Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   29

qiymətləri klaviaturadan daxil etmək olmaz. Bu tip dəyişənlər üzərində not
(deyil), and (və) və or (və ya) əməllərini yerinə yetirmək olar.
Münasibət əməlləri. Tam ədədlərdən ibarət cütlər üzərində təyin olunmuş
və nəticədə məntiqi qiymət verən əməllər də vardır. Həmin əməllər bunlardır:
=
bərabərdir
< >
bərabər deyil (fərqlidir)
<
kiçikdir
>
böyükdür
<=
kiçikdir və ya bərabərdir
> =
böyükdür və ya bərabərdir
Bu əməllər həqiqi ədədlər üzərində də təyin olunub. Simvol qiymətlər
üzərində isə yalnız
=
və 
< >
əməlləri təyin olunmuşdur.
Proqramda dəyişənlərin təsviri hissəsi. Bu bölüm 
var  təsvir1;  təsvir2;  təsvir3;  ...
şəklindədir. Burada “var” açar sözdür (ingiliscə “variable” – “dəyişən” sözünün
qısaltmasıdır), hər bir təsvir isə bir, yaxud bir neçə identifikatordur; identifikator-
lar bir-birindən vergüllə ayrılır, onlardan sonra “:” (iki nöqtə) və axırda tipin adı
gəlir. Təsvir operatoru kompüterə proqramda hansı dəyişənlərin olduğunu və
onların tiplərini bildirir. Proqramda olan bütün dəyişənlər təsvir, yaxud bəyan
olunmalıdır (özü də yalnız bir dəfə!).
İfadələr. Əməllərin öncüllüyü. Proqramların əksəriyyətində hesabi ifadə -
lərsiz keçinmək mümkün deyil. Hesabi ifadələrdə istifadə olunan hesab operator-
larının siyahısı, onların yazılış və hesablanma qaydası aşağıdakı cədvəldə gös -
tərilib.
var a,  b,  c  :  Real;  c  :  Char; 
n,  q1,  MaxI  :  Integer;
flag  :  Boolean;
Dəyişən sözü proqramlaşdırmaya riyaziyyatdan keçib. Riyaziyyatçılar “dəyi 
şən
kəmiyyət”, “asılı kəmiyyət” anlayışlarından istifadə edirlər. Həmin kəmiyyətlərə
funksiya da deyilir. Bundan başqa, riyaziyyatçılar arqument adlandırdıqları  sərbəst
(asılı olmayan) dəyişən anlayışından da istifadə edirlər.
S = 
· t
düsturu riyaziyyatda və fizikada onu bildirir ki, S (yol) kəmiyyəti sərbəst 
(sürət) və
t (zaman) dəyişənlərindən asılıdır.
Proqramlaşdırma dillərini ilk yaradanlar riyaziyyatçılar olduğundan onlar riyazi termi-
nologiyanı proqramlaşdırmaya da keçirmişlər.
24


Hər bir hesab operatoru konstant, dəyişən, yaxud başqa hesabi ifadə ola
biləcək iki operandla işləyir. 
+, 

, *

/
operatorlarının operandları 
Real

Integer
tipli ola bilər. Cədvəldən göründüyü kimi, 
+, 

, *
operatorlarından isti-
fadə edərkən alınan nəticənin tipi operandların tipi ilə üst-üstə düşür, 
/
operatoru-
nun nəticəsi isə həmişə həqiqi ədəd olur. Sonuncu iki operatorun operandları
(
div
və 
mod
) isə yalnız tam ədədlər ola bilər.
Yuxarıda sadalanan operatorlardan istifadə etməklə konstant (
sabit kəmiyyət
)
və dəyişənlərdən ifadə qurmaq olar, məsələn:
(a  +  b)  /  c
(MaxI  *  n  +  q1) 
div (n  +  q1)
(flag 
or  not(a  =  b))  and (n  <>  q1)
İfadədə əməllərin yerinə yetirilmə ardıcıllığı mötərizələrlə müəyyənləşir.
Bununla yanaşı, riyaziyyatda mövcud olan adi qaydalar da qüvvədədir, məsələn,
vurma və bölmə əməlləri toplamadan əvvəl yerinə yetirilir və s.
1. İdentifikator nədir?
2. Bunlardan hansıları identifikator deyil? Səbəbini izah edin.
end
ReadLn
program
123XYZ
XYZ123
Y=Z
‘Max’
Ay01
Ay_01
1  Ay
3. Pascal proqramı hansı əsas hissələrdən ibarət olmalıdır?
4. Dəyişənlərin adlandırılması qaydası necədir?
5. Aşağıdakı şərhlərdə sintaktik səhvləri düzəldin.
{  Bu  şərhdir  *)
{  Bu  da  {şərhə}  oxşayır  }
Hesab operatoru
Operatorun adı
Örnək
+
Toplama
5  +  2
bərabərdir 7
5.0  +  2.0
bərabərdir 7.0

Çıxma
5  -  2
bərabərdir 3
5.0  -  2.0
bərabərdir 3.0
*
Vurma
5  *  2
bərabərdir 10
5.0  *  2.0
bərabərdir 10.0
/
Bölmə
5  /  2
bərabərdir 2.5
5.0  /  2.0
bərabərdir 2.5
div
Tam ədədlərin natamam (qalıqsız)
qisməti

div 2
bərabərdir 2
mod
Qalığın hesablanması

mod 2
bərabərdir 1
1.
PASCAL
proqramlaşdırma dili
25


OPERATORLAR
Pascal dilindəki proqramlar dəyişənlərin təsvirindən və onlar üzərində
aparılan müxtəlif əməliyyatlardan, başqa sözləoperatorlardan ibarətdir.  
Verilənlər operatorlar vasitəsilə emal olunur. Operatorlar iki cür olur: icra
olunmayan (verilənləri və proqramın strukturunu təsvir etmək üçün) və icra olu-
nan  (müxtəlif əməliyyatları yerinə yetirmək üçün) operatorlar. Biz təsviretmə
operatoru ilə tanış olduq. İndi isə bəzi icra olunan operatorlarla tanış olaq.
Mənimsətmə operatoru. Dəyişənlərə qiymətlər vermək, yaxud onları
dəyişdirmək üçün proqramlaşdırma dillərinin hamısında mənimsətmə operatoru
olur. Həmin operatorun ümumi şəkli belədir:
    
Mənimsətmə operatorunun sol tərəfində yeni qiymət alacaq dəyişənin identi-
fikatoru göstərilir. Mənimsətmə işarəsi müxtəlif proqramlaşdırma dillərində müx-
təlif olur.  Məsələn, BASIC və C dillərində mənimsətmə işarəsi adi bərabərlik
işarəsi (
=
) kimi olduğu halda, Pascal dilində o
:=
(iki nöqtə və bərabərdir)
simvollar kombinasiyası şəklindədir. 
Mənimsətmə operatoruna nümunələr:
x := 5;
dəyişəninə 5 ədədi mənimsədilir;
y := x;
dəyişəninə x-in qiyməti  mənimsədilir;
y := x + 10;
dəyişəninin qiyməti x dəyişəninin qiymətindən 10 vahid
artıq olur; 
x := x - 2;
dəyişəninə özündən 2 vahid az olan qiymət mənim-
sədilir;
y := y + 1;
dəyişəninə özündən 1 vahid çox olan qiymət mənim-
sədilir.
program Happiness;
var
I,  You,  We:  Integer;
begin
I  :=  1;
You  :=  1;
We  :=  I  +  You;
end.
1.7.
26


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə