I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə10/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   63
muhazire

Dilin əsas funksiyaları.
IV mühazirə

Dil çoxsaylı elementlərin qarşılıqlı əlaqədə olduğu müəyyən struktura malikdir. Dilin formal tərəfi adlanan bu cəhətinin öyrənilməsinə xeyli sayda məktəb və cərəyanlar öz səylərini səfərbər etmişlər. Bu cərəyanlar arasında strukturalizmi və generativ dilçiliyi xüsusi qeyd etmək olar. Bununla bərabər dil müəyyən funksiyalar çoxluğuna da malikdir. Dilin funksional cəhətdən öyrənilməsi tədqiqatçların əsas vəzifələrindən biri olmuşdur. Dilçilikdə “funksiya” dedikdə, yerinə yetirilən iş, təyinat, rol, dil vahidlərinin yerinə yetirdiyi yük başa düşülməkdədir.


XIX əsrin əvvəllərində gənc qrammatiklər dili dil qruplarının ümumi ruhunun məhsulu kimi götürür, onun maddi varləğının səslərdən təşkil olunmuş tarixi hadisəyə bərabər tuturdular. Maddi varlığında baş verən dəyişikləri izləmək və müəyyən qanunauyğunluqlar tapmaqla dilin tarixi fenomen olduğunu sübut etməyə çalışan bu cərəyan dil analogiyaları və səs dəyişmələri qanunları ilə öyrənməyə üstünlük verir və bu yolla ulu dili bərpa etmək istəyirdi.
Əgər gənc qrammatiklər dilə “ruhun məhsulu”, “maddi varlığı səslərdən ibarət olan tarixi hadisə” kimi yanaşırdılarsa, funksionalizm (başda V.fon Matezius olmaqla - Praqa Funksional dilçilik məktəbinin banisi) dilə ünsiyyət vasitəsi kimi yanaşırdılar. Onlar ünsiyyəti dilin başlıca funksiyası hesab edirdilər. Lakin dilə bu cür yanaşma birtərəflidir, insanlar öz ehtiyacını ödəmək üçün dilə instrument kimi yanaşırlar. Doğrudan da bir dil cəmiyyətində yaşayan insanlar rastlaşarkən dil vasitəsilə müəyyən informasiya alış-verişində bulunurlar. Əslində, u dilin ictimai səciyyəli olmasından xəbər verir. Buradan da dilin ontoloji mahiyyəti ortaya çıxır ki, bu da strukturalizmin formalaşması ilə şərtlənir. Strukturalistlərəgörə, “dil daima fəaliyyətdə olan işarələr sistemidir”.
XX əsrin ortalarında dilçilikdə hökmə sürən cərəyan törəmə dilçilikdir (N.Xomski). Törəmə dilçilik təlimində eyni dil daxilində insanlar sonu məlum olan elementlərdən sayı bilinməyən ifadə və cümlələr düzəldir və onları eşidəndə çətinlik çəkmədən başa düşürlər. Bəzən hətta bəzi cümlə və ifadələr ilk dəfəeşidilsə belə, deyiləni başa düşüb dərk etməkdə dil daşıyıcıları çətinlik çəkmirlər. Buradan da dilin yaradıcı (creativity) olması və ixtiyariliyi fikri meydana çıxır. Dil anadangəlmə qabiliyyət və hər bir dil daşıyıcısının səriştəsi (competence) hesab edən alim, həmin səriştənin həyata keçirilməsini perfomans (perfomance) adlandırır.
Əlavə etmək istərdik ki, dilin formal və funksional tərəfləri bir-birindən ayrılmazdır. Lakin linqvistik təhlil gah bir, gah da digər tərəfin təsvirinə meyil edir. Ənənəvi dilçilik formal cəhətə, son dövr dilçiliyi isə funksional cəhətə üstünlük verir. Analitik prosedurlara söykənən və danışıq fəaliyyəti və söyləmin/mətnin arxasında dayanan dil sisteminin aşkar etmək məqsədi güdən formal yanaşmada linqvist dil vasitələrindən onların funksiya və mənalarna doğru hərəkət edir. Linqvistik semiotikada bu yol semasioloji yil adlandırılır. Funksional yanaşma isə əks araşdırma istiqaməti tələb edir: linqvist funksiya, məna, kommunikativ məqsəd və niyyətdən həmin dildəki dil vasitələrinə, formal göstəricilərə istiqamətdə hərəkət edir. Dilçilikdəbu yol onomasioloji yoladlandırılır.
Formalistlər dili qapalı sistem kimi öyrənirlər və bu zaman onun quruluşu daxili məntiq tərəfindən diqtə edilir. Funksionalistlər isə ona istinad edirlər ki, dilin strukturunda bir cöx cəhət, onun vahidlərinin dəsti və təşkili dilin insan cəmiyyətində yerinə yetirdiyi vəzifələrlə müəyyən edilir. Onalr dilin mahiyyətini onun funksiyalarında görürlər.
Dilçilik elmində dilin çoxsaylı funksiyalarını iki yerə - əsas və əlavə funksiyalara bölürlər. Dilin əsas funksiyaları arasında kommunikativ, fikiryaratma, dərketmə, nominativ (adlandırma), tənzim­ləyici (requlyativ) funksiyaları göstərmək olar.
Dilin əsas funksiyası kommunikativ funksiyadır (ünsiyyət vasitəsi, fikir mübadiləsi vasitəsi olmaq). Əslində bu funksiya dilin mahiyyətini müəyyən edir. Bu funksiyaya görə, dil insanlar arasında ünsiyyətə xidmə üçün yaranmış və fəaliyyət göstərir. Burada dilə verilən iki tərifi yada salmaq yerinə düşər: “dil işarələr sistemidir və dil ünsiyyət vasitəsidir”. Zənnimizcə, bu məziyyətləri qarşılaşdırmaq yox, onları bir-birini tamamlayan mahiyyət kimi qəbul etmək lazımdır. Fərqli dillə desək, bir medalın ikitərəfi. Dilöz funksiyasını işarələr sistemi olmasına rəğmən həyata keçirə bilir, əks –təqdirdə ünsiyyət gerçəkləşə bilməz. İşarələr isə insandan insana informasiya ötürmək təyinatına malikdirlər.
Bəs informasiya nədir? Xətti ardıcıllıqda reallaşmış istənilən mətn özündə informasiya daşımaq xislətindədir. Məsələn, ağ xalatlı insanların yanından ötərkən, onların “təzyiq 3 atmosferə qədər düşmüşdür” ifadəsi bu sahədə anlayışı olmayan şəxsi suallar qarşısında qoyur. Bu nədir, pisdirmi, yoxsa yaxşı əlamətdir, sevindiriçi və ya qorxulu xəbərdirmi və s. Bu söyləm bizim üçün informasiya daşımır. Digər bir nümunə: yaşlı insanlar bilirlər ki, “at ot və arpa yeyir”. Əslində bu yaşlı insanların hamısına məlumdur. Gülməli, sadəlövh görünənbu söyləm informasiya daşımır. Beləliklə, informasiya adresat (ünvanlandığı şəxs) üçün anlaşılması mümkün və onun davranışı üçün vacib olan məlumatdır.
İnformasiya zaman və məkan daxilində ötürülür. Zaman dedikdə dünən-bu gün-sabah, məkan dedikdə isə məndən –sizə, insandan-insana anlaşılır.
Danışıq hərəkətin əvəzləyicisidir. Danışan adətən özünün məxsusi maraqlarını güdür. Bu belədir, bu insanın təbii mahiyyətidir. L.Blumfild özünün “Dil” əsərində maraqlı bir nümunəyə müraciət edir. Yol gedən iki gəncdən (biri qız, digəri oğlan) birinin, qızın diqqəti ağacdakı almaya dikilir. Bu artıq nəsə deməkdir. Oğlan hasarı aşıb almanı dərib qız dostuna verir və o da almanı yeyir. Bu vəziyyətdə bizim üçün maraqlı olan ondan ibarətdir ki, qızda olan stimul, hansısa bir hərəkəti icra etmək ehtiyacının olmasıdır. Lakin qız heç nə etmir, bu haqda yalnız söyləyir. Hərəkət isə oğlan edir. Danışıq aktı iki fərd, iki əsəb sistemi arasında körpü yarada bilir. Nəticə belədir: “Dil bir insana digərində stimul olduqda hərəkət etməyə, addım atmağa sözq edə bilr”.
Dilin fikiryaratma funksiyası öz kökünü L.S.Vıqotskinin yaradıcılığından götürür. Dilin kommunikativ funksiyası ilə sıx bağlı olan fikir yaratma,əmələ gətirmə funksiyasının mahiyyəti belədir: di təkcə hazır fikirlərin ifadə vasitəsi deyil, həm də fikri formalaşdıran vasitədir. Sözdə təkcə fikir ifadə edilmir, həm də sözdə fikir tamamlanır. Danışmaq həm də fikir ifadə etməkdir. Beynimizdə fikirlər sözlər vasitəsilə formalaşır. Məsələn, belə bir deyim var: “İtalyan dilində danışarkən mən italyan dilində də düşünürəm”. Daha bir misal: bir nəfər A.S.Puşkindən bütün ziyafət boyu söhbət etdiyi xanımın ağıllı, dərrakəli olub-olmadəğını soruşduqda o,cavab verir: Deyə bilmərəm. Axı mən onunla fransız dilində danışırdım.
Y.N.Tınyanovun bir deyimini yada salar: “Dil təkcə məfhumları ötürmür, həm də onların konstruktuksiyaya salınmasının gedişidir. Məsələn, başqasının fikirlərini təkrarlamaq daha asandır, nəinki öz fikirlərini danışmaq. Fikir original olduqca, onun ifadəsi bir o qədər də çətinləşir”.
Dilin dərketmə funksiyası (akkumiyativ, toplama) o deməkdir ki, müəyyən yaşa dolmuş insanın dünya haqqında qazandığı biliklər dil və ya dil vasitəsilə gəlib çatmışdır. Afrikada olmayan bir nəfər onun barədə, oranın təbiəti və s. barədə dil vasitəsilə müəyyən məlumat və bilgilər toplaya bilər. İnsanın əsas fikir instrumenti anlayışdır. Anlayış insanın praktik fəaliyyəti nəticəsində onun dərrakəsinin mücərrədləşdirmə, ümumiləşdirmə qabiliyyətinə rəğmən yaranır. İnsan praktik fəaliyyətdə xeylisayda obyektiv gerçəklik hadisələrini müşahidə edir, onları müqayisə edərəkən müxtəlif əlamətləri aşkara çıxarır. İkincidərəcəli əlamətləri insan istisara salır, əsas əlamətlər toplayır, ümumilədirir və anlayış yaranır. Məsələn, “ağac” anlayışının formalaşması.
Dil insan biliklərinin hərəkət etdiyi relsləri döşəyir. Lakin sözlər heçdə həmişə açar deyil, həm də fikrin qandallayan vasitələrdir. Məsələn,Filippin arxipelağında (Sakit okean) daş dövrü şəraitində yaşayan tasadayların aşkar edilməsindən sonra dilçiləri bir məsələ xüsusi heyrətləndirmişdi. Dünyadan, sivilzasiyadan təcrid edilmiş bu tayfanın dilində “müharibə, düşmən” leksemləri yox idi. Onlar təbiətlə və öz aralarında harmoniya yarada bilmişdilər. Dil insanın daxili aləmini formalaşdırır və bu dəretmə funksiyasının əsas mahiyyətidir. E.Sepirin tələbəsi B.L.Uorf maraqlı bir müşahidə aparmışdır. O neft dolu sisternalar olan skladda işləyərkən görür ki, insanlar “Doludur” lövhəciyi işçilərdə müəyyən davranış qaydaları formalaşdırır. Onlar papiros çəkçirlər, alışqan və kibritdən istifadə etmirlər, yanmış kibrit çöplərini hara gəldi atmırlar. Lakin lövhəciyi “Boşdur” sözü ilə əvəz etdikdə artıq işçilər tam fərqli cür davranmağa başlayırlar. Halbuki, nə vaxtsa benzin saxlanılmış sisternalar partlamağa daha həssasdırlar, nəinki dolu sisternalar. Çünki onlarda benzinin parı potlanıb qalırlar. İnsanlarda çaşqınlıq yaradan “boş” sözüdür. Bu müşahidə B.Uorfa linqvistik nisbilik nəzəriyyəsini yaratmağa zəmin yaratmışdır.
Bəzən insanda formalaşmış göhnə biliklər yeni biliklərin formalaşmasına imkan vermir. !:-cı əsrdə Kopernik yerin günəş ətrafında fırlanmasını sübut etsə də, biz hələ də /Gün çıxdı və ya Gün batdı/ cümlələrini işlədirik. Deməli,bəzən dil insan biliklərinin tərəqqisini əngəlləyir. Daysaku İkeda (yapon siyasət adamı) Yaponiyanın texniki tərəqqisinin əsasında yapon dilinin nsözdüsəltmə qabiliyyətinin çevikliyi ilə əlaqələndirir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə