21
Sonda bunu da qeyd etmək lazımdır ki, siyasət humanitar
elmlərinin hüquq, əxlaq, idarəetmə və sair sahələri ilə sıx əlaqəli və
onlardan ayrılmazdır. Lakin biz burada bununla kifayətlənib, bu
əlaqələrin hər biri haqqında ayrı-ayrılıqda söhbət açmırıq.
Maraqlananlar əlavə məlumatlar əldə etmək üçün siyasət elminin
əsasları barədə təlif olunmuş digər kitablara müraciət edə bilərlər.
(1-3) DÖVLӘT VӘ ONUN QURULUŞU
Dövlət kəlməsi iki məna daşıyır:
Onlardan biri müəyyən quruluşa malik olan ümumi məna ifadə
edir. Bu məna siyasi coğrafiyada müstəqil ölkə müqabilində işlənilir.
Lakin siyasi elmlər və hüquq kimi sahələrdə müstəqil ölkə və ya
dövlətin quruluş ünsürü, siyasi coğrafiyada nəzərdə tutulan
ünsürdən qat-qat aşağıdır. Yəni siyasi coğrafiyada bu ünsürlər
siyasət və hüquq sahələrində nəzərdə tutulan ünsürlərlə iştirak
etməklə yanaşı, bir çox başqa ünsürlərə də malikdir və onlar yalnız
siyasi coğrafiyada diqqət mərkəzində olur və biz növbəti fəsillərdə
onlar barədə ayrı-ayrılıqda söhbət açacağıq. Dövlət kəlməsinin
daşıdığı ikinci məna, yəni hökumət və ölkənin siyasi təşkilatı birinci
mənadan məhdud olmaqla yanaşı, daim siyasət və hüquq
sahələrinin əsas mövzularından birini təşkil etmişdir. Belə bir ünvan
hökumətin tərkibində olan icraedici orqana da verilmişdir. İngilis
dilli ölkələrin bəzilərində dövlət yerinə, hökumət kələməsindən
istifadə olunur. Burada isə dövləti təşkil edən ünsürlər barədə ayrı-
ayrılıqda izahatlar vermək istəyirik
1
.
1
Iranda hökumət və dövlət kəlmələri bir-birlərinin yerində istifadə olunur. Bəlkə
də bu söz ilkin adlandırılmalardan irəli gəlmişdir (Belə ki, dövlət
sözü state,
hökumət sözü isə GOVERNMENT kimi tərcümə olunmuşdur. Lakin dövlət
sözünün GOVERNMENT, hökumətin isə state kimi tərcümə olunmaları daha
məqsdə uyğundur).
22
(1-3-1) DÖVLӘTİ TӘŞKİL EDӘN ÜNSÜRLӘR
Bir qədər əvvəl qeyd etdik ki, dövlət özünün ümumi mənasında
quruluş ünsürləri - siyasi coğrafiya, hüquq və siyasət baxımından
fərqli olan müstəqil ölkə mənasında işlənilir. Burada yalnız hüquq və
siyasətin diqqət mərkəzində olan beş ünsür barədə söhbət açacaq,
digər ünsürlərə isə siyasi coğrafiya bölümündə işarə edəcəyik.
1-Әrazi
Әrazi, dövlət və hökumətin səlahiyyətini özündə əks etdirən hər
hansı bir siyasi-coğrafi əraziyə deyilir. Belə ki, o burada lazımi qanun
və nizamnamələr tətbiq edib, əməli olaraq icra və ondan boyun
qaçıran şəxsləri cəzalandıra bilsin. Bunun üçün ərazisiz dövlət heç
bir məna və məfhum kəsb etməyir.
Hal-hazırda yer kürəsi 200 siyasi-coğrafi məntəqəyə bölünmüş və
onların hər biri onları digər məntəqələrdən ayıran müəyyən siyasi
sərhədlərə malikdir. Bu sərhədlər quru, dəniz və havada təyin və
bütün ölkələrin razılığı ilə dəqiqliklə müəyyənləşdirilir. Hər bir
dövlət (ya hökumət) öz əhatə dairəsində müxtəlif səlahiyyətlərə
malik olur. O, öz təbii sərvətlərindən bəhrələnir, iqtisadiyyat və
ictimai rifahı yaxşılaşdırmaq məqsədilə, müxtəlif tədbirlərə əl atır və
digər dövlətlərin müdaxiləsi olmadan istədiyi qərarları qəbul edir.
* * * *
2-Cəmiyyət
Dövlətin əsasını təşkil edən ikinci ünsür cəmiyyətdir. Müştərək
xüsusiyyətləri səbəbindən bir-birləri ilə əlaqəlidirlər. Dövlət və
hökumət, cəmiyyət və millət olmadıqda heç bir məna və məfhum
kəsb etməyir. Belə ki, sakin və əhalisi olmadığı üçün Antarktida
qitəsində nə bir dövlət var, nə də hökumət. Bunun üçün də digər
dövlətlər onu öz aralarında bölmüş və hal-hazırda şərikli olaraq
oradan istifadə edirlər.
Mühüm məsələlərdən biri də cəmiyyətin, yerli əhalinin həmin
əraziyə hakim olan dövlətə tabe olmasından ibarətdir. Onlar yalnız
belə
bir şəraitdə ictimai, siyasi, iqtisadi hüquqa malik ola bilərlər.
3-Hökumət
Dövlətin əsasını təşkil edən üçüncü mühüm ünsür, Hökumət və
siyasi idarəetmədir. Hökumət sərhədləri müəyyən olunmuş ərazi də