İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur


İnformasiyanın dəqiqliyi – lazımi siqnalın vaxtlı-vaxtında alınmasının kafiliyini təyin edir



Yüklə 8,9 Kb.
səhifə2/2
tarix24.12.2023
ölçüsü8,9 Kb.
#157931
1   2
informatika

İnformasiyanın dəqiqliyi – lazımi siqnalın vaxtlı-vaxtında alınmasının kafiliyini təyin edir.
Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir.
Etibarlı informasiya düzgün qərar qəbul etməyə imkan verir. Etibarlı olmayan informasiya bu hallarda ola bilər:
  • qəsdən (gözlənilməz) təhrif halında;
  • səs-küyün təsiri nəticəsində;
  • real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı.

  • İnformasiyanın faydalılığı – onun hər hansı məsələnin həllində faydalı rolu ilə qiymətləndirilir.
    İnformasiyanın aydınlığı – onun elə şəkildə ifadəsidir ki, o informasiyanı alan şəxs tərəfindən başa düşülən olsun.
    Qiymətlilik – alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması deməkdir.

İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən qəbulediciyə rabitə kanalı vasitəsilə ötürülür.Ötürücüdən qəbulediciyə verilərkən istifadə olunan məlumat daşıyıcısı kanal adlanır. Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur:
  • Vizual – göz vasitəsilə qəbul edilir.
  • Dad – dil vasitəsilə qəbul edilir.
  • Qoxu – burun vasitəsilə qəbul edilir.
  • Audio (səs) – qulaq vasitəsilə qəbul edilir.
  • Taktil (hisssiyat) – dəri vasitəsilə qəbul edilir.

  • İnsan informasiyanın təqribən 90 %-ni göz vasitəsilə, 9%-ni qulaq vasitəsilə, 1%-ni isə digər duyğu üzvləri vasitəsilə qəbul edir.

Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: — hesabi (və ya rəqəm tipli); — mətn (və ya simvol tipli); — məntiqi tipli; — göstərici tipli. 
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»). Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı rəngli»). Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması doğru deyil»). Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə görə də xarakterizə edilir.
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.
Diqqətinizə görə təşəkkür edirik!
Yüklə 8,9 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə