İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   80   81   82   83   84   85   86   87   88

TƏBRİK EDİRİK!
Azərbaycan iqtisad elminin tanınmış nümayəndəsi, Vergilər Nazirliyinin Vergi
siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi, iqtisad elmləri doktoru, professor
AMEA-nın müxbir üzvü, “Azərbaycanın vergi jurnalı”nın Redaksiya Heyətinin üzvü
Akif Fərhad oğlu Musayevin 65 yaşı tamam olmuşdur. 
Uzun illərdir ki, onun elmi-praktik fəaliyyəti ölkəmizin vergi sistemi ilə, vergi
inzibatçılığı və iqtisadiyyatın vergi problemlərinin tədqiqi ilə sıx bağlıdır. Professor
A.F.Musayev respublikamızda fiskal siyasətin nəzəri-konseptual əsaslarının işlənib
hazırlanmasında, milli vergi sisteminin normativ-hüquqi bazasının formalaşdırıl-
masında fəal iştirak edir. O, həm də ölkəmizdə vergi mədəniyyətinin formalaşdırıl-
masının, əhalinin vergilər sahəsində biliklərinin artırılmasının, vergi ödəyicilərinə
xidmət işinin qurulmasının, vergilər sahəsində kadrların yetişdirilməsinin, bu is-
tiqamətdə dərslik, dərs vəsaiti, tədris proqramları və metodiki vəsaitlərin hazırlan-
masının da fəal təşkilatçılarındandır.
A.F.Musayev 7 monoqrafiyanın, 11 dərsliyin, iqtisadiyyatın müxtəlif məsələlərinə
həsr olunmuş 230-a yaxın elmi məqalənin müəllifidir. Onun 20-dən artıq elmi əsəri
xaricdə nüfuzlu elmi nəşrlərdə dərc edilmişdir. Görkəmli alimin rəhbərliyi ilə 30-
dan çox müxtəlif elmi pilləli doktorluq dissertasiyası müdafiə olunmuşdur. 
A.F.Musayevin vergi orqanlarında fəaliyyəti, ölkəmizin iqtisadi mənafeyinin
qorunmasında xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilmiş və Azərbaycan
Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli sərəncamı ilə o, «Dövlət qul-
luğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir. 
Əsl ziyalıya məxsus olan yüksək məsuliyyətlilik, geniş dünyagörüşü və böyük
təvazökarlıq  Akif  müəllimi  həm  alim,  vətəndaş,  həm  də  bir  insan  kimi  sə-
ciyyələndirən çox mühüm xüsusiyyətlərdir. 
“Azərbaycanın vergi jurnalı” redaksiyasının kollektivi hörmətli alimi ad günü
münasibətilə təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində, vergi orqanlarındakı
məsul və şərəfli xidmətində uğurlar arzulayır! 
199
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Ronald Harri Kouz (Ronald Harry Coase)
29  dekabr  1910-cu  ildə  London  yaxınlığında
kiçik  Uilsden  şəhərində  qulluqçu  ailəsində
anadan  olmuşdur.  O  ayaqlarındakı  xəstəliklə
əlaqədar  yalnız  12  yaşında  məktəbə  gedə
bilmişdir. Bu xəstəlik onun sonrakı həyatında da
dərin izlər qoymuşdur.
1927-ci ildə tarix və kimya imtahanlarından
əla  qiytmətlər  aldığına  görə  London  Univer-
sitetində  təhsilini  davam  etdirmək  hüququ
qazanan və az sonra bu ixtisaslardan imtina et-
məli olan R.Kouz 1929-cu ildə London İqtisad
Məktəbinə  keçmişdir.  Bu  məktəbi  ba ka lavr
dərəcəsində  bitirərək  ABŞ-ın  Virci niya  və
Çikaqo universitetlərində dərs de mişdir. 1932-ci
ildə yenidən Londona qay ıdaraq Liverpul Uni-
versitetində və Dandi şəhərində iqtisadiyyat və
kommersiya məktəbində dərs demişdir. 1935-ci
ildən başlayaraq R.Kouz London İqtisad Mək-
təbində ictimai təşkilatların və müəssisələrin iqti-
sadiyyatı üzrə mühazirələr kursu oxuyur. İkinci
Dünya müharibəsi başlayanda R.Kouz me şəçilik
komissiyasında, sonra isə hərbi işlər nazirliyinin
statistika idarəsində işləyir. 1946-cı ildən başla-
yaraq  o,  yenidən  London  İqtisad  Məktəbində
müəssisə iqtisadiyyatı ilə bağlı fənləri tədris edir.
1951-ci  ildə  ABŞ-a  daimi  yaşamağa  köçən
R.Kouz burada elmi-pedoqoji fəaliyyətini davam
etdirir.  1964-cü  ildə  o  Çikaqo  Universitetində
işləyir  və  eyni  zamanda,  1982-ci  ilə  qədər
«Hüquq  və  iqtisadiyyat  jurnalı»nın  redaktoru
olur.
R.Kouzun  elmi  yaradıcılığının  mühüm
hissəsini  məşhur  «Firmanın  təbiəti»  əsərində
bazar iqtisadiyyatının yaranışını «transaksiya»
adlandırdığı xüsusi növ spesifik xərclərlə əlaqə-
dar konsepsiya təşkil edir. İqtisad elmində em -
pirizm  və  iqtisadiyyatda  geniş  tətbiqini  tapan
«transaksiya  xərcləri»  termini  ilk  dəfə  olaraq
məhz bu əsərdə elmi dövriyyəyə çıxarılmışdır.
«Transaksiya  xərcləri»  müqavilələrin  bağ -
lanması ilə əlaqədar meydana çıxan məsrəflər
kimi  informasiyanın  toplanması  və  emalı,
danşıqların  aparılması  və  qərarların  qəbul
edilməsi,  müqavilələrin  yerinə  yetirilməsinə
nəzarət və onların hüquqi müdafiəsinə çəkilən
xərcləri  özündə ehtiva edir.
R.Kouz «Sosial xərclərin problemi» adlanan
ikinci məşhur məqaləsində isə göstərir ki, xarici
effektlər tərəflər arasında sazişin köməyilə aşağı-
dakı şərtlərlə internalizasiya (şirkət üçün başqa
şirkətlərin, təşkilatların, şəxslərin fəaliyyətindən
asılı  olan  xarici  müsbət  və  mənfi  effektlərin
qiymətinin onların bazar tənzimlənməsinin hə -
yata keçirilməsi imkanları məqsədilə həmin ef-
fektlərin  məsrəflərinə  və  ya  gəlirinə  daxil
edilməsi) oluna bilər.
Hökumətin  müdaxiləsi  yalnız  mülkiyyət
hüququnun spesifikasiyasından ibarətdir. Kon -
kret olaraq ayrıca fərd və ya qrup üçün hüquq
subyektini  və  obyektini  və  həmin  subyektin
səlahiyyətlər dairəsini müəyyən etməklə, eyni
zamanda sıfra bərabər və digər bərabər şərtlərlə
onlara riayət olunmanı və transaksiya xərcləri
təmin  edən  mexanizm  üçün  müstəsnalıq  reji-
minin (bu rejimdə subyekt effektivli olaraq digər
iqtisadi agentləri müstəsna səlahiyyətlərindən is-
tifadə edilməklə qərar vermə prosesindən çıxar-
maq  imkanındadır)  yaradılmasından  ibarətdir.
Bu nəzə riyyə «Kouz teoremi» adını almışdır.
Sıfır  transaksiya  xərcləri  zamanı  bazarın
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
200
Nobel mükafatı laureatları
İqtisadiyyat sahəsində Nobel mükafatına 1991-cı ildə «İqtisadiyyatın institusional
strukturunda və fəaliyyətində transaksiya xərclərinin və mülkiyyət hüquqlarının dəqiq
mənasının açılışına və izahına görə» ABŞ iqtisadçısı Ronald Kouz layiq görülmüşdür.
ronald 
Harri Kouz
ELM KORİFEYLƏRİ


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə