İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

 
211 
mətnin  nişanlanması  adlanır.  İlk  nişanlama  dili  1970-ci  ildə  yaradılmış  Tex  dilidir.Bu, 
riyaziyyat,  fizika  və  informatika  sahəsindəki  nəşrləri  səhifələməyə  imkan  verir.  Digər 
nişanlama  dili  1986-cı  ildə  beynəlxalq  standart  statusu  almış  SGML  (Standard 
Generalized  Markup  Language)  dilidir  ki,  HTML  bunun  əsasında  yaradılmışdır.  Bu  dil 
teq  adlanan  xüsusi  işarələr  yığımına  malikdir.  HTML  dilinin  teqləri  ilkin  mətni 
nişanlamağa  və  kompüter  ekranında  təqdim  etməyə  imkan  verir.  Teqlər  adətən  cüt 
olurlar:  açılan  və  bağlanan  teqlər  vardır.  Beləliklə,  teqlərlə  nişanlanmış  HTML  mətni 
teqlərlə  ayrılmış  fraqmentlərin  iyerarxik  ardıcıllığından  ibarətdir.  Serverdəki  HTML 
mətninə müraciət Java dilində yazılmış Java-aplet adlanan  kiçik proqramın köməyi ilə 
həyata  keçirilir.  HTML  teqləri  ilə  nişanlanmış  mətn  adi  mətn  faylıdır.  Bu  fayl  UNİX 
platformasında  html,  MS  Windows  platformasında  isə  htm  kimi  genişləndirməyə 
malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu, yalnız formatlı nişanlamadır 
və  səhifənin  müştəri  kompüterinin  ekranında  təqdimatı  üçündür.  Hal-hazırda  istifadə 
edilən versiya (HTML 4.01 1999-cu ildə bəyənilmişdir). 
Universal  resurs  lokatoru  (URL).  Bu,  Veb-də  informasiya  resurslarının  unikal 
(təkrarsız) identifikasiyası (ünvanlaşdırılması) üçün istifadə edilir.  
URL:  Veb-saytın  ev  səhifəsini  (əyani  və  ya  gizli  şəkildə);  şəbəkədə  HTML-
səhifəsini  daşıyan  faylın  adını  və  yerini;  HTML-səhifəsində  hiperiqtibasın  lövbər 
nöqtəsini  (səhifə  fraqmentinin  başlanğıc  nöqtəsini);  İnternet  düyünlərində  saxlanan, 
HTML–səhifələrində  iqtibasları  olan  və  veb-brauzer  vasitəsilə  müraciət  olunan  müxtəlif 
formatlı faylları ünvanlaşdırmağa imkan verir. 
Hipermətnlərin  ötürülməsi  protokolları  (HTTP).  Bu,  müştəri  ilə  Veb-server 
arasında  informasiya  mübadiləsi  qaydasını  təyin  edən  etalon  modelin  tətbiqi  səviyyə 
protokoludur. Müştəri sorğusuna cavab verilməsi başa çatan kimi protokol serveri növbəti 
sorğuya yönəldir. 
Universal  şlüz  interfeysi  (CGL).  Bu,  veb-serveri  müxtəlif  xarıcı  proqramlara, 
məsələn VBİS-ə qoşmağa imkan verir.       
 
8.9.4. Veb informasiya resurslarına müraciət 
Veb-serverdə  saxlanan  informasiya  resursunun  əsas  vahidi  HTML-səhifəsidir.  Bu 
səhifələrin  hər  biri  ayrıca  URL  qiymətinə  malikdir  ki,  bu  qiymət  də  həmin  səhifənin 


 
212 
İnternetdə  yerini  təyin  edir.  HTML-səhifəsinə  müraciət  həmin  səhifənin  əsasını  təşkil 
edən  HTML  faylına  müraciət  kimidir.  Bu  səhifədəki  digər  qurulmuş  komponentləri 
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi üçün şəffaf çağırır.  
Veb  informasiya  resursları  paylanmış  qarşılıqlı  əlaqəli  hipermediya  HTML-
səhifələri şəbəkəsi təşkil edir ki, bu şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və 
onun fraqmentləri, budaqları isə HTML-səhifələrindəki nişanlama teqləri ilə təyin edilən 
hiperiqtibaslardır.  Bu  və  ya  digər  veb-saytın  informasiya  resurslarına  müraciət  adətən 
həmin  saytın  ―ev  səhifəsi‖nə  müraciətlə  başlanır,  sonra  isə  naviqasiya  əlaqələrinin 
köməyi  ilə  davam  etdirilir.  Veb-dəki  informasiya  resurslarının  əksəriyyəti  bütün 
istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən resurslara müraciət üçün əvvəlcə veb-
serverdə  qeydiyyata  düşmək  lazım  gəlir.  Elə  resurslar  da  vardır  ki,  onlara  müraciət 
xüsusi  səlahiyyət  (parol)  tələb  edir.  VB  məhz  belə  resurslardandır.  Bu  resurslara 
müraciət  Veb-in  axtarış  maşınlarının  köməyi  ilə  həyata  keçirilir.  Axtarış  servislərinə: 
AltaVistaЯndex və s. misal göstərilə bilər. 
 
8.9.5. Veb, JavaScript və Java 
HTML dilinin ilkin versiyalarının zəif cəhəti onun təqdim etdiyi informasiya resur-
sunun  statik  xarakter  daşıması  idi.  Bu  problemi  həll  etmək  üçün  Netscape  Commu-
nication  kompaniyası  aparat-proqram  platformalarından  asılı  olmayan    Javascript  dilini 
yaratdı. Bununla əlaqədar olaraq, HTML dilinə xüsusi ―script‖ teqi daxil edildi ki, bu teq 
də  Javascript  dilində  yazılmış  proqramı  HTML-səhifəsinə  quraşdırmağa  imkan  verdi. 
Javascript proqramlarına scriptlər və ya ssenarilər deyilir. Scriptlər və ya senarilər (Job 
Control  Language  –  JCL,  Perl  və  s.)  əslində,  şərhedici  köməkçi  dillərdir.  Bu  dillər 
Javascript  dili  ilə  yanaşı,  uğurla  tətbiq  edilir.  HTML-səhifələrinə  quraşdırılmış 
Javascript  scriptləri  müəyyən  şəraitlər  yarandıqda,  məsələn,  mışın  kursorunu  ekranın 
müəyyən sahəsinə gətirmək lazım olduqda icra edilir. 
İnformasiya  texnologiyalarının  sonrakı  inkişafına  Sun  Microsystems  kompa-
niyasında 1995-ci ildə yaradılan Java dili böyük təsir etdi. Bu, HTML-səhifələrinə ―icra 
edilən məzmun‖ daxil etməyə imkan verdi. 
 
8.9.6. Yeni Veb texnologiyaları 


 
213 
Son  illərdə  mövcud  olan  veb-texnologiyalarının  məlum  qüsurlarını  aradan 
qaldırmaq istiqamətində gərgin iş  aparılır.  Bu işlər göstərir ki,  Veb-in  baza  elementləri 
olan hipermətn nişanlama dili HTML-də, universal resurs lokatoru URL-də və hipermətn 
resurslarının  ötürülməsi  protokolu  HTTP-də  köklü  dəyişikliklər  etməyə  kəskin  ehtiyac 
vardır. 
Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta 
əsasən  HTML  nişanlama  dilinin  imkanlarını  genişləndirən  XML  (Extensible  Markup 
Language)  nişanlama  dilindən  istifadəyə  keçid  nəzərdə  tutulur.  Mövcud  texnologiyada 
qapalı HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb-
də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir. HTML-dən fərqli 
olaraq XML dili XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni 
veb  texnologiyaları  XML  platformasına  əsaslanacaqdır.  XML  platformasının  standartla-
rında  informasiya  resurslarının  identifikasiyası  URL  mexanizmindən  prinsipial  surətdə 
fərqlənən URİ (Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu 
da  resursları  təkcə  yerləşdiyi  yer  üzrə  deyil,  həm  də  bəzi  mücərrəd  adlar  üzrə  də 
iqtibaslaşdırmağa  imkan  verir.  Bu  məqsədlə  yeni,  XML  protokolları  işlənib  hazırlanır. 
XML-səhifəsində metaverilən də nəzərdə tutulur. 
Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma 
ilə  uyuşanlığı  da  nəzərdə  tutur.  Yəni,  yeni  texnologiyada  HTML  dilində  təqdim  edilən 
resurslarla  da  manesiz  işləmək  mümkün  olacaqdır.  XML  platformasının  bir  sıra 
standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq 
edilir.    XML  ilə  VB  dili  olan  SQL  arasında  əlaqələrin  yaradılması  üzərində  gərgin  iş 
gedir. Bu, VB texnologiyalarının da XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir. 
Yəni XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.  
XML  platforması  həm  də  Veb-in  elmtutumluluğunu  və  texnoloji  mükəmməlliyini 
təmin  etmək  üçün  təməl  təşkil  edir.  Bu,  semantik  Veb  yaradılması  deməkdir.  Bu  isə 
yalnız sintaksis mahiyyətli olan XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir. 
 
8.9.7. Həllini gözləyən problemlər 
Artıq  bir  neçə  illik  intensiv  inkişafdan  sonra  Veb  texnologiyalarının  keyfiyyətcə 
təkmilləşdirilməsi imkanları tükənmişdir.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə