İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   2   3   4   5   6   7   8   9   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
rilən yüksək miqdarda əmək axını da əməyin mobilliyini (hə‐
rəkətliliyini) günümüzdəkinə görə daha da artırmışdı. Həmçi‐
nin sərmayə hərəkətləri rahat bir şəkildə ölkələr arasında do‐
laşa bilməkdə idi. Fəqət o zamankı dünya şərtləri əlverişli ol‐
madığı üçün qloballaşma prosesi də daimi olmadı. Çünki milli 
dövlətlər  buna  hazır  deyildi  və  ölkə  bazarları  istehsal  edilən 
mal  və  xidmətlərin  tamamını  istehlak  edə  biləcək  vəziyyətdə 
idi. Yenə iki dünya müharibəsi və ardından yaşanan iki qütb‐
lülük  bu  prosesi  ciddi  bir  şəkildə  axsatdı.  Xüsusilə  1960‐cı  il‐
lərdə,  Afrikada  yaşanan  milli  dövlətləşmə  (müstəqillik)  hərə‐
katları da bunda rol oynadı. 
Lakin  günümüzdə  yaşanan  milli  institutları  tərk  edərək 
dövlət üstü qurum və quruluşlara yönəlmə meylləri qloballaş‐
ma prosesini geri dönülməz hala gətirmişdir. Ayrıca keçmişdə 
xaricə  açılma  nisbətlərinin  indikindən  yüksək  olmasına  bax‐
mayaraq,  günümüzdə  xüsusən  mal,  xidmət  və  sərmayə  hərə‐
kətləri  qarşısındakı  əngəllər  daha  azdır.  Yəni  bu  əməliyyatla‐
rın yerinə yetirilə bilmə asanlığı daha yüksəkdir. Belə ki ölkə‐
lər  mal  və  xidmətlərin  önündəki  əngəlləri  ortadan  qaldırmaq 
üçün  rəqabət  və  ticarət  hüquqlarını  uyğunlaşdırmaqda,  sər‐
mayə hərəkətlərinin önündəki əngəlləri qaldırmaq üçün birba‐
şa  vergi  nisbətlərini  azaltmaqda  (ölkələr  daha  çox  Əlavə  Də‐
yər Vergisi kimi dolaylı vergilərə yönəlməkdədirlər, məsələn, 
1996‐2002‐ci  illərdə  OECD  ölkələrində  mənfəət  vergisi  7  faiz 
azalmışdır ‐ 38 faizdən 31 faizə düşmüşdür) və nəhayət əmə‐
yin sərbəst hərəkəti önündəki əngəlləri azaltmaq üçün çalışma 
və  sosial  təminat  hüquqlarını  uyğunlaşdırmaqdadırlar.  Hələ‐
lik  bilginin  özünə  məxsus  hüququ  formalaşmadığından  gələ‐
cəyin əsas mübahisələrinin daha çox bu müstəvidə gerçəkləşə‐
cəyini söyləyə bilərik. Çünki süni əngəllər Stiglitzin də dediyi 
kimi asimmetrik bilginin varlığına, bu da lazım olan strateqik 
 
‐ 24 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
bilgini əldə edə bilməmə və ya gec əldə etməyə səbəb olmaq‐
dadır. 
Qısaca qloballaşma tənqid edilə bilər, daha insani bir çöh‐
rəyə  bürünməsi  üçün  mübarizə  aparıla  bilər,  fəqət  bu  WTO‐
nun 1999‐ci ildə Seattle və 2001‐ci ildə Genova Toplantılarında 
gerçəkləşən hadisələrdə olduğu kimi ifrat emosional reaksiya‐
lar yerinə daha elmi və soyuqqanlı müzakirələrlə həyata keçi‐
rilməlidir. Qloballaşmanın nemətlərindən bütün dünya ölkələ‐
rinin  eyni  ölçüdə  faydalanmadığı  həqiqətdir.  ILO‐nun  (Bey‐
nəlxalq  Əmək  Təşkilatı)  2004‐cü  ilin fevral ayında  hazırladığı 
“Qloballaşmanın Sosial Təsirləri İlə Əlaqədar Dünya Komissi‐
yası Raportu”na görə, qloballaşmanın ən geniş olaraq yaşandı‐
ğı  1990‐cı  illərdə  dünya  iqtisadiyyatındakı  artım  1980‐ci  illər‐
dən daha aşağı olmuşdur. Ayrıca 1960‐1962‐cı illər arasında ən 
zəngin  20  ölkənin  adam  başına  gəlir  ortalaması  ən  yoxsul  20 
ölkənin ortalamasından 55 qat artıq ikən, bu rəqəm 2000‐2002 
dönəmində  121  qata  çıxmışdır.  Fəqət  bunda  nəticə  etibarı  ilə 
qloballaşmaya qarşı dirənən və məsafəli dayanaraq xalqını bu 
nemətlərdən  məhrum  buraxan  milli  ölkə  elitalarının,  ideoloji 
baxışların  təsiri  altında  problem  çözücü  olma  yerinə  hələ  də 
əməyin  keçirdiyi  dəyişiklikləri  anlamamaqda  dirənən  əmək 
haqqı sendikaçılığının də böyük payı var. 
Son Söz Əvəzi: “Rüzgarın yönünü dəyişdirə bilmədiyin za‐
man, yelkənləri rüzgara görə tənzimlə.” (Xsentius) 
 
 
 
 
 
 
 
 
 
 
‐ 25 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 26 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Qloballaşma məsələsi
*
 
Vüqar Səlimov 
 
XIX  əsrin  axırlarında  başlayan  qloballaşma  prosesi,  ən  ge‐
niş  mənada,  ölkələr  arasındakı  maneələrin  ortadan  qalxması 
nəticəsində ölkələrin bir‐birilərinə yaxınlaşması, bütünləşməsi 
deməkdir.  Bu  maneələrin  növlərindən  asılı  olaraq,  qloballaş‐
ma da müxtəlif istiqamətlərdə ola bilər; məsələn, siyasi, iqtisa‐
di, hüquqi qloballaşma və sairə. İqtisadçılar üçün daha maraq‐
lı olan iqtisadi qloballaşmanın özü də üç istiqamətdə ola bilər: 
beynəlxalq  ticarətin  sərbəstləşməsi,  beynəlxalq  kapital  hərə‐
kətlərinin  sərbəstləşməsi  və  nəhayət  istehsalın  qloballaşması 
(internationalization of production). 
İqtisadi  qloballaşmanın  təsirləri  haqqında  elmi  ədəbiyyat‐
da uzun müddətdən bəri davam edən müzakirələr aparılmaq‐
dadır.  Təbiidir  ki,  müxtəlif  iqtisadçılar,  hansı  “pəncərədən” 
baxdıqlarından  asılı  olaraq,  qloballaşmanın  ya  xeyrinə  ya  da 
əleyhinə mövqelər ortaya qoymaqdadırlar. Bu gün çox az iqti‐
sadçı uzun müddətdə ticarətin sərbəstləşdirilməsinə və birba‐
şa  xarici  investisiyalar  nəticəsində  istehsalın  sərbəstləşməsinə 
qarşıdır.  Əsasən  qızğın  mübahisələr  beynəlxalq  kapital  hərə‐
kətlərinin sərbəstləşdirilməsi mövzusu ətrafında toplanmışdır. 
Məqaləmdə,  bu  müzakirələrdən  günümüzdə  əldə  edilən  bəzi 
nəticələrin xülasəsinə baxaraq öz rəyimi bildirmək istəyirəm. 
Məncə iqtisadi qloballaşma məsələsini, qısaca, bu dörd sual 
ətrafında təhlil etmək məqsədə daha uyğun olar: 
1.  Qloballaşma  bizim  idarəmiz  altında  olan  bir  prosesdir‐
mi? 
Qloballaşma bu gün elə bir səviyyəyə çatıb ki, bu prosesdə 
iştirak etmək artıq zəruri hala gəlib. Bu, xüsusilə də bizim ki‐
                                                 
*
 7 may 2005. 
 
‐ 27 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə