İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 50,56 Kb.
səhifə19/21
tarix11.05.2022
ölçüsü50,56 Kb.
#86459
1   ...   13   14   15   16   17   18   19   20   21
1-11

Təsərrüfat tiplərinin formaları

Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. İqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşKİli formaları bunlardır:

a) natural təsərrüfat;

b) sadə əmtəə təsərrüfatı;

v) Kapitalist əmtəə təsərrüfatı;

q) planlı əmtəə təsərrüfatı.

Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakin həcmi üst-üstə düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir. Torpaq sahibi olan mülkədarlar kəndlilərdən töycü olaraq ya məhsul ya da pul alırdılar. Natural təsərrüfatda məhsul tədavülə deyil, bilavasitə istehlak sferasına daxil olur. Bu, ictimai əmək bölgüsünün İnkişaf etməməsilə bağlı idi. Natural təsərrüfatda istehsalçının şəxsi mülkiyyəti olan ibtidai, bəsit əmək alətlərindən istifadə olunurdu.

Natural təsərrüfatın əsasını ƏKİnçilİK, maldarlıq və ev sənayesi təşKİl edir. Natural təsərrüfat dağınıq idi və onun xarici mühitlə heç bir əlaqəsi yoxdur. İqtisadiyyatın təşKİlinin belə formasına qapalı təsərrüfat deyilir. Natural təsərrüfatda tədricən baş verən təKamül istehsalla istehlaK arasında olan əlaqələri möhKəmləndirir və beləlİKİə, iqtisadi sabitlİK təmin olunmağa başlayır. Natural təsərrüfatda ən'ənəvi istehsal, eyniadlı, eyniçeşidli məhsul istehsalı xaraKterİK xüsusiyyət Kəsb edir. Eyniçeşidli məhsulların istehsalı, sahələr mütənasibliyi, daima təKrar olunan bu təsərrüfat tipinin təşKİli əmtəə istehsalına Kİmi üstünlÜK təşKİl edən iqtisadi həyatın ümumi formasıdır. Natural təsərrüfatda durğunluq, zəif iqtisadi inKİşaf mövcud idi. Bu təsərrüfat tipində torpaq üzərində xüsusi müİKİyyət yox idi, hər şey dövlətin əlində cəmlənmişdi, müİKİyyət dövlət haKİmiyyətilə qovuşmuşdu. Natural təsərrüfat dinamİK deyil, Konservativ, sabit və dəyişməz xaranter daşıyırdı. Tarixi təcrübə göstərir Kİ, natural təsərrüfatçılıq formasının müxtəlif modelləri olub: ibtidai icma, Asiya icması, alman icması, slavyan icması və s.




  1. Yüklə 50,56 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə