İdentifikasiya anlayışı



Yüklə 80,83 Kb.
səhifə10/14
tarix11.05.2022
ölçüsü80,83 Kb.
#86570
1   ...   6   7   8   9   10   11   12   13   14
Cavablar

Reqressiya modeli

Reqressiya analizi iki dəyişən kəmiyyət arasında olan əlaqənin mövcudluğunu təyin edir. Belə ki, bu kəmiyyətlərdən biri (X) əvvəlcədən verilir və təsadüfi deyildir. İkinci kəmiyyət (U) isə təsadüfi kəmiyyətdir. İkinci kəmiyyətin təsadüfi olmasını iki səbəbə görə izah etmək olar. Birincisi: X kəmiyyətindən asılı olaraq dəyişən təsadüfi U kəmiyyətinin ölçülməsi müəyyən xətalar ilə bağlıdır; ikincisi: U kəmiyyətinin qiyməti uyğun X kəmiyyətinin qiymətindən asılı olmaqdan əlavə başqa idarə olunmayan amillərdən asılı ola bilər. Bu zaman X dəyişəninin hər bir qiymətinə qarşı U təsadüfi dəyişəninin paylanmasından danışmaq lazım gəlir.

Reqressiya analizinin əsas məqsədi təcrübi məlumatlardan istifadə etməklə fiziki prosesə təsir edən amilləri nəzərə alan riyazi modelin qurulmasından və onun dəqiqlik dərəcəsini qiymətləndirməkdən ibarətdir.

Riyazi modelin təcrübi məlumatlara uyğunluğunun statistik qiymətləndirilməsi üçün əsasən ən kiçik kvadratlar üsulundan istifadə edilir. Reqressiya tənliyinin qurulması öz məzmununa görə üç mərhələdən ibarətdir.

Birinci mərhələdə U = (X) funksiyasının növü və ona daxil olan hədlərin sayı haqda fərziyyə irəli sürülür.

İkinci mərhələdə əldə olan məlumatlara əsasən naməlum parametrlər tapılır.

Üçüncü mərhələdə isə təcrübi məlumatlar əsasında qurulmuş riyazi modelin dəqiqliyi statistik fərziyyələrlə yoxlanılır.


Yüklə 80,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə