İlham A.Mazanlı_________________________________________________________
51
şəraitində yaşamalarının parlaq nümunəsidir. Etnik çoxluqla
yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq
ölkə əhalisinin əksəriyyətinin ortaq milli, mənəvi və dini
dəyərlərinə xas dözümlülüklə, müxtəlif etnik icmaların
vahid ərazidə tarixən təşəkkül tapmış birgə yaşayışı ilə izah
olunur.
Ümumiyyətlə, hər hansı bir cəmiyyətdə bütün
xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin
inkişafında və qarşılıqlı surətdə zənginləşməsində bu
cəmiyyətdəki bütün sosial-siyasi institutların, xüsusilə də
kütləvi informasiya vasitələrinin rolu böyükdür və
onlarn üzərinə xüsusi vəzifələr düşür. Bizim fikrimizcə,
KİV-in bu istiqamətdə fəaliyyəti ayrıca, həm də
fundamental elmi araşdırmaların obyekti olmalıdır.
Problemin aktuallığı və həssaslığı nəzərə alınaraq, KİV-in
sözügedən sahədə fəaliyyəti ilə bağlı aparılacaq
tədqiqatların, söyləniləcək elmi-praktik diskursların, hətta
adi mülahizələrin və əldə olunacaq nəticələrin Azərbaycan
mentalitetinin, dünyəvi dəyərlərin araşdırıcıları üçün, eyni
zamanda bu problemlərlə maraqlanan sıravi oxucular üçün
böyük əhəmiyyət kəsb edəcəyi heç kimdə şübhə doğurmur.
Etnik
identifikasiyanın hüdudları, ana dilinin
funksional rolu və etnik özünüdərkin dirçəlişində kütləvi
informasiya vasitələrinin yeri və rolu haqqında yuxarıda
deyilən mülahizələri 1998-1999-cu illərdə respublikamızda
AMEA Fəlsəfə və Hüquqi Tədqiqatlar İnstitutu tərəfindən
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
52
keçirilən sosioloji tədqiqatın nəticələri də təsdiq edir.
21
Tədqiqat zamanı identifikasiyanın mühüm əlaməti olan
ənənəvi milli mədəniyyətin elementləri barədə əhalinin bilik
səviyyəsini müəyyən etmək məqsədi ilə sorğuya xüsusi
suallar da daxil edilmişdi.
Tədqiqat milli özünüdərkin bərqərar olmasında və
dirçəlişində kütləvi informasiya vasitələrinin əhəmiyyətini
təsdiq edir. Şəhər əhalisinin
22,2 %-i, kənd əhalisinin isə
21,5 %-i həmişə, bəzi vaxtlarda isə müvafiq olaraq 45,5 %-i
və 43,2 %-i radio verilişlərinə Azərbaycan dilində qulaq
asır. Bədii ədəbiyyatı şəhərlilərin 66,3 %-i, kəndlilərin isə
55,9 %-i; qəzetləri də müvafiq olaraq 58,7 %-i və 46,6 %-i
həmişə və bəzən də Azərbaycan dilində oxuyurlar.
Kənddə yaşayan respondentlər şəhərdə yaşayanlara
nisbətən televiziya verilişlərinə Azərbaycan dilində daha
çox baxırlar, müvafiq olaraq - 61,5 % və 40,5 %.
Sorğuya televiziya verilişlərinə Azərbaycan dilində
baxmayanlardan, radio verilişlərinə Azərbaycan dilində
qulaq asmayanlardan, qəzetləri və bədii ədəbiyyatı
Azərbaycan dilində oxumayanlardan bunun səbəbini
21
Фарадов Т, Этнокультурная идентичность и некоторые аспекты
психологии
межнацонального
общения
в
Азербайджане.
http://www.gumilev-center.az/nacionalno-etnicheskoe-soznanie-
azerbajdzhancev-chast-iii/, 2013. 17 февраля.
İlham A.Mazanlı_________________________________________________________
53
göstərmələri barədə də ayrıca sual daxil edilmişdi.
Respondentlər bunu sadəcə ana dilini pis bilmələri və ya da
bilməmələri ilə izah etmişlər.
Beləliklə, aparılmış tədqiqat işi, təlim və tərbiyə
prosesinin müvafiq təşkili təqdirində, gənc nəsildə
vətənpərvərlik, vətəndaşlıq hisslərinin tərbiyə olunmasının,
milli özünüdərkin, ölkəmizdə yaşayan bütün xalqların
tarixinə və mədəniyyətinə, insanın şəxsiyyətinə və
hüquqlarına hörmətlə yanaşmanın mümkün olduğunu bir
daha təsdiq edir. Sorğu həmçinin belə bir nəticəyə gəlməyə
əsas verir ki, millətlərarası və dövlətlərarası münasibətlər
elmi cəhətdən hələ tam öyrənilməmiş, çoxaspektli və
daxilən mürəkkəb bir problemdir və bu problemin
tədqiqinin elmi və praktik əhəmiyyəti dünyanın müxtəlif
ölkələrində və regionlarında millətlərarası və dövlətlərarası,
o cümlədən, milli daxili münasibətlərin mürəkkəbləşməsi
və müasirləşməsi dərəcəsinə müvafiq olaraq artır.
“Azərbaycan bu ölkədə yaşayan bütün millətlərin
vətənidir” və “Azərbaycan dünyəvi, ancaq burada yaşayan
xalqların öz dinindən ayrı düşmədiyi dövlətdir” –
dünyagörüşləri üzərində qurulmuş və inkişaf etdirilmiş,
dövlət-insan, dövlət-vətəndaş, dövlət-din münasibətləri
sistemləri formalaşmış və hazırda da uğurla həyata keçirilən
bir ölkədir.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda əsrlər
boyu yaranmış və formalaşmış tarixi tolerantlıq mühiti
qorunub saxlanılır və burada yaşayan bütün xalqların
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
54
müştərək milli sərvəti kimi dəyərləndirilir və inkişaf
etdirilir.
Bu
fikri
əminliklə söyləməyimizə tutarlı əsaslarımız
da vardır. Belə ki, burada yaşayan bütün insanların ümumi
vətəni sayılan, çoxçeşidli etnik tərkibə malik Azərbaycan
dünyanın 80 ölkəsində əhalinin həyati əhəmiyyət kəsb edən
dəyərlərinin
(World Values Survey)
öyrənilməsi məqsədi ilə
keçirilmiş və nəticəsi “
The Washington Post” qəzetinin
saytında yerləşdirlmiş (16 may 2013-cü il) dünyanın ən
tolerant ölkələrinin siyahısına daxil edilmişdir.
22
Aparılmış tədqiqatın qarşısında ölkənin iqtisadi
inkişaf səviyyəsi, etnik müxtəlifliyi və əhalisinin tolerantlıq
dərəcəsi arasında paralellərin aparılması və onların bir-
birindən asılılıq vəziyyətinin müəyyən edilməsi vəzifələri
qoyulsa da, araşdırmanın nəticələri bu fenomenlər arasında
hansısa ciddi bir asılılığın olmadığını göstərmişdir (nəticələr
xəritə şəklində verilir).
Respondentlərdən digər suallarla yanaşı, “Kimlərin
qonşunuz olmağını arzu etmirsiniz?” sualına cavab verməyi
də xahiş etmişlər. Tədqiqatçılar rəyi soruşulanların böyük
əksəriyyətinin bu suala “başqa irqdən olan insanların”
22
World's 'most racially intolerant' countries mapped.
“
The
Washington Post”,
16 May 2013
Dostları ilə paylaş: |