İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə5/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   ...   121

 

17 


möhkəmləndirmək,  ölkələrimizin  ərazi  bütövlüyünün  bərpa 

edilməsinə  nail  olmaq  üçün  qüvvələrimizi  daha  sıx 

əlaqələndirməli,  səylərimizi  birləşdirməliyik.  Ölkələrimiz 

arasında  münasibətlərin  inkişaf  perspektivləri  kifayət  qədər 

genişdir. Bu  münasibətlər siyasi və iqtisadi qarşılıqlı əlaqələri, 

Avropaya  inteqrasiya  məsələlərini  əhatə  edir.  Sizin  də  qeyd 

etdiyiniz  kimi,  biz  tərəfdaşlarıq,  dostlarıq, deməli,  bir-birimizə 

kömək  etməliyik.  Kənd  təsərrüfatının  Moldova  iqtisadiyyatı 

üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürük, ona görə də 

sizin  ölkədə  quraqlıq  olanda  biz  dərhal  maliyyə  yardımı 

göstərməyi  qərara  aldıq.  Məndə  olan  məlumata  görə,  sizə  ən 

çox  maliyyə  yardımı  göstərən  biz  olmuşuq  və  bu  iş  sizin 

müraciətinizdən dərhal sonra görülmüşdür. Biz qarşılıqlı maraq 

doğuran layihələrin həyata keçirilməsi istiqamətində əvvəllər də 

əməkdaşlıq  edirdik.  Bundan  əvvəl  Azərbaycandan  Moldovaya 

göndərilən  enerji  daşıyıcılarının  həcminin  artırılmasına  zərurət 

olanda biz bunu da təmin etmişdik.  

– Gələn il Azərbaycanda seçkilər ilidir. Siz öz qələbənizə 

əminsinizmi?  

– Bəli, əminəm. Biz nəzərdə tutduğumuz tədbirlərin hamısı-

nı  həyata  keçirmişik.  Mənim  2003-cü  ildə  verdiyim  bütün 

vədlərə  əməl  edilmişdir.  Yadımdadır,  mən  Azərbaycan 

regionlarının inkişafı proqramı ilə çıxış edəndə demişdim ki, bu 

bizim  inkişafımızın  əsas  istiqamətlərindən  biridir,  təkcə  Bakı 

şəhəri  deyil,  bütün  regionlar  inkişaf  etdirilməlidir.  Mən 

demişdim  ki,  prezident  seçiləcəyim  təqdirdə,  5  il  ərzində  Azər-

baycanda 600 min iş yeri açılacaqdır. Yadımdadır, o vaxt mənim 

bədxahlarımdan  bəziləri  bu  vədləri  şübhə  altına  almağa  çalışır, 

məni  populizmdə  və  seçiciləri  aldatmaqda  ittiham  edirdi.  Mən 

bunu  heç  vaxt  özümə  rəva  görməmişəm  və  indi  –  prezident 

seçiləndən 5 il sonra deyil, 4 il sonra 600 mindən artıq iş yeri 

yaradılmışdır.  Bu  müddətdə  dövlət  xərcləri  on  dəfə  artırılmış, 

1200  məktəb,  onlarca  xəstəxana,  avtomobil  yolları,  6  elektrik 

stansiyası  tikilmişdir  –  hamısını  saymaqla  qurtarmaz.  İqtisadi 

sahədə  artım  təmin  olunmuş,  bütün  transmilli  enerji  layihələri 



 18 

reallaşdırılmışdır. Buna görə də mən seçkilərə inamla gedirəm, 

mənim  insanlara  deməyə  sözüm  var,  mən  insanların  ovqatına 

bələdəm. Bizimlə rəqabət aparmağa cəhd göstərənlər bu 4 ildə 

öz kabinetlərindən bayıra çıxmamışlar. Görünür, onlar kabinet-

lərdən  çıxmağa  xəcalət  çəkirlər,  çünki  onlar  özlərini  çoxdan 

gözdən  salıblar  və  adamlara  deməyə  sözləri  yoxdur.  Bu  gün 

Azərbaycanda  ənənəvi  müxalifətin  fəaliyyət  meydanı  həmi-

şəkindən  daha  məhduddur.  Ona  görə  yox  ki,  biz  kimisə  sıxış-

dırır  və  problemlər  yaradırıq.  Xeyr,  ona  görə  ki,  biz  nəyi 

nəzərdə  tutmuşduqsa,  ölkəmiz  üçün,  onun  möhkəmlənməsi 

üçün,  təhlükəsizliyi,  inkişafı  üçün  nə  lazımdırsa,  hamısını 

edirik. Buna görə də hesab edirəm ki, 2008-ci il əvvəlki illərdən 

fərqlənməyəcək, bizim 2003-cü ildə nəzərdə tutduğumuz bütün 

planların həyata keçirilməsi ili olacaqdır.  

–  Yəqin  ki,  uşaqlıqda  prezidentlik  arzusunda 

olmamısınız?  

– Yox.  

– Sirr deyilsə, kim olmaq istəyirdiniz?  

–  Uşaqlıqda  mən  general  olmaq  istəyirdim.  Atam  Heydər 

Əliyev  general  olanda  mənim  6  yaşım  vardı.  Əlbəttə,  hərbi 

forma,  general  poqonları  bütün  uşaqlar  üçün  xüsusi  ehtiram 

predmetidir.  Uşaqlıqda  biz  hamımız  müharibə  oyunları  oyna-

yırdıq,  hamımız  özümüzü  böyük  sərkərdələr  kimi  təsəvvür 

edirdik.  Mənə  gəldikdə  isə,  hər  gün  generalı  evimizdə  gö-

rürdüm. Buna görə də təbii ki, mən də atam kimi general olmaq 

arzusunda  idim.  Mən  general  olmadım,  lakin  bütün  başqa 

məsələlərdə atam kimi olmağa çalışıram.  



– Müsahibəyə görə Sizə bir daha təşəkkür edirəm.  

– Sağ olun. 




 

19 


 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

MÜASİR TİPLİ KÖRPÜNÜN VƏ YENİ YOLUN 

AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR 

 

19 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikası  Prezidentinin  «Bakı  şəhərində 

nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  üzrə  2006–2007-ci  illər 

üçün  Tədbirlər Planının təsdiq edilməsi haqqında»  2006-cı il 

2 fevral tarixli sərəncamına uyğun olaraq, paytaxtda inşa edilə-

cək 9 yol qovşağının – körpünün sayca yeddincisi dekabrın 19-

da istifadəyə verilmişdir. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  açılış  mərasimində  iş-

tirak etmişdir. 

Mərasimə  toplaşan  inşaatçılar,  paytaxt  sakinləri  dövlə-

timizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. 

Nəqliyyat  naziri  Ziya  Məmmədov  prezidentə  məlumat  verdi 

ki, üçüncü mikrorayon dairəsindəki bu yol ötürücüsünün ümumi 

uzunluğu  1249  metr,  eni  19,8  metr,  hərəkət  hissəsi  isə  17 

metrdir. Əsas körpünün uzunluğu 776,7 metrdir. Cavad xan və 

Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən və tikintisinə 

ötən ilin iyununda başlanan  yol  ötürücüsü  dörd istiqamətlidir. 

Nəqliyyat  Nazirliyinin  sifarişi  ilə  «Körpübinatikinti»  MMC 

tərəfindən tikilmiş yol ötürücüsündə 23,53 min kubmetr dəmir-

beton işləri görülmüşdür. 

Prezident  İlham  Əliyev  yol  ötürücüsünün  tikintisini  əks 

etdirən fotoşəkillərə  baxdı,  salınmış yolların  keyfiyyəti,  nəqliy-

yatın  bütün  istiqamətlərə  hərəkətinin  tənzimlənməsi  ilə 

maraqlandı. 

Bildirildi  ki,  bu  körpü  həm  də  əvvəllər  hərəkətin  nizamsız 

vəziyyətdə olduğu bu ərazidə tənzimləyici rol oynayır. 20 Yan-

var dairəsindən üçüncü mikrorayon bazarınadək və əks istiqa-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə