İdarəetmə UÇotu müNDƏRİcat


 : BÖLMƏ – A: İDARƏETMƏ İNFORMASİYASININ MAHİYYƏTİ



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə13/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   9   10   11   12   13   14   15   16   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

6  :

BÖLMƏ – A: İDARƏETMƏ İNFORMASİYASININ MAHİYYƏTİ, 

MƏNBƏYİ VƏ MƏQSƏDİ

b)  Fəaliyyətlərin planlaşdırılması və onlara nəzarət. Məs: istehsalın planlaşdırılması üçün 

bazardakı  tələb  və  nəzarət  məqsədilə  verilən  faktiki  istehsal  üzrə  məhsul  vahidləri  ilə 

bağlı məlumat.

c)  Qərarvermə. Məs: məhsul istehsalı həcmi ilə bağlı qərar vermək üçün əlverişli mənbələrdən 

əldə edilən məlumat.

ç)  Mövcud  resursların  ən  uyğun  şəkildə  istifadə  edilməsi.  Məs:  mebel  istehsalında  mis-

mar yerinə yapışqandan isitifadə edilməsi kimi hər hansı materialın əvəzləyiciləri barədə 

məlumata malik olaraq məsrəfləri azaltmaq.

d)  Maraqlı tərəflərə və müəssisə ilə əlaqəsi olmayan digər kənar şəxslərə müəssisə haqqın-

da məlumatın verilməsi. Məs: kənar tərəflərə müəssisənin fəaliyyəti üzrə mövcud gəlirlər 

və gələcək biznes planları barədə məlumat.

e)  İşçilərin məlumatlandırılması. Məs: ödəniş strukturuna yenidən baxılması, gələcək inkişaf 

miqyası  və  işçilərin  işləyə  və  vəzifələrini  artıra  biləcəyi  müəssisədaxili  yeni  iş  sahələri 

barədə məlumatlar.

ə)  Aktivlərin mühafizə edilməsi. Məs: aktivlərin siğorta xərcləri, onların işlənib sıradan çıx-

ması və köhnəlməsi barədə məlumat.

Konsepsiyada  müəssisənin  məqsədlərinə  nail  olması  üçün  strategiyanın  qurulmasında 

idarəetmə prosesinə yardım göstərəcək müvafiq metod və anlayışların tətbiqi nəzərdə tutulub.

İdarəetmə  uçotunda  istifadə  edilən  məlumatlar  onların  əvvəlcədən  nəzərdə  tutulan 

məqsədlərinə xidmət etməlidir. Müvafiq metod və ya anlayış mühasibatın digər sahələrindən 

və ya riyaziyyat və  iqtisadiyyat kimi fənnlərdən əldə edilsə də, bunlardan idarəetmə uçotu 

məqsədləri üçün də istifadə edilə bilər.

Nümunə

Statistik proqnozlar istehsal qrafikinin planlaşdırılmasında istifadə edilir. Fərz edin ki, son bir 

neçə il ərzində satış aşağıda göstərilən cədvəldəki kimi olmuşdur:


Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə