İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr Birinci cild


Elm və dinin ayrılığına dair düşüncənin nəticələri



Yüklə 1,98 Mb.
səhifə5/26
tarix14.06.2018
ölçüsü1,98 Mb.
#48349
1   2   3   4   5   6   7   8   9   ...   26

Elm və dinin ayrılığına dair düşüncənin nəticələri

Avropa elmi kəşflərin və bəşəri biliklərin öncülü olduğu bir əsrdən çox müddətdə dinin elmdən ayrılığına dair səhv təfəkkürün zərbəsini gördü. Bu elə məsələlərdəndir ki, bu gün baş verir, lakin təsiri sabah görünür. Bir oğru səssiz bir küçədə camaatın evinin divarına dırmaşırdı. Bir nəfər ona çatıb dedi: “Nə edirsən?” Dedi ki, təbil çalıram. Dedi ki, bəs səsi niyə çıxmır? Dedi: “Mənim təblimin səsi sabah çıxacaq”.

Dünya on doqquzuncu əsrdə yersiz vurulan təblin səsini eşitdi. Bitlz və gənclərin həyatının digər yanlış üsulları cəmiyyətlərin yaxasını tutanda dinin elmdən ayrılığının mənasını anladılar. Bəşər elminin beşiyində - Qərb ölkələrində, Avropa və Amerikada ailələr dağılanda, yeniyetmələr kəmərlərinə silah taxıb küçələrdə terror qrupları yaradanda, müxtəlif şəhər və ölkələrdə insanları öldürməyə başlayanda anladılar ki, dinin elmdən ayrılığının hansı nəticələri varmış. Bunlardan qabaq kiçik bir atom bombası bir anda on minlərlə insanın canını alanda elmin dindən ayrılığının mənasını anladılar. Sözsüz ki, bunun acı nəticələrini hələ görəcəklər.197
İmansız elmin nəticələri

Mənim əzizlərim! Avropa tarix boyu qanlı soyqırımların, müharibələrin mərkəzi olmuşdur. Bu qitə german, anqlosakson və bu kimi digər bir neçə məşhur irqin məskənidir. Avropa elmə yiyələndikdə dünyada böyük və bənzərsiz müharibələr baş verdi. Onun iki nümunəsi birinci və ikinci dünya müharibələridir. Başqa heç bir yerdə qısa müddət ərzində belə müharibələr baş verməyib. Bu hadisələr imansız elmin nəticələridir.198


Dinə zidd olan elmə yiyələnmiş sivilizasiyalar

Mən Qurani-kərimdə çox maraqlı bir ayə ilə rastlaşdım. Biz elə düşünürük ki, elmin dindən ayrılması son əsrlərə aiddir, lakin bu ayə göstərir ki, keçmişdə də belə olmuşdur. Şərafətli ayə "Qafir" surəsindəndir:

"Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi?! Onlar bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları onlara bir fayda vermədi. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər".199 Qədim İran, Roma, Yunan mədəniyyətləri, miladdan əsrlər öncənin məşhur Hellin mədəniyyəti müəyyən həddə elmdən bəhrələnib. Bu elm xalqın ixtiyarında olmaqdan daha çox padşahların, güclülərin və hakimlərin ixtiyarında olub. Onlar da peyğəmbərlərin ən pis düşmənləri sayılıblar. Peyğəmbərlər din gətirəndə onların elmi göz və qulaqları önündə maneəyə çevrilirdi və dəvətə əhəmiyyət vermirdilər. Deyirdilər ki, bizim üçün elm kifayətdir, sizin dininizə ehtiyacımız yoxdur. Qarunun əhvalatı da bu məzmundadır. Quranın digər yerlərində də oxşar ayələr var. Amma bu bir ayə çox aydındır.200
Ədalətsevərlik olmadan elmi inkişafın aqibəti

Kapitalist quruluşlar dünyada ölkələrinin abadlığına, elm və sənayenin inkişafına çalışdılar, ictimai ədalət prinsipinə isə layiqincə diqqət yetirmədilər. Əlbəttə, o məqsədlərin çoxunu əldə edə bildilər; məsələn, elm, komfortlu yaşayış, mütərəqqi texnologiya, lüks həyat tərzi və hərbi güc əldə etdilər. Bu da Allahın vədidir. Allah-Taala söz verib ki, hansı xalq hər hansı bir məqsəd uğrunda ciddi çalışsa, o məqsədə çatar. Bunda şübhə yoxdur. Ciddi şəkildə hərəkət edənlər də həmin nisbətlə həyatın zahiri amillərinə - yəni sərvətə, hərbi gücə, elmə və inkişafa nail oldular, amma həyatda xoşbəxt olmadılar. Həmin ölkələrdə bəşəriyyətin dərdləri bitməmişdir, sərvət cəmiyyətin bir qrupuna məxsusdur. Onlar ayrıseçkiliyi aradan qaldırıb ictimai ədaləti bərqərar edə bilməmişlər.201


Kapitalizm məktəbinin o biri üzü

Əksər bəşəri məktəblər, o cümlədən Qərb kapitalizmi də belədir; bir tərəfini - insanları işə, fəaliyyətə, irəliləyişə, maddi inkişafa, sərvətə və elmə sarı aparan tərəfini görmüşlər və düzgün də görmüşlər. Lakin digər tərəfini görməmişlər; göydələnlərin mövcud olduğu, sərvət və dəbdəbənin olduğu cəmiyyətlərdə çoxlu insanların aclığı və yoxsulluğu da var, acından ölmək də var, zülm də var; hamısından pisi, bu vəziyyətdən ləzzət alan bütün şəxlərin evinə nüfuz edən və onların həyatını acılaşdıran ümumi fəsad da var. Bu problem yarandı və işi korladı.202


Əxlaqsız elm xilaskar deyil!

Elmin insani duyğularla sintezi mühüm məsələdir və hər yerdə lazımdır. Qərb dünyasının və sivilizasiyasının postmodern elminin bəşəriyyəti xilas etməyə qadir olmamasının səbəbi onun insaniyyətlə birgə olmamasıdır. Harada elm olsa, lakin vicdan, mənəviyyat, əxlaq və bəşəri duyğular olmasa, insan o elmdən mənfəət götürməz. Mənəviyyatsız və əxlaqsız elm atom bombasına çevrilib günahsız insanların başına tökülür, Livanda, işğal olunmuş Fələstində və dünyanın digər yerlərində mülki şəxsləri hədəf seçir, kimyəvi silah olub Hələbçədə və dünyanın digər yerlərində qadını, uşağı, kişini, gənci, insanı və heyvanı məhv edir. Bunlar haradan gəldi? Bu partlayıcı maddələr həmin elm mərkəzlərindən və Avropa ölkələrindən gəldi. Bunları düzəldib lazımi keyfiyyətləri olmayan bir rejimin ixtiyarında qoyan onlar idi. Nəticəni isə gördünüz.

Silahlar və müxtəlif elmi nailiyyətlər bu gün bəşəri xoşbəxt, ailələri səadətli edə, övladlara, uşaqlara, qadın və kişilərə həyatın ləzzətini daddıra bilməmişdir və bilmir; çünki əxlaq və mənəviyyatla birgə deyil.203
Elmi inkişaflara rəğmən, bəşərin köhnə dərdləri

Dünya elm, texnologiya, texnika, sürət və asanlıq baxımından keçmişlə tamamən fərqlənmişdir, bəşərin həmişəlik və köhnə dərdləri isə hələ də yerində qalır. Əsas problemlər keçmişdə olanlardır. Qərb liberalizmi, kommunizm, sosializm və digərləri öz imtahanlarını verib bacarıqsızlıqlarını sübut etmişlər. Keçmişdə olduğu kimi bu gün də İslam dini yeganə şəfa nüsxəsi və qurtuluş mələyidir.204


Bəşərin həyat dəyərlərini görməzdən gəlmək – elmin mənəviyyatdan ayrılığının nəticəsi

İkinci məsələ mənəviyyata diqqətdir. İman, mənəvi vurğunluq və mənəviyyata eşq olmadan heç bir səy tam uğura çatmaz. Bir cəhətdən müvəffəq olsa da, digər cəhətdən nöqsan yaranacaq. Qərb dünyasında elmin inkişafı bəşərin bütün ömründə bənzərsiz olmuşdur. Elmi baxımdan çox inkişaf etmişlər, lakin kök baxımından mənəviyyatdan və imandan ayrıldıqlarından həyatları axsayır. Bu o demək deyil ki, alimlər arasında dindar insanlar yoxdur. Son əlli ildə və ondan öncə bütün iyirminci əsrdə - on doqquzuncu əsr ayrı cür idi – Avropa mütəfəkkirləri arasında dindar insanlar çox olmuşdur. Amma Qərb dünyasında elmi inkişafın əsası əvvəldən mənəviyyatdan ayrılıq üzərində qurulmuşdur. Odur ki, heç bir elmi kəşfdə, heç bir elmi ixtirada, inkişafdan heç bir elmi istifadədə mənəvi cəhətə riayət olunmurdu.

Mənəvi cəhət nə deməkdir? Yəni bəşərin etiqadları, imanı, səmimiliyi, mənəviyyatı, yaxşı xüsusiyyətləri, məzhəbi və dini hansı taleyə malik olacaq. İxtira və kəşflərdə bu məsələ əsla nəzərə alınmır. Buna görə çox zaman bəşər həyatının dəyərləri sayılan hər bir şey görməzdən gəlinir və nəticə bu gün gördüyümüz olur. Qərbdə ailə təxminən yoxdur, ya da çox zəifdir; təhlükəsizlik, səmimilik, mənəviyyat və məntiqli dindarlıq yoxdur. Maraqlıdır ki, Qərbdə, xüsusən də ABŞ kimi ölkələrdə dindarlıq və dinə inam var, lakin tam avam formasında. Elmdən söhbət düşdükdə insan orada düşüncə səviyyəsinin yüksək olduğunu görür. Lakin dindən söhbət düşdükdə düşüncə səviyyəsi olduqca aşağıdır və dinlə məntiqli bir rəftar ümumiyyətlə, görünmür.205
Bərəkətsiz elm və inkişaf

Bu gün ölkəmizdə düşmənlər - yəni bu dəyərlərlə, bu xalqın kimliyi ilə və bu inqilabla düşmən olanlar daim elmi işlər görürlər. Bəzi nailiyyətlər də əldə etmişlər. Bəzi sahələrdə çox inkişaf etmişlər, lakin işləri bərəkətsizdir. Hegemon düşərgənin bu qədər gücü, pulu, elmi və inkişafı var, lakin görürsünüz ki, böyük beynəlxalq məsələlərdə çox zaman palçığa batmışdır. Sanki bir nəfərin milyardlıq sərmayəsi var, lakin bu puldan aylıq gəliri yalnız on mindir. Bu gün hegemon dünyanın vəziyyəti belədir, işlərinin bərəkəti yoxdur.206


Dinclik və səadət gətirməyən elmi inkişaflar

Siz baxın, ən çox inkişaf etmiş ölkələrdə elm çoxdur, sərvət çoxdur, bütün sahələrdə mütərəqqi və heyrətamiz texnologiya hakimdir, ancaq eyni zamanda insanın dincliyi və səadəti yoxdur. Bu, iddia və əfsanə deyil, həmin ölkələrdə görən, yazan və danışan şəxslərin hamısı üçün aydın həqiqətdir; dünya da bunu bilir. Bəşər bunu imanın sayəsində aradan qaldırmaq istəyir.207


Son iki yüz ildə elmi inkişafların səhv yolu

Elm bütün sahələrdə və qeyd olunan həmin xarabalıqlarda inkişaf etmişdir, lakin bəşərin səadət və inkişafının meyarı elm deyil; bəşər inkişafının meyarı bir neçə gün insanı razı saxlayan texnikalara malik olmaq deyil. Bəşər inkişafının meyarı onun iki yüz illik bu hərəkəti arasında itirdiyi düzgün yoldur. Siz elə bir günü təsəvvür edin ki, bəşərin görkəmli alimləri oturub hesablasınlar və qəti nəticələrlə bu qənaətə gəlsinlər: əgər bəşər elmi inkişaflarını bu ik yüz ildə əldə etdiyi yoldan əldə etməsəydi – bunun çoxlu yolları vardı - fərz edin bəşər neft enerjisindən biçimsiz istifadənin və dünyada bu möhtəşəm zavodları təsis etməyin yerinə bəşərin imkanı daxilində olan, lakin üzərində işlənməyən enerjilərdən istifadə etsəydi, bu iki yüz ildə həm bəşər elmi bu inkişaflara malik olardı, həm də bütün bu bəşəri tələfat baş verməzdi. Korlanmış bu ekologiya, əxlaqdan uzaqlaşmış bu insan, yayılmış bu pozğunluq, dünyada günbəgün artan bu təbəqələrarası fərq, zəif ölkələrin müstəmləkəyə çevrilməsi və zəruri olaraq dünyanın istismarçı güclərinin digər ölkələrə hökmranlığı da olmazdı.

Bir gün bəşər bu qənaətə gələcək, bəşər elmi kəşf edəcək ki, bu 200-300 ildə yanlış yol getmişdir. O, fikrincə çox dəyərli nailiyyətlər əldə etmişdir, lakin bilmir ki, ilahi hidayətə diqqət yetirsəydi, eyni miqdarda çalışmaqla bu qədər tələfat vermədən həmin nailiyyətləri və onlardan da çoxunu əldə edərdi.208
Texniki elmlərin səhv yolu

Bu gün elmdən sui-istifadə olunmuş və hətta bir addım da irəli gedib demək lazımdır ki, elm yanlış yola çəkilmişdir. Bu gün görürsünüz ki, bütün dünya sənayesi ekologiyanı çirkləndirməklə məşğuldur. Ümumiyyətlə, dünya sənayesi ekologiyanı çirkləndirmək üzərində qurulmuşdur. Nə üçün? Ona görə ki, bu gün dünya sənayesi nefti yerin altından çıxarıb yandırmağa bağlıdır. Bu iş yeri korlayır, neft mədənlərini məhv edir - çünki neft yenidən əmələ gəlmir - havanı korlayır, həmçinin dünyada çoxlu ölümcül təsirlər buraxır. Bu gün elmdən belə istifadə olunur. Nəticə çıxarılmır ki, bu gün elmin yolu düzgün yol deyil?! Həqiqət budur ki, bu sahədə ən çox təzyiq və çətinlik geriqalmış xalqlara və üçüncü dünyaya yönəlir; baxmayaraq ki, bu işləri törədənlərin özləri də onun acı nəticələrindən uzaq qalmırlar.209


Elmi rəqabət - ABŞ-ın regiondakı müharibələrinin pərdəarxası

Dostların biri Yaponiyanın adını çəkdi. Bilirsiniz Yaponiya hansı şəraitdə elmi işlərə başladı? Yapon alimləri və sənətkarları hansı ağır şəraitdə işlədilər? Bu gün Yaponiya dünyada elmin zirvəsində durur. İndi sizin ABŞ-ın bu regionda, məsələn, İraqda və digər yerlərdə gördüyü və zahirən tam siyasi görünən işlərin çoxu əslində bir div kimi irəliləyən Yaponiya və Çin kimi ölkələrlə rəqabətə hesablanıb. Onlar özlərinin potensial və yeni nəfəsli rəqibləri qarşısındakı nisbi elmi geriliklərini düzəltməyə çalışırlar.210


Qeybə inamsız elmin aqibəti

Bildiyiniz kimi, elm sivilizasiyanın əsasıdır, lakin düzgün mədəniyyət üçün kifayət edən şərt deyil. Qeybə iman olmadan elmin nəticəsi bu gün dünyada gördükləriniz olur. Görün bu gün elm bütün şərafəti və dəyəri ilə yanaşı, dünyagirlərin və beynəlxalq dəlilərin əlində nəyə çevrilmişdir. Nə insan, nə xalqlar, nə həqiqət üçün bir haqq tanıyırlar, nə də doğruluq üçün bir dəyər.211


Mənəvi paklığı olmayan elmin aqibəti

Mənəvi paklıq olmayan elm də bəşərin fəsadı, süqutu və azğınlığı üçün vasitə olar. Necə ki, bu gün dünyada elmin bəşərin süqut amili olduğunu, elmdən xalqları zəncirləmək, həqiqətləri ayrı cür göstərmək və insanları ac saxlamaq üçün istifadə olunduğunu görürsünüz. Dünyada nə qədər insan elm vasitəsi ilə inkişaf edib hakim olan müstəmləkəçilərin istismarına görə bu gün özünə məxsus olan həyat qaynaqlarından məhrumdur, yoxsulluq, məhrumluq və səfalət içərisində yaşayır. Bu gün də belədir. Bu gün dünya hegemonizmi – dünyada yeni formaya düşmüş müstəmləkə elmə və elm imkanlarına güvənib insanları bədbəxt edir, zəncirləyir, ölümə, məhvə və yoxluğa düçar edir. Mənəvi paklığı olmayan elmin nəticəsi bunlardır.212


Qərb və texnologiyanın qeyri-insani yollarda işlədilməsi

Bu gün Qərb texnologiyasının inkişaflarlarının böyük eybi budur ki, bunlar texnologiyanı bəşəriyyət üçün zərərli olan sahələrə yönəltmişlər. Atom bombasını və kimyəvi silahları bunlar düzəltmişlər. İnsan üçün ölümcül maddələri bunlar hazırlamış və özləri də istifadə etmişlər. Atom bombası istehsalının heç bir yaxşı cəhəti yoxdur, bir anda milyonlarla insanı məhv edən silahdır. Buna görə də istehsalı və çoxaldılması düzgün deyil, istifadə edilməsi isə hamısından böyük səhvdir. Texnologiya dünyada müxtəlif sahələrdə əyri və səhv yol keçmişdir. Düzdür, müsbət və yaxşı yerlərdə də işlədilmişdir. Şübhəsiz ki, bu yerlər Allahın və xalqın məmnun olduğu yerlərdir. Lakin əyri yollarda da hərəkət etmişdir. Biz işin əvvəlindən müəyyən etməliyik ki, ölkə texnologiyasını hansı sahələrdə və hansı yolda inkişaf etdirmək istəyirik.213


Qərbdə elmin mənəviyyatdan ayrılığının ziyanları

Qərb mədəniyyəti mənəviyyatla düşmənlik və mənəviyyatın rəddi üzərində quruldu. Bu, Avropada sivilizasiyanın, elm və sənaye hərəkətini başlayan şəxslərin böyük səhvidir. Elmə əhəmiyyətli yanaşdılar - bu yaxşı idi, lakin mənəviyyatla muharibəyə başladılar - bu pis idi. Odur ki, bu maddi və mənəviyyatdan uzaq sivilizasiya nə qədər inkişaf edirsə, azğınlığı da çoxalır, həm özlərini, həm də bütün bəşəriyyəti özünün zəhərli meyvələri ilə acılayır; necə ki, bu günə qədər bunu etmişdir.

Uzun illər onlarla ölkəni və milyonlarla insanı ən çətin və ən ağır əzablara düçar edən müstəmləkə faktoru elmin və siyasətin mənəviyyatdan və Avropada dövlətin əxlaqdan ayrılması nəticəsində baş verən işlərdən biridir. Birinci və ikinci dünya müharibələri də həmin acı meyvələrdən idi. Kommunizm və avtoritar marksist hökumətləri də elm və sənaye hərəkətinin mənəviyyatdan ayrılığının acı meyvələrindən və nəticələrindən idi. Ailə ocağının dağılması, cinsi fəsad seli və ifratçı kapitalizmin tüğyanı - hamılıqla həmin ayrılığın nəticələridir. Mənəviyyat siyasətdən çıxarılmışdır.

Keçmişdə də dünyanın hakim və diktatorları dünyanın şərqində və qərbində bu işlərdən görürdülər. Lakin avropalılar insan hüquqları və insan azadlığı kimi gözəl ad və şüarlarla tanış olub elm yoluna qədəm qoyduqda mənəviyyatdan uzaq düşmələri bu şüarların gözlənilən və ifadə etdiyi şəkildə bəşəriyyətə xeyir gətirməsinə qoymadı. Onlar da bəşəriyyət üçün şər və fəsad amili oldular.214


İlahi mədəniyyətin elmi və dünyəvi sivilizasiyadan çıxarılmasının nəticəsi

İnkişaf etməkdə olan, uca elmi, ictimai və dünyəvi amallara malik bir cəmiyyətdə onun hərəkət və fəaliyyətlərini yönəldən nüfuzlu bir mədəni cərəyan mövcud olsa, bu cəmiyyət xeyrə və uğura qovuşar. Amma əgər inkişaf və elmi tərəqqi halında olan cəmiyyətdə belə dini, ilahi və mənəvi bir mədəni cərəyan mövcud olmasa, nəticə sizin bu gün inkişaf etmiş Qərb ölkələrində müşahidə etdiyiniz olar: inkişaf nə qədər çoxdursa, yaxşılıqdan, insaniyyətdən və ədalətdən uzaqlaşmaq da çoxdur.

Siz bu gün ABŞ-da elm, sərvət, hərbi güc, siyasi fəaliyyət və diplomatiya baxımından maddi sivilizasiyanın zirvəsini görürsünüz. ABŞ sərvətə, əfsanəvi hərbi qüvvəyə və qeyri-adi güclü siyasi fəaliyyətə malik bir ölkədir. Lakin siz insanlıqdan, mənəviyyatdan, əxlaqdan və dəyərdən uzaq olmağın zirvəsini də bu ABŞ cəmiyyətində görürsünüz. Bu öncədən heç bir cəmiyyətdə görünməmişdir. Bu gün ən çirkin insani, əxlaqi, cinsi və ictimai işlər bu inkişaf etmiş cəmiyyətdə və buna bənzər cəmiyyətlərdə qanuni formaya və məqbul ənənəyə çevrilmişdir. Günah bütün bəşər cəmiyyətlərində var, lakin günahın ənənə və qanun olması, onun üçün sərmayə qoyulması və müdafiə edilməsi misilsiz bir sapqınlıqdır. Bu gün bu sapqınlıq ən mütərəqqi elm, sənaye, maddiyyat, iqtisadiyyat və siyasət cəmiyyəti olan ABŞ-da aydın şəkildə müşahidə olunur.

Siz görürsünüz ki, bir kişi, yaxud qadın zahiri baxımdan yaraşıqlı və çox xoşagələn bir formadadır. Əgər kimsə bu kişini küçədə, yaxud bu qadını bir marketdə görsə, onların davranış tərzinə qarşı heç bir bədbinlik hissi keçirməz, lakin o, Bağdadın Əbu Qüreyb həbsxanasında vəhşi bir canavara çevrilir. Çünki bu təmiz, səliqəli, odekolonlu, qalstuklu və bantlı insan görünüşünün arxasında vəhşi bir it yatmışdır, bu cinayəti törədən cəmiyyət isə elm, sənaye və mədəniyyət baxımından mütərəqqi, bəşəriyyətin rəhbərliyi üçün iddialı bir cəmiyyətdir. Bir cəmiyyətdə mənəvi hidayət xətti və təsirli sağlam mədəni axın olmasa, nəticə belə olur. Qərb sivilizasiyasının böyük günahı bu idi.215


Elmin mənəviyyatdan ayrıldığına görə Qərb sivilizasiyasının məhvi

Bu elm vasitəsi ilə tükənməz sərvət də qazandılar, yeraltı sərvətlərdən və Allahın verdiyi mənbələrdən də maksimum istifadə etdilər, kosmosa da getdilər, cisimləri dərinliyinə qədər kəşf də etdilər. Elmi inkişafda çox işlər gördülər və bu elmdən də sərvət, qüdrət, siyasət və hər bir şey əldə etmək üçün qanuni və qanunsuz şəkildə maksimum istifadələr də etdilər. Bu elmlə müstəmləkəçilik etdilər, müxtəlif beynəlxalq qırğınlar törətdilər. Avropalılar son əsrdə müxtəlif müharibə və hadisələrdə milyonlarla insan öldürdülər. Buna əsasən, bunların elmdə problemləri yox idi, lakin hidayətsiz, dəyərsiz, mənəviyyatsız, insaniyyətsiz, təkcə dünyaya diqqət yetirib axirətə göz yuman elmin nəticəsi budur. Əvvəl həyata gözəllik bəxş edir, güc, sərvət və gözəllik verir, sonra isə "Batil məhv olur"216. Məsələnin sonu budur və bu davam edəcək. Bilin ki, əsla mənəviyyatı olmayan mütərəqqi və sivil cəmiyyətlərin əxlaqi vəhşilikləri günbəgün çoxalacaq. Bu vəhşiliklər bugünkü Qərb mədəniyyətinin böyük uçurumudur və onları məhv edəcək.217


Qərb elminin qeyri-dini əsası

Biz görürük ki, bu və ya digər sahələrdə tədqiqatları, araşdırma və nəzəriyyələri öyrənmək Qərb dünyasında da qəbul olunan və etmiad göstərilən əsas deyil, xüsusən humanitar sahədə belədir. Əlbəttə, bu, təcrübi elmlərdə və texnologiyada da özünü göstərir. İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə olan baxış tərzi insanın ixtiyarında yeni məlumatlar ortaya qoyur. Bu baxış Qərbdə elmi tədqiqatların əsası və təməli olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə qarşıdurma əsasında başlayıb. Əlbəttə, onlar buna haqlı idilər, renessansın qiyam etdiyi, dünyanın elm və fikir istqamətini ziddinə çəkdiyi bir din din deyildi, din adı altında xurafat və əfsanələr idi. Orta əsrlər kilsəsinin dini din və dini məlumatlar deyildi. Təbii idi ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin beyinlərində düyünlər və şübhələr qalsın və onlar üçün antidini çıxış yolları tapılsın. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, amma bu, bizdə problem deyil.218


Bugünkü elmin kapitalizmin xidmətində durması

Bu gün elm insanlıqdan xəbəri olmayan şəxslərin əlindədir. Elm və texnologiya cəmiyyətlərin yüz faiz zərərinə, oliqarxların, biznesmenlərin və güclülərin xeyrinə olan məqsədlərə xidmət göstərir.219


Qərb mədəniyyətinin məqsədi: mənəviyyatsız elmin inkişafı

200-300 il öncə əsası qoyulan bəlli sivilizasiya qarşısına mənəviyyatsız elm və maddiyyatın inkişafını, məişət və texnologiya inkişafını məqsəd qoymuşdur. Onlar mənəviyyatı bəzən inadkarlıqla, bəzən etinasızlıqla, bəzən hiyləgərliklə bəşər həyatından sildilər. Odur ki, siz bugünkü dünyaya baxdıqda möhtəşəm və bənzərsiz maddi inkişaflar görürsünüz. Bu inkişaflar elə bir halda xalqın həyatına tətbiq olunmuşdur ki, onda mənəviyyat üçün əsaslı, həqiqi və mərkəzi rol əsla mövcud deyil. Bəzən haradasa müxtəlif dəlillərə görə ona dindən, yaxud dini və mənəvi məsələlərdən nəsə qarışdırmaları mümkündür, lakin insan kimliyinin, insan cəmiyyətlərinin və bəşərin indiki həyatının əsas formatında mənəviyyat əsla mövcud deyil.220


Qərbdə mənəviyyatsız elmi inkişaf və İslamın yolunu getməyin zəruriliyi

Qərb xalqları və hökumətləri elmi inkişafa nail olmuşlar, onların həyatında parlaq gözəlliklər müşahidə olunur. Lakin bu, insan varlığının yalnız bir hissəsidir; onların həyatında əxlaq, mənəviyyat, rəhmlilik, insaf, uca ilahi amallara vurğunluq, Allahla əlaqə, ürəklə məşğul olmaq yoxdur, günbəgün zəifləmiş və daim zəifləməkdədir. Əgər bir zaman onların məbəd və kilsələrində mənəviyyatın bir zərrəsi vardısa, o da tədricən dünya maddiyyatının əzəmətinin təsiri altında get-gedə zəifləyir. Bizim isə bu uzun əsrlər ərzində dünyada bir böyük insan toplumumuz olmayıb ki, həm öz dünyasını təbiət nemətləri və dünyəvi elmi inkişaflar baxımından abadlaşdıra bilsin, həm də onların həyatının əsas hissəsində mənəviyyata və əxlaqa diqqət yer alsın, Allahla öz mənəvi əlaqələrini kəsməsinlər, mühüm həyat münasibətləri üçün özlərini ilahi təlim və hidayətdən məhrum etməsinlər. İslam dünyası belə bir vəziyyətə malik ola bilərdi, amma təəssüf ki, bu baş verməmişdir.221


Qərb elmində imansızlığın nəticələri və qarşılığında İslam universitetlərinin vəzifəsi

Əgər Qərb elminə iman hakim olsaydı, Qərb elmi atom bombası düzəldib sonra da bu qədər çətinliyə düşməzdilər ki, nə edək, məhdudlaşdıraq, dünyanı dağılmağa qoymayaq və s. İş ümumiyyətlə, bu yerə çatmazdı. Əgər iman elmlə yanaşı olsaydı, müstəmləkəçilik və elmin məxluqu olan yeni müstəmləkəçilik ümumiyyətlə, vücuda gəlməzdi; ölkələrə hakim olmaq, ölkələri tutmaq, xalqlara zorla hökmranlıq etmək, xalqların sərvətini mənimsəmək - bu, dünyanın və xalqların son iki yüz ildəki bəlasıdır - ümumiyyətlə, vücuda gəlməzdi. İmandan ayrı olan elm budur və siz İslam universitetində bu boşluğu doldurmaq, elmi imanla qarışdırmaq, yəni elmi, istər öz daxili quruluşunda, istər nəticələrində, istər işlədiləcək istiqamətlərində imanla doyuzdurmaq istəyirsiniz.222


Əxlaqsız elm - sapqınlıq vasitəsi

Elmə yiyələnmək lazımdır. Əlbəttə, bunu bilirik ki, elm təklikdə kifayət etmir. Elm əxlaq və imanla yanaşı olmalıdır ki, biz Qərbin düşdüyü çalaya düşməyək. Elm Qərbdə zülmə, əxlaqi sapqınlığa, azdırıcı və həlakedici mədəniyyətlərin yayılmasına vasitə oldu. Biz ona düçar olmamalıyıq; bu öz yerində. Amma indi əsas məqam budur ki, elm bizim üçün həyati bir məsələdir.223


İmansız və əxlaqsız elmin nəticələri

Sizə demək istədiyim başqa bir məsələ budur ki, elm dinlə və əxlaqla olduqda bəşəriyyət üçün faydalı olacaq. Bunu qəti şəkildə bilin. Elm nə qədər inkişaf etsə də, əgər əxlaqdan və dindarlıqdan uzaqlaşsa, bəşəriyyətə fayda yetirməyəcək. Elmi bəşəriyyətin yüksəlişi üçün istədiklərini deyən şəxslər bu məsələyə diqqət yetirməlidirlər. Bunun aydın misallarını hamınız eşitmisiniz. Mən bunları təkrarlamaq istəmirəm. Məsələn, kimya elmində inkişaf edənlər kimyəvi bomba və kütləvi qırğın silahları ixtira etdilər. Nüvə elmlərində inkişaf edən şəxslər atom bombası və xalqların faciəvi qırğın silahlarını düzəltdilər. Bunlar aydın misallardır. Siz xalqlara baxın, dünyada elmi baxımdan inkişafın zirvəsində olan bir xalqı təsəvvür edin. Görün bu ölkənin xalqı həqiqətən səadətə çatmışdır? O ölkədə ədalət var? O ölkədə yoxsulluq, ayrıseçkilik və ədalətsizlik aradan qalxmışdır? İddia etdikləri kimi xalq dinclik içərisində, şiddət və təcavüzdən uzaq şəkildə yaşayır? Orada elm də var, bu reallıqlar da var. Ailələrin həyatına etimad və dinclik hissi hakimdir? Övladlar ata və anaların ağuşundə yaxşı hisslərlə tərbiyə olunurlar? Orada qətl, terror, cinayət və bu kimi işlər yoxdur?

Görürsünüz ki, tam əksinədir. Bu gün ən çox təhlükə elmi baxımdan ən yüksək səviyyədə olan ölkədə - yəni ABŞ-dadır. Dünyada - nə Avropada, nə Asiyada heç bir ölkə ABŞ qədər təhlükəli deyil. Ən çox psixoloji sıxıntı oradadır; vətəndaşlar tərəfindən bir-birinə qarşı ən çox qətl və kobudluq oradadır; ən çox ayrıseçkilik və təbəqələrarası fərq oradadır. Himalay dağı boyda sərvətlər və vəsfəgəlməz yoxsulluqlar – yəni sözün həqiqi mənasında acından ölənlər var. Fərq bu qədər böyükdür.

Tarixin əvvəlindən bu günə qədər zamanla dəyişməyən ən mühüm bəşəri amallar bunlardır. Bəşərin ən mühüm amalı ədalət və təhlükəsizlikdir, bir-birinin yanında rahat yaşamaqdır, digərlərindən əziyyət görməməkdir, psixoloji dinclik, ailədə rahatlıq, ailə həyatından və övladları görməkdən, ata-ananın yanında olmaqdan həzz almaqdır. Bunlar bəşərin ən əsaslı ehtiyaclarıdır. Bəşər əvvəldən bu günə qədər bunları istəmişdir; dünən də istəmişdir, bu gün də istəyir. Bu məsələlər elmi baxımdan ən inkişaf etmiş o cəmiyyətdə əsla yoxdur. Deməli, elm imanla və əxlaqla yanaşı, çiyin-çiyinə hərəkət etməyəndə nəticəsi belə olur.

Əgər alim dindar olsa, cəmiyyət onun elmindən həqiqətən bəhrələnər. Din elmin inkişafının qarşısını almır, hətta onun inkişafına kömək də edir, elmin təcavüzünün, insaniyyət çərçivəsindən çıxmasının qarşısını alır.224


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə