İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 89 ____________________________ 
 
geniş istifadə olunur. 
Müasir  kriptoqrafiyada  şifrələmənin  açıq  alqoritmindən 
istifadə  edilir.    İndiki  zamanda  sınaqdan  çıxmış  onlarla 
alqoritm  istifadə  edilir.  Belə  alqoritmlərə  misal  kimi 
aşağıdakıları göstərmək olar: 

 
Simmetrik  DES,  AES,  DÜST  28  147-89,  Camellia, 
Twofish, Blowfish, IDEA, RC4 və s.; 

 
Asimmetrik RSA və Elqamai (El-Qamal); 

 
Xeş-funksiya  MD4,  MD5,  MD8,  SHA-1,  SHA-2,  DÜST 
R 34.11-94 və s. 
Bir  çox  ölkələrdə  standart  milli  şifrələmədən  istifadə 
olunur.  2001-ci  ildə  ABŞ-da  AES  (Rindael  alqoritminə 
əsaslanan,  açarın  uzunluğu  128,  192  və  256  bit  olan) 
standart  simmetrik  şifrələmədən  istifadə  edilir.  Rusiya 
Federasiyasında  DÜST  28  147-89  standartına  üstünlük 
verilir.
 
 
 
 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 90 ____________________________ 
 
 
 
Əbu  Yusif  Yaqub  ibn  İshaq  əl-Kindi  (elm  aləmində  əl-
Kindi  kimi  məşhurdur)  ərəb  filosofu,  riyaziyyatçı,  musiqi 
nəzəriyyəçi,  astronom  kimi  tanınır.  İraqın  Bəsrə  şəhərində 
(bəzi  məlumatlara  görə  Kufə  şəhərində)  anadan  olmuşdur. 
Mühəmməd ibn Musa əl-Xorezmi tərəfindən Bağdadda təşkil 
olunmuş  “Müdriklər  evi”n-də  keçirilən  tədbirlərdə  iştirak 
etmiş,  orada  elmi  işlər  ilə  məşğul  olmuşdur.  Bağdada 
rəhbərlik  edən  əl-Mamunun  (813-833-ci  illər)  və  əl-
Mutasimin  (833-842-ci  illər)  əziz  (istəkli)  adamlarından  biri 
olmuşdur.  Sonrakı  illərdə  (əl-Mütavəkkilin  rəhbərliyi 
dövründə) daim şəhərdən-şəhərə qovulmuş, təqib olunmuş, 
daim  axtarışda  olmuşdur.  əl-Kindi  metafizika  elmində  çoxlu 
sayda  traktatların  müəllifidir.  Bununla  yanaşı  məntiq,  etika, 
riyaziyyat,  kriptoqrafiya,  astrologiya,  təbabət,  metrologiya, 
optika, musiqi kimi elm sahələri  ilə dərindən məşğul olmuş, 
bu  elm  sahələrinə  dəyərli  tövhələrini  vermişdir.  Alimi  Qərbi 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 91 ____________________________ 
 
Avropada Alkindus kimi tanıyırlar. 
əl-Kindi  islam  aləmində  Aristotelin  əsərlərinə  müraciət 
edən  ilk  alimdir.  Aristotelin  əsərlərindən  qaynaqlanan  alim 
peripatetizmin  (materializm  ilə  idealizm  arasında  tərəddüd 
edən  qədim  yunan  filosofu  Aristotelin  nəzəriyyəsi)  əsasını 
qoyur.  Bu  ərəfədə  alim  “Aristotel  əsərlərinin  xülasəsi”,  “Beş 
mahiyyət  haqqında”,  “Yaranmanın  və  məhv  olmanın  əsas 
səbəbləri”,  “Əşyaların  müəyyən  edilməsi  və  təsvir  edilməsi” 
əsərlərini yazır. 
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir 
ki,  “qədim  (köhnə)  heç  bir  zaman  mövcud  olmayan  ola 
bilməz”. Köhnənin var olması heç bir şeydən asılı deyil, əgər 
onun  məhv  olması  üçün  bir  səbəb  yoxdursa,  o,  məhv 
olmayacaq  və  dəyişməyəcək,  çünki  o  cisim  deyil.  Alim 
kəmiyyətin  keyfiyyətə  keçməsində  əvvəli  olmayanları 
materiya adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası 
və  atributu  olmayan  (fəlsəfədə  substansiyanın  ayrılmaz 
xüsusiyyəti,  ayrılmaz  cəhəti,  məsələn,  hərəkət  materiyanın 
atributudur),  səbəbsiz,  əsli  olmayan,  vaxtından  qabaq 
dəyişməyən,  bütün  bunları  insan  düşüncəsi  anlaya  bilməz, 
bunlar  tədqiqat  obyekti  ola  bilməz,  deməli  fəlsəfə 
mövzusuda ola bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini 
dərk edə bilir.  
əl-Kindi 
“Hind 
cəbrinin 
tətbiqi”, 
“Ədədlərin 
harmoniyası”, “Rəqəmlər baxımından vahidlik”, “Bərabəryanlı 
çoxbucaqlılar”, “Dairənin iki nöqtəsini birləşdirən düz xəttin – 
xordanın  təxmini  hesablaması”,  “İzoperimetrik  məsələlər 
haqqında”,  “Sonsuz  ədədlərin  və  paralel  xətlərin  bölünməsi 
haqqında”,  “Kriptoqrafik 
məlumatların 
deşifrələnməsi 
haqqında”,  “Kürə  daxilində  qurulanlar  haqqında”,  “Kürənin 
müstəvi  üzərində  layihələnməsi  haqqında”,  “Günəş 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 92 ____________________________ 
 
saatlarının  qurulması”,  “Yerdən  Aya  qədər  olan  məsafənin 
təyin  edilməsi”,  “Səmada  baş  verənlər  haqqında”, 
“Planetlərin  hərəkəti”  və  s.  bu  kimi  sanballı  əsərlərin 
müəllifidir. 
əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə 
etmiş  və  müsiqi  səsləri  arasında  olan  intervalın  ədədlərlə 
bağlılığını  göstərmişdir.  O,  ilk  dəfə  olaraq  Şərqdə,  ərəb 
hərflərindən istifadə etməklə müsiqini nota almışdır. Alim bu 
sahədə  bir  neçə  elmi  əsər  yazmışdır.  Bunlara  “Melodiya  və 
səs  haqqında”,  “Melodiyanın  tərtib  edilmə  təcrübəsi”,  “Ritm 
haqqında”, “Musiqinin əsas bölmələri”, “Musiqi mövzusunun 
bir  neçə  səs  tərəfindən  ardıcıl  surətdə  təkrar  edilməsinin 
bölünməsi haqqında” və digər əsərləri göstərmək olar.  
əl-Kindi 
Pifaqor 
ideyalarına 
əsaslanan 
musiqi 
nəzəriyyəsindən  istifadə  etməklə  musiqi  sənəti  ilə 
makrokosmosda 
(kainatda, 
dünyada, 
aləmdə) 
və  
mikrokosmosda  (kiçik  kəmiyyətlər  aləmində,  atomlar 
aləmində)  baş  verən  çoxlu  sayda  hadisələr  arasında  olan 
əlaqəni göstərmişdir. 
Alim  musiqi  aləti  udun  simlərinin  sayını  (Ud  musiqi 
alətində  dörd  sim  vardır)  su,  torpaq,  hava  və  od  ilə, 
dünyanın dörd istiqaməti (şimal, cənub, şərq və qərb) ilə, ilin 
dörd  fəsli  (yaz,  yay,  payız  və  qış)  ilə,  bədəndəki  mayenin 
(qan,  soyuqqanlılıq,  qara  və  sarı  öd  ifrazı)  və  başqaları  ilə 
bağlılığını  elmi  surtədə  əsaslandırmışdır.  Bununla  yanaşı 
musiqidə  olan  yeddi  səsin  (notun)  Kainatda  olan  yeddi 
planetə,  ud  alətindəki  oniki  elementi  isə  (dörd  sim,  dörd 
burağac  (aşıq)  və  dörd  pərdə)  12  bürcə  uyğunluğunu 
əsaslandırmışdır.
 
 
əl-Kindi  “Şüalar  haqqında”,  “Yandırıcı  güzgülər 
haqqında”,  “Səmanın  mavi  rəngdə  olmasının  səbəbi”, 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə