Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

məsi zəruriliyi ilə əlaqədardır. Lakin ixrac qiymətlərinin belə 
qaldırılması həmin malın ixrac miqdarının azalmasına səbəb 
olur.  Çünki  bir  tərəfdən,  həmİn  malın  yerli  istehsalçıları 
arasında  rəqabət  artır,  digər  tərəfdən  isə  yerli  əvəzedici 
malların  istehsalına  keçilməsi  ehtimalı  yaranır.  Eyni 
zamanda, ixrac qiymətlərinin lazımi qədər artırıla bilməməsi 
həmin malın bu ölkəyə satılmasını qeyri-rentabelli edir. 
Milli valyutanın ucuzlaşması eyni zamanda idxalı əvəz 
edən 
sahələrin 
inkişafını 
stimullaşdırır. 
Valyuta 
məzənnəsinin aşağı düşməsi milli valyuta ilə borcların, real 
məbləğini  azaldır,  xarici  valyutada  ifadə  olunmuş  xarici 
borcların yükünü ağırlaşdırır. Ölkədə mənfəət, faiz, dividend 
şəkilində  xarici  investorların  gəlirlərinin  xaricə  aparılması 
əlverişsiz  olur.  Eyni  zamanda  valyutası  ucuzlaşan  ölkədə 
ixracın artmasına stimul artır. 
Milli  valyuta  məzənnəsi  yüksəldikdə  isə  daxili 
qiymətlərin  rəqabət  gücü  azalır,  ixracın  səmərəliliyi  azalır. 
Bunlar  isə  ixrac  sahələri  və  milli  istehsalın  bütövlükdə 
azalmasına  gətirib  çıxara  bilər.  İdxal  isə  əksinə,  genişlənir. 
Ölkəyə xarici kapitalın axını artır, xarici investisiyalar üzrə 
mənfəətin  xaricə  aparılması  artır.  Xarici  valyuta  ilə  ifadə 
olunmuş xarici borclann real məbləği azalır. 
Valyutanın  daxili  və  xarici  ucuzlaşması,  yəni  onun 
məzənnəsi ilə alıcılıq qabiliyyəti arasındakı fərq beynəlxalq 
iqtisadi  münasibətlər  üçün  mühüm  əhəmiyyətə  malikdir. 
Əgər  pulun  daxili  inflyasiya  xarakerli  qiymətdən  düşməsi 
valyuta məzənnəsinin azalmasından sürət- lidirsə, digər eyni 
şərtlər  daxilində  mal  idxalı  artırılır.  Əgər  inflyasiya 
nəticəsində valyutanın xarici alıcılıq qabiliyyəti onun daxili 
alıcılıq  qabiliyyətindən  sürətlə  aşağı  düşürsə,  xarici 
rəqiblərin bazardan sıxışdırılıb çıxarılması məqsədilə valyuta 
dempinqi, yəni malların or 
166 


ta dünya qiymətlərindən ucuz qiymətlərlə kütləvi ixracı üçün 
şərait  yaranır.  Valyuta  dempinqi  üçün  aşağıdakılar 
xarakterikdir: 
1.
 
İxracatçı malları inflyasiyanın təsiri ilə daxili bazarda 
yüksəlmiş qiymətlərlə satın alaraq, onu xarici bazarda daha 
sabit valyuta ilə orta dünya qiymətlərindən aşağı qiymətlərlə 
satır. 
2.
 
İxrac qiymətlərinin azalma mənbəyi əldə edilmiş daha 
sabit xarici valyutanın ucuzlaşmış milli valyutaya çevrilməsi 
zamanı meydana çıxan fərqdir. 
3.
 
Malların kütləvi ixracı ixracatçılar üçün ifrat mənfəət 
təmin edir. 
Dempinq  qiyməti  istehsal  qiymətindən  və  ya  maya 
dəyərindən aşağı da ola bilər. Lakin ixracatçılar üçün həddən 
artıq  azaldılmış  qiymət  əlverişli  deyildir,  çünki  malların 
rəqiblərə  təkrar  ixracı  nəticəsində  milli  mallara  rəqabət 
çoxala bilər. 
4.
 
