sonra XVI əsrdə
məşhur osmanlı riyaziyyatçılarından və astronomlarından olan Təqiyyəddin Əbubəkr Mühəmməd ibn Məruf
Əş-Şami əs-Sədi tərəfindən istifadə edilmiş, triqonometriya və astronomiyada tətbiq edilərək inkişaf
etdirilmişdir.
Metoda uyğun sin 1
o
-ni müəyyənləşdirmək üçün Qiyasəddin Cəmşid əl-Kaşi aşağıdakı həlli tapmış, sonralar
XVI əsrdə Fransa riyaziyyatçılarından Fransua Viyet tərəfindən tez-tez istifadə olunmuşdur.
sin 3 = 3 sin - 4 sin
Əsərləri:
1. “Kitabu zicil-xaqani” (əsər farsca yazılmışdır);
2. “Əl-Əbad vəl-əcram” (“Məsafələr və göy cisimləri”);
3. “Nuzhətul-Hədaiq” (“Bağlarda İstirahət/Gəzinti”); Kaşani bu əsərini m. 1416-cı ildə (h. q. 818-ci il 10
zilhiccə) yazmış və o əsərində özü tərəfindən ixtira olunmuş və ulduzların uzunluğunu hesablamaq üçün
istifadə olunan “Təbəqul-Mənatiq” (“Bölgələrin vəziyyəti”) adlı cihazı şərh etmişdir. Bu cihazın köməkliyi ilə
Ayın, Günəşin və o vaxta qədər tanınımış beş planetin yerini, həmçinin onlardan hər biri ilə Yer arasında olan
məsafəni və digər bir planetin bəzi parametrlərini öyrənmək mümkün idi.
4. “Ər-Risalətul-Muhitiyyə” (“Çevrə haqqında traktat”); Bu əsərdə dairənin çevrəsinin diametrinə olan
nisbətinin, yəni “P” ədədinin təyin olunma keyfiyyəti haqqında danışılır.
5. “Risalətul-Ceyb vəl-Vətər” (“Sinus və hipotenuz haqqında traktat”); Kaşi bu kitabı sin 1
o
-ni hesablamanın
keyfiyyəti haqqında yazmışdır.
3. Əl-Xarəzmi (Əbuəbdillah ibn Musa əl-Xarəzmi; d. 780, ö. 850) Xarəzmdə (indiki Özbəkistanın Xivə
şəhərində) doğulub Bağdadda yaşamış məşhur riyaziyyatçı, münəccimlik və coğrafiya sahələrində fəaliyyət
göstərmiş müsəlman alimdir. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan
vermişdir.
İbtidai təhsilini Xarəzmdə alan Xarəzmi, gəncliyinin ilk illərində Bağdaddakı müasir və inkişaf etmiş elm
atmosferinin varlığını öyrənir. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan Xarəzmi bu mövzuda çalışma
idealını həyata keçirmək üçün Bağdada gedir. Dövründə alimlərin himayəsi ilə məşhur olan Abbasi xəlifəsi
Məmun Xarəzmidəki elmi qabiliyyətdən xəbərdar olunca onu özü tərəfindən Qədim Misir, Mesopotomiya,
Yunan və Qədim Hind mədəniyyətlərinə aid əsərlərlə zənginləşdirilmiş Bağdad Saray Kitabxanasının
idarəçiliyi vəzifəsinə təyin edir. Daha sonra da Bağdad Saray Kitabxanasındakı başqa dillərdə olan əsərlərin
tərcüməsini etmək məqsədi ilə qurulan bir tərcümə akademiyası olan «Beytul-Hikmət»də vəzifələndirilir.
Beləcə Xarəzmi Bağdadda araşdırma apara bilmək üçün lazım olan bütün maddi və mənəvi imkanlara qovuşur.
Burada bütün həyati problemlərdən uzaq olaraq riyaziyyat və astronomiya ilə əlaqədar araşdırmalara başlayır.
Bağdad elm atmosferi içərisində qısa müddətdə məşhurlaşan Xarəzmi, Şamda olan Qasiyun Rəsədxanasında
fəaliyyət göstərən elmi heyətin üzvü və Yer kürəsinin bir dərəcəlik meridian qövsünün uzunluğunu ölçmək
üçün Sincar ovasına gedən elmi heyətin üzvü olduğu kimi Hind riyaziyyatını araşdırmaq üçün Əfqanıstan yolu
ilə Hindistana gedən elmi heyətə başçılıq da etmişdir.
Riyaziyyat sahəsindəki fəaliyyətləri cəbr elminin təməlini formalaşdırmışdır. Bir dövr olduğu Hindistanda
sayları ifadə etmək üçün hərflər, ya da hecalar yerinə mərhələli say sisteminin istifadə olunduğunu
müəyyənləşdirmişdir. Xarəzminin bu mövzuda yazdığı kitabın “Algoritmi de numero İndorum” adı ilə latın
dilinə tərcümə edilməsi nəticəsində, simvollardan meydana gələn bu sistem və “sıfır” XII yüzillikdə qərb
dünyasına təqdim olunmuşdur. “əl-Müxtəsəru fi hisabil-cəbr vəl-müqabələ” (“Cəbr və tənlik haqqında
müxtəsər kitab”) adlı kitabı riyaziyyat tarixində birdərəcəli və ikidərəcəli tənliklərin sistematik həll
olunduqlarının yer aldığı bir əsərdir. Buna görə də Xarəzmi Diofont ilə birlikdə “cəbrin atası” olaraq tanınır.
Nəticəyə gətirib çıxaran göstərişlər və hərəkətlər ardıcıllığı olan alqoritm sözü də Xarəzminin latınca qarşılığı
olan “Algoritmi”dən törəmişdir. Xarəzmi ədədlər üzərində hesab əməllərinin yerinə yetirilmə qaydalarını
müəyyənləşdirmişdir.
14
Əl-Xarəzmi astronomiyada böyük nüfuza malik şəxsiyyətlərdən olmuşdur. Coğrafiya, riyaziyyat və
astronomiyaya aid kitablarında məntəqənin coğrafi enliyi və uzunluğunun dəqiq müəyyən edilməsi coğrafiya
tarixində təqdirə layiq sayılmışdır. Əl-Xarəzmi coğrafiya ilə əlaqəli “Kitabu Surətil-Ərz”də (“Yerin
mənzərəsi kitabı”), Yerin 2402 məntəqəsinin koordinatlarını müəyyən etmişdir.
4. İbn Heysəm müsəlman fizik, riyaziyyatçı və filosofdur. 965-ci ildə Bəsrədə doğulmuş və 1038-1040-cı
illər arasında Qahirədə vəfat etmişdir.
Təhsilə Bəsrədə başlamış, zamanının yüksək din və texniki elmlərini burada öyrənmişdir. Təhsilinin bir
hissəsini tamamladıqdan sonra Bağdada gedərək ələlxüsus riyaziyyat, fizika, mühəndislik, astronomiya,
metallurgiya kimi texniki elmləri öyrənib şöhrət qazanmışdır. Öyrəndiklərini tətbiq etmək üçün çox səy
göstərmişdir. Bir çox önəmli nəticələr və müvəffəqiyyətlər əldə etmişdir. O zaman cahillik içində olan və
qaranlıq günlər yaşayan Avropaya və digər yerlərə İslam dünyasındakı elm və mədəniyyət işıqlarını təqdim
edən minlərlə alimdən biri də İbn Heysəm olmuşdur.
İbn Heysəm, Biruni və İbn Sinanın müasiri idi. Fövqəladə qəti bir görüş, anlayış, mühakimə və zəka sahibi
idi. Aristotel və Ptolemeyin əsərlərini incələyərək onların səhvlərini göstərmişdir. Bunları xülasələşdirərək ərəb
dilinə tərcümə etmişdir. Tibb elmində də dərin bilgiyə sahib olmuş, həndəsi və ədədi metodlarını inkişaf
etdirmiş və praktiki tətbiq sahələrinə işarə etmişdir. Həndəsə və riyaziyyatın inşaat sahəsində tətbiq olunmasına
xidmət etmişdir. Keçmiş mədəniyyətlərdən gələn riyaziyyat, həndəsə və astronomiya elmlərini araşdıraraq elmi
tənqidlərini ortaya qoymuş və bu sahələrdə öz nəzəriyyələrini inkişaf etdirərək elm aləminə təqdim etmişdir.
Məsələn, Aristotel və Ptolemeyə aid olan dünyanın kainatın mərkəzi olduğu fikirləri üzərində şübhə və
tərəddüdlərini ifadə etmiş, mərkəzi dünya olan bir kainat sisteminin qətiyyən olmadığını, kosmosda başqa
sistemlərin də ola biləcəyini və Günəş sisteminin mövcud olduğunu söyləmişdir. Necə ki İbn Heysəmdən
yüzlərlə il sonra əvvəl İbn Şatir və Batruci, sonra Nyuton və Kepler, Günəş sistemi nəzəriyyəsini qəbul etmiş və
Yer kürəsinin bu sistemin içində olduğunu söyləmişlər.
İbn Heysəmin yüzdən çox olan əsərlərinin ən məşhuru və ən əhatəlisi “Kitabul-Mənazir” (“Mənzərələr
kitabı”)-dır. Əsər yeddi bölmədən (hissədən) meydana gəlmişdir.
İkinci bölmədə görünə bilən şeylər, görməni meydana gətirən səbəblər, görmənin necə baş verdiyi, gözün bu
şeyləri bir-birindən necə fərqləndirdiyi
Üçüncü bölmədə gözdə və görmədə meydana gələn yanılmalar və bunların səbəbləri, gözün yanılmasıyla
əlaqədar bilgidə meydana gələn yanılmalar, düşüncə və tədqiqatlarda meydana gələcək xətalar
Dördüncü bölmədə parlaq cisimlərdən işığın əks olunması yoluyla gözün bunları görməsi, gözdə bunların
görüntülərinin meydana gəlməsi
Beşinci bölmədə alınan görüntülərin, xəyalların yerləri
Altıncı bölmədə işığın əşyalardan əks olunması yolu ilə görmədə meydana gələn yanlışlıq (səhv) və xətalar,
bunların səbəbləri, müstəvi güzgülərdə, kürəvari (kürəşəkilli) qabarıq güzgülərdə, silindirşəkilli (silindrik)
qabarıq güzgülərdə, konusvari qabarıq güzgülərdə, kürəşəkilli çökük güzgülərdə, silindrik çökük güzgülərdə və
konusvari çökük güzgülərdə işıqların əks olunması və bütün bunlara görə görmədə meydana gələbiləcək
yanılmaları və müxtəlif görüntüləri
Yeddinci bölmədə işığın şəffaf cisimlərdən keçməsi, işığın (və ya işıq dəstəsinin) düzxətt boyunca
yayılması, şəffaf cisimlərin içindəki qatı cisimlərə təsadüf edən işıq dəstəsinin qırılması və əks olunması,
qırılma hadisəsinin incələnməsi və necə meydana gəldiyi, bundan meydana gələn xətalı görüntülər və ya yanlış
görmə hadisələri haqqında söhbət gedir.
İbn Heysəmin bu məşhur əsəri, orta əsrdə beş dəfə latın dilinə təçrcümə olunub bütün Avropa
universitetlərində və elm mərkəzlərində yeganə müraciət qaynağı olmuşdur. Əsər 1572-ci ildə Risner tərəfindən
“Opticae Thesaurus Alhazeni Arabis Libri” adı altında latın dilinə tərcümə edilərək İspaniyanın Bale şəhərində
nəşr olunmuşdur. Kəmaləddin Farisi adlı bir müsəlman alimi bu əsəri açıqlayaraq genişləndirmiş və ona
“Tənqihul-Mənazir” adını vermişdir. “Kitabul-Mənazir” 1948-ci ildə Kəmaləddin Farisinin yazdığı şərhlə
bərabər Hindistanın Heydərabad şəhərində nəşr olunmuşdur. İbn Heysəmin fizika, astronomiya, Günəş və Ay
sistemləri ilə əlaqədar o qədər çox əsəri vardır ki, bunların bəzilərindən nəşr olunaraq hazırlanan kitablar
xristian və yəhudi dünyasında dərs kitabı olaraq istifadə edilmişdir. Müxtəlif elm sahələrində ortaya qoyduğu
terminlərdən bu gün də istifadə olunur. Astronomiyada modern nailiyyətlərin qaynağı İbn Heysəmin parlaq
görüş və nəzəriyyələrinə dayanır.
5. Cabir İbn Həyyan (Əbumusa Cabir ibn Həyyan) Abbasilər dövründə yaşamış və İslam elminin
təməlini atmış kimyaçıdır. 721, yaxud 722-ci ildə Xorasanda doğulmuş, 808, yaxud 815-ci ildə Kufədə vəfat
etmişdir. Cabir ibn Həyyan ilk dəfə kimyada eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində
indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi prosesləri kəşf etmişdir. Bunlardan xlorid və nitrat
15
turşularının sintezini, kimyəvi məhsulların distillə edilməsi və kristalizasiya kimi kimyəvi prosesləri misal
göstərmək olar. Bundan əlavə Cabir ibn Həyyan təkvin – laboratoriya şəraitində canlıların süni yolla
yaradılması kimi yüksək, mütərəqqi və o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.
Müasir dünyada atomla əlaqədar ilk çalışmaların ingilis fizik Con Dalton (1766-1844) tərəfindən aparıldığı,
uranın nüvəsinin parçalana biləcəyi fikrinin də alman kimyaçı Otto Hahn (1879-1968) tərəfindən ortaya atıldığı
fikri məşhurdur. Halbuki onlardan 1000 il əvvəl yaşamış və dövrün ən böyük elm mərkəzlərindən olan Hərran
Universitetində rektorluq etmiş Cabir ibn Həyyan maddələrin atom quruluşunu göstərən sübutlar ortaya
qoyaraq reaksiyalarda müəyyən kütlələrin müəyyən kütlələrlə reaksiyaya girdiyini söyləmişdir. Atom haqqında
yalnız əsrlər sonra başa düşülə biləcək bu sözləri söyləmişdir: “Maddənin ən kiçik parçası olan “əl-cuzu la
yətəcəzza”da (parçalanmayan hissədə, yəni atomda) intensiv bir enerji vardır. Yunan alimlərinin dediyi
kimi bunun parçalana bilməyəcəyi deyilə bilməz. Atom parçalana bilər. Parçalanınca da elə böyük bir
güc yaranar ki, bir anda Bağdadın altını üstünə çevirə bilər. Bu, Allah-Taalanın qüdrət nişanəsidir”.
Beləliklə görünür ki, İbn Həyyan, Dalton və Hahndan yüz illər əvvəl bu kəşfləri gerçəkləşdirmişdir.
Distilyatonu inkişaf etdirmiş və ortaya atdığı “əsas məfhumu” (turşularla birləşəndə duz əmələ gətirən kimyəvi
birləşmə) ilə kimyanın inkişafına böyük xidmətlər etmişdir. Cabir ən zəhərli maddə olan arsen tozunu kəşf edən
şəxsdir.
Əsərlərindən XII yüzildə latıncaya çevrilmiş olan “Kitabul-Kimya” adlı əsəri, simya və kimya kəlmələrinin
kökü olmuşdur. Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər Sadiqin misilsiz rolu
olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq məhz İmam Cəfər əs-Sadiq oyatmışdır.
Mütərcim və tərtibatçı: XƏYYAM QURBANZADƏ
Dostları ilə paylaş: |