İmmunologiya


) Allergik reaksiyaların formalaşmasında immunoqlobulin İgA rolu nədədir?



Yüklə 1,35 Mb.
səhifə2/15
tarix17.11.2017
ölçüsü1,35 Mb.
#10733
1   2   3   4   5   6   7   8   9   ...   15

71) Allergik reaksiyaların formalaşmasında immunoqlobulin İgA rolu nədədir?
A) İmmunkompleksli allergik reaksiyalarda

B) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarında

C) Tez tipli allergik reaksiyalarda

D) Yerli immunitet sisteminin (s IgA) və müxtəlif mənşəli allergenlərin neytrallaşmasının ümumi sisteminin formalaşmasında

E) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.89
72) Allergik reaksiyaların inkişafında immunoqlobulin İgE rolu nədədir?
A) Tez tipli allergik reaksiyaları formalaşdırır

B) İmmunkompleksli allergik reaksiyaların formalaşmasında iştirak edir

C) Sitotoksik immun reaksiyalarda iştirak edir

D) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır

E) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarının formalaşmasında iştirak edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
73) Hiperqlobulinemiya E hansında müşahidə olunmur?
A) Bəzi virus xəstəliklərində

B) Allergik xəstəliklərdə ; uşaqlarda xroniki qranulematozlarda

C) Atopiyada

D) Timusun hipoplaziyasında

E) Helmintozlarda
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.104
74) Zərdabda immunoqlobulin İgE normada qatılığı (nq\l) hansıdır?
A) 2-10 nq\l

B) 30-50 nq\l

C) 10-20 nq\l

D) 5-10 nq\l

E) 50-70 nq\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
75) Zərdabda immunoqlobulin IgG normal qatılığı (q\l) hansıdır?
A) 20-22 q\l

B) 21-24 q\l

C) 8-16 q\l

D) 3-6 q\l

E) 2-4 q\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.105
76) Zərdabda immunoqlobulin IgM normal qatılığı (q\l) hansıdır?
A) 3,5-7 q\l

B) 2-8 q\l

C) 5-10 q\l

D) 0-5 q\l

E) 0,5-1,9 q\l
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.107
77) İmmunoqlobulinlərin əsas siniflərinin təyini nəyin əsasında aparılır?
A) Presipitasiyanın

B) Sitotoksikliyin

C) Lizisin

D) Opsonizasiyanın

E) Aqqlütinasiyanın
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.38
78) Komplement sisteminin zülalları harada sintez olunmur?
A) Qanın monositlərində

B) Limfositlərdə

C) Bazofillərdə

D) Toxuma makrofaqlarında

E) Hepatositlərdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
79) Bunlardan hansı komplement sisteminin tənzim olunması yollarına aid deyil?
A) Alternativ yolun ingibitorları

B) Müxtəlif komponentlərin parçalanmasının müəyyən sürəti

C) Müxtəlif komponentlərin sintezinin müəyyən sürəti

D) Klassik yolun ingibitorları

E) Mərkəzi sinir sistemi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
80) Hansı komplement sisteminin bioloji effekti deyil?
A) Xemotaksis

B) Sitoliz

C) Öz zülallarının katabolizmi

D) Tosqun hüceyrələr və bazofillərin deqranulyasiyası

E) Əkscisimgenez
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.52
81) Komplement sisteminin rolu nədən ibarətdir?
A) İmmunkompleksli allergik reaksiyalarda iştirak edir

B) Tez allergik reaksiyalarda iştirak edir

C) Ləngimə tipli allergik reaksiyalarda iştirak edir

D) Sitotoksiki immun reaksiyalarda iştirak edir

E) Allergik reaksiyalarda iştirak etmir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.52
82) “İmmundefisit” anlayışının tam və dəqiq təyini hansıdır?
A) T-limfositlərin və subpopulyasiyalarının miqdarının azalması

B) İmmunoloji cavabda iştirak edən hüceyrələrin funksional aktivliyinin pozulması nəticəsində immunitet sistemində olan dəyişikliklər

C) B-limfositlərin miqdarının azalması

D) İmmunkompetent hüceyrələrin miqdarca defisiti ilə şərtlənən immunitet sistemində olan dəyişikliklər

E) Hüceyrələrin yetişmə mərhələsində, differensasiya, funksional aktivliyi və miqdarının pozulması nəticəsində immunitet sistemində olan dəyişikliklər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.298
83) T-asılı reaksiyalara hansı aid deyil?
A) Sadalananların hamısı

B) Kontakt hiperhəssaslıq

C) Reagin tipli reaksiyalar

D) Transplantatın qopma reaksiyası

E) Tuberkulin reaksiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
84) Hansı antigenlərdən T asılı reaksiyalar baş vermir?
A) Həll olan antigenlərdən

B) Korpuskulyar antigenlərdən

C) Hüceyrədaxili yerləşmiş antigenlərdən

D) Sadalananların hamısından

E) Kompleks antigenlərdən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
85) T-asılı reaksiyaların immunoloji mexanizmi hansıdır?
A) T-limfositlərin sensibilizasiyası

B) Sitotoksiki anticisimlərin əmələ gəlməsi

C) Reagin anticisimlərin əmələ gəlməsi

D) Sadalananların hamısı

E) İmmunkomplekslərinin əmələ gəlməsi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
86) T-asılı reaksiyaların immunoloji mərhələsində hansı iştirak etmir?
A) T-köməkçi

B) T-supressorlar

C) T-effektorlar

D) Plazmatik hüceyrələr

E) Makrofaqlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
87) Nə üçün T-asılı reaksiyalar zamanı allergenlərin eliminasiyası baş vermir?
A) Bilavasitə limfotoksinin antigenə sitotoksiki təsirindən

B) Antigenə qarşı həssaslaşmış T-limfositlərin birbaşa sitotoksiki təsirindən

C) Sadalananların hamısı doğrudur

D) Makrofaqların lizosomal fermentlərinin sitotoksiki təsirindən

E) Bilavasitə komplementin antigenə sitotoksiki təsirindən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.77
88) Aşağıdakılardan hansı T-asılı reaksiyaların mediatorlarına aid deyil?
A) Histamin

B) Makrofaqların miqrasiyasının ləngimə faktoru

C) Limfotoksin

D) İnterleykin

E) Xemotaksik faktorlar
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.189
89) Bunlardan hansı birincili komplement sisteminin immundefisitinə aiddir?
A) X-xromosomla ilişikli aqammaqlobulinemiya

B) Sindrom Di Corci

C) Anadangəlmə angionevrotik ödem

D) Cob sindromu

E) Lui-Bar sindromu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,cтр.148
90) Bunlarda hansı ikincili immundefisitin əlamətləri deyil?
A) Hər hansı yaş dövründə büruzə verən immunitet sistemində dəyişikliklər

B) Müxtəlif növ patologiyaların və ya xarici təsirlərin nəticəsində baş verən immunitet sistemində dəyişikliklər

C) Sadalananların hamısı

D) Helmintlər, bakterial və virus infeksiyaları, dərman, kimyəvi maddələrin, şüalanmanın təsirindən daha çox baş verən immunitet sistemində dəyişikliklər

E) Genetik determinasiya olmuş immunitet sistemində dəyişikliklər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. Стр.169
91) Kontakt hiperhəssaslıq reaksiyaları zamanı hansından istifadə olunur?
A) Applikasiyalı dəri sınaqlarından

B) Dəridaxili sınaqlardan

C) Skarifikasiyalı dəri sınaqlarından

D) Sadalananların hamısından

E) Prik-testlərdən
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
92) Allergik xəstəliklərə hansı aiddir?
A) Pollinoz

B) İnfeksion-allergik miokardit

C) İdiopatik fibroz alveoliti

D) İdiopatik Kvinke şişi

E) Miasteniya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.141
93) Hansının formalaşması psevdoallergik mexanizmlə izah olunmur?
A) Artyus fenomeni

B) Uanye sindromu

C) Selye fenomeni

D) Borde fenomeni

E) Şvarsman fenomeni
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
94) Psevdoallergik reaksiyaların baş verməsi üçün hansı xarakter deyil?
A) Sensibilizasiya dövrünün olması

B) Histamin-diaminminoksidaza sistemində dəyişikliklər

C) Enzimopatiya

D) Reaksiyanı törədən maddənin əhəmiyyətli miqdarda olması

E) Sensibilizasiya dövrünün olması ; enzimopatiya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.164
95) Bunlardan hansı T-asılı allergik reaksiyaları xarakterizə etmir?
A) Limfomonositar infiltrasiya

B) Həssaslaşmış limfositlərin köməkliyi ilə allergiyanın passiv keçməsi

C) Qan serumunda allergik anticisimlərin olması

D) Sadalananların hamısı

E) Dəri reaksiyasının 24-48 saatdan sonra inkişaf etməsi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
96) Kontakt allergiyanın baş verməsi zamanı hansı mümkün deyil?
A) Sağlam dəriyə allergenin applikasiyası vacibdir

B) Sistem reaksiyasının tez baş verməsi mümkündür

C) Sağlam və zədələnmiş dəriyə allergenin applikasiyası

D) Stimulyatorlarla allergenin yeridilməsi göstərişdir

E) Zədələnmiş dəridən keçməklə allergenin applikasiyası vacibdir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
97) Sitotoksiki reaksiyalar üçün hansı xarakter deyil?
A) Antigenin hüceyrənin tərkib hissəsinin olması

B) Hüceyrənin səthində antigenin olması

C) Antigen və anticismin hüceyrənin səthində olması

D) Komplementin iştirakı

E) Hüceyrənin səthində anticismin olması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
98) Psevdoallergik reaksiyalar üçün hansı xarakter deyil?
A) Kimyəvi strukturuna görə müxtəlif maddələrin qəbulundan sonra dözülməzlik reaksiyasının üzə çıxması

B) Maddənin ilk qəbulundan sonra reaksiyanın baş verməsi

C) Sensibilizasiya dövrünün olması

D) Spesifik immunoqlobulin IgE sinfinin olmaması

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.392
99) Artyus fenomeninin aparıcı əlamətləri hansıdır?
A) Sadalananların hamısı

B) Nekroz ocağı ilə yerli qan dövranının pozulması

C) Endotelin dağılması

D) Trombun əmələ gəlməsi

E) Damar divarının zədələnməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.156
100) Bunlardan hansı allergen ola bilər?
A) Sadalananların hamısı

B) Tozcuq

C) Ultrabənövşəyi şüalar

D) Rentgen şüaları

E) Soyuq
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
101) Ləngimə tipli allergik reaksiyalarda hansı ola bilməz?
A) Zərdabın köməkliyi ilə allergiyanın passiv keçməsi

B) Hüceyrələrin vasitəsi ilə allergiyanın passiv keçməsi

C) Həssaslaşmış orqanizmin toxuma kulturasına allergenin toksiki effekti

D) Limfositlərlə infiltrasiya

E) Mononuklear infiltrasiya
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82
102) Həssaslaşma fazası necə səciyyələləndirilir?
A) Sadalananların hamısı

B) Anticisim əmələgəlmə prosesləri

C) Qeyri-antigen qıcıqlandırıcılara qarşı reseptorların hissiyyatının artması

D) Həssaslaşmış orqanizmin orqan və toxumalarının spesifik allergeni birləşdirmək qabiliyyətinin artması

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.74
103) İnsanda İgE sinfi anticisimlərinin məhsulları nədən asılıdır?
A) Genetik faktorlardan

B) Sadalananların hamısından

C) Allergenin xassələrindən

D) Allergenin dozasından

E) Adyuvantın effektindən
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
104) İnsanda aktiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?
A) 24 saat

B) 2-3 saat

C) 7-8 gün

D) 4 gün


E) 30-50 gün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
105) Passiv həssaslaşmanın minimal davametmə müddəti nə qədərdir?
A) 30-50 gün

B) 24 saat

C) 2-3 saat

D) 7-8 gün

E) 4 gün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
106) İnsanda aktiv həssaslaşmanın optimal müddəti nə qədərdir?
A) 7-8 gün

B) 30-50 gün

C) 4 gün

D) 24 saat

E) 3 il
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.48
107) Həssaslaşmış orqanizmə allergenin daxil olmasının yolları hansıdır?
A) Dəridaxili allergenin daxil olması

B) Sadalananların hamısı

C) Allergen aerozolu ilə inqalyasiya

D) Yaraya allergenin düşməsi

E) Enteral yol
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.249
108) Reagin anticisimlərinin əmələgəlməsini törədə bilən allergenlər hansıdır?
A) Zərdab

B) Kif göbələklərinin sporları

C) Bitki tozcuğu, epidermal substansiya

D) Sadalananların hamısı

E) Difteriya anatoksini
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.80
109) Reagin mexanizmi hansı xəstəliklərin əsasında durur?
A) Zərdab xəstəliyinin

B) Kontakt dermatitin

C) Atopik bronxial astmanın

D) Sadalananların heç birinin

E) Ekzogen allergik alveolitin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
110) Böyüklərdə atopik xəstəliklər zamanı daha çox rast gəlinən həssaslaşma yolları hansıdır?
A) Enteral

B) Dərialtı

C) İnqalyasiya

D) Sadalananların hamısı

E) Venadaxili
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.249
111) Bunlardan hansı “şok” orqan və toxuması ola bilməz?
A) Qan hüceyrələri

B) Sümük toxuması

C) Sümük və sinir toxuması

D) Dəri


E) Sinir toxuması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
112) Aşağıdaklardan immunoloji reagin hansıdır?
A) İgA

B) İgG2


C) İgG1

D) İgG


E) İgE
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
113) Aşağıdakılardan hansı “reagin” termininin sinonimidir?
A) Həssaslaşmış-dəri anticismi

B) Homositotrop anticisim

C) Anafilaktik anticisim(əkscisim)

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.79
114) Hansının membranında İgE reseptorları olur?
A) Monositlərin

B) Sadalananların hamısının

C) Bazofillərin, tosqun hüceyrələrin, limfositlərin

D) Sadalananların heç birinin

E) Eritrositlərin
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.112
115) İgE maksimal miqdarı hansı yaşda olmur?
A) 4 yaşına qədər

B) Sadalananların hamısında

C) 12-14 yaş

D) 5-6 yaşda

E) 20-40 yaş
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
116) Periferik qanda T-limfositlərin normada miqdarı(%) nə qədərdir?
A) 30-60 %

B) 20-40 %

C) 55-75 %

D) 10-20 %

E) 80-90 %
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.61
117) Periferik qanda B-limfositlərin normada miqdarı (%) nə qədərdir?
A) 60-80 %

B) 30 %


C) 80-90 %

D) 40-60 %

E) 10-20 %
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.75
118) Tosqun hüceyrələr hansı reseptora malikdir?
A) Fab-fraqmentinə İgM

B) Fc-fraqmentinə İgE

C) Fab-fraqmentinə İgE

D) Fab-fraqmentinə İgG

E) Fc-fraqmentinə İgM
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70
119) Tosqun hüceyrələr qeyri-immunoloji yolla hansı agentin təsiri nəticəsində deqranulyasiya edə bilməz?
A) Polikaleon aminlərin

B) Sadalananların hamısı

C) Rentgenkontrast maddələrin

D) Allergen-İgE kompleksinin

E) Opiatların
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.70
120) Anafilaktik reaksiyanın əsasında nə durur?
A) Zədələnmiş hüceyrə öz-özlüyündə antigen komponenti daşıyır,yəni allergendir və bunun sayəsində anticisimlə reaksiya verir.

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Qanda allergen-anticisim kompleksi əmələ gələrək,onların şok toxumalarında fiksasiyası

E) Orqanizmin orqan,toxuma və hüceyrələrində fiksə edən anticisimlərlə allergenin reaksiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
121) İmmunoqlobulin İgE hansı yaşda maksimal miqdarda olur?
A) Sadalananların heç birində

B) 5-6 yaşda

C) 4 yaşına qədər

D) Sadalananların hamısında

E) 12-14 yaşda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.90
122) Reaginlər hansı fiziki-kimyəvi xüsusiyyətlərə malikdir?
A) Dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır

B) 24 saatdan yuxarı otaq temperaturunda immunoloji xüsusiyyətlərin saxlanması

C) Təkrar dondurulduqda immunoloji xüsusiyyətlərini saxlayır

D) Xarici mühit faktorlarına davamlılıq

E) Termostabildir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.320
123) İgE sintez edən hüceyrələr harada ola bilməz?
A) Beyin toxumasında

B) Badamcıqlarda

C) Tənəffüs yollarının selikli qişasında

D) Dərialtı limfa düyünlərində

E) Adenoid toxumasında
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
124) Məişət allergenləri kimyəvi tərkibinə görə necə bölünür?
A) Karbohidratlar

B) Zülal-karbohidrat kompleksi

C) Yağlar

D) Zülallar

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
125) Epidermal allergenlərə hansı aiddir?
A) Yumurta

B) Dermatofaqoides

C) At kəpəyi

D) Sadalananların hamısı

E) Kitabxana tozu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
126) Epidermal allergenlərə hansı aiddir?
A) Sadalananların hamısı

B) Ocaq tozcuğu

C) Dermatofaqoides

D) Pişik tükü

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
127) At kəpəyindən allergen hansı çarpaz allergen xüsusiyyətlərinə malikdir?
A) Tetanus əleyhinə serumla

B) Sadalananların hamısı

C) Yastıq tükü allergeni ilə

D) Ev tozu allergeni ilə

E) Çinar tozcuğu allergeni ilə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
128) Bunlarda hansı daha çox heyvan mənşəli qida allergenidir?
A) Balıq

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Toyuq əti

E) Mal əti
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
129) Bunlardan hansı daha çox bitki mənşəli qida allergenidir?
A) Alma

B) Armud


C) Kartof

D) Heyva


E) Kök
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
130) Taxıl bitkilərindən hansına daha çox allergiya ola bilər?
A) Qarabaşaq

B) Mərci


C) Vələmir

D) Qarğıdalı

E) Buğdaya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
131) Hansı aşağı molekulalı allergenə aiddir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Xrom

D) Nikel


E) Kobalt
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
132) İnfeksion ekzoallergenlərə hansı aiddir?
A) Dərman

B) Sadalananların heç biri

C) Epidermal

D) Helmintlər

E) Qida
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il , səh.249
133) Aspergil cinsindən olan göbələyə həssaslaşma zamanı bronxial astmanın kəskinləşməsi nə vaxt olur?
A) Dekabrdan marta qədər

B) Apreldən maya qədər

C) Maydan avqusta qədər

D) Sentyabrdan oktyabra qədər

E) Mayda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
134) İgE üçün yüksəkaffinli reseptorlar harada yerləşir?
A) Neytrofillərdə

B) Eozinofil və monositlərdə

C) Limfosit və trombositlərdə

D) Tosqun hüceyrələr və bazofillərdə

E) Makrofaqlarda
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
135) IgE üçün aşağı affinli reseptorlar harada yerləşir?
A) Makrofaqlarda

B) Sadalananların hamısında

C) Sadalananların heç birində

D) Limfositlərdə,monositlərdə,trombositlərdə,eozinofillərdə

E) Tosqun hüceyrə və bazofillərdə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
136) Allergiyanın mediatorlarının təsnifatına hansı qrup daxildir?
A) Humoral mediatorlar

B) Sadalananların heç biri

C) Mövcud mediatorlar

D) Toksiki mediatorlar

E) Nukleokinetik mediatorlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.320
137) Bazofil və tosqun hüceyrələrdə hansı mediatorlar mövcuddur?
A) Sadalananların hamısı

B) Histamin

C) Trombositləri aktivləşdirən faktor(TAF)

D) Leykotrien C4, D4, E4

E) Eozinofil hemotaksis faktor(EXF)
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il,səh.113
138) Allergik reaksiyalarda tosqun hüceyrələr və bazofillərdə allergiyanın hansı mediatorları əmələ gəlir?
A) Asetilxolin

B) Histamin

C) Leykotrien C4, D4, E4

D) Serotonin

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il , səh.65
139) Allergik reaksiyalarda histaminin rolu nədən ibarətdir?
A) Damar keçiriciliyini aşağı salmaq və saya əzələnin boşalma qabiliyyəti

B) Damar keçiriciliyini artırmaq və saya əzələni yığmaq qabiliyyəti

C) Allergik reaksiya zonasında II sıra hüceyrə-hədəfi cəlb etmək qabiliyyəti

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302
140) Histamin reseptorlarının neçə tipi vardır?
A) 5 tipi

B) 2 tipi

C) 1 tipi

D) 4 tipi

E) 3 tipi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.302


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə