tayqasının cənub rayonlarında və Yakutiyanın cənub-
bozqır rayonlarında bir neçə əsrlər boyu torpaqların
mənimsənilməsi işi səylə aparılır. Əkinçilik üçün tayqa
torpaqlarının gillicəli növ müxtəliflikləri daha əlverişlidir.
Tayqa landşaftları torpaqlarından səmərəli istifadə
etmək üçün böyük dozada mineral və üzvi gübrələrin
verilməsi, yüksək turşuluğun neytrallaşdırılması, bəzi
sahələrdə daşların kənar edilməsi tələb olunur.
Yakutiyanın cənub-bozqır torpaqlarının mənimsənilməsi
üçün təkrar şorlaşmanın qarşısını alan tədbirlərin
görülməsi vacibdir.
Tayqa – meşə torpaqları zonası tibbi-gigiyena
cəhətdən az əlverişlidir, çünki bu zona torpaqlarının
intensiv yuyulması nəticəsində bir çox kimyəvi elementlər,
o cümlədən insan və heyvanların normal inkişafı üçün
vacib olan – elementlər itirilir. Buna görə də bu zonada bir
sıra kimyəvi elementlərin – birinci növbədə - yodun, misin,
kalsiumun və s. qismən çatışmamazlığına şərait
yaradırlar (Kovalski 1964).
Tayqa zonası torpaqlarının geokimyasının
öyrənilməsini Sibir üçün və ərazidə faydalı qazıntı
yataqlarının çox böyük miqyasda geokimyəvi axtarışı ilə
əlaqədar olaraq mühüm əhəmiyyəti vardır.
33
XIII FƏSİL
QARIŞIQ MEŞƏLƏRİN TORPAQLARI
13.1. Torpaqəmələgəlmənin ümumi şərati
Tayqa meşə zonasından cənuba iynəyarpaqlı-
enliyarpaqlı tərkibdə meşələr yayılmışdır. Bu meşələr
Şərqi Avropa ovalığı ərazisində xüsusilə böyük sahə tutur,
orada geniş zona əmələ gətirirlər. Ural arxasında onlar
bütöv zona şəklində olmasa da, şərqə doğru, Amur
sahillərinə qədər uzanıb gedir (şəkil 13.1). Avropa
hissəsində bu landşaftın daha səciyyəvi torpaqları
yayılmışdır. Ona görə də bu torpaqların təsviri həmin
əraziyə görə verilir.
Şəkil 13.1. Çimli-podzol torpaqların coğrafi yayılma arealları
(keçmiş SSRİ ərazisində).
34
Avropa hissəsində yayılmış qarışıq meşələr
zonasının iqlimi, tayqa meşələr zonası ilə müqayisədə,
daha isti və uzun yayı ilə səciyyələnir. İllik atmosfer
yağıntılarının miqdarı 500-600mm-ə yaxındır. Qərbə
doğru bu miqdar artır. Asiya hissəsində isə iqlim şəraiti
daha kontinentaldır, lakin hər yerdə yağıntının miqdarı
buxarlanmadan çoxdur.
Avropa hissəsində qarışıq meşələrin bitki örtüyü
küknardan, tozağacından, ağcaqovaqdan ibarətdir, bəzən
enliyarpaqlı ağac cinslərinə də rast gəlinir. Asiya
hissəsində - Ural yaxınlığında ağ şam inkişaf etmişdir.
Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir.
Az və ya çox yaxşı inkişaf etmiş ot örtüyü qarışıq
meşələrin xarakter xüsusiyyətidir. Qarışıq meşələrin
biokütləsi tayqaya nisbətən yüksəkdir və 2000-3000s/h-a
çatır. Töküntülərin miqdarı da tayqa meşələrinə nisbətən
üstündür, lakin qarışıq meşələrdə məhv olmuş üzvi
maddələrin parçalanma prosesləri daha yüksək enerji ilə
getdiyi üçün tayqa meşələrinə nisbətən burada meşə
döşənəyinin qalınlığı azdır.
Torpaqəmələgətirən süxurlar Avropa hissəsində
valday buzlaşma dövrünün valunlu-gillicə və qumsal
çöküntülərindən ibarətdir. Valunlar arasında Baltika sipəri
kristallarının qırıntıları üstünlük təşkil edir. Bəzi yerlərdə
moren çöküntüləri karbonatlı süxurların qırıntıları ilə
zəngindir. Bir neçə min il ərzində karbonat materiallarının
bir hissəsi yuyulmuş, yalnız bəzən buzlaq çöküntülərində
həddindən artıq olan daşlar qorunub saxlanılmışdır.
Torpaqəmələgətirən süxurlarda, daşlı materialların
çoxluğu, onların üzərində əmələ gəlmiş torpaqlarda
35
əkinçiliyi çətinləşdirir. Qarışıq meşələrin torpaqlarında göl-
buzlaq, su-buzlağı çöküntüləri də yayılmışdır. Valday
dövrünün buzlaq törəmələrinin sərhəddində suayrıcı
sahələri lösşəkilli örtüklərə malikdir, geniş qədim vadilərdə
isə qədim allüvial qumsal çöküntülər toplanmışdır. Geniş
ovalıqları əhatə edən su-buzlaq və qədim allüvial qumlar
kvarsla zəngin olmaları və silikat qırıntılarının azlığı ilə
fərqlənirlər.
13.2. Qarışıq meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Avropa ovalığında tayqa meşələrinin ən səciyyəvi
avtomorf torpaqları çimli-podzol adlanan torpaqlardır.
Onlar yalnız gillicəli torpaqəmələgətirən süxurlar üzərində
əmələ gəlirlər. Bu torpaqlar örtük gillicələr üzərində əmələ
gəldikdə onların quruluşu daha aydın ifadə edilir.
Torpaqəmələgətirən lösşəkilli gillicəli süxurlar üçün
xas olan prizmavari strukturun meydana çıxması ilə qatın
aşağı sərhəddini inamla müəyyən etmək olur. Qat bütün
qalınlığı boyu, A
2
qatından gətirilmiş materialın pazşəkilli
ağımtıl dilləri və çatların qleyli göyümtraq-ağımtıl divarları
ilə kəsilir.
Qarışıq meşələr zonasının çay aralarındakı
torpaqların səthində bataqlıqlaşma prosesi baş verə bilir.
Bu da öz növbəsində anaerob proseslərin inkişafına və ot
bitkilərinin məhv olmasına səbəb olur, həmin yerlərdə
sfaqnum mamırları inkişaf etməyə başlayır. Üst
bataqlıqların landşaftlarında torflu-qleyli-podzol (qleyli-
qalıq-podzol) torpaqlar əmələ gəlir. Onların profillərinin
36
Dostları ilə paylaş: |