Məlumdur  ki,  valyuta  dempinqi  ölkələr  arasında 
ziddiyətləri  artırır,  onların  ənənəvi  əlaqələrinə  xələl  gətirir, 
rəqabət  mübarizəsini  kəskinləşdirir.  Valyuta  dempinqini 
həyata  keçirən  ölkədə  ixracatçıların  mənfəəti  artır,  lakin 
daxili  qiymətlərin  artması  nəticəsində  əhalinin  rifah 
səviyyəsi  pisləşir.  Dempinq  obyekti  olan  ölkədə  isə  ucuz 
xarici  malların  rəqabətinə  davam  gətirməyən  iqtisadiyyat 
sahələrində  inkişaf  zəifləyir,  işsizlik  çoxalır.  İri  ixracatçı 
firmalar  valyuta  dempinqindən  xarici  rəqiblərini  boğmaq 
üçün geniş istifadə etməyə çalışırlar. 
Valyuta  məzənnəsi  artan  ölkədə,  spekulyant  xaricə 
kapitalın  axıb  gəlməsi  nəticəsində  borc  kapitalı  və  xarici 
investisiya məbləğləri müvəqqəti çoxala bilər ki, bu da ölkə 
iqtisadiyyatının inkişafı və büdcə kəsirinin ödənilməsi üçün 
istifadə edilə bilər. Kapitalın xarİcə ax 
167 


ması 
isə, 
onun 
çatışmazlığma, 
investisiyaların 
məhdudlaşmasına, işsizliyin artmasına səbəb ola bilər. 
Beləliklə, valyuta məzənnəsinin dəyişməsi ümumi milli 
məhsulun xarici bazarlarda satılan hissəsinin ölkələr arasında 
yenidən bölüşdürülməsinə təsir edir. Üzən valyuta məzənnəsi 
şəraitində  məzənnə  nisbətinin  qiymət  mexanizminə  və 
inflyasiya prosesinə təsiri artır. 
5.7.
 
MİLLİ VALYUTA SİSTEMİNİN TƏŞKİL 
EDİLMƏ ELEMENTLƏRİ 
Milli  valyuta  sistemləri  beynəlxalq  hüquq  normaları 
nəzərə  alınmaqla  milli  qanunvericiliklə  yaradılmışdır.  Milli 
valyuta sistemləri bir sıra hallarda sərhədləri aşaraq fəaliyyət 
göstərsələr  də,  onlar  ölkənin  pul  sisteminin  tərkib  hissəsini 
təşkil edir. Milli valyuta sistemlərinin xüsusiyyətləri ölkənin 
inkişaf səviyyəsi və vəziyyəti, beynəlxalq iqtisadi əlaqələri ilə 
müəyyən  edilir.  Onların  köməyilə  ölkənin  beynəlxalq 
ödəmələr  dövriyyəsi  həyata  keçirilir,  geniş  təkrar  istehsal 
üçün lazım olan valyuta ehtiyatlan formalaşdırılır. Dünyada 
mövcud  olan  müstəqil  milli  dövlətlər  qədər  milli  valyuta 
sistemləri mövcuddur. 
Milli  valyuta  sistemləri  onların  aşağıdakı  elementlərini 
xarakterizə  edir;  milli  valyuta;  milli  valyutanın  dönərilik 
şərtləri;  milli  valyuta  pariteti;  milli  valyuta  rejimi;  valyuta 
məhdudiyyəti və valyuta nəzarətinin olub-olmaması; ölkənin 
beynəlxalq  valyuta  nəqdiyyəsi-  nin  milli  tənzimlənməsi; 
beynəlxalq  kredit  ödəmə  vasitələrindən  istifadənin  düzgün 
müəyyənləşdirilməsi;  milli  valyuta  bazarı  və  qızıl  bazan 
rejimi;  ölkənin  valyuta  münasibətlərini  idarə  edən  və 
tənzimləyən milli orqanlar. 
168 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə