İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə14/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   10   11   12   13   14   15   16   17   ...   87

dan  əlavə  yem  vasitəsilə  mikoplazmanın,  pasterellyozun,  infek- 
sion  bronxitin  və  s.  xəstəlik  törədicilərinin  quşlar  arasında  və 
quş  sexləri  arasında  yayılması  təsdiq  edilmişdir.  Ona  görə  də 
yemlərin  qeyd  olunan  xəstəlik  törədicilərinə  görə  yoxlanması 
çox  vacibdir.  Taxıl  məhsulları  və  qarğıdalı  dəninin  mikotoksin- 
lərə görə yoxlanmasının böyük əhəmiyyəti var, çünki mikroksin- 
lər  immunodepressiya  törədərək  bakterial  virus  və  parazitar  in- 
feksiyaların  baş  verilməsinə  səbəb  olur.
Yemlər xüsusi  anbarlarda yığım halında və ya kisələrdə sax­
lanır  və  onların  gəmiricilərlə  və  həşaratlarla  kontaktına  yol  ve­
rilməməlidir.  Quşçuluq  təsərrüfatlarında  quşların  sonrakı  yetiş­
dirilməsi  inkubatorlardan  götürülmüş  cücələrin  keyfiyyətindən 
çox  asılıdır.
Cücələr bəzən  inkubasiya  dövründə  xəstəlik  törədicilərinin 
/infeksion  lainqotraxet/  daşıyıcıları,  bəzən  isə  həyatlarının  ilk 
günündən  başlayaraq  xroniki,  subkliniki  formalı  infeksiya  törə­
dicilərinin  /xlamidioz,  infeksion  zökəm/  daşıyıcıları  ola  bilər. 
Ona  görə  də  cücə  qruplarından  müəyyən  qədəri  laboratoriya 
müayinələri  üçün  götürülüb  istifadə  edilməlidir.
Müəayinələrdə  aşağıdakı  momentlər nəzərə  alınmalıdır:
Kliniki  müayinələr əsasında  omfalit,  su  itkisi,  inkişaf qüsur­
ları təyin edilir.  Patoloji-anatolik yarma aparılmaqla orqan və to­
xumalarda gedən  dəyişikliklər öyrinilir.
Bakterioloji  müayinə  əsasında  kolibakterioz,  salmanellyoz, 
stafilokokkoz,  mikroloji  müayinə əsasında  isə  aspergillyoza gö­
rə yoxlanılmalıdır.  Qan alınacaq serioloji  reaksiyalar əsasına mi- 
koplazmoza görə  müayinə  edilməlidir.
Belə  müayinələr  əsasında  quşların  göstərilən  xəstəliklərlə 
xəstə olub-olmaması  müəyyən  edilməklə yanaşı,  həm də  infek­
sion  bursal  xəstəliyinə qarşı  ana antitellərin  səviyyəsi  müəyyən 
edilməkləvaksinasiyanın  tarixi  təyin  olunur.
Quş  binalarında  mikroiqlim  göstəricilərinin  normada olması
54
müəyyən  əhəm iyyətə  malikdir.  Mikroiqlim  göstəricilərinə  bi­
nanın  temperaturası,  nəmliyi,  dövr edən  avanın  surəti  və  istiqa­
məti  havanın  qaz  tərkibi,  havada  tozun  dərəcəsi,  mikrobun  ol­
ması  aiddir.
Quşların  intensiv  yetişdirilməsi  şəraitində  bu  parametrlərin 
kombinasiyası  mikroiqlimdə disbalansa səbəb  olur.
Binaların  mikroiqlim  göstəricilərinə  nəzarət  etdikdə  xarici 
mühitin  iqlim  şəraiti,  quşların  sıxlığı,  yaş  qrupu  və  növü,  həm­
çinin  enerji  məbəyi  nəzərə alınmalıdır.
Mikroiqlim  göstəricilərinə  nəzarətin  pis  olması,  döşəmənin 
nəm lənm əsinə,  bina  daxilində  temperatur  dəyişkənliyinə,  ter- 
miki  stresslərə,  ammonyakın  normadan  çox  olası  və  nisbi  nəm­
liyin  yüksəlməsinə,  havanın  təzələnməsi  surətinin  azalmasına 
səbəb  olur.
M üxtəlif parametrlərin  əlverişsiz kombinasiyaları  nəticəsin­
də  quşların  orqanizmində  patoloji  proseslərin  yaranmasına  sə­
bəb  olur.  Belə  ki,  soyuq  və  nəmli  böyrəklərin  zədələnməsinə, 
nəm  və  soyuq  döşənək  güclü  ishala,  toz,  ammonyak  və  karbon 
qazı  isə  tənəffüs  orqanlarının  müxtəlif xəstəliklərinin  baş  ver­
məsinə  səbəb  olur.
Temperatura  quşların  yaşayış  şəraitinə  və  məhsuldarlığına 
daha çox təsir göstərir.
Cücələr ilk gündən öz temperaturlarını tənzim edə bilmədik­
ləri  üçün  bina  daxilində  temperatura  dəyişkənliyi  onlara  kəskin 
şəkildə  təsir  göstərir.  Adətən  cücələr  göçürülməzdən  48  saat 
əvvəl quş binaları  isidilməlidir.  Bina daxilində hava cərəyanının 
kəskin  olması  quşlarda  diareya,  tüklənmənin  ləngiməsi,  yemin 
həzm  olunmasının  pisləşməsi  kimi  anomaliyalara səbəb  olur.
Nəmliyin  çoxluğu  quşların  inkişafını  ləngidir,  döşənəyin 
keyfiyyətini  aşağı  salır.  Döşənəyin  pis  olması  isə  quş  binasında 
digər parametrlərə də  mənfi  təsir göstərir.
Binadakı qazlardan ammonyakın çox olması quşlara daha çox
55


pis  təsir  göstərir.  Bu  tənəffüs  üzvlərinə  qıcıqlandırıcı,  asılayıcı 
və  toksiki  təsir  göstərməklə  nəticədə  quşların  immun  sistemin 
pozulması, yemə tələbatın azalması, onlarda inkişafın ləngiməsi­
nə  təsir  göstərir.  Ammonyakın  yaranmasında  4  faktor:  quş  ifra­
zatları,  nəmlik,  istiliyin  bina  daxilində  çoxluğu  və  fermentasiya 
iştirak  edir.  Ammonyakın yaranmasının  qarşısını  almaq üçün dö­
şənək materialı  yaxşılandırılması, ventilyasiya sistemi nəmlik və 
temperatura nəzər alınmaqla normal  işləməlidir.  Döşəmənin  hər 
1000 m2  sahəsinə  300-500  kq  superfostat verilməlidir.
Toz  bina daxilində mikroorqanizmlər üçün  mühit hesab  edi­
lir və  bunun  çoxluğu  tənəffüs  orqanlarının  müxtəlif xəstəliklə­
rinə  səbəb  olur.
Quş  binalarında ventilysiya qurğularının  mahiyyəti  bina daxi­
lində temperaturanın  tənzimi  və  havanın  təmizliyinin  təmin  edil­
məsidir.  Bundan əlavə ventilyasiya vasitəsilə bina daxilində hava 
qarışdırılır, döşənəyin vəziyyəti  qurudulma yolu  ilə yaxşılaşdırılır 
və  ilin  isti  fəsillərində quşların ətrafında hava axını  yaradılır.
Spesifik  profilaktika
Spesifik  profilaktika-  xüsusi  mübarizə  tədbiri  olub  konkret 
hər  hansı  bir  xəstəliyin  baş  verməsinin  qarşısını  almağa  yönəl­
dilir.  Spesifik  prafılaktikaya  xüsusi  diaqnostik  müayinələrin 
aparılması,  xüsusi  təyinatlı  müalicə-profilaktik  vasitələrin tətbi­
qi  və  immuno-profılaktika  aiddir.  İmmunoprofilaktika  müxtəlif 
spesifik  vasitələrin, yeni vaksinlər, spesifik  serumlar,  immunoq- 
lobulinlər  və  s.  tətbiq  etməklə  aparılır.  İmmunoprofilaktika  qo­
ruyucu  və  məcburi  məqsədlə  aparılır.
Epizootiya  əleyhinə  tədbirlər  planına  uyğun  olaraq  hələlik 
sağlam  təsərrüfatlarda  quşların  infeksion  xəstəliklərdən  qorun­
masında aparılan  immunoprofilaktikaya qoruyucu immunoprofi­
laktika,  infeksion  xəstəliklər  zamanı  hələlik  sağlam  quşlarda
56
aparılan  immunoprofilaktikaya  isə  məcburi  immunoprofilaktika 
deyilir.
Hazırda  infeksion xəstəliklərin profilaktikası üçün müxtəlif bio­
loji preparatlarla süni  immunitet əldə edilir. Süni immunizasiya ək­
sər  xəstəliklərdə  ciddi  spesifikliyə  malikdir.  Baytarlıqda  fəal  im­
munitet yaradılması  üçün  müxtəlif vasiələrdən  istifadə edilir.
Onların  effektliyi,  reaktogenliyi,  zərərsizliyi  və  stabilliyi  is­
tehsalat prosesində  yaxlanır.
Baytarlıqlar tətbiq olunan vaksinlər 2 saylı  sxemdə göstərilir.
Sxemdən  göründüyü  kimi  vaksinlər  tərkibindəki  antigenə 
görə bakterial, virus və göbələk qrupuna bölünür.  Bakterial vak­
sinlər bakterial etiologiyalı, virus vaksinləri  virus etiologiyalı və 
göbələk vaksinləri isə göbələk etiologiyalı xəstəliklərin spesifik 
profilaktikası  məqsədilə  işlədilir.
Tərkibindəki antigen növlərinin sayma görə vaksinlər mono- 
vaksinlər  və  polivaksinlər  qrupuna  bölünür.  Monovaksinlər  bir 
xəstəliyə qarşı,  polivaksinlər isə  bir neçə xəstəliyə qarşı  immu­
nitet  yaradır.  Tərkibindəki  antigenlərin  vəziyyətinə  görə  bütün 
vaksinlər diri  və  inaktivləşdirilmiş vaksinlər qrupuna  bölünür.
Diri  vaksinlərdə antigenlər öldürülmür, yalnız müxtəlif vasi­
tələrlə onların  reaktogenliyini  aradan götürülür.  Diri  vaksinlərin 
inakivləşdirilmiş  vaksinlərdən  fərqi  odur ki,  kiçik  dozada  və bir 
dəfə tətbiq  edməklə yüksək gərginlikli  və uzunmüddətli  immu­
nitet  yaradır.  Ancaq  bəzi  diri  vaksinlərdə  reaktogenlik  xüsusiy­
yəti  olduğuna  görə  quşlarda  vaksinasiyalardan  sonra  bəzən 
mürəkkəbləşmələr qeyd  olunur.
Diri  vaksinlər 4 qrupa  bölünür:
1) 
Virulentli  diri  vaksinlər;  2)  paraspesifık  diri  vaksinlər;  3) 
defektli  mütantlardan  əldə  edilmiş  vaksinlər  və  4)  attenuasiya 
edilmiş  vaksinlər.  Bu  vaksinlərdən  daha  çox  attenuasiya  olun­
muş  vaksinlər istifadə  edilir.
Bu  vaksinlər müxtəlif üsullarla  viaılentliyi  irsi  olaraq  zəiflə-
57


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə