TƏTBİQİ PROQRAMLAR
10. Mürəkkəb sənədlərlə iş
11. Multimedia təqdimatları
12.
Elektron cədvəllərlə iş
13. Elektron cədvəldə diaqramlar
3
LAYİHƏ
44
M
ÜRƏKKƏB SƏNƏDLƏRLƏ İŞ
Mətn redaktorunda (Microsoft Word və ya OpenOffice.org Writer) belə bir sənəd
hazırlayın. Bunun üçün aşağıdakı alqoritmi icra edin:
1. Microsoft Word proqramını başladın.
2. Aşağıdakı mətni daxil edin və gördüyünüz kimi formatlayın.
Әrimә temperaturunda götürülmüş kristal maddәnin әrimәsi üçün verilәn istilik
miqdarı әrimә istiliyi adlanır.
Ərimə istiliyi kristalın kütləsindən və növündən asılıdır:
Әrimә temperaturunda götürülmüş kristal maddәnin әrimәsi üçün
verilәn istilik miqdarı әrimә istiliyi adlanır.
Ərimə istiliyi kristalın kütləsindən və növündən asılıdır:
Q =
.
Burada
ərimə
istiliyi,
cismin kütləsi,
maddənin
xüsusi
әrimә istiliyidir. Xüsusi ərimə istiliyi 1 kq kütləli müxtəlif növ bərk
cisimlərin ərimə temperaturunda tam əriməsi zamanı
udulan istilik
miqdarını fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir.
Düsturu
Ölçü vahidi
.
1
.
Tәrifi
Tәrifi
Maddәnin xüsusi әrimә istiliyi – ədədi
qiymətcə 1
kq kristal maddəni ərimə tem-
peraturunda əritmək üçün lazım olan istilik
miqdarına bərabər olan fiziki kəmiyyətdir.
1 kiloqramda coul – elə
xüsusi əri-
mə istiliyidir ki, 1 kq kristal maddə-
ni əritmək üçün 1C istilik miqdarı
sərf olunsun.
F ә a l i y y ә t
1
10
Mətn redaktorunda "sənəd" nəyə deyilir?
Mətn sənədinin tərkibində hansı obyektlər ola bilər?
TƏTBİQİ
PROQRAMLAR
3
LAYİHƏ
3
45
• III fəsil •
Tətbiqi proqramlar
•
3. Yeni sətrə keçin və
Q =
m
düsturunu daxil edin. Yunan əlifbasında olan
(lambda)
hərfini daxil etmək üçün şriftlər siyahısından Symbol şriftini seçin və klaviaturada
klavişini basın. Mərkəzə düzləndirmə
düyməsi vasitəsilə düsturu sətrin
ortasına yerləşdirin.
4. Növbəti abzası daxil edin.
5. Cədvəli daxil etmək üçün Insert menyusundan
düyməsini çıqqıldadın. İki sütunu
və dörd sətri olan cədvəl qurun.
6. Cədvəlin xanalarını şəkildəki kimi doldurun.
7. Düsturları daxil etmək üçün Insert menyusuna keçin və
düyməsini çıqqıldadın.
Equation tools alətlər paneli açılacaq və sənədə düsturu yazmaq üçün
sahəsi əlavə olunacaq.
8. Kəsrləri daxil etmək üçün Equation tools alətlər panelində Fraction düyməsini
çıqqıldadın. Açılan siyahıdan adi kəsr variantını seçin. Kursoru kəsrin surətinə və
məxrəcinə yerləşdirməklə düsturda olan simvolları daxil edin.
9. Cədvəlin xanalarındakı yazıları nümunəyə uyğun düzləndirin: ilk üç sətrin yazılarını
mərkəzə, sonuncu sətrin yazılarını isə sola düzləndirin. Qalın şriftlə verilmiş yazıları
da müvafiq qaydada formatlayın.
10. Cədvəlin birinci və üçüncü sətirlərindəki xanaların rəngini dəyişdirin. Bunun üçün
proqram pəncərəsinin başlıq zolağındakı Table Tools düyməsini çıqqıldadın. Uyğun
alətlər paneli açılacaq.
11. Shading siyahısından uyğun rəng seçin. Seçdiyiniz rəng cədvəlin aktiv (kursorun
olduğu) xanasını dolduracaq.
12. Fayla uyğun ad (məsələn, Әrimә istiliyi) verib saxlayın.
Bəzən sənədə əlavə etdiyiniz şəklin yeri sizi qane etmir. Məsələn, tutaq ki, siz
şəklin iki abzasın arasında deyil, mətnlə əhatə olunmasını, yaxud səhifənin sağ
yuxarı küncündə yerləşməsini istəyirsiniz. Yəqin ki, dərsliklərinizdə, başqa çap məh-
sullarında belə hallara çox rast gəlmisiniz. Şəkilləri sənədin istədiyiniz yerinə
yerləşdirmək üçün Word mətn prosessorunun rəsm
alətləri (Picture Tools) panelində iki alət nəzərdə
tutulub: Position və Text Wrapping.
LAYİHƏ
46
Rəsm alətləri panelini açmaq üçün siçanın göstəricisini şəklin üzərinə aparıb sol
düyməni ikiqat çıqqıldatmaq lazımdır.
Mətn redaktorlarında sənədə dekorativ mətnlər –
xüsusi mətn effektləri əlavə etmək imkanı olur. Bunun
üçün
WordArt aləti nəzərdə tutulub. Onun vasi-
təsilə
mətni döndərmək, əymək, yazılara kölgə və başqa
effektlər tətbiq etmək mümkündür. Insert menyusunda
bu düyməni çıqqıldatdıqda açılan pəncərədən istədiyiniz şablonu seçə bilərsiniz.
Verilmiş nümunəni hazırlamaq üçün aşağıdakı addımları yerinə yetirin.
1. Mətn redaktorunda yeni fayl yaradın.
2. Insert menyusunda WordArt düyməsini çıqqıldadın və açılan pəncərədən istədiyiniz
şablonu seçin.
3. Açılan pəncərənin Text sahəsində mətnin başlığını (
Quruda yaşayan məməlilər
)
yazın və OK düyməsini çıqqıldadın.
4. Yeni sətirdən aşağıdakı mətni yığın:
Torpaq üzərində yaşayan məməlilər, əsasən, meşələrdə və ya açıq sahələrdə məskun-
laşırlar. Bu heyvanlarda mütənasib quruluşlu bədən, yaxşı inkişaf etmiş uzun ətraflar,
əzələli boyun olur.
Əksəriyyəti qaçmaqla, yeriməklə və tullanmaqla hərəkət edir.
Quruda yaşayan heyvanlar içərisində otyeyən məməlilər üstünlük təşkil edir. Bunlar
cütdırnaqlılar dəstəsinin nümayəndələri, məsələn, maral, antilop, zürafə, keçi, qoyun,
inək və s. kimi heyvanlardır. Təkdırnaqlılar (at, zebr, eşşək), dovşankimilər də ot-
yeyənlərə aiddir.
5. Mətnə uyğun şəkil tapın (məsələn, İnternetdən) və onu
sənədə əlavə edin.
6. Siçanın göstəricisini şəklin üzərinə aparın və sağ düyməni
çıqqıldadın.
7. Açılan kontekst menyusundan Text Wrapping sətrini, onun
alt menyusundan isə Square bəndini seçin.
8. Şəkli sürükləyib səhifənin istədiyiniz yerinə aparın.
9. Faylı uyğun ad altında saxlayın.
F ә a l i y y ә t
2
LAYİHƏ