İnformasiya-kommunikasiyanın işlənmə texnologiyaları Texnologiya anlayışı. İnformasiya texnologiyaları Son illərdə «Kompyuter texnologiyası»


İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə



Yüklə 16,56 Kb.
səhifə8/8
tarix14.03.2022
ölçüsü16,56 Kb.
#84490
1   2   3   4   5   6   7   8
2774T esaslari movzu4

İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə:

1-ci mərhələ (1960-1970-ci illər)-hesablama mərkəzində kollektiv istifadə rejimində verilənlərin emalı. İnformasiya texnologiyasının inkişafının əsas istiqamətini insanın yerinə yetirdiyi əməliyyatların (əsasən hesablama tipli) avtomatlaşdırılması təşkil edirdi.

2-ci mərhələ (1980-ci illərdən sonra) - strateji məsələlərin həllinə yönəlmiş informasiya texnologiyalarının yaradılması.

Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə:

1-ci mərhələ (60-cı illərin sonuna qədər) - məhdud imkanlı aparat vasitələri şəraitində böyük həcmli verilənlərin emalı problemi ilə xarakterizə olunur.

2-ci mərhələ (70-ci illərin sonuna qədər) - III nəsil kompüterlərin (IBM 360, EC seriyalı EHM və s.) geniş yayılması ilə əlaqələndirilir. Bu mərhələnin problemi proqram təminatının aparat vasitələrinin inkişafından geri qalmasında idi.

3-cü mərhələ (80-cı illərin əvvəlindən) - kompüter qeyri-peşəkar istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar qəbuletmənin təminatı vasitəsinə çevrilir. Bu mərhələnin əsas problemi istifadəçilərin təlabatlarını maksimum ödəmək və kompüter mühiti ilə işləmək üçün əlverişli interfeys yaratmaqdan ibarət idi.

4-cü mərhələ (90-cı illərin əvvəllərindən) - təşkilatlararası əlaqələrin və informasiya sistemlərinin müasir texnologiyasının yaradılması. Bu mərhələnin çoxlu problemləri var. Onlardan əsasları aşağıdakılardır:

- kompüter əlaqələri üçün razılaşmalarm, standartların və protokolların hazırlanması;

- strateji informasiyaya müraciətin təşkili;

- informasiyanın mühafizəsinin və təhlükəsizliyinin təşkili. -Xidmət və konsaltinq (məsləhət) firmaları və s.



Avtomatlaşdırılmış iş yerləri

Hazırki dövrdə iqtisadi informasiyanın işlənməsində avtomatlaşdırılmış iş yerləri (AİY) geniş tətbiq edilir. Avtomatlaşdırılmış iş yeri (AİY)- avtomatlaşdırılmış informasiya sistemləri, avtomatlaşdırılmış idarəetmə sistemləri ilə istifadəçi arasında qarşılıqlı əlaqələrin informasiya, texniki, riyazi-proqram və təşkilati-hüquqi üsul, vasitə və prosedurları yığımıdır.

AİY-nin yaradılması zamanı əsas prinsiplərdən biri onun iqtisadi obyektlərin idarəedilməsində dəyişən şəraitə adaptasiya olunmasıdır. İş yerindən inzibatçıya çatdırılan məlumatlar informasiyalı, gerçək, tam və operativ olmalıdır. Avtomatlaşdırılmış iş yerlərindən inzibatçıya göndərilən verilənləri dərketmə baxımından tam aydın olmalı və qərarların qəbul edilməsi və planlaşdırmaya tam yararlı şəkildə təsvir edilməlidir. Bu mənada AİY-nin yaradılması zamanı onların məntiqi quruluş və tərkibinə xüsusi diqqət yetirilməlidir. Müasir AİY intellektual sistemlərin ideologiyalarına istinad etməli, avtomatlaşdırılmış layihələndirmə prinsipləri ilə qurulmalıdır.

Hər bir müəssisədə AİY rejimində istifadəçi ilə kompüter arasında dialoq menyu prinsipində qurulur. Müəssisədə həll olunan məsələlərin xarakterindən asılı olaraq menyuya aşağıdakı iş rejimlərini təmin edən müxtəlif proqramlar daxil edilir: kompüterin nizamlanması, linqvistik vasitələrin daxil edilməsi, sənədlərin növü, redaktə, servis, kömək.



Yeni texnologiya şəraitində informasiya təminatı funksiyasını yerinə yetirən avtomatlaşdırılmış informasiya sistemi aparıcı mövqeyə malikdir.
Yüklə 16,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə