İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə25/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  63 

   

 

 



Görkəmli alim V.Şikkard və onun hesablama mexanizmi 

 

1642-ci  ildə  fransız  mexaniki  Blez  Paskal  dörd  riyazi  əməli  (vurma,  bölmə, 



toplama, çıxma) yerinə yetirə bilən çarxlı mexaniki hesablama maşını düzəldir və 

bir il sonra bu maşını nümayiş etdirir. Bu maşından o dövrdə vergilərin yığılması 

zamanı hesabatlar aparmaq üçün müvəffəqiyyətlə istifadə edilirdi.  

 

    



 

 

Blez Paskal və onun hazırladığı çarxlı hesablama maşını 



 

İqtisadi  məsələlərin  həllində  istifadə  edilən  çarxlı  hesablama  maşını  o 

dövrdə cəmiyyətin buna hazır olmaması üzündən geniş tətbiq tapmamışdır. 

Elmi  araşdırmalar  nəticəsində  sonralar  məlum  olur  ki,  hesab  əməllərini 

yerinə yetirə biləcək mexaniki hesablama maşınının iş prinsipini V.Şikkarddan və 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



64 

B.Paskaldan  çox-çox  qabaq  görkəmli  italyan  rəssamı  Leonardo  da  Vinçi  öz 

əlyazmalarında ətraflı şəkildə şərh etmişdir.  

 

 



 

Leonardo da Vinçi və rəssamın çertyoju əsasında hazırlanan, 13 mərtəbəli ədədlər 

üzərində cəmləmə əməliyyatı apara bilən “Codex Madrid” adlı hesablama aləti 

 

1694-cü  ildə  görkəmli  alman  riyaziyyatçısı  və  filosofu  Qotfrid  Vilhelm 



Leybnis  daha  da  təkmilləşdirilmiş,  dörd  hesab,  həmçinin  qüvvətə  yüksəltmə  və 

kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm düzəldir. 

 

  

 



 

Qotfrid Vilhelm Leybnis və onun düzəltdiyi hesablama mexanizmi 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  65 

1820-ci ildə müəssisə sahibi, fransız Toma de Kolmar Şarl Ksavye Leybnisin 

düzəltdiyi  hesablama  maşınının  (kalkulyatorun)  iş  prinsipinə  əsaslanaraq  13 

rəqəmli  ədədlər  üzərində  vurma  və  bölmə  əməliyyatlarını  yerinə  yetirə  bilən 

arifmometr  düzəldir.  Arifmometr  imkanlarına  görə  öz  dövrünün  hesablama 

maşınlarını  üstələyirdi.  Müəllif  yaratdığı  arifmometri  1844-cü  ildə  Fransada 

keçirilən  sənaye  sərgisində  nümayiş  etdirir  və  bir  müddət  sonra  arifmometrə 

patent də alır. 

  

 



 

 

 

Toma de Kolmar Şarl Ksavye və onun düzəltdiyi hesablama mexanizmi 

 

1874-cü  ildə  Peterburq  mühəndisi  V.Odner  sayıcı  çarxları  olan  qeydedici-



ötürücü  mexanizmi  ilk  dəfə  təklif  etmiş  və  bununla  da  arifmometr  adlanan, 

müasir həyatda son zamanlara qədər istifadə olunan məşhur hesablayıcı maşının 

kütləvi  istehsalı  üçün  zəmin  yaratmışdır  (Arifmometr  “Ruskiy  dizel”  zavodunda 

istehsal  olunmuşdu).  Həmin  mexanizm  hesablama  texnikası  tarixinə  «Odner 

çarxı» adı ilə daxil olmuşdur. 

Sonrakı  illərdə  hesablama  mexanizmlərinin  düzəldilməsi  ilə  ixtiraçı 

alimlərdən 

E.Yakobson, 

H.Slomenskiy, 

E.E.Kummer, 

P.L.Çebışev, 

V.Y.Bunyakovskiy,  K.Perro,  X.Pereyra  və  başqaları  məşğul  olmuş,  bu  sahədə  öz 

əməklərini sərf etmişlər. 

Məşhur  rus  riyaziyyatçısı,  akademik  Viktor  Yakovleviç  Bunyakovskiy 

hesablama  aparan  zaman  ədədlərin  aşağı  mərtəbədən  yuxarı  mərtəbəyə 

keçirilməsində  yaranmış  narahatlığı  aradan  qaldıra  biləcək  mexanizm  hazırlayir. 

“Rus  özühesablayan”  adlanan  mexanizmin  iş  prinsipi  Paskalın  düzəltdiyi  çarxlı 

mexanizmin  iş  prinsipinə  əsaslanırdı.  Qurğunun  köməkliyi  ilə  böyük  ədədlərin 

ikirəqəmli ədələrdən istifadə edilərək toplanması ilə yanaşı çıxılması əməliyyatları 

da həyata keçirilirdi. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



66 

  

 



 

Vilqodt Teofil Odner və onun hazırladığı arifmometr 

 

1886-cı ildə mexanik Dorr Felt ilk kalkulyator yaradır və onu “Komptometr” 



adlandırır.  Qurğuya  verilənlər  klavişlərin  köməkliyi  ilə  daxil  edilirdi.  Nəticədə 

hesablama  əməliyyatını  aparmaq  həddindən  artıq  asanlaşırdı.  Ədədlərin 

klavişlərin  köməkliyi  ilə  qurğuya  daxil  edilməsi  operator  tərəfindən  elə  sürətlə 

yerinə  yetirilirdi  ki,  hesablamanın  nəticəsi  hətta  keçən  əsrin  ortalarında  istehsal 

olunan ilk elektron hesablama maşınlarından da sürətlə alınırdı.  

Hesablama  alətini  çox  vaxt  arifmometrin  gələcək  nəsli  də  adlandırırdılar. 

Komptometr  ədədlər  üzərində  toplama,  çıxma,  vurma  və  bölmə  əməliyyatlarını 

böyük sürətlə yerinə yetirə bilirdi. 1889-cu ildə Dorr Felt yaradığı qurğuya patent 

alır. Təkmilləşdirilmiş qurğu artıq alınmış nəticəni çap da edə bilirdi. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  67 

 

 

 



V. Y. Bunyakovskiy və onun hazırladığı “Rus özühesablayan” qurğusu 

 

 



Keçən  əsrin  30-cu  illərində  hesablama  qurğusunun  elektrik  ötürücüsü  ilə 

işləyən  variantı  hazırlanır  (qurğuya  “K”  şərti  adı  verilir).  1961-ci  ildə  ixtiraçının 

adını  daşıyan  D.Felt  şirkəti  “komptometr”in  iş  prinsipinə  əsaslanaraq  işləyən 

ANITA Mark VII elektron kalkulyatorunun külli istehsalına başlayır. 

 

 

 



 

 

 

Dorr Feltin yaratdığı komptometrlər 

(ortada nəticəni çap edə biləcək qurğu, sağda  ANITA Mark VII elektron 

kalkulyatoru) 

 

Məşhur rus riyaziyyatçısı Pafnutiy Lvoviç Çebişev öz tədqiqatlarını əsasən üç 



istiqamətdə  aparırdı:  ədədlər  nəzəriyyəsi,  ehtimal  nəzəriyyəsi  və  mexanizmlər 

nəzəriyyəsi. Alim 1876-cı ildə Fransada keçirilən 5-ci sessiyada “Fasiləsiz hərəkət 

edən  cəmləyici  maşın”  adlı  məruzə  ilə  çıxış  edir  və  hesablama  maşınının 

nümayişini  təşkil  edir.  1878-ci  ildə  P.L.Çebişev  müasir  dövrdə  istifadə  edilən 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə