14
RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOV
İLƏ GÖRÜŞ
6 fevral 2004-cü il
Azərbaycan Respublikasının prezidenti Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlov ilə gö-
rüşmüşdür.
Səmimilik şəraitində keçən görüşdə son dövrdə Azərbaycan–Rusiya əlaqələrinin intensiv inkişafının hər iki
ölkənin mənafelərinə uyğun olduğu vurğulandı. Belə bir ümumi fikir səsləndi ki, Azərbaycan dövləti başçısının
Moskvaya ilk rəsmi səfəri qonşu və dost ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mühüm mərhələ
açacaqdır. Daimi xarakter almış siyasi dialoq gələcəkdə də davam etdiriləcəkdir.
İqtisadi-ticarət əlaqələrinin indiki səviyyəsindən razı qaldığını bildirən prezident İlham Əliyev dedi ki, bu
sahədə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlər var.
Söhbət zamanı Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əlaqələrə də toxunuldu.
Boris Qrızlov Azərbaycan–Rusiya münasibətlərinin inkişafında ölkələrimizin qanunverici orqanlarının
əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.
Görüşdə beynəlxalq və regional xarakterli bir sıra məsələlər, o cümlədən terrorizmlə mübarizəni gücləndir-
məyin zəruriliyi haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Görüş başa çatdıqdan sonra prezident İlham Əliyev Rusiya Dövlət Dumasının fəxri qonaqları kitabına ürək
sözlərini yazdı.
Azərbaycan prezidenti İlham Əliyevin və
Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun jurnalistlərin suallarına cavabı
S u a l: Cənab Prezident, Siz bu görüşdə terrorizmlə mübarizə məsələsini müzakirə etdinizmi?
İ l h a m Ə l i y e v: Terrorizmlə mübarizə ümumi işimizdir. Bu gün Rusiya və Azərbaycan
rəhbərliyi ara-
sında belə bir tam qarşılıqlı anlaşma var ki, həmin mübarizəni ancaq birlikdə səmərəli aparmaq olar. Əlbəttə,
parlamentlər ölkələrin dövlət hakimiyyətinin mühüm orqanlarıdır. Hesab edirəm ki, həm müvafiq qanunların
qəbul olunması, normativ baza yaradılması çərçivəsində, həm də parlament üzvlərinin beynəlxalq konfranslarda,
seminarlarda iştirakı çərçivəsində belə bir həqiqəti geniş beynəlxalq ictimaiyyətə çatdırmaq olar ki, bu bəlaya –
terrorizmə ancaq birlikdə, bütün dünya ictimaiyyətinin iştirakı ilə qalib gəlmək mümkündür.
B o r i s Q r ı z l o v: Mən bu cavaba əlavə etmək istəyirəm: beynəlxalq təşkilatlarda bu və ya digər
hadisəyə dair öz baxışlarımızın müdafiə olunması işində razılaşdırılmış və birgə mövqedən çıxış etmək çox
vacibdir. Beynəlxalq təşkilatlarda, məsələn, Avropa Şurası Parlament Assambleyasında bizim belə qarşılıqlı
fəaliyyət təcrübəmiz artıq olmuşdur. Orada Rusiya və Azərbaycan nümayəndələri ümumi mövqe tutmuş və
deputatlarımızın qaldırdıqları məsələləri uğurla müdafiə etmişlər. Maksimum dərəcədə ahəngdarlaşdırılmış
qanunvericiliyi, xüsusilə terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyi razılaşdırmaq da çox vacibdir. Bu mə-
sələlər hüquq mühafizə orqanları ilə dəfələrlə müzakirə edilmişdir, parlamentlər isə dövlətlərimizin qanunlarının
bir-birinə maksimum yaxınlaşdırılması üçün onları nəzərdən keçirmək imkanına malikdir.
S u a l: Cənab Əliyev, jurnalistlərlə görüşdə cənab Qrızlov dedi ki, bizim ümumi cəhətlərimiz çoxdur.
Bu, doğrudanmı belədir?
İ l h a m Ə l i y e v: Ümumi cəhətlər,
həqiqətən, çoxdur. Mən əminəm ki, ən əsas ümumi cəhət öz xalqına
şərəflə, sədaqətlə, vicdanla xidmət etmək istəyidir. Zənnimcə, bu bizim hamımızı birləşdirir. Mən Boris
Vyaçeslavoviçi çoxdan tanıyıram, bir-birimizə dostluq hissləri bəsləyirik. Mən çox şadam ki, bu gün Dövlət
Dumasına belə bir adam başçılıq edir. Düşünürəm ki, xalqlarımıza xidmət etmək,
Rusiya ilə Azərbaycan
arasında qarşılıqlı fəaliyyəti möhkəmləndirmək – məhz bunlar əsas birləşdirici amillərdir.
15
RUSİYANIN MÜDAFİƏ NAZİRİ
SERGEY İVANOV
İLƏ GÖRÜŞ
6 fevral 2004-cü il
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev onun üçün ayrılmış rəsmi iqamətgahda RF-in
Müdafiə naziri Sergey İvanovu qəbul etmişdir.
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin yerinə yetirilməsi barədə ətraflı fikir
mübadiləsi aparıldı.
Prezident İlham Əliyevlə görüşdən sonra Rusiyanın Müdafiə naziri Sergey İvanov jurnalistlərə verdiyi
müsahibəsində bildirdi ki, Azərbaycanın yeni seçilmiş prezidenti ilə hərbi və hərbi-texniki əməkdaşlığın indiki
səviyyəsi və perspektivləri, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi, sabit və ardıcıl xarakter
alması məsələləri müzakirə edildi. O dedi ki, Cənubi Qafqaz regionunda təhlükəli qaynar nöqtələrdə vəziyyətin
sabitləşdirilməsi də söhbətin əsas mövzularından biri oldu. Sergey İvanov ötən il Bakıya səfər etdiyini
xatırladaraq bildirdi ki, Azərbaycana bu il də gəlmək niyyətindədir.
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ
RƏSMİ QƏBUL
Fevralın 6-da axşam Böyük Kreml sarayının Qırmızı salonunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin
və xanımı Mehriban Əliyevanın Rusiya Federasiyasının prezidenti Vladimir Putin və xanımı Lyudmila Putina ilə qısa
görüşü oldu.
Görüş başa çatdıqdan sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin adından Azərbaycan Res-
publikasının prezidenti İlham Əliyevin şərəfinə Böyük Kreml sarayının Aleksandr salonunda rəsmi qəbul təşkil
edildi.
İTAR-TASS AGENTLİYİNDƏ RUSİYA FEDERASİYASINA RƏSMİ SƏFƏRİNİN
YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI
M i x a i l Q u s m a n (
agentliyin Baş direktorunun birinci müavini)
: Biz
Rusiyaya rəsmi səfərini başa
çatdıran İlham Heydər oğlu Əliyevi salamlamağa ürəkdən şadıq. Sözün düzü, deməliyəm ki, vaxt amansızcasına
ötüb-keçir, bu sanki dünən olmuşdur, halbuki biz qələm əhlinə – jurnalistlərə həmişə diqqətlə yanaşan
Azərbaycan prezidenti Heydər Əlirza oğlu Əliyevi bu salonda salamlamaqdan şərəf duyduğumuz vaxtdan artıq
iki il keçmişdir. Nə gizlədim, biz jurnalistlər də ona məhəbbətlə yanaşırdıq. Biz ürəkdən şadıq ki, İlham Heydər
oğlu da bizimlə görüşməyi mümkün bildi.
Yeri gəlmişkən deyim və bu da sirr deyil ki, o vaxt hələ Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti
olan İlham Heydər oğlu Moskvada ilk mətbuat konfransını da bu binada keçirmişdi. Əgər etirazınız
yoxdursa,
İlham Heydər oğlundan Rusiyaya səfərinin yekunları barədə qısaca bir neçə kəlmə danışmağı xahiş edək, sonra
isə, zənnimcə, suallarımıza lütfkarlıqla cavab verəcəkdir.
İ l h a m Ə l i y e v: Çox sağ olun, mən, ilk növbədə, buraya gəlmək və jurnalistlərlə görüşmək dəvətinə
görə İTAR-TASS-ın rəhbərliyinə təşəkkür etmək istərdim. Mixail Solomonoviçin dediyi kimi, bu mənim burada
jurnalistlərlə ikinci
görüşümdür və təbii olaraq, belə bir fikirdəyəm ki, bu cür ənənə gələcəkdə də davam etdiri-
ləcəkdir. Əlbəttə, mətbuat baş verən hadisələr barədə ilk mənbələrdən məlumat almalıdır.
Mən Rusiyaya ilk rəsmi səfərimin yekunlarını çox yüksək qiymətləndirirəm. Ölkələrimizin əməkdaşlığımızı
inkişaf etdirmək, dərinləşdirmək, ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına çalışmaq
niyyəti bu səfər çərçivəsində bir daha təsdiq olundu. Bizim aramızda çox yüksək səviyyədə siyasi dialoq,
ikitərəfli münasibətlərlə, regional siyasətlə bağlı məsələlərdə qarşılıqlı anlaşma var, qlobal siyasətin bir çox
məsələlərinə baxışların oxşarlığı müşahidə edilir.
İqtisadi əməkdaşlıq
çox uğurla inkişaf edir, əmtəə dövriyyəsi ilbəil çox sürətlə artır və hər iki dövlət bunun
iki dəfə artırılmasını istəyir. Bu bizim məqsədimizdir və düşünürəm ki, buna nail olacağıq. Humanitar sahədə də
əlaqələr çox yaxşı inkişaf edir. Azərbaycan ilə Rusiya arasında həmişə dostluq, qardaşlıq münasibətləri
olmuşdur. Azərbaycanda çoxlu rus vardır. Azərbaycan vətəndaşları kimi onlar bütün hüquqlardan istifadə
edirlər. Azərbaycanda
rus mədəniyyətinin, rus dilinin qorunmasına böyük diqqət yetirilir və bu siyasət davam