1
21
• I fəsil •
Kodlaşdırma
•
istifadə olunur. Belə kodlaşdırma sistemi
CMYK adlanır ("smik" kimi oxunur); qara
rəng
K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın.
Çox yüksək dəqiqlik tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayda bitdən
istifadə olunur. Məsələn, görüntülərin 16 bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılması
High Color
adlanır. Belə görüntülərin həcmi (diskdə tutduğu yer) tam rəngli (
True
Color
) görüntülərlə müqayisədə daha az olur (əlbəttə, keyfiyyət də aşağı olur).
1. Hansı rənglərə əsas rənglər deyilir?
2. Sağdakı şəkildə "1" olan damaları dəftər
vərəqində rəngləməklə hansı görüntünün
alındığını müəyyən edin.
3. Ölçüsü 32 × 32 piksel olan rastr görüntünün
yaddaşda saxlanması üçün 512 bayt yer
ayrılıb. Görüntünün rənglər palitrasında ən
çoxu neçə rəng ola bilər?
4. 256 rəngli görüntünün ölçüsü 1024 × 640
pikseldir. Qrafik faylın həcmini hesablayın.
5. 16 bitlik kodlaşdırmada 640 × 480 ölçülü
görüntünün həcmi nə qədər olacaq?
Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli
müxtəlif kodlaşdırma (Monochrome Bitmap, 16 Color Bitmap, 256 Bitmap, 24-bit
Bitmap) sxemlərində saxlayın. Paint proqramını qapadın və faylları saxladığınız
qovluğa keçin. Saxlanmış faylların ölçülərini müqayisə edin və onlar arasındakı fərqin
səbəbini izah etməyə çalışın.
Araşdıraq-
öyrәnәk
Öyrәndiklәrinizi
yoxlayın
LAYİHƏ
22
S
ƏS İNFORMASİYASININ KODLAŞDIRILMASI
Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Hər bir qurğu haqqında bildiklərinizi uyğun
xanalara yazın.
Qurğu
Funksiyası, iş prinsipi
Mikrofon
Səsucaldanlar
Səs kartı
Nәticәni müzakirә edәk:
– Kompüterdə bu qurğular arasında birləşmə necə qurulur?
Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videoka-
meralar, mobil telefonlar və s.)
rәqәmsal qurğulardır. Çünki kompüterdə saxlanılan
və emal olunan hər şey ədədlərdir (rəqəmlərdir).
Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən
analoq terminindən
istifadə olunur. Məsələn, danışıq zamanı ağızın yaratdığı səs dalğaları
analoq təbiət-
lidir. Bu dalğaları mikrofon elektrik siqnalına çevirə bilər. Bu elektrik siqnalı da
analoqdur.
Kompüter rəqəmsal qurğu olduğundan onun analoq qurğularla işləyə bilməsi
üçün bir çeviricinin olması vacibdir. Belə çevirici kompüterin
sәs kartında yer-
ləşdirilmişdir. Səs kartı mikrofondan daxil olan elektrik siqnallarını (analoq siq-
nalları) rəqəmsal şəklə çevirmək üçün
analoq-rәqәm çeviricisindәn (
analog-to-
digital converter, ADC) istifadə edir.
F ә a l i y y ә t
1
5
Fiziki baxımdan səs nədir?
Kompüterin səslə işləyən hansı qurğuları var?
Analoq sәs dalğaları
Analoq elektrik siqnalı
Analoq siqnallar
Rәqәmsal
verilәnlәr
LAYİHƏ
1
23
• I fəsil •
Kodlaşdırma
•
Kompüterin səs kartında əks çevirməni, yəni rəqəmsal verilənləri analoq siqnal-
lara (səsə) çevirən qurğu da olur.
Rәqәm-analoq çeviricisi (
digital-to-analog
converter, DAC) adlandırılan bu qurğu qəbul etdiyi rəqəmsal verilənləri analoq
siqnallara çevirərək qulaqlığa, yaxud səsucaldanlara ötürür. Bu qurğular isə həmin
analoq siqnalları səs şəklində çıxışa verir.
Rəqəm-analoq çeviricisi, eləcə də analoq-rəqəm çeviricisi başqa qurğularda da
olur. Məsələn, kompakt-disk pleyerində (MP3-pleyerində) rəqəm-analoq çeviricisi
qoyulub ki, o da diskdən oxuduğu rəqəmsal verilənləri musiqi şəklində səsləndirilən
analoq siqnala çevirir.
Səsin bu üsulla kodlaşdırılmasında müəyyən xətalar olur, çünki rəqəm-analoq
çeviricisindən alınan siqnal orijinal siqnaldan bir qədər fərqlənir. Bu fərqi, əsasən,
yüksəkkeyfiyyətli orkestr musiqisinin yazılması və səsləndirilməsi zamanı duymaq
mümkündür.
Kompüterdə başqa verilənlər kimi səslər də fayllarda saxlanılır. Kompüterdə
əsasən üç növ səs faylından (audiofayldan) istifadə olunur:
wav,
mp3 və
midi.
WAV. Bu formatlı fayl rəqəmli şəkildə musiqi parçalarından ibarət olan səs
faylıdır.
Wav (ingiliscə
wave –
dalğa) fayllarında əslində Windows’da eşitdiyiniz,
eləcə də özünüz yazdırdığınız bütün səslər saxlanılır.
MP3. Bu fayllar diskdə az yer tutması üçün
sıxılmış səs fayllarıdır. MP3 faylının hər dəqiqəsi
təxminən 1 Mbaytdır. Demək olar ki, istənilən səsi
mp3 formatına çevirmək olar.
MIDI. MIDI fayllarında notlar və həmin not-
ların səsləndirildiyi musiqi alətləri haqqında infor-
masiya olur. Sintezator melodiyanı notlarla işləyən
musiqiçi kimi səsləndirir.
Pleyerdәki verilәnlәr
rәqәmsaldır
Qulağa ötürülәn musiqi
analoqdur
•
Analoq siqnal
•
Rəqəmsal siqnal
•
Analoq-rəqəm çeviricisi
•
Rəqəm-analoq çeviricisi
•
Səs kartı
•
Fonoqraf
S ö z l ü k
Analoq siqnal
Rәqәmsal
verilәnlәr
LAYİHƏ