27
Mən yalnız ona təəssüf edirəm ki, Sizin səfəriniz çox
qısamüddətli olmuşdur. Amma bu da təbiidir, çünki Siz bir-iki
gün ərzində bir neçə ölkəyə səfər edirsiniz. Əminəm ki, növbəti
səfərlər də uğurlu olacaqdır.
Sizə və bütün Rumıniya xalqına yeni-yeni uğurlar arzu-
layıram.
Sağ olun.
Rumıniya prezidenti Trayan Beseskunun bəyanatı
Cənab
Prezident, çox sağ olun!
İlk növbədə, mənim xahişimə cavab verdiyinizə, çox qısa
müddət ərzində bu görüşü təşkil etdiyinizə görə minnətdaram.
Mənim bu görüşüm regiondakı vəziyyətlə bağlı idi. Bizim
danışıqlarımız zamanı iki element əsas götürüldü. Cənab
prezident Əliyev, həm Siz, həm də mən həmin o məsələləri
olduqca vacib hesab edirik.
Birincisi, enerji məsələsi ilə bağlı olan danışıqlar idi.
Regiondakı enerji təhlükəsizliyi nəzərdən keçirildi və gəl-
diyimiz nəticə odur ki, Gürcüstanda baş verənlərdə kimin mə-
suliyyətli olduğunu nəzərə alıb, bundan sonra düzgün, müdrik
addımlar ataq. Biz çox ehtiyatlı olmalıyıq. Regiondakı dövlət
başçılarının müdrikliyindən istifadə edərək regionda sabitliyi
təmin
etməliyik.
Biz
sabitliyi
və
təhlükəsizliyi
gücləndirməliyik, saxlamalıyıq. Hesab edirik ki, bu sahədə
məsuliyyət regiondakı bütün ölkə başçılarının üzərinə düşür.
Böyük və ya kiçik, yaxud təsir göstərən ölkə olmasına
baxmayaraq, hesab edirik ki, regiondakı bütün ölkələr, o
cümlədən Qara dəniz regionundakı və digər regionlarda olan
ölkələr müdrik qərarlar vasitəsilə bu regionun təhlükəsizliyinə
yardım göstərməlidirlər.
Biz bu gün Gürcüstanda nələrin baş verdiyini görürük. Biz
istəyirik ki, çox qısa müddət ərzində bu hadisələr sona çatsın,
Gürcüstanın və Rusiyanın silahlı qüvvələri münaqişədən əvvəl
tutduğu mövqelərə qayıtsın. Hesab edirik ki, onlar atəşkəs
28
sazişinin müddəalarına tam riayət etməlidirlər. Bildiyiniz kimi,
bu saziş prezidentlər – Medvedev, Saakaşvili və Sarkozi tərə-
findən hazırlanmış və imzalanmış sazişdir. Biz bu istiqamətdə
addımları atmalıyıq.
Ümid edirik ki,
bu regionda istənilən nəticə
əldə olunacaq, Rusiya prezidenti cənab Medvedev, Gürcüstan
prezidenti cənab Saakaşvili və Fransa prezidenti cənab Sarkozi
tərəfindən imzalanmış saziş tam yerinə yetiriləcəkdir.
Əlbəttə, orada baş verən hadisələr böyük suallar doğur-
muşdur. Suallar onunla bağlıdır ki, regionda bundan sonra elə
bir siyasət aparılmalıdır ki, bura Avropa İttifaqı üçün alternativ
enerji mənbəyi olsun. Bu baxımdan, Azərbaycanla bizim
mövqelərimiz üst-üstə düşür. Bu gün səhər apardığımız
danışıqlar belə nəticəyə gəlməyə əsas verdi ki, enerji layihələri
ilə bağlı ilkin zəruri şərtlər mövcuddur. Region ölkələrinin,
Avropa İttifaqının mövqeyi nəzərə alınmaqla, bütün enerji
layihələri davam etdirilməlidir. Neft və qaz nəqli
infrastrukturunun inkişaf etdirilməsi vacib elementlərdən
biridir. Bu elementlər gələn illər ərzində həm region dövlət-
lərinin, həm də Avropa ölkələrinin inkişafı deməkdir.
Rumıniya Nabukko kimi yeni layihələrin həyata keçiril-
məsinə tərəfdardır. Biz hesab edirik ki, Gürcüstan bundan sonra
da bizim ən yaxşı tərəfdaşlarımızdan biri kimi qalacaqdır. Biz
bu hisslərlə Avropa İttifaqındakı dostlarımızla birgə öz
dəstəyimizi davam etdirəcəyik ki, bu elementlər enerji
siyasətimizdə prioritet olsun.
Mən bizim qarşılıqlı münasibətlərimizə, maraqlarımıza,
regiondakı vəziyyətə toxunmaq istərdim. Bizim yanaşmamızda
fərqlər yoxdur. Cənab prezident Əliyevin və mənim fikrimcə,
mövqelərimiz
tamamilə
oxşardır.
Biz
mübahisənin,
anlaşılmazlığın tərəfdarı deyilik. Ona görə həm Azərbaycan,
həm də Rumıniya hesab edir və inanır ki, bu regionda
təhlükəsizlik elə bir bünövrə, elə vacib bir əsasdır ki, onun
üzərində növbəti addımlar atılmalıdır. Həm Rumıniya, həm də
Azərbaycan hesab edir ki, «dondurulmuş» münaqişələr olan
ölkələrdə, ərazilərdə sabitliyə olan təhdidlər böyükdür. Bu