İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri


Sistem blokunun daxili qurğuları



Yüklə 60,67 Kb.
səhifə4/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   2   3   4   5   6   7   8   9   ...   23
İKT imtahan suallari-1

9.Sistem blokunun daxili qurğuları
Sistem bloku haqqında daha ətraflı
Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun daxili qurğuş ilə tanış olaq:
1.Qidalanma bloku - sistem blokunun arxa tərəfinə birləşdirilir. Qidalanma blolq^ transformator, düzləndirici və ventilyator daxildir. Transformator elektrik şəbəkəsindən aldığı 220 volt gərginliyi müxtəlif qiymətli gərginliklərə çevirir. Düzləndirici kompüterin bəzi qurğularını sabit gərginliklə təmin edir. Ventilyator isə transformator və düzləndiricinin iş prosesində qızmasmm qarşısını alır.
2.Sistem lövhəsi (ana lövhə) - Sistem blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb.Bu komponentlər içərisində ən önəmli olanları mərkəzi prosessor, yaddaş və genişləndirmə yuvalarıdır.
Mərkəzi prosessoru mikroprosessor və ya, sadəcə, prosessor da adlandırırlar. Prosessor kompüterin bütün qurğularının işini idarə edir. Məhz buna görə mərkəzi prosessoru kompüterin "beyni" də adlandırırlar. Ölçüsü təxminən 2 sm olan element olur.


10 Yaddaş qurğuları
Yaddaş yuvaları - Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:
• Daimi yaddaş qurğusu (Read Only Memory - ROM, - yalnız oxumaq üçün istifadə ı olunan yaddaş olub, kompüterdəki bütün fayllan, qovluqları özündə saxlayır.
• Operativ yaddaş (əməli yaddaş) qurğusu (Random Access Memory - RAM) -ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
3. Çipset (mikroprosessor dəsti) - kompüterin daxili qurğularını idarə etməklə yanaşı, j ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur.
4. Şinlər- kompüterin daxili qurğulan arasında siqnalların ötürülməsini təmin edən I naqillər yığınıdır.
5. Portlar (yuvalar)- əlavə qurğuların (slotlarm) qoşulmasını təmin edirlər. Portlar I paralel (LPT1-LPT4), ardıcıl asinxron (C0M1-C0M3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.
6. Videokart monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər.
7. Kontrollerlər- xüsusi elektron sxemlər olub disk sürücüləri, klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
8. Səs kartı - səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
9. Şəbəkə kartı - kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və yz təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə il; kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.
10. DVD (digital vidio disk) - kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvə edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlard (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə