17
Muxu Əliyev Xatirə kitabına ürək sözlərini yazdı, görkəmli
şəxsiyyətin şərəfli adını daşıyan fondla tanışlıqdan zəngin
təəssürat aldığını ifadə etdi.
Anar Ələkbərov fondun prezidenti Mehriban xanım Əli-
yevanın adından Dağıstan Respublikasının prezidentinə «Qa-
rabağ xanəndələri» musiqi albomunu hədiyyə etdi.
Dağıstan Respublikasının Prezidenti M.Əliyev xatirə olaraq
fonda hədiyyə təqdim etdi.
Dağıstan Azərbaycan sərmayələrinə böyük
maraq göstərir
Aprelin 30-da Azərbaycanın Baş naziri Artur Rasizadə
Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Prezident Muxu Əliyev Rusiya Federasiyasının mühüm
subyektlərindən biri olan Dağıstan ilə Azərbaycan arasında
əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq
bildirdi ki, bu qarşılıqlı münasibətlərin çoxəsrlik tarixi var. O,
iqtisadi münasibətlərin inkişafından danışaraq dedi ki, Çeçenis-
tan Respublikasında vəziyyət sabitləşdikdən sonra Dağıstan
özünün müxtəlif sahələrinə sərmayələr cəlb etməyə başla-
yacaqdır. Əvvəllər respublikanın hüdudlarından kənarda sər-
mayə yatıran Dağıstan biznesmenləri indi öz diyarının iqtisa-
diyyatına da vəsait qoyurlar. Azərbaycanın regionda həqiqətən
lider dövlətə çevrildiyini vurğulayan qonaq bildirdi ki, onun
respublikası Azərbaycan sərmayələrinə də maraq göstərir.
Azərbaycan–Dağıstan münasibətlərinin kifayət qədər yüksək
səviyyədə olduğunu vurğulayan Baş nazir Artur Rasizadə
iqtisadi əlaqələri genişləndirməyin zəruriliyini bildirdi. O dedi
ki, Azərbaycan yaxşı perspektivləri olan qarşılıqlı surətdə
faydalı əməkdaşlığın dərinləşməsinə yönəldilən layihələri dəs-
təkləyəcəkdir. Hökumət başçısı nümayəndə heyətinin üzvlərinə
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun
dincliklə həlli üçün ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə
19
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
RUSİYA FEDERASİYASI DAĞISTAN
RESPUBLİKASININ PREZİDENTİ
MUXU ƏLİYEV İLƏ GÖRÜŞÜ
Prezident sarayı
30 aprel 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 30-da Prezident sarayında Rusiya Federasiyası Da-
ğıstan Respublikasının Prezidenti Muxu Əliyevi qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiya-
sının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası
arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu
ki, bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsi vacib və
zəruridir.
20
DAĞISTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
30 aprel 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 30-da Prezident sarayında Rusiya Federasiyası Dağıs-
tan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
İ l h a m Ə l i y e v: Hörmətli Muxu Gimbatoviç!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram, xoş
gəlmisiniz! Əminəm ki, ölkəmizə səfəriniz xalqlarımız arasında
daha sıx münasibətlər olmasına xidmət edəcəkdir.
Biz Muxu Gimbatoviçlə çox dərin tarixi kökləri olan
əməkdaşlığımızın bütün məsələləri barədə ətraflı fikir mü-
badiləsi apardıq. Bu gün xalqlarımızın inkişafının indiki mər-
hələsində iqtisadi sahədə, təhlükəsizliyin möhkəmlənməsi
məsələlərində, humanitar sahədə bu əməkdaşlıq bizə gərəkdir.
Bütün istiqamətlərdə mövqelərimiz eynidir və bu çox vacibdir.
Biz Dağıstanla dərin tarixi, çoxəsrlik ənənələri olan qar-
daşlığımıza sadiqik. Müstəqil dövlət kimi, indi Azərbaycan
Rusiya ilə mehriban qonşuluğa və dostluğa əsaslanan müna-
sibətlərini çox səmərəli şəkildə qurur. Rusiyanın bir hissəsi olan
Dağıstanın bizim qəlbimizdə xüsusi yeri var. Ona görə də bu
gün qardaş Dağıstanın mötəbər nümayəndə heyətini, onun
bütün rəhbərliyini görməyimə çox şadam və əminəm ki,
ölkəmizə səfəriniz çox uğurlu olacaq, əməkdaşlığımız bundan
sonra da fəal surətdə davam edəcəkdir.